Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2210/2023 15.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı “yaşayış hüququnun tanınması və ünvana köçürülmə” tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “yaşayış hüququnun tanınması və ünvana köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, oğlu İddiaçı2 və qızı İddiaçı3 ilə birlikdə gəlin köçdüyü Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, 2-ci döngə, birmərtəbəli 2 saylı evin 5-ci mənzilinə yaşayış hüquqlarının tanınması və ünvana köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçılar Cavabdeh, X1 və X4 cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 2-ci Balandin küçəsi, ev 2, 5 saylı mənzildə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək 2(010)-2210/2023 saylı mülki işin Suraxanı Rayon Məhkəməsinin ictraatında olan 2(010)-1271/2023 saylı mülki işlə birləşdirilməsi və bir icraatda baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 vəsatətin təmin olunmamasını xahiş edərək, işlərin bir icraatda birləşdirilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iddiaçı tərəfi dinləyib, vəsatəti nəzərdən keçirib, hər iki mülki işin eyni predmet barəsində, eyni tərəflər arasında olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “yaşayış hüququnun tanınması və ünvana köçürülmə” tələbinə dair 2(010)-2210/2023 saylı mülki işin iddiaçılar Cavabdeh, X1 və X2 cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair 2(010)-1271/2023 saylı mülki işə birləşdirilməsi məqsədəuyğundur. Belə ki, həmin işlərin birləşdirilməsi həm də mübahisəyə daha operativ baxılmasına xidmət edəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “yaşayış hüququnun tanınması və ünvana köçürülmə” tələbinə dair 2(010)-2210/2023 saylı mülki iş iddiaçılar Cavabdeh, X1 və X2 cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair 2(010)-1271/2023 saylı mülki işə birləşdirilsin.
Məhkəmə qərarları › İş №2(010)-2210/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2210/2023
15.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver