Məhkəmə qərarları › İş №2(010)-2135/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2135/2021

06.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2135/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X2 (Maraqlı şəxs) “notariat hərəkətlərinin aparılmasından imtinaya” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X5 (Maraqlı şəxs) “notariat hərəkətlərinin aparılmasından imtinaya” dair ərizə ilə məhkəməyə müraciət edərək, 07.05.1968-ci ildə tarixində vəfat etmiş nənəsi Gülzaman Nəcəfqulu qızından qalmış mirasın onlar tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilərək həmin müddətin bərpa edilməsi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin Xanlar küçəsi, 27 saylı evdən ibarət miras əmlakın ərizəçilər tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Maraqlı şəxsnə qarşı notariat hərəkətlərinin aparılmasından imtinaya dair ərizəyə “dəqiqləşmə” verərək Ərizəçi1 ərizəçilər sırasından çıxarılmasını xahiş etmişlər. İddia tələbinin dəlliləri Ərizəçilərin bacıları Ərizəçi1 mərhum nənələri olan Gülzaman Nəcəfqulu qızından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini faktiki olaraq həmin ünvanda yaşayaraq bütün komunal və bələdiyyə vergilərini ödəyərək sahiblik edir. Mərhum nənələri olan Gülzaman Nəcəfqulu qızı 07.05.1968-ci ildə vəfat etmişdir. Özlərinin hüquqi savadı və qanundan xəbərdar olmaması səbəbindən mirası qəbul etmək üçün qanunda qeyd edilən müddəti ötürmüşdür. 10.03.2021-ci il tarixində mirası qəbul etmək və vərəsəlik haqqında şəhadətnaməsi almaq üçün vərəsələrlə birlikdə Maraqlı şəxsnə müraciət etmiş, notariat ofisi müddətin ötürüldüyünü və məhkəməyə müraciət edilməsini məsləhət görərmüşdür. Ərizəçilər notariat xidmətə müraciət etdikdə bildirmişdir ki, mirası qəbul etmək üçün müddətin olduğunu, vərəsələr arasında hər hansı bir narazıçılığın olmadığını, mərhum nənəsindən miras qalmış mənzilin bacısı olan Ərizəçi1 adına keçməsinə razıdırlar. Mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilməsi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. Ərizəçilərin izahatları Ərizəçilər ərizə tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər izahatlarında bildirmişlər ki, nənələrindən miras qalan fərdi yaşayış evində hazırda bacıları Ərizəçi1 yaşasa da, ataları vəfat edəndə və ondan sonrakı dövrdə, yəni evlənib gəlin köçənə qədər həmin evdə yaşamağa davam etmişlər, əmlakdan istifadə və ona faktiki sahibliyi həyata keçirmişlər. Ərizəçilər izahatlarında bildirdilər ki, ataları 1974-cü ildə vəfat edib, Ərizəçi2 1983-cü ildə, Ərizəçi3 isə 1991-ci ildə gəlin köçüb. Maraqlı şəxsin izahatı Məhkəmə iclasında maraqlı şəxs qismində dindirilən Ərizəçi1 bildirdi ki, iddiaçılar onun bacılarıdır. 1968-ci ildə vəfat etmiş nənəsi Gülzaman Nəcəfqulu qızının əmlakının ½ hissəsinin vərəsəsi İsmayılov Balamirzə, yəni onun atası idi, lakin o 1974-cü ildə vəfat etdiyindən mirasın 1/16 hissəsi ona keçmişdir. Bacıları, yəni Ərizəçi2 və Ərizəçi3 ataları vəfat edəndə gedəndə həmin evdə yaşamışlar. İlahə 1983-cü ildə, Aygün isə 1991-ci ildə həmin evdən gəlin köçmüşlər. Həmin vaxta kimi sözügedən evdən istifadə etmişlər. Hazırda iddiaçıların ərizələrinin təmin edilməsinə münasibətdə heç bir etirazı yoxdur. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu halda məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin Xanlar küçəsi, ev 54-də qeydiyyatda olmaqla yaşayır. Ərizəçiləri tanıyır, qohumluq münasibətləri olmaqla hasar qonşularıdır. Ərizəçilər onun ana tərəfdən əmi nəvələridir. Ərizəçilər uşaqlıqdan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin Xanlar küçəsi, ev 27-də yaşamışlar. Ərizəçi İlahə 1983-cü ildə, Aygün isə 1991-ci ildə həmin evdən gəlin köçmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin Xanlar küçəsi, ev 50-də qeydiyyatda olmaqla yaşayır. Ərizəçiləri tanıyır, qonşudurlar. Ərizəçilər uşaqlıqdan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin Xanlar küçəsi, ev 27-də yaşamışlar. Ərizəçi İlahə 1983-cü ildə, Aygün isə 1991-ci ildə həmin evdən gəlin köçmüşlər. İş materiallarına əlavə edilmiş: Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən 15.03.1965-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1965-ci ildə doğulmuşdur. X12 --, anası Nənəxanım Şərif qızıdır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 14.07.2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.1962-ci ildə doğulmuşdur. X12 --, anası Nənəxanım Şərif qızıdır. Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən 01.03.1967-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1967-ci ildə doğulmuşdur. X12 --, anası Nənəxanım Şərif qızıdır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 15.10.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Gülzaman Nəcəfqulu qızı 07.05.1968-ci ildə vəfat etmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 15.07.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, İsmayılov Balamirzə – 07.12.1974-cü ildə ölmüşdür. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə dair dövlət reyestrindən Arayışdan görünür ki, həmin arayış verilir Ərizəçi1 ondan ötrü ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2Zığ nömrəli reyestr kitabının 291 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquq sahibinin adı – Gülzaman Nəcəfqulu qızı, payı-tam, qeydiyyat tarixi – 02.11.1967 Qanun üzrə vərəsəlik hüququ haqqında 19.11.2020-ci il tarixli şəhadətnamədən görünür ki, 07.05.1968-ci ildə vəfat etmiş Gülzaman Nəcəfqulu qızının əmlakının ½ hissəsi vərəsəsi oğlu İsmayılov Balamirzə idi, lakin onun 07.12.1974-cü il tarixdə vəfat etməsi ilə əlaqədar mirasın 1/16 hissəsi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, ev 27 ünvanında qeydiyyatda olan qızı Ərizəçi1 keçir. Həmin hissənin 15/16 hissəsii isə açıq qalır. Mirasın digər ½ hissəsinin vərəsələri müraciət etməyib, ona görə qeyd edilən hissə açıq qalıb. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, ev 27 Ərizəçi1 adına 1/32 hissədə və Gülzaman Nəcəfqulu qızının adına 31/32 hissə açıq qalmaqla xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Maraqlı şəxs tərəfindən 10.03.2021-ci il tarixdə verilmiş “notariat əməliyyatının aparılmasından imtina barədə” qərarından görünür ki, Ərizəçi3 və Ərizəçi2 nənələri Gülzaman Nəcəfqulu qızından miras qalmış və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, ev 27 ünvanında yerləşən fərdi yaşayış evindən onlara çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Mirasın qəbulu üçüq qanunla müəyyən edilmiş müddət buraxıldığı və miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaf olduğu üçün notariat əməliyyatı aparılmasından imtina edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından, eləcə də təqdim olunmuş sübutlardan müəyyən edildi ki, miras qoyan şəxs Gülzaman Nəcəfqulu qızı 07.05.1968-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, miras qoyan şəxs – Gülzaman Nəcəfqulu qızı 1968-ci il tarixdə vəfat etdiyindən hazırkı mübahisəyə qüvvədən düşmüş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən notariat hərəkətlərinin aparılması qanuna zidd olduqda notarius notariat hərəkətlərini aparmaqdan imtina edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edildi ki: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Gülzaman Nəcəfqulu qızının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2Zığ nömrəli reyestr kitabının 291 nömrəli vərəqində tam pay hüququ ilə 02.11.1967 tarixdə qeydiyyata alınmışdır. 07.05.1968-ci ildə vəfat etmiş Gülzaman Nəcəfqulu qızının əmlakının ½ hissəsi vərəsəsi oğlu İsmayılov Balamirzə idi, onun 07.12.1974-cü il tarixdə vəfat etməsi ilə əlaqədar mirasın 1/16 hissəsi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, ev 27 ünvanında qeydiyyatda olan qızı Ərizəçi1 keçmişdir. Həmin hissənin 15/16 hissəsi isə açıq qalır. Mirasın digər ½ hissəsinin vərəsələri müraciət etməyib, ona görə qeyd edilən hissə açıq qalıb. Ərizəçi3 və Ərizəçi2 nənələri Gülzaman Nəcəfqulu qızından miras qalmış və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, ev 27 ünvanında yerləşən fərdi yaşayış evindən onlara çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini Maraqlı şəxsndən xahiş etmişlər. Mirasın qəbulu üçüq qanunla müəyyən edilmiş müddət buraxıldığı və miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaf olduğu üçün notariat əməliyyatı aparılmasından imtina edilmişdir. Məhkəmə araşdırması zamanı ərizəçilər izahat verərək, nənələrinə məxsus miras əmlakda ataları öləndən sonra da yaşamağa davam etdiklərini, əmlakdan istifadə və ona faktiki sahiblik etdiklərini bildirmişlər. Ərizəçilərin dəlilləri şahid ifadələri ilə də təsdiq edilir. Məhkəmə ərizəçilərin dəlilinə qiymət verərək bildirir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman quvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Məhkəmə müəyyən edir ki, maraqlı şəxs Ərizəçi1 məhkəmə iclas zalında bacıları, yəni Ərizəçi2 və Ərizəçi3 ataları vəfat etdikdə həmin evdə yaşadıqlarını, İlahənin 1983-cü ildə, Aygünün isə 1991-ci ildə həmin evdən gəlin köçdüyünü, onların həmin vaxta kimi sözügedən evdən istifadə etdiklərini, hazırda iddiaçıların ərizələrinin təmin edilməsinə münasibətdə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. “G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 18.07.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qeyd edilənləri və qanunvericiliyin müvafiq normalarını rəhbər tutaraq, ərizəçilərin 07.05.1968-ci ildə vəfat etmiş Gülzaman Nəcəfqulu qızının əmlakının ½ hissəsinin vərəsəsi - oğlu İsmayılov Balamirzə (ərizəçilərin atası) vəfat etdikdə və ondan sonrakı vaxtlarda (nikaha daxil olmaqla sözügedən evdən köçənə qədər) həmin yaşayış evində yaşamaqla həmin evdən istifadə və ona faktiki sahiblik etdiklərinə, İsmayılov Balamirzə vəfat etməsi ilə əlaqədar mirasın 1/16 hissəsinin Ərizəçi1 keçməsinə, həmin hissənin 15/16 hissəsinin isə açıq qalmasına, maraqlı şəxs Ərizəçi1 iddiaçıların ərizələrinin təmin edilməsinə etiraz etməməsinə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçıların ərizəsi təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 27 saylı evdən ibarət miras əmlak ərizəçilər Ərizəçi2 və Ərizəçi3 tərəfindən qəbul edilmiş hesab edilməli və ərizəçilərə onların paylarına dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi, 27 saylı evdən ibarət miras əmlak ərizəçilər Ərizəçi2 və Ərizəçi3 tərəfindən qəbul edilmiş hesab edilsin və ərizəçilərə onların paylarına dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar