Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2141/2020 08.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarma” tələbinə dаir iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarma” tələbinə dаir iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək məhkəmədən cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və onların yetkinlik yaşına çatmamış oğlu X4 ona məxsus ünvan 1 mənzil 19 ünvanında yerləşən mənzilindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu ildən ünvan 1 mənzil 19 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzilin onun xüsusi mülkiyyətində olmasını təsdiq edən AR ƏMDK yanında DƏDRX-nin xx.xx.2010-cu il tarixli çıxarışı mövcuddur. Lakin hal-hazırda cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 və onların yetkinlik yaşına çatmamış oğlu X4 həmin mənzildə qanunsuz olaraq yaşaması onun bir mülkiyyətçi kimi qanuni hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehlər onun həyat yoldaşının qohumları olsalar da qanunla ona aid olan mənzildə yaşamağa hüquqları yoxdur. Lakin onlar Ağdam rayonundan məcburi köçkün olduqlarını səbəb gətirərək həmin mənzildə qanunsuz yaşamağa davam edir, mənzili boşaltmırlar. O, onlardan dəfələrlə mənzildən çıxmalarını tələb etsə də onlar qanunsuz olaraq mənzildə yaşamağa davam etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etdiyini bildirərək qeyd etdi ki, iddiaçı onun qaynının arvadıdır. Onlar 1993-cü ildəməcburi köçkün kimi Bakıya gəlmiş, 2000-ci ildən isə həmin evə köçmüşlər. O, məhkəməyə ərizə verərək iddianın təmin edilməsini etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etdiyini bildirərək məhkəməyə ərizə verib iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Digər Cavabdeh1 da məhkəməyə ərizə göndərərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 mənzil 19 ünvanında yerləşən, ümumi sahəsi 69.12 m2 olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir və mənzil üzərində mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1242 nömrəli reyestr kitabının 113085 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2010-cu il tarixdə tərtib edilmiş, 11/5698 inventar nömrəli ünvan 1 mənzil 19 ünvanında yerləşən mənzilin texniki pasportunun surətindən görünür ki, mənzil üzərində hüquq subyekti İddiaçıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 mənzil 19 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir və iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə həmin mənzildə yaşayırlar. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə müraciət öz mülkiyyətində olan mənzildə yaşayan cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb etmişdir. Cavabdehlər isə öz növbələrində iddianı qəbul etdiklərini bildirərək mənzildən çıxmağa heç bir etirazları olmadıqlarını bildirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus mənzildən çıxmağa etiraz etmədiklərini bildirmələri və bununla bağlı məhkəməyə ərizə vermələri iddianın etirafı kimi qiymətləndirilməli və iddia etiraf olunan hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bu Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehlərin etirafı qəbul edilməli və iddia tələbi onlarla bağlı hissədə təmin edilməlidir. Lakin işdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu - xx.xx.2005-ci il təvəllüdlü X5 da mənzildən çıxarılması tələb edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Göründüyü kimi, qanunvericiliklə on beş yaşında uşağın yaşayış yeri onun valideynlərinin razılığı ilə müəyyən olunduğundan həmin uşağın valideynlərinin iddiaçının mənzilindən çıxarılmaları uşağın da həmin mənzildən çıxarılması üçün əsasdır. Lakin, on beş yaşında uşağın tam fəaliyyət qabiliyyəti olmadığından məhkəmə qətnaməsi ilə onun da həmin mənzildən çıxarılması qət edilə bilməz. Odur ki, iddia xx.xx.2005-ci il təvəllüdlü X5 mənzildən çıxarılması hissəsində təmin edilməməlidir. Bununla belə, uşağın valideynlərinin iddiaçının mənzilindən çıxarılmaları uşağın da həmin mənzildən çıxarılması üçün əsasdır. Məhkəmə, həmçinin, cavabdehlərin məcburi qaydada mənzildən çıxarılması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmçinin, Azərbaycan Respublikasının MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş istənilən qərarının icrası məcburidir və bu barədə qətnamədə xüsusi qeyd edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikasının MPM-in: 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, bu Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı X2 məxsus ünvan 1 mənzil 19 ünvanında yerləşən mənzildən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, hazırkı işdən görünür ki, cavabdehlər Ağdam rayonundan məcburi köçkündür. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilsə də cavabdehlər dövlət rüsumundan azad olduğundan onlardan rüsum tutula bilməz. Odur ki, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiа qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı X2 məxsus ünvan 1 mənzil 19 ünvanında yerləşən mənzildən çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2141/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2141/2020
08.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver