Məhkəmə qərarları › İş №2(010)-2194/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2194/2020

14.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2194/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Qafarova (Cavadova) Ülviyyə Səbuhi qızına qarşı “cehiz əşyalarının fərdi yaşayış evindən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Qafarova (Cavadova) Ülviyyə Səbuhi qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 27 saylı fərdi yaşayış evinin ona aid hissəsində olan cavabdeh Qafarova (Cavadova) Ülviyyə Səbuhi qızına məxsus olan cehiz əşyalarının cavabdeh tərəfindən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə dəqiqləşmə verərək Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 27 saylı fərdi yaşayış evinin ona aid hissəsində olan cavabdeh Qafarova (Cavadova) Ülviyyə Səbuhi qızına məxsus olan cehiz əşyaları - divan - qatlanan künclü, 7ədəd qəhvəyi rəngdə divanüstü balış, 2-ədəd krem rəngdə divanüstü balış, 2-mütəkkə qəhvəyi rəngdə, 1-ədəd açıq yaşıl rəngdə divan üstü balaca balış, 1-ədəd pufik qəhvəyi rəngdə, 1-mikrodalğalı soba, 2-nəfərlik çarpayı, 2-ədəd tumbuçka, 2-qapılı bufet, 1-qapılı bufet, Güzgülü şkaf (tryumo), 2-qapılı şifoner (paltar şkafı), Yataq otağında çilçıraq (lustra) və pult, Sony televizor, Sony dvd, 1-ədəd torşer (işıq lampası), paltar yığmaq üçün zənbil, mavi və göy rəngdə ləyənlər, mavi rəngdə plastmas qapaqlı vedrə, 2-qapılı bufetdə olan qablar, alt siyirməsində 160 x 225 sm süfrə, 6- ədəd salfet balaca, 12- ədəd salfet böyük, 30 x 30 sm əl dəsmalı, 110 x 160 sm süfrə, 2- ədəd kağız salfet, 1-ədəd bənövşəyi toxunulmuş salfet, 1-ədəd ağ toxunulmuş salfet, 1-ədəd Tac firmasından salfetlər, aşağıdan yuxarıya doğru rəflərdə yerləşən qablar, İ rəf - Nahar servisi 22-əşyadan ibarət (qablar), İİ -rəfdə 1- ədəd oval bulud, 2- ədəd balaca oval qab, 1-ədəd qulplu dolça, 1- 6 ədəd 2 cüt duz qabı, 1-ədəd şamdan, 1-ədəd suvenir dekorativ gül, İİİ rəf 1-ədəd keramik qəfədan, 2-ədəd dolça, 3-ədəd kofe fincanı, 3-ədəd çay fincanı, 6-ədəd cay fincanı üçün nəlbəki, 1-ədəd yağ qabı, 6-ədəd nimçə, 1-ədəd dayaz qab, 1-ədəd xrustal zınqırov, İV rəf 1-ədəd böyük qəfədan, 3 -ədəd çay fincanı, 3-ədəd kofe fincanı, 6-ədəd kofe fincanı üçün nəlbəki, 6-ədəd balaca nimçə, 1-ədəd sous üçün qab nəlbəki ilə, 1-ədəd suvenir mələk, 1ədəd suvenir qız və oğlan, 2- ədəd qəndqabı, V-rəf 6-ədəd fujer xrustal, 2- ədəd ayaqlı mürəbbə qabı xrustal, 1-suvenir qırmızı rəngdə, 1-qapılı bufetdə altdakı siyirmədə 150 x 220 sm süfrə, 2- ədəd balaca maxrob dəsmal, 2-ədəd mavi rəngdə çay dəsmalı, 2-ədəd çəhrayı rəngdə çay dəsmalı, 1-ədəd yaşıl rəngdə çay dəsmalı, 1 cüt kosmetik əlcək çəhrayı rəngdə, 1-ədəd kisə dəsti, 1-ədəd dekorativ əşya "lotestyle" firması, aşağıdan 1 rəfdə 1-ədəd həvəngdəstə dəmirdən, Su dəsti-6 xrustal stəkan, 1 xrustal su qrafini, xrustal böyük qab, İİ- rəfdə 2-ədəd mürəbbə qabı, 6-ədəd çay qaşığı dəsti qızılı rəngdə qabın içində, şüşədən silindr formasında güldan, lll-rəf Su qrafini, 6-ədəd su stəkanı, Balaca piyalənin içində 3 ədəd dekorativ kürəcik, 1-ədəd suvenir mələk, 1-ədəd dolça, İV-rəf Su dəsti 1 qrafin 6 ədət su bakalı, 2-ədəd keramik zənbil, suvenir yumurta və uşaq, V-rəf 1ədəd güldan, 2-ədəd çaydan, 2-ədəd suvenir “Oskar” gümüşü rəngdə, Güzgülü şkafüstündə 2-ədəd şamdan, ikitərəfli güzgü, suvenirlər, l-ci siyirmə 2 dənəlidir, Samdan, kosmetik zəmbil, manikür dəsti, baş yaylığı (ipək), bəzəkli balaca güzgü, hamam dəsti, dəsmallar, ll-ci siyirmə hamam dəsti, dəsmallar, Komod güzgülü 2 tərəfli, 1-ədəd güzgü (qutuda),qırmızı ayaqqabı suvenir, mücrü (şkatulka) suvenir, qutuda hədiyyə, mirvari qolbaq və mirvari boyun bağı, lll-ci siyirmə 2-ədəd bəzəkli qab, 2-ədəd şəkil üçün çərçivə,2-nəfərlik çarpayının üstündə 1-ədəd 2 nəfərlik döşək, 1-ədəd 2 nəfərlik sintifon yorğan, 2-ədəd sintifon balış, Çarpayı örtüyü (pokrıval), 2-ədəd balaca tumbuçka, nişan güzgüsü, suvenirlər və 2-ədəd şamdan, Quran kitabı, balaca parça sandıqca (bənövşəyi), Atlas üzlü sintifon yataq dəsti, böyük parça sandıqça (qəhvəyi), 2-yun yorğan, 1-döşək 2qəhvəyi rəngdə divan balışı, 2-ədəd ayrıca sintifon balış, 2 tül pərdə, 2 ağ rəngdə gün keçirməyən pərdə və 2 qalın pərdə-sandıqçada, Taxtadan gül dibçəkləri üçün rəf, Hamam dəsti, Meyvə və tərəvəz təmizləyən dəst (qutu), 1 qutu 2 çay qaşığı-gümüş, 4-dənə gümüş əşya 1 qutuda (3 qaşıq 1 cəngəl 1 biçaq), Su dəsti (6 bokal 1 qrafin), 2 nəfərlik fincan və nəlbəki, 2 qutuda hərəsində bir şüşə salat qabı, 1 ədəd tərəvəz təmizləyici (qabığını soymaq), 6-ədəd qaşıq dəst, 6-ədəd biçaq dəst, 6-ədəd çəngəl dəst, Mətbəx taxta qaşıqlar dəsti, “Bosch” firmasından mikser, Kofe dəsti 6 fincan, 6 nəlbəki, Kofeüyüdürucü (kofemolka), “Sendvich” hazırlayan aparat, 2 dekorativ qab, 1 çemodan qaşıq, çəngəl və bıçaq dəsti, Mətbəxdə işlənən ləvazimatlar dəsti (dəmirdən), Keramik ağ güldan, Tərəvəz doğrayan plastmas, 2-ədəd plastmas qab və 1-ədəd keramik meyvə qabı, 2-şüşə güldan, 2 keramik konfet qabı, 6-ədəd su qabı, 5-ədəd balaca nəlbəki, 1-ədəd kül qabı, 2-ədəd xrustal gül qabı, xrustal zənbil, 1-ədəd şüşə xrustal dayaz qab, Keramik qapaqlı dərin qab, Keramik dekorativ qab, Ağ keramik güldan, 2-ədəd xrustal ayaqlı mürəbbə qabı, 6-ədəd xrustal stəkan, 1-ədəd xrustal ayaqlı meyvə qabı, 2-ədəd xrustal mürəbbə qabı, 2-ədəd xrustal qab, 3 balaca stəkan, keramik güldan dəsti (komplekt), 1-ədəd xrustal ayaqlı konfet qabı, Şüşə keramik qara dəst (20 əşyadan ibarət), 1-ədəd taxta qaşıq, 1 nəfərlik fincan və nəlbəki, 1-ədəd toster, 6-ədəd qazan dəsti, 1 şüşə qazan, 2-ədəd qulplu tava, 1ədəd şüşəli piroq üçün qab, 1-ədəd xrustal su qabı, 2 cüt xrustal mürəbbə qabı, 1-ədəd xrustal ayaglı meyvə qabı, 12 nəfərlik yemək dəsti ağ rəngdə, Açiq yaşıl rəngdə 6 nəfərlik yemək dəsti və çay dəsti, Çəhrayi və bənövşəyi rəngdə plastmas qablar, şirniyyat bişirmək üçün şüşə və dəmir qablar, Mətbəxdə işlənən ləvazimatlar (dəmirdən), 1-ədəd kompüter çantası, 1-ədəd çemodan bənövşə rəngdə, döşəmə silən dəsmal, 2-ədəd əl sumkası (qara və qızıl), alt paltarları, nazik şərflər və başörtüyü, mətbəx dəsmalları, hamam dəsmalları, Döşəməni silən plastmas və dəsmal, Mətbəxdə işlənən ləvəzimatlar 2 qutu, Paltar şkafı-sol tərəf 1-ci hissə 1-ci rəf yataq dəstləri, süfrələr, əl-üz dəsmalları, mətbəx dəsmalları, alt paltarları, "Dekor"firması qazan dəsti, "Qipfel" firması məcməiləri (podnos), mətbəxdə işlənən taxta alətlər, "Soinic" firması çaynik dəsti, "Royal " firması opal dəsti, "Silverplated" firması şüşə qab qaşıqla, "KitchenPrince" firması bıçaq dəsti, "Coffee Tea marker" firması çaynik, plastmas qab. 2-ci hissə 1-ci rəf "Jemifer" firması alt paltar dəsti, dekorativ dairəvi həsir, 1-ədəd araxçın, tikiş ləvazəmatları, 1-ədəd gəlin paltarı, mirvari boyunbağı və broşka, 2-ci hissə 1-ci rəf 2-ədəd "Ashtray" firması konfet qabı, "Mixer Pitcher" plastmas su qabı, Yaşıl plastmas qablar dəsti (komplekt), 1-ədəd metal aşsüzən, 2-ədəd "Sumphony" firması qutu, "Konya" firması girdə qablar 1 qutu (2 ədəd içində), "Karaca" firması 1 qutu (3 ədəd içində) ağ keramik qab, "X9" firması 6-ədəd qara qutu limon qabı, "Sitra" firması 6-ədəd pcs limon qabı dəmir, Taxta və keramikadan lövhələr, "Salad serving set" firması 1-qutu (2-ədəd içində), qaşıq, Güllü podnos qutuda keramik, "Sveet love" firması fincanları (2-ədəd içində), 2-qutu "C5520" balaca gümüş qablar, "Silverlated cake tonq" firması dəmirdən qutu, "Symphony" firması 1-qutu zeytun qabı (2ədəd içində), 2-ədəd qutu "X8" firması aş qaşığı, qızılı rəngdə keramik qab, "Carre" firması su bokalı (6-ədəd 6-ədəd içində), "Cefard" firması çərəz qabı, 2 qutu xrustal salfet qabı, "Cravy Boat" firması gümüş qab, "Konya" firması oval qab (2 ədəd içində), göy rəngli qutuda 6-ədəd xrustal stəkan, göy rəngli qutuda 6-ədəd xrustal armudu stəkan, "Borçam" firması şüşə qab, "Konya "Pasabahce firması (2 ədəd içində), "Step" firması fujer 6- ədəd, "f &d" firması 12-ədəd bokal, "Hülger Collection" firması dəst (3-ədəd içində) keramik qab, Eletrik su çayniki, mətbəxdə işlənən ləvazimatlar dəst dəmir, "Kenwood" firması mikser dəsti, "Texnolyux" firması ət çəkən maşın, "V-line" firması 12 fujer, "Sinbo" firması qutusu şüşə qazan, 2-ədəd balış, "Merzuka" firması dəsmal dəsti olan cehiz əmlaklarının cavabdeh tərəfindən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstəmişdir ki, İddiaçı, oğlu X3 ilə birlikdə şəxsi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsindəki 27 saylı fərdi yaşayış evinin iddiaçıya aid hissəsində yaşayır. İddaçının oğlu Qafarov Rüfət 2012-ci ildə Qafarova (Cavadova) Ülviyyə Səbuhi qızı ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Bu nikah dövründə Qafarova (Cavadova) Ülviyyə Səbuhi qızı özü ilə birlikdə cehiz əşyalarını həmin evə gətirmişdir. X6 ilə Qafarova (Cavadova) Ülviyyə Səbuhi qızı arasında ailə münasibətləri normal davam etmədiyindən oğlu X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla X2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 698 nömrəli nikahın ləğvini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-306/2017 saylı qətnaməsinə əsasən X3 ilə Qafarova (Cavadova) Ülviyyə Səbuhi qızı arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində bağlanmış 698 №-si ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Nikahın ləğvindən sonra Qafarova (Cavadova) Ülviyyə Səbuhi qızı iddiaçıya məxsus evdən çıxıb getmiş, lakin cehiz əşyalarını aparmamışdır. Bir neçə dəfə ona bu əşyaların evdən aparılması barədə xəbərdarlıq etsə də, bir qismini aparmış lakin digərləri qalmışdır. Belə ki, Qafarova (Cavadova) Ülviyyə Səbuhi qızının cehiz kimi iddiaçıya məxsus olan evə gətirdiyi əşyalar hələ də iddiaçının evində qalmaqdadır və qeyd olunan əşyalar iddiaçının mülkiyyətindən istifadəsinə maneçilik törədir. Belə ki, bu əşyaların İddiaçı evində olması onun öz əşyalarını yerləşdirməyinə, evində istənilən dəyişikliyi etməyə, mülkiyyəti ilə bağlı istifadə, sahiblik və sərəncam hüquqlarnı həyata keçirməyə imkan vermir. Cavabdeh Qafarova (Cavadova) Ülviyyə ilə onların aralarında heç bir hüquqi bağlılıq olmadığından və onun əşyalarının iddiaçının mülkiyyətindən çıxarılmadığından iddiaçının mülkiyyət hüququ pozulur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2003-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Qafarova (Cavadova) Ülviyyə Səbuhi qızı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X2 arasında olan nikah ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş ASAN 5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli «yaşayış yeri üzrə qeydiyyat haqqında» arayışdan müəyyən olunur ki, İddiaçı və onun ailə üzvləri ünvan 1 ünvanında yerləşən evində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri, İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 039426 seriyalı xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Pravda küçəsindəki fərdi yaşayış evixx.xx.2005-ci il tarixdən tam mülkiyyət hüququ üzrə İddiaçı adına 03 nömrəli reyestr kitabının 402 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X7 Azadlıqların müdafiəsi haqqında X1 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (xx xxxx 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası MM-nin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipləridir. Beləliklə, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz mənzilini geri tələb edə bilər. Belə ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etməkdir, həm də mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Araşdırılan mülki iş üzrə iddiaçı, yəni mülkiyyətçi cavabdehin qanunsuz hərəkətləri nəticəsində öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam səlahiyyətlərini həyata keçirə bilmədiyindən, həmin şəxsin əmlaka müdaxiləsini aradan götürmək üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı oğlu X3 cavabdeh Qafarova (Cavadova) Ülviyyə Səbuhi qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqdan sonra ünvan 3 ünvanında yaşamışlar. Cavabdehə məxsus cehiz və şəxsi əşyaları həmin evə yerləşdirilmişdir. Ailə qurduqdan sonra münasibətləri normal olsa da, sonradan ailə münasibətləri pisləşmiş və nikahları pozulmuşdur. Bu səbəbdən cavabdeh həmin evdə yaşamır, lakin ona məxsus cehiz əşyaları həmin evdə qalmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Bül- Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 27 saylı fərdi yaşayış evində yerləşdirilimiş əmlaklar iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmalı və cavabdeh Qafarova (Cavadova) Ülviyyə Səbuhi qızına təhvil verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 27 saylı fərdi yaşayış evində yerləşdirilimiş -divan - qatlanan künclü, 7- ədəd qəhvəyi rəngdə divanüstü balış, 2-ədəd krem rəngdə divanüstü balış, 2-mütəkkə qəhvəyi rəngdə, 1-ədəd açıq yaşıl rəngdə divan üstü balaca balış, 1-ədəd pufik qəhvəyi rəngdə, 1-mikrodalğalı soba, 2-nəfərlik çarpayı, 2-ədəd tumbuçka, 2-qapılı bufet, 1-qapılı bufet, Güzgülü şkaf (tryumo), 2-qapılı şifoner (paltar şkafı), Yataq otağında çilçıraq (lustra) və pult, Sony televizor, Sony dvd, 1-ədəd torşer (işıq lampası), paltar yığmaq üçün zənbil, mavi və göy rəngdə ləyənlər, mavi rəngdə plastmas qapaqlı vedrə, 2-qapılı bufetdə olan qablar, alt siyirməsində 160 x 225 sm süfrə, 6- ədəd salfet balaca, 12- ədəd salfet böyük, 30 x 30 sm əl dəsmalı, 110 x 160 sm süfrə, 2- ədəd kağız salfet, 1-ədəd bənövşəyi toxunulmuş salfet, 1-ədəd ağ toxunulmuş salfet, 1-ədəd Tac firmasından salfetlər, aşağıdan yuxarıya doğru rəflərdə yerləşən qablar, İ rəf - Nahar servisi 22-əşyadan ibarət (qablar), İİ -rəfdə 1- ədəd oval bulud, 2- ədəd balaca oval qab, 1-ədəd qulplu dolça, 1- 6 ədəd 2 cüt duz qabı, 1ədəd şamdan, 1-ədəd suvenir dekorativ gül, İİİ rəf 1-ədəd keramik qəfədan, 2-ədəd dolça, 3-ədəd kofe fincanı, 3-ədəd çay fincanı, 6-ədəd cay fincanı üçün nəlbəki, 1-ədəd yağ qabı, 6-ədəd nimçə, 1-ədəd dayaz qab, 1-ədəd xrustal zınqırov, İV rəf 1-ədəd böyük qəfədan, 3 -ədəd çay fincanı, 3-ədəd kofe fincanı, 6-ədəd kofe fincanı üçün nəlbəki, 6-ədəd balaca nimçə, 1-ədəd sous üçün qab nəlbəki ilə, 1-ədəd suvenir mələk, 1-ədəd suvenir qız və oğlan, 2- ədəd qəndqabı, V-rəf 6-ədəd fujer xrustal, 2- ədəd ayaqlı mürəbbə qabı xrustal, 1-suvenir qırmızı rəngdə, 1-qapılı bufetdə altdakı siyirmədə 150 x 220 sm süfrə, 2- ədəd balaca maxrob dəsmal, 2-ədəd mavi rəngdə çay dəsmalı, 2-ədəd çəhrayı rəngdə çay dəsmalı, 1-ədəd yaşıl rəngdə çay dəsmalı, 1 cüt kosmetik əlcək çəhrayı rəngdə, 1-ədəd kisə dəsti, 1-ədəd dekorativ əşya "lotestyle" firması, aşağıdan 1 rəfdə 1-ədəd həvəngdəstə dəmirdən, Su dəsti-6 xrustal stəkan, 1 xrustal su qrafini, xrustal böyük qab, İİ- rəfdə 2-ədəd mürəbbə qabı, 6-ədəd çay qaşığı dəsti qızılı rəngdə qabın içində, şüşədən silindr formasında güldan, lll-rəf Su qrafini, 6-ədəd su stəkanı, Balaca piyalənin içində 3 ədəd dekorativ kürəcik, 1-ədəd suvenir mələk, 1-ədəd dolça, İV-rəf Su dəsti 1 qrafin 6 ədət su bakalı, 2-ədəd keramik zənbil, suvenir yumurta və uşaq, V-rəf 1-ədəd güldan, 2-ədəd çaydan, 2-ədəd suvenir “Oskar” gümüşü rəngdə, Güzgülü şkaf-üstündə 2ədəd şamdan, ikitərəfli güzgü, suvenirlər, l-ci siyirmə 2 dənəlidir, Samdan, kosmetik zəmbil, manikür dəsti, baş yaylığı (ipək), bəzəkli balaca güzgü, hamam dəsti, dəsmallar, llci siyirmə hamam dəsti, dəsmallar, Komod güzgülü 2 tərəfli, 1-ədəd güzgü (qutuda),qırmızı ayaqqabı suvenir, mücrü (şkatulka) suvenir, qutuda hədiyyə, mirvari qolbaq və mirvari boyun bağı, lll-ci siyirmə 2-ədəd bəzəkli qab, 2-ədəd şəkil üçün çərçivə,2-nəfərlik çarpayının üstündə 1-ədəd 2 nəfərlik döşək, 1-ədəd 2 nəfərlik sintifon yorğan, 2-ədəd sintifon balış, Çarpayı örtüyü (pokrıval), 2-ədəd balaca tumbuçka, nişan güzgüsü, suvenirlər və 2-ədəd şamdan, Quran kitabı, balaca parça sandıqca (bənövşəyi), Atlas üzlü sintifon yataq dəsti, böyük parça sandıqça (qəhvəyi), 2-yun yorğan, 1-döşək 2qəhvəyi rəngdə divan balışı, 2-ədəd ayrıca sintifon balış, 2 tül pərdə, 2 ağ rəngdə gün keçirməyən pərdə və 2 qalın pərdə-sandıqçada, Taxtadan gül dibçəkləri üçün rəf, Hamam dəsti, Meyvə və tərəvəz təmizləyən dəst (qutu), 1 qutu 2 çay qaşığı-gümüş, 4-dənə gümüş əşya 1 qutuda (3 qaşıq 1 cəngəl 1 biçaq), Su dəsti (6 bokal 1 qrafin), 2 nəfərlik fincan və nəlbəki, 2 qutuda hərəsində bir şüşə salat qabı, 1 ədəd tərəvəz təmizləyici (qabığını soymaq), 6-ədəd qaşıq dəst, 6-ədəd biçaq dəst, 6-ədəd çəngəl dəst, Mətbəx taxta qaşıqlar dəsti, “Bosch” firmasından mikser, Kofe dəsti 6 fincan, 6 nəlbəki, Kofeüyüdürucü (kofemolka), “Sendvich” hazırlayan aparat, 2 dekorativ qab, 1 çemodan qaşıq, çəngəl və bıçaq dəsti, Mətbəxdə işlənən ləvazimatlar dəsti (dəmirdən), Keramik ağ güldan, Tərəvəz doğrayan plastmas, 2-ədəd plastmas qab və 1-ədəd keramik meyvə qabı, 2-şüşə güldan, 2 keramik konfet qabı, 6-ədəd su qabı, 5-ədəd balaca nəlbəki, 1-ədəd kül qabı, 2-ədəd xrustal gül qabı, xrustal zənbil, 1-ədəd şüşə xrustal dayaz qab, Keramik qapaqlı dərin qab, Keramik dekorativ qab, Ağ keramik güldan, 2-ədəd xrustal ayaqlı mürəbbə qabı, 6-ədəd xrustal stəkan, 1-ədəd xrustal ayaqlı meyvə qabı, 2-ədəd xrustal mürəbbə qabı, 2-ədəd xrustal qab, 3 balaca stəkan, keramik güldan dəsti (komplekt), 1-ədəd xrustal ayaqlı konfet qabı, Şüşə keramik qara dəst (20 əşyadan ibarət), 1-ədəd taxta qaşıq, 1 nəfərlik fincan və nəlbəki, 1-ədəd toster, 6-ədəd qazan dəsti, 1 şüşə qazan, 2-ədəd qulplu tava, 1ədəd şüşəli piroq üçün qab, 1-ədəd xrustal su qabı, 2 cüt xrustal mürəbbə qabı, 1-ədəd xrustal ayaglı meyvə qabı, 12 nəfərlik yemək dəsti ağ rəngdə, Açiq yaşıl rəngdə 6 nəfərlik yemək dəsti və çay dəsti, Çəhrayi və bənövşəyi rəngdə plastmas qablar, şirniyyat bişirmək üçün şüşə və dəmir qablar, Mətbəxdə işlənən ləvazimatlar (dəmirdən), 1-ədəd kompüter çantası, 1-ədəd çemodan bənövşə rəngdə, döşəmə silən dəsmal, 2-ədəd əl sumkası (qara və qızıl), alt paltarları, nazik şərflər və başörtüyü, mətbəx dəsmalları, hamam dəsmalları, Döşəməni silən plastmas və dəsmal, Mətbəxdə işlənən ləvəzimatlar 2 qutu, Paltar şkafı-sol tərəf 1-ci hissə 1-ci rəf yataq dəstləri, süfrələr, əl-üz dəsmalları, mətbəx dəsmalları, alt paltarları, "Dekor"firması qazan dəsti, "Qipfel" firması məcməiləri (podnos), mətbəxdə işlənən taxta alətlər, "Soinic" firması çaynik dəsti, "Royal " firması opal dəsti, "Silverplated" firması şüşə qab qaşıqla, "KitchenPrince" firması bıçaq dəsti, "Coffee Tea marker" firması çaynik, plastmas qab. 2-ci hissə 1-ci rəf "Jemifer" firması alt paltar dəsti, dekorativ dairəvi həsir, 1-ədəd araxçın, tikiş ləvazəmatları, 1-ədəd gəlin paltarı, mirvari boyunbağı və broşka, 2-ci hissə 1-ci rəf 2-ədəd "Ashtray" firması konfet qabı, "Mixer Pitcher" plastmas su qabı, Yaşıl plastmas qablar dəsti (komplekt), 1-ədəd metal aşsüzən, 2-ədəd "Sumphony" firması qutu, "Konya" firması girdə qablar 1 qutu (2 ədəd içində), "Karaca" firması 1 qutu (3 ədəd içində) ağ keramik qab, "X9" firması 6-ədəd qara qutu limon qabı, "Sitra" firması 6-ədəd pcs limon qabı dəmir, Taxta və keramikadan lövhələr, "Salad serving set" firması 1-qutu (2-ədəd içində), qaşıq, Güllü podnos qutuda keramik, "Sveet love" firması fincanları (2-ədəd içində), 2-qutu "C5520" balaca gümüş qablar, "Silverlated cake tonq" firması dəmirdən qutu, "Symphony" firması 1-qutu zeytun qabı (2ədəd içində), 2-ədəd qutu "X8" firması aş qaşığı, qızılı rəngdə keramik qab, "Carre" firması su bokalı (6-ədəd 6-ədəd içində), "Cefard" firması çərəz qabı, 2 qutu xrustal salfet qabı, "Cravy Boat" firması gümüş qab, "Konya" firması oval qab (2 ədəd içində), göy rəngli qutuda 6-ədəd xrustal stəkan, göy rəngli qutuda 6-ədəd xrustal armudu stəkan, "Borçam" firması şüşə qab, "Konya "Pasabahce firması (2 ədəd içində), "Step" firması fujer 6- ədəd, "f &d" firması 12-ədəd bokal, "Hülger Collection" firması dəst (3-ədəd içində) keramik qab, Eletrik su çayniki, mətbəxdə işlənən ləvazimatlar dəst dəmir, "Kenwood" firması mikser dəsti, "Texnolyux" firması ət çəkən maşın, "V-line" firması 12 fujer, "Sinbo" firması qutusu şüşə qazan, 2-ədəd balış, "Merzuka" firması dəsmal dəsti olan cehiz əmlakları iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılsın və cavabdeh Qafarova (Cavadova) Ülviyyə Səbuhi qızına təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar