Məhkəmə qərarları › İş №2(010)-2133/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2133/2020

23.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2133/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə baxışı iclası xx xxxxxxxx 2020-ci il tarixə, saat 12:30-a təyin edilmişdir. İddiaçının vəkili Vəkil xx.xx.2020-ci il tarixli məhkəmə iclasında mülki iş üzrə növbəti məhkəmə baxış iclasının xx.xx.2020-ci il tarixə, saat 12:30-a təyin edilməsi barədə məhkəmə bildirişinin kötüyünə imza etdirməklə rəsmi bildiriş verilsə də, göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Cavabdeh məhkəmə prosesində bacısı, yəni İddiaçı ilə aralarında heç bir problem olmadığını və iddiaçının mübahisəli mənzilə köçüb yaşamasına etirazı olmadığını bildiərək, iş üzrə iddiaçı tərəf məhkəmə prosesinə gəlmədiyinə görə işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar