Məhkəmə qərarları › İş №2(010)-2111/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2111/2024

22.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2111/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon qeydiyyat şöbəsi) “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi X* 04.07.20*8-ci ildə Suriyada doğulması faktının müəyyən edilməsi və doğum faktının qeydə alınmasının Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməsi. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçi 04.07.20*8-ci il tarixdə Suriyada oğlan uşağı dünyaya gətirmişdir. Oğlunun doğum faktını təsdiq edən hər hansı bir sənəd olmadığından ona doğum haqqında şəhadətnamə ala bilməmişdir. Oğlunu *0.04.2023-cü il tarixdə verilmiş Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi əsasında gətirmişdir. Oğluna doğum şəhadətnaməsi almaq üçün Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onlar uşağın doğumunu qeydə almaqdan imtina etmiş və uşağın doğumunun qeyd edilməsi faktı ona doğum şəhadətnaməsi almaq üçün lazımdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli Qərarında qeyd edilir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Tәrәflәrin izahatı Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsinə uyğun izahat verib ərizəsinin təmin olunmasını xahiş etdi. O, bildirdi ki, 20*4-cü ildə Türkiyəyə getmiş, 20*6-cı ildə Suriyada uşağın atası ilə tanış olmuşdur. 20*8-ci ildə övladı Adem dünyaya gəlib. 20*9-cu ildə Suriyada Hold kampında qalmış, ordan İğdıra gəlmişdir. 2022-ci ildə Fəthiyəyə gəlmişlər. 2023-cü isə Bakıya qayıtmışlar. Uşağın atası Türkiyədə yaşayır. Türkiyədə Konsulluq tərəfindən uşağın atasının Akça Alptekin olması DNA testi ilə yoxlanıldıqdan sonra onlara Qayıdış Şəhadətnaməsi verilmiş və Azərbaycana qayıtmağa icazə verilmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi xx.xx.2024-cü il tarixdə məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən *3.02.2024-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, onun 04.07.20*8-ci il tarixdə Suriyada doğulmuş oğlu - X* doğumunun qeydə alınaraq yeni doğum şəhadətnamənin verilməsi barədə *3.02.2024-cü il tarixli ərizəsinə baxılmışdır. Sadalanan sənədləri təqdim etmədiyindən ərizənin Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən icrası mümkün deyildir. Suraxanı rayon qeydiyyat şöbəsi hüquqi əhəmiyyətli olan faktı müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsini tövsiyə edir. Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsindən görünür ki, Azərbaycan Respublikası XİN-yi xarici dövlətlərin səlahiyyətli orqanlarından bu şəhadətnaməni təqdim edən şəxsin- X* Azərbaycan Respublikasına qayıdışına hər cür köməklik göstərilməsini xahiş etmişdir. Tәtbiq edilәn hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarda həmçinin izah olunmuşdur ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.**-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Hazırkı işdə tərəflərin izahatlarından və işin hallarından məlum olur ki, Ərizəçi barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ümumiyyətlə aparılmamışdır. Ona görə də, məhkəmə hazırkı iş üzrə hüquqi nəticəyə gələrkən Mülki-Prosessual Məcəllənin 307.2.3-cü maddəsinə yox, 307.2.**-ci maddəsinə istinad edir. Həmin maddəyə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.*-2.3-cü maddələrinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. Həmin Qaydaların 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; valideynlərin nigah haqqında şəhadətnaməsi; doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydaların 2.6-cı maddəsinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mәhkәmәnin mövqeyi Məhkəmə ərizəçinin izahatına əsasən müəyyən edir ki, ərizəçi 20*4-cü ildə Türkiyəyə getmiş, 20*6-cı ildə X2 ilə tanış olmuş və onunla faktiki nikahda olmuşdur. 20*8ci ildə övladı Adem dünyaya gəlib. 20*9-cu ildə Suriyada Hold kampında qalmış, ordan Türkiyənin İğdır vilayətinə gəlmişdir. 2022-ci ildə Fəthiyəyə gəlmişlər. 2023-cü isə övladı Adem ilə birlikdə Bakıya qayıtmışdır. Türkiyədə Konsulluq tərəfindən uşağın atasının Akça Alptekin olması DNA testi ilə yoxlanıldıqdan sonra onlara Qayıdış Şəhadətnaməsi verilmiş və Azərbaycana qayıtmağa icazə verilmişdir. Məhkəmə Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinə əsasən müəyyən edir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi xarici dövlətlərin səlahiyyətli orqanlarından bu şəhadətnaməni təqdim edən şəxsin, yəni X* Azərbaycan Respublikasına qayıdışına hər cür köməklik göstərilməsini xahiş etmişdir. Mәhkәmәnin gәldiyi nәticә Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, ərizə təmin edilməli, anası Ərizəçi, atası Akça Alptekin olmaqla X* 04.07.20*8-ci ildə Suriyada doğulması faktı müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə anası Ərizəçi, atası Akça Alptekin olmaqla X* 04.07.20*8-ci ildə Suriyada doğulması faktının müəyyən edilməsi müvafiq dövlət orqanı tərəfindən həmin faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in **9, 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Anası Ərizəçi, atası Akça Alptekin olmaqla X* 04.07.20*8-ci ildə Suriyada doğulması faktı müəyyən edilsin. Bu məhkəmə qətnaməsi ilə anası Ərizəçi, atası Akça Alptekin olmaqla X* 04.07.20*8-ci ildə Suriyada doğulması faktının müəyyən edilməsi müvafiq dövlət orqanı tərəfindən həmin faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar