Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-225/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi və vəkili – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil, Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakı ilə Ərizəçi itirilmiş məhkəmə icraatının bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin icraatında iddiaçı Aslanov Beykəs oğlunun ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi ¾ saylı evdə yaşayış sahəsinə istifadə hüquqları tanınmasına və onlar həmin evdə qeydiyyata alınmasına dair 2-1203/2006 nömrəli mülki iş üzrə icraatın – həmin iş üzrə məhkəmə işinin bərpa edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 2- 1203/2006 nömrəli, 30 iyun 2006-cı il tarixli qətnaməsi ilə ididaçı Maraqlı şəxs1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ¾ saylı evdə yaşayış sahəsinə istifadə hüquqları tanınmış və onlar həmin evdə qeydiyyata alınmışlar. Qeyd edilən məhkəmə qətnaməsi barədə məlumatı Maraqlı şəxs1 və ailə üzvlərinin onun mülkiyyətində olan evə hansı əsaslarla qeydiyyata düşmələri barədə Qaraçuxur qəsəbə nümayəndəliyinə verilən vəkil sorğusuna cavab məktubundan məlumat əldə etmiş, həmin anda Suraxanı Rayon Məhkəməsinə qətnamənin verilməsi barədə müraciət etmiş və qətnamənin surəti ona xx.xx.2022-ci ildə təqdim edilmişdir. Həmin ev heç bir zaman Maraqlı şəxs1 və onun ailə üzvlərinin mülkiyyətində, sərəncamında və ya kirayəsində, yaxud isitifadəsində olmamışdır. Bildirir ki, həmin ev hazırda onun şəxsi mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da alınmışdır. Həmin yaşayış evini xx.xx.2001-ci ildə keçmiş əri X4 alqı-satqı müqaviləsi əsasında satın almışdır və həmin vaxt evdə Maraqlı şəxs1 və onun ailə üzvləri qeydiyyatda olmamışdır. Bu mübahisələndirilən qətnamədən də görünür. Ev keçmiş əri X1 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 2001-ci ildə qeydə alınmış və bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-349/2010 nömrəli, 16 iyul 2010-cu il tarixli qətnaməsi ilə həmin evdə onun payı birgə nikahda əldə edilmiş əmlak kimi ½ hissə müəyyən edilmişdir. Həmin qətnamənin notariat qaydasında təsdiq edilmiş surəti əlavə olunur. Beləliklə, Suraxanı Rayon Məhkəməsinin hazırda barəsində şikayət verdiyi qətnaməsi qəbul edilən zaman o da evin mülkiyyətçisi olmuş, həmin qətnamə ilə onun da hüquq və mənafeyinə toxunmuşdur. xx.xx.2011-ci ildə keçmiş əri X4 öz payını ona bağışlamışdır və ev onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu barədə çıxarış verilmişdir. xx.xx.2017-ci ildə isə ev, habelə evin altındakı və həyətyanı torpaq sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ******* nömrəli daşınmaz əmlakın dövlət reyesterindən çıxarış verilmişdir. Hazırda da ev və torpaq sahəsi onun mülkiyyətindədir. Nə keçmiş əri, nə də o, Suraxanı Rayon Məhkəməsində onların evdən Maraqlı şəxs1 və ailə üzvlərinin istifadə hüquqları tanınarkən və onların qeydiyyata salınması həll edilərkən məhkəmə araşdırmasına cəlb edilməmişlər və bu barədə məlumatları olmamışdır. İş üzrə iddiaçı Maraqlı şəxs1, cavabdeh isə Qaraçuxur qəsəbə nümayəndəliyi olmuş, istifadə hüququ tanınılan evin ünvanı isə onun mülkiyyətində olan ev göstərilmişdir. Qeyd edilən qətnamənin nəticəsində o, mülkiyyətində 2001-ci ildən hesab edilən və olan evdən öz mülahizəsinə əsasən istifadə edə bilmir, sərəncam verə bilmir, bununla da onun qanuni mülkiyyətçi kimi hüquqları pozulur. Bütün göstərilənlərə əsasən Suraxanı Rayon Məhkəməsinin 2-1203/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs kimi apellyasiya şikayəti vermiş, lakin şikayəti Suraxanı Rayon Məhkəməsinin 2-1203/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qərardadı ilə geri qaytarılmışdır. Əsas kimi o göstərilmişdir ki, “hazırki mülki iş mövcud olmadığından mövcud olmayan iş üzrə apellyasiya şikayəti verilə bilməz. Həmin iş 08 aprel 2022-ci ildə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən məhv edilmişdir.” Həmin qərardaddan verilmiş şikayət əsasında qəbul edilmiş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5889/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə də müəyyən olunur ki, mülki işin məhv edilmiş və ya itirilmiş olması, heç bir halda həmin iş üzrə çıxarılmış qətnamənin maraqlarına toxunduğu şəxsin məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz və əgər məhkəmə mülki işin mövcud olmamasını əsas gətirib ərizəçinin apellyasiya şikayəti vermək hüququnun olmadığını vurğulayırsa, o zaman onun hansı vasitə ilə hüquqlarını müdafiə edə biləcəyinin izahını verməlidir. Kollegiya bu konteksdə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə Əlavə-1-in 2-ci bəndi hərfi mənada qəbul edilməməli, itirilmiş məhkəmə icraatının bərpa edilməsindəki məqsəd nəzərə alınmaqla qətnamənin maraqlarına toxunduğu şəxsin müvafiq ərizə ilə müraciət etməsinin mümkünlüyü məsələsi müzakirə olunmalıdır. Suraxanı Rayon Məhkəməsinin 2-1203/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə həmin iş üzrə iddiaçıların istifadə hüququ tanınmış ev keçmiş əri X1 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 2001-ci ildə qeydə alındığı, Suraxanı Rayon Məhkəməsinin 2(010)-349/2010 nömrəli, 16 iyul 2010-cu il tarixli qətnaməsi ilə həmin evdə onun payı birgə nikahda əldə edilmiş əmlak kimi ½ hissə müəyyən edildiyi üçün, yəni ev üzərində 2001-ci ildən onun da mülkiyyət hüququ olduğu üçün 2(010)- 1203/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə onun da hüquq və mənafeyinə toxunmuşdur. Həmin qətnamədən apellyasiya şikayətinə isə iş üzrə icraat itirildiyi üçün baxılması mümkün deyildir və bu səbəbdən də apellyasiya şikayəti geri qaytarılır. Hesab edir ki, qeyd edilən iş üzrə itirilmiş icraat bərpa olunmalıdır. Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı Maraqlı şəxs1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ¾ saylı evdə yaşayış sahəsinə istifadə hüquqları tanınmasına və onların həmin evdə qeydiyyata alınmasına dair 2-1203/2006 nömrəli mülki iş üzrə icraatın bərpa edilməsi onun maraqlarına toxunan şəxs kimi həmin qətnamədən verdiyi apellyasiya şikayətinə baxılması üçün zəruridir ki, bu mövqe Bakı Apelyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qərardadında öz əksini tapmışdır. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, maraqlı şəxs həmin evdə faktiki yaşamadığını etiraf edir. Lakin ona başqa evə qeydiyyata alınmasını təklif etsələr də, o bunu qəbul etmir və başqa yerdə qeydiyyata düşmək istəmir. Maraqlı şəxs ərizəçiyə rüsumu onun ödəməsi qarşılığında başqa ünvan almasını təklif etmişdir, lakin onlar bildirirlər ki, həmin ünvanda ərizəçi yaşayır və maraqlı şəxs almaq istəyirsə, özünə yeni ünvan almalıdır. Məhkəmə iclası zamanı da müəyyən edildi ki, həmin qətnamədə iştirak etdiyi göstərilən şəxs iştirak etmədiyini bildirdi. Hazırda onlar məhkəmədən itirilmiş icraatın bərpa edilməsini xahiş edirlər ki, apellyasiya şikayəti verə bilsinlər. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi məhkəmə iclası zamanı verdiyi izahatında etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahatını təsdiq etdi və əlavəsi olmadığını bildirdi. Maraqlı şəxs1 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Onun ünvanı da ¾ adlanır. Mülkiyyət hüquqlarının necə olduğunu bilmir. Həmin evi aldığı şəxs də həmin evdə qeydiyyatda idi. Əlövsət adlı şəxs həmkəndlisi olmuş və o evi alarakən o da həmin qeydiyyatda olmuşdur. Ünvan eyni adlansa da, onda ayrı evdir. Ərizəçi ilə onun evi ayrıdır. Ondan əvvəl indiki yaşadığı evin sahibi orada qeydiyyatda olduğundan o da oraya qeydiyyata düşmüşdür. Necə qeydiyyatdan çıxacağını bilmir. Maraqlı şəxs2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, O, 2006-cı ilin 7-ci ayın 1-dən işdən çıxarılmışdır. İşdən çıxarıldığı vaxta qədər isə 1 ay ərzində onu işə qoymamışlar. Belə ki, həmin vaxtlar yeni qanun çıxarılmış və biliyi kifayət etməyən şəxslərin işləməsinə qadağa qoyulmuşdur. Ali təhsilli kadrların həmin işdə çalışması zərurəti qoyulmuşdur. Onun isə yalnız orta təhsili vardır. Qətnamə ondan xəbərsiz olaraq onun iştirakı yazılaraq çıxarılmışdır. Zakirin məhkəmə işində o heç vaxt iştirak etməmişdir. Bu barədə heç nə yadına gəlmir. O vaxt təsərrüfat işlərinə baxmışdır. Onun həmin məhkəmə iclasında iştirakı olmamışdır. O, həmçinin bildirdi ki, o, yaddaş pozğunluğu xəstəliyindən əziyyət çəkir. Məhkəmə iclası zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hər ikisi də qonşusudur. 2006-cı ildə keçirilmiş məhkəmə iclasında o, İsmayıl və rəhmətlik Çingiz şahid qismində iştirak etmişlər. Hətta yadındadır ki, məhkəmə iclasından sonra birlikdə Nərimanovda bir yerdə oturmuşlar. İşi aparmış hakim yadında deyildir. 2000-ci ildə o, ora köçmüş ondan 3-4 ay sonra rəhmətlik Əlövsət evi Zakirə satmışdır. Ünvanın məhz hansı ünvan olduğunu bilmir, ancaq Zakiri qonşusu kimi tanıyır və yaşadığı evin yerləşdiyi yeri bilir. Onun ünvanı isə İ.Musayev 5A adlanır. Onlar tərəfdə bu hal yayğındır və o da öz növbəsində məcbur bu ünvan adında qeydiyyatda olmaqla kommunalı da bu ünvanla ödəyir. Məhkəmə iclası zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2006-cı ildə keçirilmiş məhkəmə iclasında iştirak etmişdir. Zakir hazırki evində 2000-ci ildəndir ki, yaşayır. O isə 1976-cı ildə evlənmiş və həmin tarixdəndir ki, indi yaşadığı evdə yaşayır. Onun ünvanı İ.Musayev 3 adlanır. O vaxtlar küçənin adı Kərpic olmuş, sonradan İ.Musayevə çevrilmişdir. Zakirin yaşadığı evin divarında ¾ yazıldığıdan o da 2006-cı ildə belə ifadə vermişdir. Əvvəllər ¾ yazısı olmuş, lakin hazırda belə yazı yoxdur. Sonradan bəlkə də qopub düşmüş ola bilər. Ondan başqa Bəşir və rəhmətlik Çingiz də iclasda olmuşlar. Bundan başqa iclasla bağlı təfərrüatlar yadından çıxmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki Suraxanı Rayon Məhkəməsinin 30 iyun 2006-cı il tarixli qətnaməsinə əsasən, iddiaçı Maraqlı şəxs1 məhkəməyə müraciət edərək, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ¾ saylı evdə yaşayış sahəsinə istifadə hüququnun tanınması və qeydiyyata alınmaları barədə məhkəmə qaydasında qərar qəbul edilməsini xahiş etmiş və Suraxanı rayon Məhkəməsi tərəfindən 30 iyun 2006-cı il tarixində qətnamə qəbul edilmişdir. Həmin qətnamədə iddiaçı Maraqlı şəxs1 cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə nümayəndəliyinə qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və qeydiyyata alınmağa dair iddia təmin edilmiş, iddiaçı Maraqlı şəxs1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ¾ saylı evdə yaşayış sahəsinə istifadə hüququnun tanınması və onların qeydiyyata alınması qət edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərə obyektiv hüquqi qiymət verib aşağıdakılara görə ərizəni əsaslı hesab edir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2-1203/2006 saylı, 30 iyun 2006-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş və iddiaçı Maraqlı şəxs1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ¾ saylı evdə yaşayış sahəsinə istifadə hüququnun tanınması və onların qeydiyyata alınması qət edilmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin tərəfindən Vəkil göndərilmiş 1009 nömrəli, 07 iyul 2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçı Maraqlı şəxs1 “yaşayış hüququnun tanınmasına dair” iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və həmin mülki iş 2(010)-1203/2006 nömrə ilə 12 iyun 2006-cı il tarixdə məhkəmə dəftərxanasının qeydiyyat jurnalında qeydə alınaraq hakim Rafiq Miriyevə təhvil verilmişdir. Bundan əlavə nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 mart 2000-ci il tarixli 32 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxiv İdarəsi tərəfindən 15 fevral 2022-ci il tarixdə tərtib edilmiş “Saxlanılmalı olmayan məhkəmə sənədlərinin məhv edilmək üçün ayrılması haqqında” akta əsasən 1999-2010-cu il tarixləri üzrə Suraxanı Rayon Məhkəməsinin arxivində saxlanılmış yaşayış mənzilləri haqqında iddialarla bağlı mülki işlər, eyni zamanda ərizəsində qeyd etdiyi 2(010)-1203/2006 nömrəli mülki iş məhv edilmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-349/2010 saylı, 16 iyul 2010-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh X2 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsinə qarşı “qeydiyyat vəsiqəsinin ləğv edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması, bölünməsi və istifadə qaydasının müəyyən edilməsinə dair” iddia ərizəsi qismən təmin edilmiş və Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ev ¾ saylı mənzil tərəflər arasında aşağıdakı qaydada bölünməsi: Evin 5,6,7 saylı otaqları və 172,6 kv.metrdən ibarət olan torpaq sahəsi iddiaçının istifadəsinə verilməsi, həmin hissəyə dair Ərizəçi mülkiyyət hüququnun tanınması, evin 2,3,4 saylı otaqları və 136,7 kv.metrdən ibarət olan torpaq sahəsi cavabdehin istifadəsinə verilməsi, həmin torpaq sahəsindən küçə tərəfə giriş-çıxış üçün qapı açılması, evin 9,4 kv.metrdən ibarət olan dəhliz ümumi istifadədə saxlanılması qət edilmişdir. DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Ərizəçi xüsusi mülkiyyətindədir. Onun həmin əmlak üzərində tam paylı mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 14034 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosuna 31 oktyabr 2022-ci il tarixli, 1840-18 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2006 saylı, xx.xx.2006-cı il tarixli icra sənədi şöbənin icraatında mövcud deyil. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(010)-5889/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, əsaslandırıcı hissə, mülki işin məhv edilmiş və ya itirilmiş olması, heç bir halda həmin iş üzrə çıxarılmış qətnamənin maraqlarına toxunduğu şəxsin məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz və əgər məhkəmə mülki işin mövcud olmamasını əsas gətirib ərizəçinin apellyasiya şikayəti vermək hüququnun olmadığını vurğulayırsa, o zaman onun hansı vasitə ilə hüquqlarını müdafiə edə biləcəyinin izahı verilməlidir. Kollegiya bu konteksdə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə Əlavə 1-in 2-ci bəndi hərfi mənada qəbul edilməməli, itirilmiş məhkəmə icraatının bərpa edilməsindəki məqsəd nəzərə alınmaqla qətnamənin maraqlarına toxunduğu şəxsin müvafiq ərizə ilə müraciət etməsinin mümkünlüyü məsələsi müzakirə olunmalıdır. Nəticə, şikayət qismən təmin olunmuş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1203/2006 saylı iş üzrə 29 iyun 2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla Ərizəçi qətnamədən verdiyi apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2006 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1203/2006 nömrəli iş üzrə qəbul etdiyi 30 iyun 2006-cı il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Ərizəçiyə izah edilmiş ki, itirilmiş məhkəmə icraatının bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edə bilər. Bakı şəhəri, Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2006-cı il tarixli aktın surətindən görünür ki, həqiqətən də, Maraqlı şəxs1 və onun ailəsinin 2002-ci il tarixdən İlqar Musayev küçəsi ¾ ünvanında qeydiyyatsız yaşamasını qonşular olaraq Şahid1, Şahid2 və X6 təsdiq etmişlər. Bakı şəhəri, Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə nümayəndəsi tərəfindən tərtib edilmiş 2434 saylı, xx.xx.2006-cı il tarixli arayışdan görünür ki, Maraqlı şəxs1 və onun ailə üzvləri həyat yoldaşı X5, oğlu X8, X9 və gəlini X7 qonşuların aktına əsasən İ.Musayev küçəsi ¾ ünvanda qeydiyyatsız yaşayırlar. Azəbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsinə” dair 1 saylı əlavəsinin 2-ci bəndinə əsasən itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Həmin Əlavənin 3-cü bəndinə əsasən məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir. İtirilmiş icra icraatının bərpasına dair ərizə icranın olduğu yerə görə məhkəməyə verilir. Həmin Əlavənin 10-cu bəndinə əsasən itirilmiş məhkəmə icraatının bərpa edilməsi haqqında qətnamədə və ya iş üzrə icraata xitam verilməsinə dair qərardadda məhkəməyə təqdim olunmuş hansı konkret məlumatlara, itirilmiş icraat üzrə proses iştirakçılarının iştirakı ilə məhkəmə iclasında tədqiq olunmuş məlumatlara əsasən bərpa olunmuş aktın məzmununun müəyyən olunmuş hesab edilməsi göstərilməlidir. İtirilmiş icraatın bərpası haqqında iş üzrə qətnamənin əsaslandırıcı hissəsində həmçinin məhkəmədə tədqiq olunmuş hansı halların və itirilmiş icraatla əlaqədar edilmiş hansı prosessual hərəkətlərin sübuta yetirilməsi barədə məhkəmənin gəldiyi nəticələr göstərilməlidir. Həmin Əlavənin 15-ci bəndinə əsasən 5-ci bəndinə əsasən itirilmiş icraatın bərpası haqqında ərizə üzrə məhkəmə aktından qanunla müəyyən edilmiş qaydada şikayət verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Ərizəçi qeyd olunan mülki iş üzrə itirilmiş məhkəmə icraatının bərpa edilməsi tələbinə dair ərizəsi ilə müraciət etmişdir. Müraciətin səbəbi Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi ¾ saylı evdə yaşadığını, həmin evin onun xüsusi mülkiyyətində olduğunu, cavabdehin evin qeydiyyatında olması ilə əlaqədar evdən öz mülahizəsinə əsasən istifadə edə bilməməsini, sərəncam verə bilməməsini, bununla da onun mülkiyyətçi kimi hüquqlarının pozulmasını qeyd edir. Həmin evdə Suraxanı Rayon Məhkəməsinin 2(010)-349/2010 nömrəli, 16 iyul 2010-cu il tarixli qətnaməsi ilə ərizəçinin payı birgə nikahda əldə edilmiş əmlak kimi ½ hissə müəyyən edilmişdir. xx.xx.2017-ci ildə isə ev, habelə evin altındakı və həyətyanı torpaq sahəsi ərizəçinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin Suraxanı Rayon Məhkəməsinin 2-1203/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs kimi apellyasiya şikayəti vermiş, lakin şikayəti Suraxanı Rayon Məhkəməsinin 2-1203/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qərardadı ilə geri qaytarılmışdır. Əsas kimi o göstərilmişdir ki, “hazırki mülki iş mövcud olmadığından mövcud olmayan iş üzrə apellyasiya şikayəti verilə bilməz. Həmin iş 08 aprel 2022-ci ildə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən məhv edilmişdir.” Həmin qərardaddan verilmiş şikayət əsasında qəbul edilmiş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5889/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə də müəyyən olunur ki, mülki işin məhv edilmiş və ya itirilmiş olması, heç bir halda həmin iş üzrə çıxarılmış qətnamənin maraqlarına toxunduğu şəxsin məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz və əgər məhkəmə mülki işin mövcud olmamasını əsas gətirib ərizəçinin apellyasiya şikayəti vermək hüququnun olmadığını vurğulayırsa, o zaman onun hansı vasitə ilə hüquqlarını müdafiə edə biləcəyinin izahını verməlidir. Kollegiya bu konteksdə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə Əlavə-1-in 2-ci bəndi hərfi mənada qəbul edilməməli, itirilmiş məhkəmə icraatının bərpa edilməsindəki məqsəd nəzərə alınmaqla qətnamənin maraqlarına toxunduğu şəxsin müvafiq ərizə ilə müraciət etməsinin mümkünlüyü məsələsi müzakirə olunmalıdır. Ərizəçi tərəf təkrarən apellyasiya şikayəti vermiş və həmin şikayət Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2006 saylı, xx.xx.2022-ci il tarixli qərardadı əsasında Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2006 nömrəli iş üzrə qəbul etdiyi 30 iyun 2006-cı il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Ərizəçiyə izah edilmiş ki, itirilmiş məhkəmə icraatının bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edə bilər. İşin hallarından aydın olur ki, qeyd olunan mülki iş məhv edilmişdir və ərizəçinin ərizəsinə qiymət verilməsi üçün müvafiq icraatın bərpa olunmasına zərurət vardır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin icraatında iddiaçı Maraqlı şəxs1 cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə nümayəndəliyinə qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və qeydiyyata alınmağa dair 2-1203/2006 saylı mülki iş olmuşdur. Qeyd olunan mülki iş üzrə icraat itirilmiş, həmin mülki işdən yalnız Suraxanı Rayon Məhkəməsinin 30 iyun 2006-cı il tarixli qətnaməsinin surəti mövcuddur. Hazırda aparılmış məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Maraqlı şəxs1 məhkəməyə müraciət edərək, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ¾ saylı evdə yaşayış sahəsinə istifadə hüququnun tanınması və qeydiyyata alınmaları barədə məhkəmə qaydasında qərar qəbul edilməsini xahiş etmiş və Suraxanı rayon Məhkəməsi tərəfindən 30 iyun 2006-cı il tarixində Miriyev Rafiq Əlimurad oğlunun sədrliyi, Əlizadə Ceyhun Hizbullah oğlunun katibliyi ilə 30 iyun 2006-cı il tarixində baxış iclası keçirilmişdir. Qeyd olunan məhkəmə baxış iclasında sözügedən mülki iş üzrə iddiaçı Maraqlı şəxs1 və cavabdehin nümayəndəsi Maraqlı şəxs2, eyni zamanda şahid qismində Şahid1, Şahid2 və X6 iştirak etmişlər. Suraxanı Rayon Məhkəməsinin 30 iyun 2006-cı il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ¾ saylı evdə yaşayış sahəsinə istifadə hüququnun tanınması və onların qeydiyyata alınması qət edilmişdir. Maraqlı şəxs2 həmin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı qeyd etdiklərinə münasibətdə məhkəmə bildirir ki, özü yaddaş pozğunluğu xəstəliyindən əziyyət çəkdiyini etiraf etmiş, hazırki mülki işin araşdırılması zamanı dindirilən şahidlər isə həmin şəxsin məhkəmə baxışında iştirak etdiyinə dair ifadə vermişlər. Məhkəmə müəyyən edir ki, yuxarıda sözügedən mülki iş üzrə iddiaçı Maraqlı şəxs1 tərəfindən məhkəməyə həmin mülk işin icraatı zamanı Maraqlı şəxs1 və onun ailəsinin 2002-ci il tarixdən İlqar Musayev küçəsi ¾ ünvanında qeydiyyatsız yaşamasını qonşular olaraq Şahid1, Şahid2 və X6 təsdiq etməsi barədə Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2006-cı il tarixli akt, eləcə də Maraqlı şəxs1 və onun ailə üzvləri - həyat yoldaşı X5, oğlu X8, X9 və gəlini X3 qonşuların aktına əsasən İ.Musayev küçəsi ¾ ünvanda qeydiyyatsız yaşamaları barədə Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə nümayəndəsi tərəfindən tərtib edilmiş 2434 saylı, xx.xx.2006-cı il tarixli arayış təqdim edilmişdir. Yuxarıda qeyd olunan qanun normalarını və tərəflərin təqdim etdiyi, həmçinin məhkəmə araşdırılması zamanı toplanmış materialları nəzərə alaraq, məhkəmə hesab edir ki, qeyd olunan mülki iş üzrə itirilmiş icraatın bərpa edilməsinə dair ərizə təmin edilməli, itirilmiş icraat bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İtirilmiş icraat bərpa edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-225/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-225/2023
01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver