Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2281/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun - Ərizəçi xx.xx.*970-ci il tarixdə Ermənistan Respublikasının Kirovakan şəhərinin Gugark qəsəbəsində doğulmağı faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, o - Ərizəçi xx.xx.*970-ci ildə Ermənistan SSR-in Kirovakan şəhəri Gugark qəsəbəsində anadan olmuşdur. X5 Ermənistan SSR-nin Kirovakan şəhəri Gugark qəsəbəsində anadan olmuşdur və o, Ermənistan SSR-in vətəndaşı olmuşdur. *988-ci ildən Bakı şəhərində yaşamışdır və 29.02.20*6-cı ildə vəfat etmişdir. X3 Ermənistan SSRnin Kirovakan şəhəri Gugark qəsəbəsində anadan olmuşdur və o, Ermənistan SSR-in vətəndaşı olmuşdur. *988-ci ildən Bakı şəhərində yaşayır. *984-cü ilədək o, Ermənistan SSR-nin Kirovakan şəhəri Gugark qəsəbəsində təhsil almışdır. Sonra təhsilini Bakı şəhərində davam etmişdir. *993cü ildə X*3 ilə ailə qurmuşdur. Həyat yoldaşı *5.08.*975-ci ildə Gürcüstan SSR-i Qardabani rayonu, Kosalı kəndində anadan olmuşdur. Arvadı Azərbaycan Respublikası vətəndaşıdır. 20*7ci ildə nikahları pozulmuşdur. Bu nikahdan 2 oğlu var. X*0 20 yanvar *995-ci ildə Azərbaycan Respublikasında, Bakı şəhərində anadan olmuşdur, o, Azərbaycan Respublikası vətəndaşıdır. Hazırda ünvan 1 ünvanda yaşayır. Fərdi bizneslə məşğuldur. X6 05.06.*996-cı ildə Azərbaycan Respublikasında Bakı şəhərində anadan olmuşdur, o, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Bakı şəhəri Suraxanı rayonu, Vağzal * küçəsi, ev */3 ünvanda yaşayır. Fərdi bizneslə məşğuldur. X4 05.0*.*960-cı ildə Ermənistan SSR-nin Kirovakan şəhəri, Gugark qəsəbəsində anadan olmuşdur, o, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 3 ünvanda yaşayır, təqaüdçüdür. X2 02.0*.*962-ci ildə Ermənistan SSR-nin Kirovakan şəhəri, Gugark qəsəbəsində anadan olmuşdur, o, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 4 ünvanda yaşayır. İşsizdir. X* *6.04.*966-cı ildə Ermənistan SSR-nin Kirovakan şəhəri, Gugark qəsəbəsində anadan olmuşdur, o, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 5 ünvanda yaşayır. Azərpoçt MMC-də işləyir. İş materiallarına əlavə edilmiş anasının, bacılarının və qardaşının doğum haqqında şəhadətnamələrinin surətlərində görünür ki, onların ailəsi Ermənistan SSR-də *988-ci ilə qədər yaşamışdır və o - Ərizəçi xx.xx.*970-ci ildə Ermənistan SSR-də anadan olmuşdur. O doğulmağı faktını, vaxtını və yerini təsdiq edən sənədi - “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-cı bəndinin 3-cü və yaxud 4cü yarımbəndlərində nəzərdə tutulan sənədi Qeydiyyat Şöbəsinə təqdim edə bilmir. Ona görə də, onun doğum faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdiyini bildirmişdir. Maraqlı şəxs Bakı şəhəri X*5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahidlərin ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X34 bildirmişdir ki, Ərizəçi doğum haqqında şəhadətnamə alması ilə bağlı məhkəməyə müraciət etmişdir. Ərizəçi Ermənistanda anadan olmuşdur. Tanıdığı vaxtdan onun Erməsintanda doğulduğunu bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* bildirmişdir ki, Ərizəçi dostudur. Bir yerdə universitetdə oxumuşdurlar. Ərizəçi Ermənistanın Quqark şəhərində anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, dayısının doğum haqqında şəhadətnamə alması ilə bağlı gəlmişdir. Dayısı Ermənistan Respublikası, Kirovakan şəhəri, Quqark rayonunda anadan olmuşdur. Anası da Ermənistan Respublikası, Kirovakan şəhəri, Quqark rayonunda anadan olmuşdur. İş materialları. Kirovakan rayon VVAQ şöbəsi tərəfindən verilmiş ЗЖ seriyalı, *828*6 nömrəli, *5.09.*95*-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*2 (atası X8, anası X**) *95*-ci ildə Xidzirut, Kirovokan rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *5.09.*95*-ci il tarixdə 462 nömrə ilə qeyd edilmişdir. Ermənistan SSR, Gugark rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İ-ЗЖ seriyalı, *0098** nömrəli, 26.04.*967-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*4 (X5, anası X*6) 3 yanvar *962-ci ildə Ermənistan SSR, Gugark rayonu, Şaumyan qəsəbəsində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 26.04.*967-ci il tarixdə 32 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış *2.03.2024-cü il tarixli, 3-*6-5/7-**-*70/05-76 nömrəli məktuba cavabdan görünür ki, şəxsin *2.03.2024-cü il tarixdə daxil olmuş ərizəsinə baxılmış və bildirilmişdir ki, şəxs xx.xx.*970-ci ildə Ermənistan Respublikasının Böyük Qarakilsə rayonunda doğulmuşdur. Doğum haqqında akt qeydinin bərpasına dair kifayət qədər sübut olmadığından ərizənin qeydiyyat şöbəsində təmin olunması mümkün deyildir. Həmçinin, ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ermənistan SSR, Gugark rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İ-ЗЖ seriyalı, 9*9328 nömrəli, 08.05.*966-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (X5, X3) *6 aprel *966-cı ildə Ermənistan SSR, Gugark rayonu, Şaumyan qəsəbəsində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 08.05.*966-cı il tarixdə 20 nömrə ilə qeyd edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sitemindən əldə olunmuş məlumatlardan görünür ki, Ərizəçi xx.xx.*970-ci il tarixdə Quqarkda doğulmuşdur. Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən 09.03.20*6-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 7884*8 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 29.02.20*6-cı il tarixdə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 09.03.20*6-cı il tarixdə *35 nömrə ilə qeyd edilmişdir. Kirovakan rayon VVAQ şöbəsi tərəfindən verilmiş ЗЖ seriyalı, *82243 nömrəli, 06.08.*99*-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 (atası X26, anası X*7) 06 noyabr *936-cı ildə Xidzirut, Kirovokan rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 28.*2.*936-cı il tarixdə 9* nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 07.0*.20*7-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 248*69 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X*3 arasında 07.0*.20*7-ci il tarixdə nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında həmin tarixdə 02 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş 006*70002070*20*7 nömrəli nikahın pozulması haqqında akt qeydinin surətindən görünür ki, Ərizəçi doğulduğu yer Ermənistan, Quqark kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2024-cü il tarixli, 3-*6-5/4-*3-27*6/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, Ərizəçi 25.05.*994-cü ildə İsmayılova (Məmmədova) Validə Bayram qızı ilə Xətai rayon qeydiyyat şöbəsində nikaha daxil olduğu müəyyən edilmişdir. Bu nikahın pozulması 07.0*.20*7-ci ildə Suraxanı rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Bildirilmişdir ki, Ədliyyə Nazirliyinin informasiya sisteminə baxış keçirilərkən Ərizəçi doğumu haqqında akq qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Suraxanı rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, *8/2-*2590/24 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.*970-ci il təvəllüdlü Ərizəçi ilk dəfə *8.09.2004-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsi tərəfindən AZE-02432983 nömrəli, *3.07.20*0-cu il tarixdə AZE-07847857 nömrəli və xx.xx.2022-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən AA******* nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *66. Doğumun qeydə alınması qaydası *66.*. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. *66.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. *66.2-*. Doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür… Maddə *68. Doğum haqqında qeydiyyat *68.*. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 nömrəli 3* oktyabr 2003-cü il tarixli Qərarı. 2.23. Doğumun dövlət qeydiyyatı üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdən sonra və uşaq *6 yaşına çatanadək müraciət edildikdə qeydiyyat ərizəçinin seçdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir. Müəyyən olunmuş müddətdə qeyd olunmamış *6 yaşından yuxarı şəxslərin doğumunun dövlət qeydiyyatı Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında bərpa akt qeydi kitabında, itmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası üçün müəyyən olunmuş qaydada, sıra nömrəsindən sonra "vaxtı keçmiş qeydiyyat" sözləri yazılmaqla aparılır. 2.24. Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.*. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun - Ərizəçi xx.xx.*970-ci il tarixdə Ermənistan Respublikasının Kirovakan şəhərinin Gugark qəsəbəsində doğulmağı faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Ermənistanda doğulduğuna görə və həmin doğum faktını təsdiq edən sənədin məhz Ermənistan SSR tərəfindən ona verilməsinin mümkünlüyü qeyd edildiyindən, sənədi ala bilməmişdir. Məhkəmə tərəfindən proses iştirakçılarının izahatları və iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, xx.xx.*970-ci il təvəllüdlü Ərizəçi Ermənistan SSR, Kirovakan şəhəri, Gugark qəsəbəsində anadan olmasına baxmayaraq onun doğulmağı faktını, vaxtını və yerini təsdiq edən sənədi mövcud deyildir. Şahidlərin ifadələrindən və işə əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi xx.xx.*970-ci il tarixdə Ermənistan ərazisində doğulmuşdur. Həmçinin, onun valideynləri və qardaş-bacıları da Ermənistan ərazisində doğulmuş və müəyyən müddətə qədər orada yaşamışdırlar. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş 006*70002070*20*7 nömrəli nikahın pozulması haqqında akt qeydindən də aydın olur ki, Ərizəçi doğulduğu yer Ermənistan SSR, Quqark qəsəbəsidir. Həmçinin, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sitemindən əldə olunmuş məlumatlardan da görünür ki, Ərizəçi xx.xx.*970-ci il tarixdə Quqarkda doğulmuşdur. İşə əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi doğum faktının müəyyən edilməsi üçün Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin, doğum haqqında akt qeydinin bərpasına dair kifayət qədər sübut olmadığından ərizənin qeydiyyat şöbəsində təmin olunması mümkün olmadığı bildirilmişdir. Belə olan halda, Ərizəçi ərizə ilə müvafiq olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə hesab edir ki, belə olan halda, doğum faktın digər yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.*970-ci il tarixində Ermənistan Respublikasının Kirovakan şəhərinin Gugark qəsəbəsində doğulmağı faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi xx.xx.*970-ci il tarixdə Ermənistan Respublikasının Kirovakan şəhərinin Gugark qəsəbəsində doğulmağı faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva