Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2219/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cəmı̇ l oğlu, X4, Cavabdeh4 Kamı̇ l qızı, Cavabdeh5 və Cavabdeh6 Nı̇ zami qızına qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh5 və xx.xx.1980-cı il təvəllüdlü Cavabdeh6 Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsində yerləşən 2-ci döngə, 30 saylı evdə yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, AN-İ № ******* saylı 19 dekabr 2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104,5 kv metr olan fərdi yaşayış evini tam mülkiyyət üzrə tam hissəni ona satmış, o, isə evin dəyərini - 88300 manat məbləğində pulu satıcıya tam ödəmişdir. Həmin müqavilənin 13-cü bəndində göstərdiyi kimi satıcı Cavabdeh2 10.01.2022-ci il tarixədək, qeydiyyatdan çıxarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdehin götürdüyü öhdəlikdən kifayət qədər vaxt keçsə də o öhdəliyini yerinə yetirməmişdir. Daşınmaz Əmlakın Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 22.12.21-ci il tarixdə, ********** nömrə ilə qeydiyyatdan keçmiş Çıxarışa əsasən Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi 2-cidöngə, 30 saylı ev onun tam mülkiyyətindədir. Cavabdehlərin onun tam mülkiyyətində olan, evdən istifadə hüquqlarına xitam verilməməsi səbəbindən onun həmin evə faktiki sahiblik, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqları məhdudlaşdırılıb. Odur ki, hazırki məsələ ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cəmı̇ l oğlu, X4, Cavabdeh4 Kamı̇ l qızı, Cavabdeh5 və Cavabdeh6 Nı̇ zami qızı məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinin tələbini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, mülki işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - AN-İ № ******* saylı, 10.12.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X6 ümumi sahəsi 104.5 kv.m olan Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, 2-ci döngədə yerləşən 30 saylı fərdi yaşayış evini 88300 manata alıcı İddiaçı satmışdır. -qeydiyyat tarixi 22.12.2021-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışdan görünür ki, ümumi sahəsi 104.50 kv.m olan Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, 2-ci döngədə yerləşən 30 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. - 05.04.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı ilə yanaşı, Cavabdeh1, Cavabdeh2 Cəmı̇ l oğlu, X4, Cavabdeh4 Kamı̇ l qızı, Cavabdeh5 və Cavabdeh6 Nı̇ zami qızı, X2, X5, X7 və X3 Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, 2-ci döngədə yerləşən 30 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. -Cavabdeh1 tərəfindən məhkəməyə göndərilmiş 23.04.2022-ci il tarixli notarial ərizə ilə Cavabdeh1 iddianı tam etiraf etdiyini, qeydiyyata düşməyə yeri olmadığı üçün öhdəliyi vaxtında icra edə bilmədiyini qeyd edir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, qeyd edilən mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya aiddir. Cavabdehlərin həmin mənzilə istifadə hüququnun olması iş materalları ilə müəyyən edilməmişdir. İddia tələbində cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilməsi xahiş edilsə də, iddiaçının məqsədi əslində cavabdehləri həmin mənzilə qeydiyyatdan çıxartmaqdır. Cavabdeh1 notarial ərizə ilə iddianı etiraf etdiyini bildirir. Məhkəmə Cavabdeh1 iddianı etiraf ərizəsinə münasibətdə hesab edir ki, etiraf qanuni deyildir və məhkəmə tərəfindən qəbul edilə bilməz. Belə ki, Mülki-Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə etirafın qanuna zidd olmasını, eyni zamanda iddia tələbinin əsassız olmasını aşağıdakı kimi izah edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Tərəflərin bir-biriləri ilə qohumluq və ya ailə münasibətləri olmadığına görə bu münasibətlərə əsaslanan istifadə hüququnun olması məsələsi də müzakirə mövzusu deyildir. Göründüyü kimi, daşınmaz əmlakla bağlı sahiblik hüququnun yaranması üçün qanunvericilik bir sıra imperativ əsaslar qoymuşdur ki, bu əsaslar da qanuni və ya müqavilə ilə yaranan hallarla bağlıdır. Məhkəmə toplanmış sübutlara yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, hazırkı işdə cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evinə istifadə hüquqlarının olması müəyyən edilmədiyinə görə istifadə hüququnun itirilməsi tələbi də təmin edilə bilməz. Belə ki, olmayan hüquq itirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən hallar öz təsdiqini tapmadığına görə, yəni cavabdehlərin iddiaçıya məxsus evə istifadə hüququnun mövcudluğu müəyyən edilmədiyinə görə istifadə hüququnun itirilməsinə dair tələb təmin edilə bilməz. Eyni əsasa görə də məhkəmə Cavabdeh1 iddianı etirafını qəbul etmir. Çünki, iddia tələbi özü-özlüyündə əsassızdır və etirafın qəbul edilməsi əsassız və qanunsuz olan iddianın təmin edilməsi ilə nəticələnər. Ona görə də, məhkəmə etirafı prosessual qanunvericiliyin tələbləri baxımından qəbuledilməz hesab edir. Mülki Prosessual Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh1, xx.xx.2001-ci il təvəllüldü X4, xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh4 Kamı̇ l qızı, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh5 və xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh6 Nı̇ zami qızının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsində yerləşən 2-ci döngə, 30 saylı evdə yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2219/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2219/2022
18.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver