Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2203/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Nuriyeva küçəsi, ev 19 ünvanında yerləşən evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, xx.xx.2012-ci ildə X4 ilə faktiki nikaha daxil olmaqla evlənmiş və xx.xx.2016-cı il tarixində X4 ilə nikahları rəsmiləşdirlmişdir. Birgə nikahdan övladları olmamışdır. Ailə qurandan sonra ilk əvvəl digər baldızının evinə gəlin köçmüş və 1 ilə yaxın orada yaşamış, sonradan isə ərinin ata evinə, yəni mübahisəli evə köçmüşlər. Həmin ev 3 otaqdan ibarət idi. Otaqlardan birində onlar, digər birində isə subay baldızı yaşayırdı. Ailəli olduğu vaxt ərzində heç bir ailədaxili münaqişə yaşamamışlar. Həyat yoldaşı X4 xx.xx.2019-cu il tarixində “yumşaq damağın bədxassəli yenitörəməsi” səbəbindən vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra da xx.xx.2020-ci tarixədək mübahisəli evdə yaşamışdır. Lakin xx.xx.2020-ci il tarixində gecə saat 20 radələrində işdən evə gələn zaman evin qapısının bağlı olduğunu, evin onda olan açarın qıfıla düşmədiyini və evin qapı kilidinin dəyişildiyinin şahidi olmuşdur. Qapını açmaq istəyəndə cavabdeh olan baldızı Cavabdeh ona qapını özü bağladığını bildirmiş və digər baldızları Zəminə və Nəzakət də oraya gəlmişlər. O, yenidən daşla kilidi açmağa cəhd etdikdə Zümrüd və əri Arif ona doğru yaxınlaşaraq, Zümrüd onu itələmiş, əri Arif isə daşı əlindən alıb kənara atmışdır. Arif iki əlindən tutmuş, Zümrüd isə əli ilə boğazından tutaraq saçını yolmağa başlamışdır. Bu hadisə baş verən zaman digər baldızları Zəminə və Nəzakət də yanında idilər. Cavabdehin bu hərəkətləri ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq Nəzakət, Zümrüd, Zəminə və Arif tərəfindən döyülməyi barədə şikayət etmişdir. Şikayətində yuxarıda qeyd edilənləri bildirmiş və onu döyən və yaşadığı evdən çıxaran şəxslər barədə qanuna müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Barəsində şikayət etdiyi şəxslər Suraxanı RPİ-nin 31 saylı PB-nə çağırılmış və izahatları alınmışdır. Araşdıma aparıldıqdan sonra Suraxanı RPİ-nin 31 saylı PB-nin təhqiqatçısı, polis baş leytenantı Gündüz Zeynalov tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar çıxarılmış və münaqişə zamanı cinayət hadisəsinin törədilmədiyi bildirilmişdir. Cavabdeh və bacısı xx.xx.2020-ci il tarixində işdən yaşadığı evə gələn zaman evə girə bilməməyi üçün qapının qıfılını dəyişmiş və onun evə daxil olmağına qərəzli şəkildə mane olmuşlar. Bununla da onun evə daxil olmamağı üçün qanunsuz addım atdıqlarını etiraf etmişlər. Halbuki, onlar həmin evdə birgə təsərrüfat aparmaqla etibarlı qohumluq və ailə münasibətlərində olmuşlar. Hazırda getməyə başqa yeri yoxdur. Ona məxsus olan bütün əşyalar da hal-hazırda həmin evdədir. O isə müvəqqəti olaraq kiçik evdə kirayəçi kimi məskunlaşmağa məcbur olmuşdur. Buna görə də qeyd olunanların nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, ev hazırda babasının adındadır və hələ ki, heç kimin adına rəsmiləşdirməmişdir. Onlar bu barədə yalnız qəsəbə nümayəndəliyinə getdikdə məlumatlı olmuşlar. Atası 1995-ci ildə rəhmətə getikdən sonra həmin evdə qardaşı Əliseyran, bacısı Zəminə, bacısı qızı İlahə, o və qızları Dəniz və Yağmur həmin evdə yaşamışdır. Qardaşı 2004-cü ildə vəfat etmişdir. O isə 2006-cı ildə ailə həyatı qurduqdan sonra ərinin evinə köçmüş və 2 il orada yaşadıqdan sonra 2008-ci ildə yenidən ata evinə qayıtmışdır. 2012-ci ildə qardaşı X4 ilə X9 rəsmi qaydada evlənmiş və 2013-2014-cü illərdə bacısı İradənin evində yaşamışlar. Sonradan isə ata evinə köçərək onlarla bir evdə yaşamışlar. Qardaşı vəfat etdikdən sonra Kəmalə qardaşının vərəsəsi olduğunu iddia edərək evin ona məxsus olduğunu bildirmiş, buna görə aralarında mübahisələr olmuşdur. Belə ki, iddiaçı onlarla mübahisə edərək pul yazdığı üçün su və qaz işlətməməklərini deyir. Halbuki, evdə istifadə etdikləri qaz və işıq pulunu növbəli şəkildə ödəyirdilər. Evdə olan qaz, su, işıq sayğaclarının bəziləri hələ də atasınının adınadır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron notariat” X1 edilmiş xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, X4, X12, X4, X14, Cavabdeh və X13 ünvan 1 ünvanında qeydiyyatdadır. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı 148696 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 ilə X9 arasında xx xxxxxxxx 2016-cı ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2016-cı il sentyabr ayının 30-cu günündə 1575 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Yarməmmədov, arvada Yarməmmədova soyadı verilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 997844 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin yanvar ayının 25-ci günündə 200 nömrə ilə qeyd edilmişdir. Suraxanı RPİ-nin 31-ci bölməsinin təhqiqatçısı Gündüz Zeynalov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Kirov küçəsi, ev 19-da yaşayan vətəndaş X2 RPİ-nin 31-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində yaşadığı evin qarşısında baldızı Zümrüd və əri Asif tərəfindən aralarında yaranan mübahisə zəmnində döyülmüşdür. Vətəndaş bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir.Toplanmış materialdan görünür ki, X5 DİN-in 102 xidmətinə verdiyi məlumat əsasında toplanmış materialda cinayət tərkibi yaradacaq əsas və səbəblər yoxdur. Belə ki, vətəndaş X11 vətəndaş X6 işlədiyi salonda xəsarət yetirdiyini etiraf etməsinə baxmayaraq vət. K.Əsədova həmin etiraf ilə bağlı şikayətçi olmamışdır. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Sona Nuriyeva (keçmiş Kirov) küçəsi, 19 saylı ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.1970-ci il tarixdə X8 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş çeklərindən görünür ki, “xxxxxxxx” ASC-yə Ənvər Əlihüseyn, “xxxxxxxx” ASC-yə Əlihüseyn Ənvər, “xxxxxx” ASCyə isə Natiq Yarməmmədov “müştəri adları” tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmişdir. Cavabdeh tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 4147 №-li Sərəncamından görünür ki, vətəndaş Yarməmmədov N.Ə. oğluna 185-000-İİİ №-li layihə-smeta sənədləri əsasında fərdi yaşayış evi tikmək üçün Əmircan qəsəbəsində 15 №-li torpaq sahəsinin ayrılması və göstərilən layihə üzrə fərdi yaşayış evi tikilməsinə icazə verilməsi müəyyən edilmişdir. Bakı şəhər X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindəki “Çıxarış”dan görünür ki, Əmircan qəsəbəsi, Kirov küçəsi, 19 saylı ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.1970-ci il tarixdə X8 adına qeydiyyatdan keçmişdir və bu barədə 5 №-li kitabın 717 nömrəli səhifəsində qeyd aparılmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş çeklərindən görünür ki, “xxxxxxxx” ASC-yə Ənvər, “xxxxxxxx” ASC-yə Zəminə Yarməmmədova və Əlihüseyn Ənvər, “xxxxxx” ASC-yə isə Natiq Yarməmmədov “müştəri adları” tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Milli qanunvericilik mənzilə köçürmə tələbinin əsaslılığını iki halla şərtləndirir. Bunlardan biri şəxsin köçürülməsini tələb etdiyi mənzildən istifadə hüququnun yaranmış olması, digəri isə, şəxsin bilavasitə özünün və ya birgə təsərrüfat apardığı ailə üzvləri ilə birlikdə inşa etdiyi və ya dövlətə məxsus olsa da, orada uzun müddət yaşamaqla, yeganə yaşayış yeri kimi mənzil şəraitinin qurulması halıdır. Birinci halla bağlı qanunvericilik konkret əsaslar nəzərdə tutub. Belə ki, əgər iddiaçı köçürülməsini tələb etdiyi mənzil xüsusi mülkiyyətdədirsə, bu halda yalnız istifadə hüququ yaranıbsa, iddiaçı həmin mənzilə köçürülə bilər. Hazırkı mübahisədə iddiaçının köçürülməsini tələb etdiyi mənzil xüsusi mülkiyyətdə olduğu üçün, iddiaçının həmin mənzildən istifadə hüququnun yaranıb-yaranmadığını müəyyən etmək zəruridir. 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” xx xxxxxxx 2005-ci il tarixli Qanun ilə Mülki Məcəlləyə 228.5-ci maddə əlavə edilmişdir. (xx xxxxxx 2005-ci il tarixdən qüvvəyə minib) Həmin Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin maddənin mənasına görə, mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideyni və uşaqlarının onun bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd edib ki, digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı tələb olunur və bu razılıq dedikdə, istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı müqavilə nəzərdə tutulur. 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Hazırkı işdə mübahisəli evin mülkiyyətçisi iddiaçının yuxarıda qeyd edilən birinci dərəcəli ailə üzvü olmadığından, onun mübahisəli mənzildən istifadə hüququ avtomatik yaranmamışdır. Onun mübahisəli mənzilin mülkiyyətçisi ilə mənzildən istifadə hüququ ilə bağlı yazılı razılaşması yoxdur. Mülkiyyətçi mübahisə dövründə sağ olmasa da, cavabdeh həmin evdə qeydiyyatda olmaqla yaşamaqla, mirası faktiki qəbul etmişdir. Belə olan halda, onun statusu evin mülkiyyətçisinin statusu ilə bərabər tutulmalı, onun etiraz etməsi iddiaçının mübahisəli evə köçürülməsi tələbini rədd etmək üçün əsas hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. İddia rədd edildiyi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-2203/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2203/2020
16.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver