Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2188/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onun mərhum atası Göyçayev Sumbat Əliməmməd oğlundan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən 13 saylı fərdi yaşayış evinə məxsus 0.061 ha torpaq sahəsinə istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən 13 saylı fərfdi yaşayış evi mərhum atası Göyçayev Sumbat Əliməmməd oğluna məxsus olmuşdur. Atası vəfat etdikdən sonra həmin fərdi yaşayış evi 4/5 hissədə qanun üzrə vərəsəlik hüququ əsasında onun mülkiyyətinə keçmiş, 1/5 hissədə isə bacısı X3 mülkiyyətinə verilmişdir. O, həmin vaxtdan ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evində yaşamaqla fərdi yaşayış evindən və evə məxsus həyətyanı torpaq sahəsindən ailə üzvləri ilə birlikdə istifadə etmişdir. Fərdi yaşayış evinə dair çıxarış alsa da həyətyanı sahəyə dair texniki pasport və çıxarış ala bilmir. Həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahə 0.061 ha torpaq sahəsindən ibarətdir və 2005-ci ildən ailə üzvləri ilə birlikdə onların istifadəsindədir. O, həyətyanı sahəyə dair texniki pasportun surətini almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, cavab olaraq həmin fərdi yaşayış evinə dair torpaq sahəsinin ayrılması barədə məlumatın İdarənin arxivində aşkar olunmadığı bildirilmişdir. Fərdi yaşayış evinə dair verilmiş ilkin texniki pasportda fərdi yaşayış evinin və həyətyanı sahəsinin ölçüləri qeyd olunmuşdur. Lakin torpaq sahəsinin verilməsinə dair ayrıca akt olmadığı və onun həmin torpaq sahəsi üzərində hüquqlarını müəyyən edən hər hansı sənəd olmadığı üçün o, fərdi yaşayış evinə məxsus torpaq sahəsində texniki pasport və çıxarış ala bilmir. Bu səbəbdən də torpaq sahəsi üzərində istifadə hüququnun tanınması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri 10 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində istifadədə olan 0.061 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 89.8 m2, o cümlədən yaşayış sahəsi 65.6 m2, köməkçi sahəsi 24.2 m2 olan 13 saylı fərdi yaşayış evindən və ümumi sahəsi 62.8 m2 olan həyətyanı tikililərdən ibarət miras əmlakın 1/5 hissəsi Ərizəçi, 1/5 hissəsi X4, 1/5 hissəsi Göyçayev Nazim Sumbat oğluna, 1/5 hissəsi X1. Mirasın 1/5 hissəsi açıq qalır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Maraqlı şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2020-ci il tarixli, **********53 nömrəli cavabdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 13 saylı fərdi yaşayış evinə dair torpaq sahəsinin ayrılması haqqında məlumat İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin, qeyd edilmişdir ki, sözügedən ünvan paylı mülkdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Maraqlı şəxs tərəfindən xx.xx.2012-ci il tarixdə tərtib edilmiş, **********90-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquq subyekti Ərizəçi və başqalarıdır. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/5 hissəsi X3, 4/5 hissəsi Ərizəçi mülkiyyətindədir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 43 nömrəli sorğuya cavabdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.061 ha torpaq sahəsinin kimin mükiyyətində olması barədə icra nümayəndəliyində hər hansı məlumat qeydə alınmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 4/5 hissədə Ərizəçi mülkiyyətindədir. Lakin həmin fərdi yaşayış evinin yerləşdiyi 0.061 ha torpaq sahəsi isə ərizəçinin xüsusi mülkiyyətində deyil. Hazırda Ərizəçi həmin torpaq sahəsinin 2005-ci ildən o və ailə üzvlərinin istifadəsində olduğunu bildirərək məhkəmədən həmin torpaq sahəsi üzərində istifadə hüququnun olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi ərizəçi daşınmaz əmlakdan istifadə etmə faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən, məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, məhz bu tip hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı mövcuddur. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 7ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin Qərarda daha sonra qeyd edilir ki, məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Hazırkı işdən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 4/5 hissədə Ərizəçi mülkiyyətindədir. Lakin yenə işdən görünür ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Belə ki, iş materiallarında olan Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Ərizəçi isə hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin motivini onunla əsaslandırır ki, o, həmin torpaq sahəsinə dair texniki pasport və çıxarış ala bilmir. Yəni o, müvafiq torpaq sahəsini də öz mülkiyyətinə keçirtmək niyyətindədir. Məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, həmin torpaq sahəsi dövlət mülkiyyəti kimi qeydiyyata alınmış torpaq sahəsidir. Yəni əgər ərizəçi həmin torpağı xüsusi mülkiyyət kimi öz adına qeydiyyata aldırmaq istəyirsə bu artıq dövlət mülkiyyətinin özəlləşdirilməsi hesab olunur və bunun hüquqi proseduru tamam fərqlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 155.4-cü maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Yəni Ərizəçi həmin torpaq sahəsi üzərində istifadə hüququ məhkəmə qaydasında müəyyənləşsə belə bu qətnamə əsasında dövlət mülkiyyətində olan torpaq sahəsinin özəlləşdirilməsi, bu əsasla ərizəçiyə hansısa Çıxarış verilməsi qeyri-mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi X6 məhkəmə qətnaməsi əsasında istifadə hüququnun təsdiq edilməsi ilə hansı hüquqi nəticə əldə edəcəyi qeyri-müəyyəndir. Halbuki, Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında da göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil,yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 241.2-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 241.3-cü maddəsinə əsasən, bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. 243.1-ci maddəsinə əsasən, başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 243.3-cü maddəsinə əsasən, özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi paylı mülkiyyət əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.061 ha torpaq sahəsindən ərizəçinin istifadə hüququnun olması faktının müəyyən edilməsi heç bir müstəqil hüquqi nəticə doğurmur. Belə ki, ərizəçi bu faktın təsdiqini torpaq sahəsi üzərində mülkiyyət hüququnun təsdiq edilməsi üçün istəsə də məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həmin faktın təsdiqi əsasında dövlət mülkiyyətində olan hansısa torpaq sahəsinin özəlləşdirilərək xüsusi mülkiyyətə keçirilməsi qeyri-mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən hazırkı faktın təsdiq edilməsi heç bir hüquqi əhəmiyyət daşımadığından ərizə təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 312-316, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2188/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2188/2020
30.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver