Məhkəmə qərarları › İş №2(010)-2241/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2241/2024

01.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2241/2024 01.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı, Cavabdeh4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Qaçqınların və X7 üzrə Dövlət Komitəsi olmaqla mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçının tələbi.

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Qaçqınların və X7 üzrə Dövlət Komitəsi olmaqla mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia təmin edilməklə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4067-ci məhəllə, Hacinski küçəsində yerləşən 101 saylı yaşayış binasının 1-ci girişinin 3cü mərtəbəsində yerləşən,3 otaqlı, yaşayış sahəsi 41,21 kv.m olan 9-cu mənzilin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. O, İddiaçı 1991-ci ildən uzun müddətdir SEİB 3 N-li Evtikmə Kombinatında işləyir və 1997-ci ildə iş yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində xx.xx.1997-ci ildə 690 N-li Sərəncamla mənzil növbəsinə götürülmüşdür. SEİB 3 X8 balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4067-ci məhəllə, Hacinski küçəsində yerləşən 101 saylı yaşayış binasının 1-ci girişinin, 3-cü mərtəbəsində yerləşən, 3 otaqlı yaşayış sahəsi 41,21 kv m olan 9-cu mənzilin özü, həyat yoldaşı və 2 oğluna verilməsi barədə SEİB 3 X8 rəhbərliyi və HİK-nin birgə iclasının 1 Saylı xx.xx.2014-cü il tarixli protokolu təsdiq edilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə verilmiş və xx.xx.2019-cu il 49N-li Sərəncamla Binəqədi Rayon İcra Hakimyyətində təsdiq olunmuşdur və onunla kirayə müqaviləsi bağlanmış hesab edilmişdir. Mənzillə təmin olunduğundan işlədiyi müəssisədən mənzil növbəliyindən siyahıdan çıxarılmışdır. Ona məxsus olan həmin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4067-ci məhəllə Hacinski küçəsi 101, 1-ci giriş, 3-cü mərtəbə yerləşən, 3 otaqlı,yaşayış 41,21 kv.m.olan 9-cu mənzili Xocavənd rayonundan olan məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X10 ailələri ilə birgə zəbt etmişlər. Zəbt edilmiş mənzilin ünvanında məcburi köçkün kimi qeydiyyatları yoxdur. Dəfələrlə həmin mənzilə yaxınlaşsa belə, hər hansı bir söz soruşmağa imkan verməmişdirlər. Araşdırılmalar nəticəsində ona məlum olmuşdur ki, həmin şəxslər ona məxsus olan mənzildə məcburi köçkün kimi müvəqqəti qeydiyatları yoxdur və onlar mənzillə təmin olunmuşlar. Bundan sonra daha dəqiq məlumat almaq üçün xx.xx.2024-cü il tarixində 01/02 saylı məktubla Azərbaycan Respublikası Qaçqınların və X7 Üzrə Dövlət Komitəsinə adları yuxarıda göstərilən məcburi köçkünlərin hansı ünvanda qeydiyatda olmaları və Dövlət proqramına əsasən mənzillə təmin olunub-olunmamaları barədə rəsmi müraciət etmişdir. xx.xx.2024-cü il tarixli, 3-36-3/2-421\2024Nİi rəsmi müraciətinə cavab verilərək bildirildi ki, Azərbaycan Respublikası Qaçqınların və X7 Üzrə Dövlət Komitəsində olan məlumata əsasən adları çəkilən vətəndaşlar Cavabdeh1, Cavabdeh2, X10,Cavabdeh3 xx.xx.2009-cu il tarixdə Beyləqan rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 500 ailəlik qəsəbədə evlə təmin olunmuş və hal-hazırda ev 98 ünvanında qeydiyatda olmaqla faktiki olaraq məskunlaşmışlar.

Tərəflərin izahatları.

3. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbi ilə razı olmadığını bildirdi.

İş materialları.

6. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Məişət Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 nömrəli Təklifinin surətindən görünür ki, X5 ailə tərkibi 4 nəfərlə (özü, yoldaşı, 2uşağı) mənzil növbəsinə götürülməsi haqqında SEİB müdiriyyəti və HİK-nin xx.xx.1997-ci il tarixli, 8 nömrəli Qərarı təsdiq edilmiş, vətəndaş M.H.Abdullayeva ümumi əsaslarla mənzil sahəsi ilə təmin olunan ailələrin siyahısına daxil edilmiş və M.H.Abdullayevanın mənzil uçot sənədlərinin iş yerinə gətirilməsi müəyyən edilmişdir.

7. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 690 nömrəli Sərəncamının surətindən görünür ki, X5 ailə tərkibi 4 nəfərlə (özü, yoldaşı, 2uşağı) mənzil növbəsinə götürülməsi haqqında SEİB müdiriyyəti və HİK-nin xx.xx.1997-ci il tarixli, 8 nömrəli Qərarının təsdiq edilməsinə dair Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Məişət Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 nömrəli Təklifi təsdiq edilmişdir.

8. AR 1 saylı Yerli İqtisad Məhkəməsinin 14 fevral 2001-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4067-ci məhəllədə M.Fətəliyev küçəsində 9 mərtəbəli, 3 girişli, 72 mənzilli tikintisi başa çatmamış yaşayış evinin X1 Birliyinin balansına verilməsi qət edilmişdir.

9. AR Ədliyyə Nazirliyinin Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 3/1273-04 nömrəli məktubundan görünür ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Hacınski küçəsində yerləşən 101 saylı yaşayış binasında olan mənzillərin Binəqədi rayonunda yerləşən X1 Birliyinin əmək kollektivinin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan işçilərinin adına sənədləşdirilməsi ilə bağlı müraciətə baxılmışdır. Məsələ ilə bağlı təqdim olunan sənədlərdən: Yaşayış binasının Binəqədi rayonunda yerləşən X1 Birliyinin əmək kollektivinin mənzil sahəsinə ehtiyacı olan işçiləri üçün inşa edildiyi, sözügedən yaşayış binasının 1 saylı Yerli İqtisad Məhkəməsinin 2001-ci il 14 fevral tarixli qətnaməsinə əsasən X1 Birliyinin balansına verildiyi, hazırda sözügedən yaşayış binasının mənzillərinin yaşayış sahəsi kimi uzun müddət istifadədə olduğu müəyyən edilmişdir. Beləliklə, AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 85 və 87-ci, Azərbaycan SSR Mənzil Məcəlləsinin 48-ci, AR Mənzil Məcəlləsinin 1.2-ci və 146-cı maddələrinin müddəalarına əsasən Binəqədi rayonunda yerləşən Birliyin əmək kollektivinin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan işçilərin adına sözügedən mənzillərin rəsmiləşdirilməsinin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən aparılmasının məqsədəmüvafiq olması hesab edilmişdir.

10. Mənzilin vətəndaşa verilməsi barədə SEİB 3 X8 rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 1 saylı xx.xx.2014-cü il tarixli protokolunun təsdiq edilməsi barədə AR Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 49 nömrəli Sərəncamından Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Hacınski küçəsində yerləşən 101 saylı yaşayış binasının 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, yaşayış sahəsi 41.21 kv.m olan 9-cu mənzilin vətəndaş İddiaçı ailə tərkibi 4 nəfərlə (özü, həyat yoldaşı və 2 oğlu) verilməsi barədə SEİB 3 X8 rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 1 saylı xx.xx.2014-cü il tarixli protokolu təsdiq edilmiş və vətəndaş İddiaçı ilə kirayə müqaviləsi bağlanmış hesab edilmiş, vətəndaş İddiaçı iş yeri üzrə mənzil növbəsindən çıxarılmış və həmin ünvanda məskunlaşan məcbui köçkün ailəsinin digər yaşayış sahəsi ilə təmin olunana qədər sözügedən mənzildən çıxarıla bilməməsi qərara alınmışdır.

11. AR Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Sənayeləşdirilmiş Evtikmə Kombinatının baş direktoru İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, AR Qaçqınların və X7 üzrə Dövlət Komitəsində olan məlumata əsasən məktubda adı çəkilən vətəndaşlar - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2009-cu il tarixdə Beyləqan rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 500 ailəlik qəsəbədə evlə təmin olunmuş və hal-hazırda ev 98 ünvanında müvəqqəti qeydiyyatda olmaqla faktiki olaraq məskunlaşmışlar.

12. X1 Birliyinin 3 nömrəli ETK-nın Suraxanı Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Suraxanı rayon, Qaraçuxur qəsəbəsi, 4067-ci məhəllə, Hacinski küçəsində yerləşən 101 saylı yaşayış binası, 72 mənzildən (2otaqlı,3 otaqlı,4 otaqlı) ibarət olmaqla X1 Birliyi 3 N-li ETK-nın balansındadır. Müəssisənin və Həmkarlar İttifaqı komitəsinin rəsmi sənədləri əsasında mübahisəli mənzil Suraxanı rayonu,Qaraçuxur qəsəbəsi,4067-ci məhəllə, Hacinski küçəsində yerləşən 101 saylı yaşayış binasının 1 girişi 3-cü mərtəbəsində yerləşən,3 otaqlı yaşayış sahəsi 41,21 kv.m olan mənzilin nömrəsi 9-dur və İddiaçı özü, yoldaşı və iki uşağına mənzil növbəsinə əsasən müəssisə tərəfindən verilmişdir, Rayon İcra Hakimiyəti tərəfindən də sərəncamla təsdiq edilmişdir. (Həmin binada və həmin mənzildə yaşamış məcburi köçkünlər tərəfindən səhv olaraq 52 nömrə qoyulmuşdur) Bu mənzillərin məcburi köçkünlər tərəfindən səhv olaraq nömrələnməsi barədə aidiyəti təşkilatlara tərəfindən müraciət olunmuşdur, cavab olaraq bildirilmişdir ki, onlara gələcəkdə heç bir problem olmayacaqdır. Müəssisə tərəfindən xx.xx.2021-ci il tarixli 01/01 N-li məktubla Azərbaycan Respublikası Qaçqın və X7 üzrə Dövlət Komitəsi Suraxanı rayon Sektor müdirinə, Hacinski küçəsində yerləşən 101 saylı binada məskunlaşmış məcburi köçkün ailələrinin müvəqqəti qeydiyatda olmaları barədə olan siyahının müəssəyə təqdim edilməsi barədə müraciət olunmuşdur. Müraciətə cavab olaraq 05 Aprel 2021-ci il S-02N-İİ Qaraçuxur qəsəbəsi,4067-ci məhəllə,Hacinski küçəsində yerləşən 101 saylı binada məskunlaşmış məcburi köçkünlərin müvəqqəti qeydiyyatda olmaları barədə olan siyahı müəssisəyə təqdim edilmişdir. Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin siyahıda olmadığı bildirilmişdir.

14. AR Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Suraxanı rayon X2 Kombinatının baş direktoru İddiaçı ünvanlanan xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanda yerləşən, 3 girişdən ibarət (blokdan) doqquz mərtəbəli binada məskunlaşmış məcburi köçkün ailələrin X3yıtmaları ilə əlaqədar “Dövlətqaçqınkom” da fəaliyyət göstərən komissiya tərərfindən yerində qeydiyyatları aparılmışdır və hər hansı bir neqativ hallara yolverilməsinə rast gəlinməmişdir. Sözügedən ünvanda məskunlaşmış məcburi köçkünlərin müvəqqəti olaraq məskunlaşdıqları mənzillərin nömrələnməsinin isə son nəticəyə hər hansı bir təsir etməyəcəyinə əmin ola bilərsiniz. Belə ki, məcburi köçkün soydaşlarımız öz doğma torpaqlarına qayıtdıqdan sonra onlar tərəfindən boşalan mənzillər, təşkilatınız tərəfindən vətəndaşlara verilmiş hüquqi sənədlər əsasında təhvil veriləcəkdir.

İşin faktiki halları.

15. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı mübahisə obyekti olan mənzilin ona məxsus olmasını, cavabdehlərin uzun müddətdir ki həmin mənzili zəbt etdiklərini və onu həmin mənzilə yaxınlaşmağa qoymadıqlarını bildirir. İddiaçının tələbinin faktiki əsaslandırmasını cavabdehlərin həmin mənzili zəbt etmələri, bununla belə müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlara yaşayış yerinin də ayrılması halları təşkil edir.Tələbinin hüquqi əsaslandırması kimi müvafiq icra hakimiyyəti orqanaları tərəfindən verilmiş sənədlər çıxış edir. Cavabdeh tərəf iddianı qəbul etmir və etirazını onunla əsaslandırır ki, onlar 1993-cü ildən həmin mənzilə məcburi köçkün kimi məskunlaşmışlar, həmin mənzilin hansı əsasla iddiaçıya məxsus olması müəyyən deyil, ümumiyyətlə həmin mənzilin iddiaçıya məxsus olması sübut edilmir. İşdən görünür ki, cavabdehlərin zəbt edilmiş mənzilin ünvanında məcburi köçkün kimi qeydiyyatları yoxdur.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

Maddə 59. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi

Maddə 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Maddə 59.4. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Maddə 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Maddə 62.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

17. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648№li Fərmanının 4 - cü bəndində yerli icra hakimiyyəti başçısının səlahiyyətləri sırasında 4.9.8-ci bəndə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək səlahiyyəti də nəzərdə tutulmuşdur.

19. İnsan Hüquqlarının və X6 haqqında Konvensiyaya dair 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

20. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarı Həmin qərarın 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Məhkəmənin mövqeyi

22. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

23. Məhkəmə ilk öncə mübahisə obyekti olan mənzilə münasibətdə iddiaçının subyektiv hüququnun olub-olmaması məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. İddiaçı iddia edir ki, həmin mənzil ona işlədiyi qurum tərəfindən bir neçə il mənzil növbəsində durandan sonra verilib və həmin qurumun sənədi əsasında da yerli icra hakimiyyəti orqanı onunla kirayə müqaviləsinin bağlanmış hesab edilməsini qərara alıb. İşə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Binəqədi rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2019-cu il tarixli sərəncamı ilə mübahisə obyekti olan mənzil barəsində Mübadə İsmayılova ilə sosial kirayə müqaviləsinin bağlanmış hesab edilməsi qərara alınmışdır. Həmin qərarın verilməsinə əsas SEİB 3 X8 rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 1 saylı xx.xx.2014-cü il tarixli protokolu olmuşdur. (həmin qərarla protokol təsdiq edilmişdir) Yuxarıda istinad edilmiş maddi hüquq normalarının tələblərinə görə daşınmaz əmlak üzərində məhdud əşya (istifadə və sahiblik) hüququnun yaranması əsaslarından biri kimi müvafiq icra hakimiyyəti orqanlarının qərarları nəzərdə tutulmuşdur, hansı ki, həmin qərarlar sonradan həmin əmlak üzərində mülkiyyət hüququnun da yaranmasının əsası kimi çıxış edə bilər. Beləliklə, müəyyən olunur ki, iddiaçının mübahisə obyekti olan daşınmaz əmlaka münasibətdə hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ vardır. Buna münasibətdə cavabdeh tərəfin həmin əmlaka hər hansı bir hüquqlarının olması işə əlavə edilmiş sənədlərdən və işin hallarından müəyyən edilmir. İddia tələbinə cavabdehlərin etirazı ondan ibarətdir ki, onlar 1993-cü ildən həmin mənzildə məskunlaşmışlar və həmin mənzil uzun müddətdir ki, onların yaşayış yeridir. Məhkəmə cavabdeh tərəfin etirazı ilə razılaşmır. Ona görə ki, cavabdehlərin mübahisəli mənzildə uzun müddət məskunlaşmaları özü – özlüyündə onlara həmin əmlaka münasibətdə hər hansı hüquq yaratmır. Bundan başqa, işin halları ilə o da müəyyən edilir ki, bu mənzil cavabdehlərin yeganə yaşayış sahəsi də deyil. Belə ki, işdə olan Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan məlum olur ki, cavabdehlər xx.xx.2009-cu il tarixdə Beyləqan rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 500 ailəlik qəsəbədə evlə təmin olunmuş və ev 98 ünvanında müvəqqəti qeydiyyatdadırlar. Beləliklə, müəyyən edilir ki, iddiaçının məhdud əşya hüquqlarının olduğu mənzildə cavabdehlər hər hansı hüquqi əsas olmadan məskunlaşmışlar və onların həmin mənzildə qalmaları üçün hüquqi əsaslar yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəmə müraciət etməkdə haqlı olmuşdur və mübahisəyə tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından iddiaçının ididası əsaslıdır.

Məhkəmə xərcləri

1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. İddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

26. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4067-ci məhəllə, Hacinski küçəsində yerləşən 101 saylı yaşayış binasının 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən, 3 otaqlı, yaşayış sahəsi 41.21 kv.m olan 9-cu mənzil, cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir.

27. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4067-ci məhəllə, Hacinski küçəsində yerləşən 101 saylı yaşayış binasının 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən, 3 otaqlı, yaşayış sahəsi 41.21 kv.m olan 9-cu mənzil, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakjı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar