Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2172/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X7 iclas kаtibliyi, İddiaçı Ərizəçi və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Ərizəçi cavabdeh Bakı şəhəri Qaraçuxur Bələdiyyəsinə qarşı “tikintiyə sahiblik faktının müəyyən edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı Ərizəçi cavabdeh Bakı şəhəri Qaraçuxur Bələdiyyəsinə qarşı “tikintiyə sahiblik faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onun ünvan 3-da inşa olunmuş tikiliyə sahiblik faktı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mənim anam X3 1934-1936-cı il tarixlərdə ünvan 1 ünvanında yeddi sota yaxın torpaq sahəsi ayrılmışdır. Atam bu torpaq sahəsində iki otaq, mətbəx və yardımçı sahələr inşa etdirmişdir. Atamla anamın birgə nikahından 1950-ci il tarixdə qardaşın Asadulin Syadan alimoviç və 1951-ci il tarixdə mən, X4 anadan olmuşuq. Atam 1984-cü il tarixdə, anam isə 1992-ci il tarixdə rəhmətə getmişlər. Valideynlərimin sağlığında ünvan 3-ya olan ev kitabçası bizim razılığımız ilə qardaşım X5 adına sənədləşdirilmişdir. Qardaşım 1973-cü il tarixdə Qaliyə adlı qadınla evlənmiş və birgə nikahdan onların üç övladı doğulmuşdur. 1986-cı il tarixdə qardaşım öz ailəsi ilə birlikdə Rusiya Federasiyasının Saransk şəhərinə köçmüş və orada daimi yaşamağa başlamışlar. X8 bir il sonra xəstə vəziyyətdə Bakıya qayıtmış və məndən ona köməklik etməyimi xahiş etmişdir. Onun ailə üzvləri isə Rusiya Federasiyasına köçdükdən sonra Rusiya dövlətinin vətəndaşlığını qəbul etmişlər. X9 Alimoviçlə mən A.Şadlinski küçəsi, ev 1A-da yaşamışıq. O, xəstə olduğu müddətdə mənim qızım Elvira və həyat yoldaşım Rauza ona qulluq etmişik. Evin qaz və elektrik sayğacların sərfiyyat onun adına mənim tərəfimdən ödənilmiş və ödənilir. Çünki o, uzun müddət xəstə olmuş və heç yerdə işləməmişdir. Qardaşım 2017-ci il tarixdə rəhmətə getmişdir. Mən onu el adəti dəfn edib hüzr mərasimlərini keçirmişəm. Qardaşım rəhmətə getdikdən sonra evdə mən yaşayıram. Evə və torpaq sahəsinə mən sahiblik edirəm. Onun ailə üzvləri iki oğlu və bir qızı Rusiya Federasiyasına köçdükdən sonra ataları ilə maraqlanmamışlar və mənim dəvətimə baxmayaraq, dəfn mərasiminə gəlməmişlər. Onu mən dənf edib mərasim xərclərini ödəmişəm. Mənim Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, ev 1 A-da yaşadığımı şahidlər də təsdiq edə bilərlər. Bundan əlavə, A.Şadlinski küçəsi, ev 1A ünvanında olan mövcud 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin mənim istifadəmdə olmasını Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti nəzdində Təsərrüfat Hesablı Layihə Smeta Bürosu da öz layihəsi ilə təsdiq edir. Mən, Qaraçuxur qəsəbəsi, ev 1A-ya dair hüquq müəyyənedici sənədlərin əldə olunması barədə Əmlak Komitəsinə müraciətlər etmişəm. Mənə bildirilmişdir ki, evə dair hüquqmüəyyənedici sənəd təqdim olunduqdan sonra ərizəmə müsbət cavab veriləcəkdir". Məhkəmə iclasında iddiaçı Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, hazırda yaşadığı evin heç bir sənədi olmasa da o, doğulandan həmin evdə yaşayır. Evin yerləşdiyi torpaq sahəsi isə mərhum qardaşının adına olmuşdur. Lakin qardaşı ailəsi ilə birlikdə Rusiyaya köçdükdən sonra faktiki olaraq həm torpaq sahəsinə, həm də üzərində inşa edilmiş evə sahiblik etmişdir. Qardaşının üç uşağı, arvadı olmasına baxmayaraq, xəstələnəndə heç kim ona baxmamış, o da Bakıya onun yanında qayıtmışdır. Bundan sonra, onlar birlikdə bu evdə yaşamağa başlamış, onun arvadı və qızı qardaşına baxmışdır. Qardaşı vəfat etdikdən sonra isə onu dəfn etmişlər. Beləliklə, o, bu tikilinin faktiki sahibidir. Lakin ev kitabçası mərhum qardaşını adına verilmişdir. Mərhum qardaşının Rusiyada yaşayan vərəsələrinin bu tikili üzərində heç bir hüquqları yoxdur. Bu səbəbdən cavabdehin qardaşının vərəsələri ilə əvəz edilməsinə razı deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, evin yerləşdiyi torpaq sahəsi iddiaçının mərhum qardaşının adına olduğundan onun vərəsələrinə keçmişdir. Lakin evin heç bir hüquqmüəyyənedici sənədi yoxdur və iddiaçı doğulduğu vaxtdan bu evdə yaşayır. O, həmin evi öz mülkiyyəti kimi dövlət qeydiyyatına aldırmaq istəsə də torpaq sahəsinin mülkiyyətçisi mərhum qardaşı olduğundan və onun da vərəsələri olduğundan buna nail olmaq mümkün olmur. Bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdeh Bakı şəhəri Qaraçuxur Bələdiyyəsinin nümayəndəsi X10 iddianı qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsində cavabdeh kimi Bakı şəhəri Qaraçuxur Bələdiyyəsi göstərilsə də nə mübahisəli tikilinin, nə də tikilinin yerləşdiyi torpaq sahəsinin bələdiyyəyə aidiyyəti yoxdur. Belə olan halda Bakı şəhəri Qaraçuxur Bələdiyyəsi hazırkı iddia üzrə cavabdeh ola bilməz. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmənin hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının və vəkilinin izahatlarını, eləcə də şahidlərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 137 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 07.10.2020-ci il tarixdə verilmiş 1125 nömrəli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 18 saylı evin 6 nömrəli mənzilində qeydiyyatdadırlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli, 2(010)-955/2020 saylı qətnaməsindən görünür ki, qətnamə ilə Ərizəçi mərhum X2rdaşı olması faktı müəyyən edilmişdir. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 26.12.2018-ci il tarixdə verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlinski küçəsi, 1a nömrəli fərdi yaşayış evinin Orjonikidze Rayon Xalq Deputatları Soveti tərəfindən hansı tarixdə tikintiyə torpaq sahəsinin ayrılması və torpaq sahəsində inşa edilmiş tikiliyə texniki pasportun tərtib olunmasına dair məlumat verilməsi barədə sorğuya baxılmış, müraciətedənin nəzərinə çatdırılmışdır ki, “Daşınmaz əmakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular təqdim edilməlidir. Məlumat üçün bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlinski küçəsi, 1a nömrəli fərdi yaşayış evi digər fiziki şəxslərin adlarına qeydiyyatdan keçmişdir. Sözügedən evin mülkiyyətçiləri ilə X1 arasında bağlılıq öz əksini tapmadığından müahisə predmetinə dair qanunvericiliyə uyğun əsaslandırılmış sorğu verildiyi təqdirdə məsələyə yenidən baxıla bilər. Məhkəmə iclasında şahid kimi izahatı dinlənilmiş X11 bildirmişdir ki, iddiaçı Ərizəçi 1992-ci ildən bəri tanıyır. Belə ki, o, Qaraçuxurda A.Şadlinski küçəsi, ev 1 A-da yaşayır. Onların (şahidin) orada bağ evi var və istirahət üçün oraya gedirlər. Denislyamı da oradan tanıyır. Əvvəllər həmin evdə Denislyam ailəsi və qardaşı ilə birlikdə yaşayıb. Qardaşı xəstə olanda Denislyamın arvadı və qızı ona baxmışdır. O, vəfat etdikdən sonra isə evdə Denislyam öz ailəsi ilə birlikdə yaşayır, evin həyətinə o baxır, abadlıq işləri aparır. Hətta həyətə hasar çəkdirən zaman yoldaşı (şahidin) ona kömək etmişdir. Onlar Denislyamı tanıyandan o, həmin evdə ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid kimi izahatı dinlənilmiş X6 bildirmişdir ki, iddiaçı Ərizəçi bibisinin yoldaşıdır. Əsədulin Syadan isə iddiaçının mərhum qardaşıdır. Onu xəstə vaxtlarında Denislyamın evində görmüş, Denislyamın arvadı və qızı ona baxmışdır. Syadanın həmişə tək olduğunu görmüş, onun arvadı, yaxud uşaqlarına heç vaxt rast gəlməmişdir. Denislyamı tanıyandan o. Həmin evdə qalmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı Ərizəçi ünvan 3 ünvanında yerləşən evə sahiblik faktının tanınmasını xahiş etmişdir. İddiasını belə əsaslandırmışdır ki, evin yerləşdiyi torpaq sahəsi mərhum qardaşının mülkiyyətində olsa da həmin evdə doğulduğu vaxtdan bəri özü yaşayır. Qardaşı isə uzun müddət əvvəl ailəsi, uşaqları ilə birlikdə Rusiya Federasiyasına köçmüş, orada daimi yaşamışdır. O, xəstə olduqdan sonra isə Bakıya qayıtmış, qardaşına o və ailəsi baxmış, Rusiyadakı ailəsi nə onun xəstəliyində, nə də vəfatında onunla maraqlanmamışdır. Bu səbəbdən hesab etmişdir ki, bu ev üzərində onun faktiki sahiblik hüququ təsdiq edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. İlk növbədə, ona görə ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Bakı şəhəri Qaraçuxur Bələdiyyəsinin ümumiyyətlə, mübahisəyə heç bir aidiyyəti yoxdur. Belə ki, nə mübahisəli evin yerləşdiyi torpaq sahəsi, nə də ev bələdiyyənin balansında deyil. Bunu məhkəmə iclasında iştirak etmiş bələdiyyənin nümayəndəsi də təsdiq etmişdir. Eləcə də iddiaçı özü də qəbul etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi mərhum qardaşının adına olmuş, həmçinin, ev kitabçası da qardaşının adına verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vətəndaşın sorğusuna verilmiş cavabda isə qeyd edilmişdir ki, müvafiq fərdi yaşayış evi digər fiziki şəxslərin adlarına qeydiyyatdan keçmişdir. Belə olan halda Bakı şəhəri Qaraçuxur Bələdiyyəsi hazırkı mübahisə üzrə cavabdeh ola bilməz. Beləliklə, iddia buna cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. (iddia ərizəsinin 9 iyul 2021-ci il tarixli, 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişikliklərdən əvvəl məhkəmənin icraatına daxil olduğu nəzərə alınmaqla əvvəlki redaksiyada) İddiaçının razılığı ilə cavabdeh əsl cavabdehlə əvəz edilməsinin mümkün olduğunu nəzərə alan məhkəmə bunu iddiaçıya təklif etmiş, lakin iddiaçı buna qarşı çıxmış, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmamışdır. Belə olan halda məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxaraq iddianın təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Artıq yuxarıda qeyd edildiyi kimi, nə mübahisəli evin, nə də evin yerləşdiyi torpaq sahəsinin Bakı şəhəri Qaraçuxur Bələdiyyəsinə aidiyyəti yoxdur. İddiaçının qeyd etdiyi kimi əgər mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən ev mərhum qardaşının mülkiyyətində olmuşdursa, həmin torpaq sahəsi və üzərində yerləşən evlə bağlı istənilən mübahisədə qarşı tərəf iddiaçının mərhum qardaşının vərəsələri olmalıdır. Odur ki, hazırkı iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi cavabdeh Bakı şəhəri Qaraçuxur Bələdiyyəsinə qarşı “tikintiyə sahiblik faktının müəyyən edilməsi” tələbinə dair iddia təmin edilməməlidir. Son olaraq, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiaçı Əsədulin Denisylam Əlimoviçin cavabdeh Bakı şəhəri Qaraçuxur Bələdiyyəsinə qarşı “tikintiyə sahiblik faktının müəyyən edilməsi” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2172/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2172/2021
13.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver