Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2179/2021 18.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızının, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızının Cavabdeh qarşı "torpağın alınması, tikintiyə sərf olunmuş vəsaitin bölünməsi və pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızı Cavabdeh qarşı "torpağın alınması, tikintiyə sərf olunmuş vəsaitin bölünməsi və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə birgə nikah müddətində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 0,7 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 110 kv.metr olan yaşayış evi, yardımçı sahələrin tikilməsinə çəkilən xərclərdə payının müəyyən edilməsi və vəsaitin 1/2 məbləğinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə zamanı müəyyən edilmişdir ki, Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızının Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi" tələbinə dair iddiasına Suraxanı rayon məhkəməsində baxılaraq (X2) iş üzrə qətnamə qəbul edilmişdir. Sözügedən mülki işdə iddia tələbinin bir hissəsini “Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 0,6 ha torpaq sahəsinin dəyəri olan 10,000 manatın, torpaq sahəsinin üzərində tikilmiş 110 kv.m tikilinin dəyəri olan 20,000 manatın, torpaq sahəsinin hasarının dəyəri olan 2000 manatın, yardımçı sahə-hamamın dəyəri olan 10,000 manatın, həyətdə tikilmiş besedkanın dəyəri olan 2000 manatın, içməli suyun çəkilməsi üçün 500 mamatın, qazın çəkilməsi üçün 600 manatın işığın çəkilməsi üçün 600 manatın, həyətin giriş qapısının dəyəri olan 450 manatın, yardımçı tikilinin dəyəri olan 2000 manatın, cəmi 48,150 manatın yarısının – 24, 075 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” təşkil etmişdir. Suraxanı rayon məhkəməsinin 2(010)-311/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki: “İddia tələbinin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 0,6 ha torpaq sahəsinin, üzərində tikilmiş tikilinin, hasarın, yardımçı sahə-hamamın, besedkanın, içməli suyun, qazın, işığın çəkilməsi ilə bağlı xərclərin, giriş qapısının, yardımçı tikilinin dəyərinin, yəni 48150 manatın bölünməsi” hissəsi lə bağlı qeyd edilməlidir ki, həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi, xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin əmlaka dair mülkiyyət və ya hər hansı hüquq dövlət qeydiyyatına alınmadığından və qeydiyyata alınması üçün yuxarıda qeyd olunan əsaslar olmadığından həmin əmlak üzərində hazırki iş üzrə tərəflərin – istər cavabdehin, istərsə də iddiaçının heç bir hüququ yaranmamışdır və həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməsi mülki qanunvericiliyin müddəalarına ziddir.” Beləliklə, müəyyən olunur ki, hazırkı iddia tələbi və Suraxanı rayon məhkəməsinin 2(010)-311/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə bağlı iş üzrə mübahisə eyni tərəflərin arasındadır. Hazırkı mülki işdə irəli sürülmüş torpağın alınması, tikintiyə sərf olunmuş vəsaitin bölünməsi və pul tələbi ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə baxılmış iddia tələblərinin predmeti eynidir. Nəhayət, əvvəlki və hazırkı iddia tələbləri üzrə iddiaçı eyni əsaslardan çıxış etməklə cavabdehə qarşı eyni tələb yönəltmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə iş materialarını nəzərdən keçirib, hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırki mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Sarıyeva (Haqverdiyeva) Sevinc Kamran qızının Cavabdeh qarşı "torpağın alınması, tikintiyə sərf olunmuş vəsaitin bölünməsi və pul" tələbinə dair mülki işin icraatına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2179/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2179/2021
18.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver