Məhkəmə qərarları › İş №2(010)-2301/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2301/2022

29.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2301/2022 29.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X4 qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi1 oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, ərizəçilər Ərizəçi1 oğlunun və Ərizəçi2 “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: ərizəçilər Ərizəçi1 oğlunun və Ərizəçi2 “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası” tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə 18 may 2022-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına ərizəçilər Ərizəçi1 oğlu, Ərizəçi2 və Ərizəçi1 oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili X2 gəlmişlər. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçilər Ərizəçi1 oğlunun və Ərizəçi2 “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası” tələbi barədə ərizəsinə dair 2(010)-2301/2022 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, ərizəçilərin xüsusi icraat qaydasında məhkəməyə müraciətlərindən görünür ki, onların tələbi “ünvan 1 ünvanında yerləşən evin ¼ hissəsinin sonuncular tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 37-ci maddəsinə Tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə də, mülki iş üzrə mübahisə predmeti olan ev Sabunçu rayonu ərazisində yerləşdiyindən - həmin işə ərazi aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon məhkəməsində baxılması mümkün deyildir və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 37-ci maddəsinin tələblərinə əsasən Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 44.2 və 44.2.2-ci maddələrinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpası” tələbi barədə ərizəsinə dair olan 2(010)-2301/2022 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar