Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2195/2020 12.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxslər X8, X1 iştirakı ilə, İlkin İddiaçı Hazımurad qızının Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə baxaraq məhkəmə Müəyyən etdi: İlkin İddiaçı Hazımurad qızı Cavabdeh, X24, X11 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, X27, X9 ünvan 2, mənzil 43 ünvanda yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, istifadəsində olan ünvan 2, mənzil 43 ünvanda 2 nəfər ailə üzvü ilə yaşayır. Mərhum oğlu X4 2017-ci ildə arvadı və 2 azyaşlı övladları ilə birlikdə Hövsan qəsəbəsində kirayədə yaşayırdılar və onun mənzilində cavabdehlərin əşyaları qalmamışdır, kirayə köçərkən əşyalarının hamısını özləri ilə aparmışdılar. Cavabdehlər 2 ildir ki, ondan ayrılmışlar, ona görə də, cavabdehlərin onun istifadəsində olan mənzildən istifadə hüquqlarının itirilməsini xahiş edir. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət edərək azyaşlı övladları X21, X9 və özünün ünvan 1, mənzil 43 ünvanına köçürülməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2005-ci ildə İddiaçı oğlu X10 ilə ailə həyatı quraraq ünvan 1 ünvannıda yerləşən 43 saylı mənzilə gəlin köçmüşdür. X10 ilə ailə həyatı qurduqları 2004-cü ildən 2017-ci ilə kimi sözügedən mənzildə yaşamışlar. xx.xx.2006-cı ildə anadan olmuş oğlanları X27 və xx.xx.2008-ci ildə anadan olmuş oğlu X17 sözügedən mənzildə dünyaya gəlmiş və həmin mənzildə yaşamışdır. 2017-ci ildə həyat yoldaşı X10 iş yerindən təyinatla Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsinə göndərilmişdir. Bu səbəbdən də, onlar Səngəçal qəsəbəsində kirayə köçsələr də, əşyaların böyük bir hissəsi mübahisı predmeti olan mənzildə qalmışdır. Bundan sonra, onlar iş günləri Səngəçal qəsəbəsində, qeyri-iş günlərində, bayramlarda və həyat yoldaşının məzuniyyətdə olduğu müddət ərzində mübahisə predmeti olan mənzildə yaşamışlar. Çünki daimi yaşayış yerləri həmin mənzil olmuşdur. Lakin, xx.xx.2019-cu ildə həyat yolddaşı X10 rəhmətə getdikdən sonra İddiaçı ona və övladlarına qarşı münasibəti dəyişmiş, onu və övladlarını sözügedən mənzilə buraxmamışdır. Həyat yoldaşı rəhmətə getdiyindən artıq Səngəçal qəsəbəsində kirayədə yaşamaqları üçün bir səbəb olmadığından, həmçinin maddi durumları ağır olması səbəbindən öz daimi yaşadıqları mənzilə köçmək zərurəti yaranmışdır. Lakin, qaynanası qapının kilidini dəyişmiş, daimi yaşayış yeri olan mənzilə girməklərinə imkan verməyərək dəfələrlə onları həyətdən qovmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. İşə məhkəmədə baxılarkən İddiaçı özlərinin iddia tələbini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. İşə məhkəmədə baxılarkən üçüncü şəxs X8 ilkin iddia tələbini müdafiə edərək qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. İşə məhkəmədə baxılarkən üçüncü şəxs X5 ilkin iddia tələbini müdafiə edərək qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. İşə məhkəmə iclasında baxılarkən doğum haqqında şəhadətnamələrin surətləri ilə müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdehlər sırasında olan X27 və X17 yetkinlik yaşına çatmamışlar. Mülki Prosessual Məcəllənin 49.1.-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Normanın tələbindən göründüyü kimi, məhkəmədə iddiaçı və ya cavabdeh kimi yetkinlik yaşına çatmış (18 yaşına) fiziki şəxslər çıxış edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırkı işdə qarşılıqlı iddia ərizəsində cavabdeh kimi qeyd edilmiş X27 və X17 yetkinlik yaşına çatmadıqlarına görə cavabdeh statusunda ola bilməzlər, ona görə də, məhkəmə onları müstəqil cavabdehlər kimi qəbul etmir, Cavabdeh ailə üzvü kimi nəzərə alır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qarşılıqlı iddiaçı Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələbləri baxımından işə qeyd edilən qurumların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin izahatlarını və iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Seriya RX ******* № li Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi, ev 1, mənzil 43-də xx.xx.2012-ci il tarixində paylı mülkiyyətçilər İddiaçı, X12, X13 və X2 hər birinin ¼ hissədə olmaqla mülkiyyət hüquqları qeydə alınmışdır. - AZ-İ 158005 № li “Nikah haqqında” şəhadətnamənin kserosurətindən görünür ki, X10 ilə X18 xx.xx.2005-ci ildə nikaha daxil olmuşlar. Arvada Musayeva soyadı verilmişdir. -AZ-İ816516 № li “Doğum haqqında” şəhadətnamənin kserosurətindən görünür ki, X27 xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. X3, anası Cavabdehdır. -AZ-816516 № li “Doğum haqqında” şəhadətnamənin kserosurətindən görünür ki, X17 xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuşdur. X3, anası Cavabdehdır. -AZ-İİ 007489 № li “Ölüm haqqında” şəhadətnamənin kserosurətindən görünür ki, X10 xx.xx.2019-cu ildə vəfat etmişdir. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, 2V-1- 152 saylı işə əlavə olan və reyestrdə 2V-176 № ilə qeydə alınan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2019-cu il tarixdə ölmüş X6 vəerəsəsi Cavabdeh və həmin mənzildə qeydiyyatda olan azyaşlı uşaqları X27 və X17 hər biri miraz əmlakdan 1/3 hissədə pay almalıdırlar. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, sözügedən mənzilə ¼ hissədə pay hüququ mərhum X7 məxsus olmuşdur. X29 Musayeva ilə 2005-ci ildə nikaha daxil olmuş, həmin nikahdan iki övladı dünyaya gəlmişdir, xx.xx.2019-cu ildə isə A.Musayev vəfat etmişdir. Hazırda onun Cavabdeh və iki azyaşlı övladı olmaqla 3 nəfər birinci növbəli vərəsələri vardır və onlar miras əmlakla bağlı notariat ofisinə müraciət edib vərəsəlik şəhadətnaməsi almışlar. İlkin iddiaçı tələbində ona əsaslanır ki, cavabdehlər artıq uzun müddətdir ki, mübahisəli mənzili tərk ediblər və ona görə də, onların istifadə hüquqları itirilməlidir. Qarşılıqlı iddiaçı tələbində ona əsaslanır ki, mübahisəli mənzil onların daimi yaşayış yeri olmuş, yalnız mərhum həyat yoldaşının işi ilə əlaqədar müəyyən müddət başqa ərazidə yaşamışlar. İlkin iddia tələbi ilə bağlı məhkəmə hesab edir ki, tələb əsaslı deyildir və təmin edilə bilməz. Belə ki, işə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh və onun iki azyaşlı övladı mərhum X6 birinci növbəli vərəsələri kimi notariat orqanına müraciət etmiş və vərəsəlik şəhadətnamələri almışlar. Məhkəmə ilkin iddia tələbinin təmin edilməməsi barədə hüquqi mövqeyini onunla əsaslandırır ki, ilkin iddianın əsasını cavabdehin mübahisəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bu tələbin əsaslı olması üçün ilkin iddiaçın mübahisəli mənzilə etibarlı mülkiyyət hüquqları, cavabdehlərin isə istifadə hüquqları mövcud olmalıdır. Həmin istifadə hüququnun itirilməsi üçün isə hüququn mövcudluğuna səbəb olan hallar aradan qalxmalıdır. Məsələn, hüquq sahibinin həmin yaşayış sahəsini birdəfəlik tərk edib getməsi və ya digər şəkildə həmin hüququndan faktiki imtina etməsi halı (Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Plenum qərarında formalaşdırdığı hüquqi mövqe). Lakin, hazırkı işdə bu hallar mövcud deyildir. Ona görə ki, cavabdehin mübahisəli əmlaka istifadə hüquqları vərəsəlik hüququndan əmələ gələn mülkiyyət hüququna əsaslanır ki, bu hal tərəfləri əmlaka olan hüquqlar baxımından eyni statusda edir. Ona görə də, məhkəmə hesab edir ki, ilkin iddia tələbi bu əsaslarla təmin edilə bilməz. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1151.1.-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1151.2.-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. - 1162.-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. - 1159.1.-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: - 1159.1.1.-ci maddəsinə görə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). - 1159.2.-ci maddəsinə görə ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. - 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. - 1163-ci maddəsinə görə nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Göründüyü kimi, qarşılıqlı iddiaçının iki azyaşlı övladı ilə mübahisəli mənzildə hüququ vərəsəlik hüququna əsaslanır, ona görə də, qarşılıqlı iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh azyaşlı uşaqları xx.xx.2006-cı il təvəllüdlü X27 və xx.xx.2008-ci il təvəllüdlü X17 ilə birlikdə ünvan 2 ünvanında yerləşən 43 saylı mənzilə köçürülsün. Qarşılıqlı iddia üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2195/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2195/2020
12.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver