Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2282/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı, onun vəkili X8, Cavabdeh, onun vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı mənzilin təhvil verilməsi və çəkilmiş xərclərin əvəzinin tutulması tələbinə dair qarşılıqlı iddia tələblərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən, 28 saylı evin, 52 saylı mənzilindən Cavabdeh çıxarılması, daşınmaz əmlakın İddiaçı zərər yetirmədən tam şəkildə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı mənzilin təhvil verilməsi və çəkilmiş xərclərin əvəzinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin, 52 saylı mənzilinin əvəzi olaraq İddiaçı ailəsinə verilmiş 1 otaqlı mənzilin İddiaçı alınaraq ona verilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin, 52 saylı mənzilinin təmirinə xərclənmiş 30000 manat pul vəsaitinin İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyətinin xx.xx.1994-cü il tarixli 1418 saylı Sərəncamına əsasən Suraxanı rayonu, Yeni Günəşli “V” yaşayış sahəsi, 28 saylı evin, 52 saylı mənzili Ermənistan Respublikasından qaçqın olan X3 ayrılmışdır. Lakin X1 rayonundan məcburi köçkün olduğundan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 saylı mənzilində ailə üzvləri ilə birlikdə məskunlaşmış və X2 ailə tərkibi 7 nəfərdən ibarət olduğundan onu mübahisəli mənzildən çıxarmamışlar. Cavabdeh isə 2003-cü ildə X5 ilə nikaha daxil olduqdan sonra həmin ünvanda yaşamışdır. Buna görə də, X6 müvəqqəti olaraq Suraxanı rayonu, Yeni Günəşli, “V” yaşayış sahəsi, 20 saylı evin, 22 saylı 1 otaqlı mənzilində məskunlaşmışdır. Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 120 saylı sərəncamına əsasən İddiaçı Sarı qızı Suraxanı rayonu, Yeni Günəşli, “V” yaşayış sahəsi, 28 saylı evin, 52 saylı mənzilində 8 nəfər ailə tərkibi ilə (özü, qardaşı, anası, 5 övladı) xx.xx.1994-cü ildən qeydiyyatdadırlar və kirayə müqaviləsinin İddiaçı adına bağlanılmasına yetkinlik yaşma çatmış ailə üzvlərinin notarial qaydada təsdiq olunmuş razılıqları vardır. Yuxarıda qeyd olunan Sərəncama əsasən Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə İddiaçı arasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 saylı mənzilinə dair xx xxxxxxx 2014-cü ildə kirayə müqaviləsi bağlanmışdır. Bundan əlavə, işə baxan məhkəmələr tərəfindən cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olmaması müəyyən edilmişdir. Ona görə də, iddianın təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum əri X5 həmin mənzili 1992-ci ildən erməni əsilli bir qadından almış, mənzili aldığı zaman mənzil yararsız olmuş, mənzili tam yararlı hala gətirmiş, həmin dövrdən də fasiləsiz olaraq həmin mənzildə yaşamış, 2003-cü ildən isə onunla evləndikdən sonra o, həmin mənzilə köçüb yaşamış və evi tam təmir etmişdir. Həmin zaman mənzilin döşəməsi belə olmamış, mənzildə betonun üstünə linonium salınmış, mətbəx, hamam, sanitar qovşağında divarlar boş suvaq olmuş, su xətləri olmamış, heç bir kommunal şəraiti olmamış, mənzilin qapıları belə olmamışdır. Onlar həmin mənzilə döşəmə vurdurmuş, qapılar düzəltdirmiş, pəncərələrini dəyişdirmiş hamam, mətbəx, sanitar qovşağa kafel-metlax vurdurmuş, su xəttini çəkdirmiş, vanna və digər zəruri avadanlıqlarla təchiz etmiş, otaqları isə tam təmir etdirmişlər. Bütün buların isə bu günkü qiyməti ilə 30000 manat dəyəri vardır ki, bu məbləğ cavabdehdən alınıb ona verilməlidir. Bundan başqa,İddiaçı anası Səadət Pirimova əri X4 qarşı 1994-cü ildə mənzildən çıxarma tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmiş məktubuna əsasən İcra Hakimiyyəti onların yaşadığı mənzilin əvəzinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V’’ yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 nömrəli mənzilinin əvəzi olaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində yerləşən 20 nömrəli evin 28 nömrəli 1 otaqlı mənzilini Səadət Pirimovaya ailəsi ilə birlikdə yaşaması üçün vermişdir. Yəni, Səadət Pirimova Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 20 nömrəli evin 28 nömrəli mənzilinin onlara verilməsi ilə razılaşmasaydı, İcra Hakimiyyəti həmin mənzili onlara verərək, hazırkı mənzilin onlara verilməsini təmin edəcəkdir. Lakin, Səadət Pirimova onlara veriləcək mənzili hazırkı mənzilin əvəzinə aldıqdan sonra, yenidən onların mənzilini əvəzsiz olaraq əllərindən almağa çalışmışdır. Ona görə də, hal-hazırda yaşadığı mənzilin əvəzsiz olaraq İddiaçı təhfil verilməsinə razı deyil.Qeyd edilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı lkin iddia tələbini müdafiə edərək, mənzilin onlara məxsus olduğunu, cavabdehin isə mənzili zəbt etməsinə görə uzun illərdir ki, kirayədə qaldığını bildirdi və öz iddiasının təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X8 ilkin iddia tələbini müdafiə edərək, əvvəlki məhkəmə aktları ilə cavabdehin mənzilə hüququnun olmadığının müəyyən edildiyini, ona görə də ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh ilkin iddia tələbinə etiraz edərək, mərhum ərinin qaçqın kimi həmin mənzilə yerləşdiyini, onun da rəsmi nikahda olduğuna görə mübahisəli mənzilə hüquqlarının yarandığını, orada yaşadığı müddətdə mənzilin təmirinə xərc çəkdiyini, bundan başqa da, ilkin iddiaçıya ayrıca olaraq bir otaqlı mənzil verildiyini, mənzili yalnız ona çəkilən xərclərin əvəzinin ödənilməsindən sonra və ilkin iddiaçıya verilən digər mənzilin alınıb ona verilməsindən sonra qaytarmağa razı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X15 ilkin iddia tələbinə etiraz edərək, mübahisəli mənzilə istismar edildiyi illər ərzində xərc çəkildiyini, həmin xəclərin qarşılıqlı iddiaçıya qaytarılmalı olmasını xahiş etdi. Məhkəmə iddiaçı və cavabdeh tərəfləri və onların vəkillərini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 nömrəli mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. (birinci mülki iş) - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)- 6036/2018 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 nömrəli mənzilindən istifadə hüququ olmayan hesab edilməsi qət edilmişdir. - İddiaçı Cavabdeh İddiaçı, X9, X11 və X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 saylı mənzilinə olan yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi və özünün ailə üzvləri ilə birlikdə həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (ikinci mülki iş) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-89/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində 28 nömrəli evin 52 saylı mənzilinə istifadə hüququnun tanınması və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)- 8535/2019 nömrəli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-8535/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)- 6036/2018 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-89/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı Cavabdeh İddiaçı, X9, X11 və X12 qarşı onun yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, “V" yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 saylı mənzilinə olan yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi və özünün ailə üzvləri ilə birlikdə həmin mənzildə istifadə hüququnun tanınması bərədə iddia rədd edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilmiş qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 8535/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İşə baxan məhkəmələr müəyyən etmişlər ki, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 1418 saylı sərəncamına əsasən Suraxanı rayonu, Yeni Günəşli "V” yaşayış sahəsi, 28 saylı evin, 52 saylı mənzili Ermənistan Respublikasından qaçqın olan X3 ayrılmışdır. Cavabdeh keçmiş həyat yoldaşı X1 rayonundan məcburi köçkün olduğundan 1992-ci ildən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 saylı mənzilində ailə üzvləri ilə birlikdə məskunlaşmış və X2 ailə tərkibi 7 nəfərdən ibarət olduğundan onu mübahisəli mənzildən çıxarmamışlar. X5 2003- cü ildə Cavabdeh ilə nikaha daxil olmuş və həmin vaxtdan Cavabdeh həmin ünvanda yaşamışdır. X6 isə müvəqqəti olaraq Suraxanı rayonu, Yeni Günəşli "V” yaşayış sahəsi, 20 saylı evin, 22 saylı 1 otaqlı mənzildə məskunlaşmışdır. Sonradan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2014- cü il tarixli 120 saylı sərəncamına əsasən Suraxanı rayonu, Yeni Günəşli “V” yaşayış sahəsi, 28 saylı evin, 52 saylı mənzilinin kirayə müqaviləsi 8 nəfər ailə tərkibi ilə (özü, qardaşı, anası, 5 övladı) İddiaçı adına bağlanılması və onun adına şəxsi maliyyə hesabının açılmasının Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi qərara alınmışdır. X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdeh hazırkı iş üzrə qəbul olunmuş və sonradan ləğv edilmiş xx.xx.2018-ci il tarixli qiyabi qətnamə əsasında mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Əvvəlki məhkəmə aktlarında qeyd edilmişdir ki, Cavabdeh mübahisəli evə dair istifadə hüququ əmələ gəlməmişdir. Çünki o, nikaha daxil olaraq X2 yaşadığı mübahisəli mənzilə köçən zaman sonuncu mənzilin icarədarı olmamış və onun özü Laçın rayonundan məcburi köçkün kimi mübahisəli mənzilin icarədarının razılığı olmadan mübahisəli mənzildə məskunlaşmışdır Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər mübahisəli mənzilə hüququn yaranması ilə bağlı mübahisə olmuş və qeyd edilən məhkəmə aktları ilə Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun yaranmadığı müəyyən edilmişdir. İlkin iddiaçı iddia tələbində bu hala əsaslanaraq cavabdehin həmin mənzildən çıxarılmasını xahiş edir. Qarşılıqlı iddiaçı isə həmin mənzildə mərhum əri ilə nikaha girəndən yaşadığını, təsərrüfat apardığını, mənzilə vəsit xərclədiyini əsas gətirərək mənzildən yalnız xərclədiyi vəsaitin ona qaytarılacağı təqdirdə və ilkin iddiaçılara verilən digər mənzilin ona qaveriləcəyi təqdirdə çıxa biləcəyini bildirir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi mübahisəli yaşayış sahəsindən cavabdehin çıxarılması və aidiyyəti üzrə iddiaçıya təhvil verilməsi hissəsində əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında olan mübahisə ilə bağlı məhkəmə instansiyaları sözügedən mənzilə İddiaçı istifadə hüququnu tanımış, Cavabdeh isə istifadə hüququnun yaranmasını tanımamışlar. Mübahisəli mənzil dövlət mülkiyyətindədir və ilkin iddiaçının qanuni istifadəsinə verilmişdir. Belə olan halda, Cavabdeh həmin mənzildə qalmasına qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Təsvir olunanlara və hüquq normalarına əsaslanaraq məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli, «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Cavabdeh İddiaçı İsa qızına qarşı mənzilin təhvil verilməsi və çəkilmiş xərclərin ödənilməsi barədə qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, tələb əsaslı deyildir. Belə ki, Mülki Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. İşin mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh mənzilə köçüb yaşadığı dövrdən etibarən hər hansı bir hüququ olmamış, başqa sözlə həm Cavabdeh, həm də mərhum ərinin mənzilə sahiblikləri qanunsuz hesab edilmişdir. Qarşılıqlı iddia tələbinin mübahisəli mənzilin əvəzi olaraq İddiaçı ailəsinə verilmiş 1 otaqlı mənzilin İddiaçı alınaraq ona verilməsi hissəsini də məhkəmə əsaslı hesab etmir. Belə ki, qarşılıqlı iddiaçı tələbinin bu hissəsi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrə əsaslanmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 217-220, 227, 233, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Məmmədova Gültəkı̇n İsa qızı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 28 nömrəli evin 52 saylı mənzilindən çıxarılsın və həmin mənzil İddiaçı təhvil verilsin. Məmmədova Gültəkı̇n İsa qızının İddiaçı qarşı mənzilin təhvil verilməsi və çəkilmiş xərclərin əvəzinin tutulması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlk iddia üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə cavabdeh Məmmədova Gültəkı̇n İsa qızından tutulub ilkin iddia üzrə İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Məmmədova Gültəkı̇n İsa qızının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2282/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2282/2020
02.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver