Məhkəmə qərarları › İş №2(010)-2252/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2252/2023

13.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2252/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi 27.03.20*9-cu ildə vəfat etmiş X5 *6.04.*938-ci ildə Bakı şəhərində (ata qrafasında X6, ana qrafasında X2 göstərilməklə) doğumunun qeyd edilməsi faktı müəyyən edilməsi və doğum akt qeydi bərpa edilməsi. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçi xx.xx.*969-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun X*, anası X4. X* *6.04.*938-ci ildə Bakı şəhərində doğulmuş, 27.03.20*9-cu il tarixində xroniki obstruktiv ağciyər xəstəliyindən Bakı şəhərində vəfat etmişdir. Sonradan atasına verilmiş doğum haqqında şəhadətnamə itmişdir. Atasının Bakı şəhərində doğulması və doğum aktı qeydinin bərpa edilməsi haqqında Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Suraxanı Rayon Qeydiyyat Şöbəsi xx.xx.2023-cü il tarixli 3*6-5/7-344- 2023/75 saylı cavab məktubunda bildirmişdir ki, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında təlimata əsasən, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 (yetmiş beş) il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinin arxivlərində və ya Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində säxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün dövlət arxivinə verilir. Göstərilənlərə əsasən, bildirilmişdir ki, X5 haqqında arayışın verilməsi tərəflərindən mümkün deyil. Hal-hazırda yaşadığı evə vərəsəlik işinə dair sənədləşdirmə işlərinin aparılması məqsədilə doğum akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. Lakin atanın doğumu haqqında şəhadətnamə olmadığından o, qeyd edilən məsələləri həll edə bilmir. Məhz bu səbəbdən X*nun *6.04.*938-ci ildə Bakı şəhərində doğulması və doğum akt qeydininin bərpa edilməsi, ata qrafasında X6, ana qrafasında X8 kimi göstərilməsinə dair qətnamə qət edilməsi zəruridir. Tәrәflәrin izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verib ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi *0.06.2023-cü il tarixdə məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına әlavә edilәn: Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli Ərizəçi etibarnamə üzrə nümayəndəsi X7 ünvanlanmış məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında təlimafa əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 (yetmiş beş) il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinin arxivlərində və ya Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün dövlət arxivinə verilir. Odur ki, X5 doğumu haqqında arayışın verilməsi tərəflərindən mümkün deyildir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli Ərizəçi etibarnamə üzrə nümayəndəsi X7 ünvanlanmış məktubundan görünür ki, X5 *958-*966-cı illərdə ad, soyad və ata adının dəyişdirilməsi haqqında akt qeydi aşkar olunmamışdır. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X9 barəsində Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmadı. Doğum haqqında ilkin akt qeydləri *948-*950-ci il üzrə yoxlanılmışdır. Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi" arxiv fondunda mühafizə edilən sənədlərində *938-ci ilə dair Bakı şəhəri Orconikidze (Suraxanı) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında X5 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 27.03.20*9-cu ildə ölmüşdür. Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən verilmiş 08.03.*964-cü il tarixdə verilmiş evlənmək haqqında şəhadətnamədən görünür ki, X9 ilə ijbulatova Roza Minkaçovna arasında nikah 08.03.*964-cü ildə bağlanmışdır. Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən verilmiş 07.02.*98*-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X3 arasında nikah 03.**.*932-ci ildə bağlanmışdır. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin xx.xx.2005-ci il tarixdə verilmiş ölüm haqqında arayışından görünür ki, X2 05.04.*989-cu ildə ölmüşdür. Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən verilmiş *4.02.*98*-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 *9.*2.*980-cı ildə ölmüşdür. Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən verilmiş 02.06.*969-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.*969-cu ildə doğulmuş və valideynləri X9, ijbulatova Roza Minkaçovnadır. AA seriyalı **3*32 saylı hərbi biletdən görünür ki, X*0 *6.04.*938-ci ildə Bakı şəhərində doğulmuşdur. *66*9880 saylı komsomol biletindən görünür ki, X*0 aprel *938-ci ildə Bakı şəhərində doğulmuşdur. Dövlət Sosial Sığorta şəhadətnaməsindən görünür ki, X*0 *6.04.*938-ci ildə Bakı şəhərində doğulmuşdur. Tәtbiq edilәn hüquq Azәrbaycan Respublikasının Ailә Mәcәllәsi. Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *62. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası. *62.*. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. *62.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi. 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 0*.03.200*-ci il tarixli qәrarı ilә tәsdiq edilmiş “Vәtәndaşlıq vәziyyәti aktlarının qeydindә dәyişiklik, bәrpa vә lәğv qaydalarını müәyyәn edәn әsas müddәalar”. İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası. *3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. *4. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. *6. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. *6-*. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. “Hüquqi әhәmiyyәti olan faktların müәyyәn edilmәsinә dair işlәr üzrә mәhkәmә tәcrübәsinin bәzi mәsәlәlәri haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qәrarı.

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.*. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

Mәhkәmәnin mövqeyi İşin faktiki hallarından görünür ki, Ərizəçi xx.xx.*969-ci ildə Bakı şəhərində doğulmuş, X*, anası X4. Ərizəçi X*nun *6.04.*938-ci ildə Bakı şəhərində (ata qrafasında X6, ana qrafasında X2 göstərilməklə) doğumunun qeyd edilməsi faktının müəyyən edilməsini və doğum aktı qeydinin bərpa edilməsini istəyir. Belə ki, ərizəçinin atasının adına verilmiş doğum haqqında şəhadətnamə itmişdir. Hazırkı ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl ərizəçi, X*nun doğum haqqında şəhadətnaməsini almaq üçün qeydiyyat orqanına müraciət etsə də, doğum akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənəd təqdim edilmədiyindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Ərizəçinin X* 27.03.20*9-cu il tarixində Bakı şəhərində vəfat etmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında ərizəçinin X*nun həqiqətən də atası qrafasında X6, anası qrafasında X3 göstərilməklə *6.04.*938-ci il tarixində Bakı şəhərində doğulması barədə qeyd aparılmasına kifayət qədər sübut vardır. Belə ki, ərizəçinin X*nun evlənmə haqqında şəhadətnaməsi, Dövlət Sosial Sığorta şəhadətnaməsi, vəsiqə və hərbi bileti, eləcə də X5 atası X6 ilə anası X3 arasında bağlanmış nikaha dair şəhadətnamə var. Həmin rəsmi sənədlərdə mərhum X5 *6.04.*938-ci ildə Bakı şəhərində doğulması qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən tələb edilən sənədlərdən biri də onun doğum haqqında şəhadətnaməsidir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin doğum aktı qeydə alınmış, lakin sonradan bu qeydiyyatı təsdiq edən sənəd itirilmişdir. İş materiallarından görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda ərizəçinin doğum faktını təsdiq edən müvafiq qeyd yoxdur. Nəzərə alınmalıdır ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”, bənd *.4). Bu baxımdan müvafiq qeydiyyat orqanlarından birinin ərizəçinin doğumu barədə akt qeydinin aşkar edilmədiyini müəyyən etməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bu barədə məlumat aşkar edilmədiyi deməkdir. Bu vəziyyətdə Ərizəçi mərhum X*nun doğumun qeyd edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizədə göstərilən hüquqi fakt təsdiq edilməlidir.

Mәhkәmәnin gәldiyi nәticә Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 27.03.20*9-cu ildə vəfat etmiş X5 *6.04.*938-ci ildə Bakı şəhərində (ata qrafasında X6, ana qrafasında X2) doğumunun qeyd edilməsi faktı müəyyən edilsin və doğum akt qeydi bərpa edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. 27.03.20*9-cu ildə vəfat etmiş X5 *6.04.*938-ci ildə Bakı şəhərində (ata qrafasında X6, ana qrafasında X2 göstərilməklə) doğumunun qeyd edilməsi faktı müəyyən edilsin və doğum akt qeydi bərpa edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar