Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2269/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rаyоn Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-541/2023 saylı qərardadı ilə iş üzrə icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-1738/2023 nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1738/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair 2(004)- 1738/2023 nömrəli mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair 2(010)-541/2023 nömrəli mülki işlə birləşdirilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-541/2023 nömrəli mülki iş üzrə icraatın dayandırılmasına səbəb olmuş hal – başqa məhkəmənin icraatında olan mülki üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarının qəbul edilməsinə zərurət – aradan qalxmışdır. Belə ki, hər iki işə artıq bir icraatda baxılmalıdır. Odur ki, iş üzrə icraat təzələnməli, eyni zamanda bir-biri ilə əlaqəli olan bu iki iş bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 43. Biri-biri ilə əlaqədar olan bir neçə işin aidiyyəti. 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Maddə 254. Məhkəmənin icraatı dayandırmaq vəzifəsi. 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; 256.0. İş üzrə icraat aşağıdakı müddətdə dayandırılır: 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər. Maddə 257. İcraatın təzələnməsi. İşin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqda və ya bu Məcəllənin 101.3-cü maddəsində nəzərdə tutulan ekspertin vəsatətinə baxılması zərurəti yarandıqda, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. 258.1. İş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-258, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDI: İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə icraat təzələnsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuş İddiaçı cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair 2(004)-1738/2023 nömrəli mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair 2(010)-541/2023 nömrəli mülki işə birləşdirilsin. İş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 14:30-a təyin edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2269/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2269/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver