Məhkəmə qərarları › İş №2(010)-2273/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2273/2020

26.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2273/2020 26.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1956-cı ildə Ermənistan SSR Masis rayonunda doğulmağı və doğum akt qeydinin bərpa edilməsi, ata qrafasında X5 , ana qrafasında - X1 göstərilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ərizə Ərizəçi dəqiqləşmə barədə ərizə verərək, onun xx.xx.1956-cı ildə Ermənistan SSR Masis rayonunda doğulmağı və doğum akt qeydinin bərpa edilməsi, ata qrafasında X5, ana qrafasında X2 göstərilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, işin çoxluğu ilə əlaqədar mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, xx.xx.1956-ci ildə Ermənistan Respublikasının Masis rayonunda doğulmuşdur. xx.xx.1975-ci ildə X3 ilə rəsmi nikaha daxil olmuşdur. 1988-ci ildə etnik azərbaycanlıların ata-baba torpaqlarından deportasiya edilməsi nəticəsində Bakı şəhərinə pənah gətirmişlər. Həyat yoldaşı 1996-ci il tarixdə vəfat etmişdir. Sonradan verilmiş doğum haqqında şəhadətnamə itmişdir. Bundan sonra, xx.xx.1956-cı ildə Ermənistan Respublikasının Masis rayonunda doğulmağı və doğum aktı qeydinin bərpa edilməsi haqqında Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin Suraxanı Rayon Qeydiyyat Şöbəsi xx.xx.2019-cu il tarixli 972-05/75 saylı cavab məktubunda doğum haqqında akt qeydinin bərpasına dair kifayət qədər sübut olmadığından ərizənin təmin olunmasının mümkün olmadığını bildirmiş və hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Hal-hazırda yaşadığı mənzilə dair sənədlərin alınması və eyni zamanda sosial təminatlardan yararlanmaq məqsədilə doğum akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. Lakin doğum haqqında şəhadətnamə olmadığından o, qeyd edilən məsələləri həll edə bilmir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X8 izahatında bildirdi ki, Ərizəçi onun bacısıdır. Ərizəçi həqiqətən də xx xxx 1956-cı ildə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, ataları X5, anaları X4r. Minayə ona məxsus doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir, arxiv sənədləri isə Ermənistan Respublikasında qalmışdır. Məhkəmə iclasında iştirak edən şahid X11 izahatında bildirdi ki, Ərizəçi onun bacısıdır. Minayə həqiqətən də xx xxx 1956-cı ildə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, ataları X5, anaları X4r. Minayə ona məxsus doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir, arxiv sənədləri isə Ermənistan Respublikasında qaldığı üçün doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan ASAN 4 tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş, AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1956-cı ildə Ermənistan Respublikası, Masis rayonunda doğulmuşdur. Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2019-cu il tarixli 972-05/75 №-li məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı xx.xx.2001-ci il tarixli “ Vətəndaşliq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalara” uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən kifayət qədər sübut olduqda qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Ərizəçi doğumu Ermənistsan Respublikasında qeydə alınmışdır. Doğum haqqında akt qeydinin bərpasına dair kifayət qədər sübut olmadığından qeydiyyat şöbəsində ərizənin təmin olunması mümkün deyildir. Suraxanı rayon qeydiyyat şöbəsi hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsini tövsiyə edir. Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019cu il tarixli ******* №-li arayışından görünür ki, Ərizəçi xx xxx 1956-cı ildə Ermənistan Respublikası, Masis rayonunda doğulmuş və xx.xx.2014-cü ildən ünvan 2 ünvanında qeydiyyatdadır. Ermənistan Respublikasının Masis rayonu Nizami kənd soveti VVAQ şöbəsi tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş İİ-СЛ seriyalı 358750 №-li nikah haqqında şəhadətnamənin təcümə edilərək notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə X9 arasında xx.xx.1954-cü ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1954-cü ilin noyabr ayının 12-ci günündə 23 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. Ermənistan SSR Şahumyan rayonu Yuxarı Necili kənd soveti tərəfindən xx.xx.1960cı il tarixdə verilmiş İ-ЗЖ seriyalı 360628 №-li doğum haqqında şəhadətnamənin təcümə edilərək notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1960-cı il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1960-cı ilin dekabr ayının 06-cı günündə 232 nömrə ilə qeyd edilmişdir. Atası X5, anası X4r. Ermənistan SSR Masis rayonu Yuxarı Necili kənd soveti tərəfindən xx.xx.1972-ci il tarixdə verilmiş İ-СЛseriyalı 265439 №-li doğum haqqında şəhadətnamənin təcümə edilərək notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1972-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1972-ci ilin iyul ayının 04-cü günündə 78 nömrə ilə qeyd edilmişdir. Atası X5, anası X4r. Ərizəçi ona məxsus doğum haqqında şəhadətnamənin naməlum şəraitdə itdiyini və hazırda onun surətini əldə etməyin mümkün olmadığı bildirilmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyildirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu işlər o halda qaldırılır ki, vətəndaşlıq aktlarını dövlət qeydiyyatına alan orqan zəruri sənədin dublikatını üzrlü səbəblərə (məsələn, arxivin məhv olması üzündən) görə verə bilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi xx xxx 1956-cı ildə Ermənistan Respublikası, Masis rayonunda doğulması, atasının X5, anasının X7 olması haqqında akt qeydiyyatı faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxx 1956-cı ildə Ermənistan Respublikası, Masis rayonunda doğulması haqqında akt qeydiyyatı faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında akt qeydiyyatının ata qrafasında X5, ana qrafasında X2 qeyd olunsun. Qətnamə Ərizəçi xx xxx 1956-cı ildə Ermənistan Respublikası, Masis rayonunda doğulması akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar