Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-232/2025 13.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh1, Cavabdeh5 iştirakı ilə, İddiaçı Ədət qızının cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, X6, Cavabdeh5, Cavabdeh8, X1 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh5, Cavabdeh8, X2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, X3 Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Q Y/S, ev 27, 5 saylı mənzildən çıxarılması. İddia tələbinin dəlilləri Bakı şəhəri Nəsimi Rayon İcraiyyə Komitəsinin 23 may 1992-ci il tarixli, 002000 nömrəli orderlə mərhum anası X5 altı nəfər ailə üzvülərinə ünvan 1 ünvanda yerləşən beş otaqdan ibarət yaşayış sahəsi verilmişdir. Onlar ailə üzvüləri ilə mənzilə köçməyə hazırlaşma ərəfəsində məlum hadisələrlər nəticəsində Laçın rayonundan qaçqın düşmüş Xəlilovlar ailəsi tərəfindən zəbt olunmuşdur. Buna görə də ailə üzvüləri ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarad kirayədə yaşamışdır. Hazırda ünvan 1 ünvanda bildiyinə görə faktiki olaraq cavabdehlər 4 nəfər köçkün yaşayır. Lakin Suraxanı rayon 105 saylı MKİS tərəfindən verilmiş 1650 №-li, xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, iddiaçının mənzilində cavabdeh X15 daxil olmaqla cavabdehin qardışı Səfıyar və onun ailəsi yaşayır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxsin) statusu haqqında ‘"Azərbaycan Respublikasının 1999-cu il 21 tarixli Qərarının 17-ci bəndinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericilikdə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Məcburi köçkünlərin və onların bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1999-cu il 21 may tarixli Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Müəyyən olunur ki, qanunvericiliyə görə məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin olunması vəzifəsi yerli İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Qaçqınlar və X12 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Bu məqsədlər üçün hazırda dövlət vəsaiti hesabına Bakı şəhərinin müxtəlif İnzibati ərazilərində Azərbaycan Respublikasının Qaçqınlar və X12 üzrə Dövlət Komitəsi tərəfindən çoxmərtəbəli binalar tikilmiş və həmin binalara inzibati binaları tutmuş məcburi köçkünlər köçürülür. Cavabdehlər və onların ailə üzvləri mənzili zəbt etməklə iddiaçının və ailəsinin mənzil hüququnu pozmuşlar. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək, izahatında iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, onun və ailəsinin yaşamağa başqa yaşayış yeri yoxdur. Ölkə başçısının məlum sərəncamına əsasən məcburi köçkünlər başqa yaşayış yeri ilə təmin edildiyi halda, məskunlaşdıqları evdən çıxarıla bilərlər. Odur ki, dövlət tərəfindən onlara yaşayış yeri verilənədək vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh5 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, onun və ailəsinin yaşamağa başqa yaşayış yeri yoxdur. Ölkə başçısının məlum sərəncamına əsasən məcburi köçkünlər başqa yaşayış yeri ilə təmin edildiyi halda, məskunlaşdıqları evdən çıxarıla bilərlər. Odur ki, dövlət tərəfindən onlara yaşayış yeri verilənədək vaxt verilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehlər Cavabdeh4, X13, X6, Cavabdeh8 və Vəliyeva (Qarazadə) Şərqiyyə Səfiyar qızı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iclasa gəlməyən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması haqqında şəhadətnamədən görünür ki, Hədiyyə verən X7 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 117 kv.m. yaşayış sahəsi 67.91 kv.m. olan 5 otaqlı mənzilin tam mülkiyyət üzrə özünə məxsus hissəsindən tam hissəsini bacısı Hədiyyə alan İddiaçı Ədət qızının mülkiyyətinə verir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi, ev 27, mənzil 5 (Yeni qaydalarla AZ 1131, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mixail Həmidov küçəsi, giriş 53, M3, m1) İddiaçı Ədət qızının adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmişdir. 002000 saylı xx.xx.1992-ci il tarixli orderindən görünür ki, Suraxanı rayonu, 4041 məhəllə, ev 27 mənzil 5 R.Vəliyevaya (özü, əri -1929 il təvəllüdlü M.Vəliyev; qızı 1968-ci il təvəllüdlü N.Vəliyeva; qızı-1958-ci il təvəllüdlü İddiaçı; kürəkən -1956-cı il təvəllüdlü Z.Ələkbərov; nəvə 1986-cı il təvəllüdlü N.Ələkbərov və nəvə 1990-cı il təvəllüdlü N.Ələkbərova göstərilməklə) verilmişdir. Oktyabr rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X9 ilə İddiaçı Ədət qızı arasında nikah xx.xx.1985-ci il tarixdə bağlanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışdan görünür ki, xx.xx.1958-ci ildə doğulmuş İddiaçı Ədət qızı müddətsiz iikinci dərəcəli əlildir. Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Suraxanı rayon MKTB-nin 105 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli, 109 saylı məktubuna əsasən bildirirk ki. Yeni Günəşli. “Q” yaşayış sahəsi, ev 27. mənzil 5 ünvanında Laçın rayonundan məcburi köçkün Cavabdeh5 ailə üzvləri ilə birlikdə 1992-ci ildən müvəqqəti məskunlaşmışlar (ailə üzvlərinin ad və soyadları qoşmada qeyd edilmişdir). 105 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Yeni Günəşli “Q” yaşayış sahəsi bina 27 mənzil 5 ünvanında 5 otaqlı mənzil 1992-ci ildə Laçın rayonundan olan məcburi köçkün X10 adları aşağıda qeyd olunan ailə üzvləri ilə birgə məskunlaşmışdılar. X21, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, X17, Cavabdeh8, X16, X14 və Cavabdeh6 Səfıyar. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanında Cavabdeh5 (həyat yoldaşı- Cavabdeh8, qızı- Cavabdeh7, oğlu-Cavabdeh6) və Cavabdeh1 (həyat yoldaşı- Cavabdeh4, qızı-Cavabdeh3; qızı-X6) ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır. İşin faktiki halları İddiaçı Ədət qızı Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Q Y/S, ev 27, 5 saylı (Yeni qaydalarla AZ 1131, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mixail Həmidov küçəsi, giriş 53, M3, m1) mənzilin mülkiyyətçisidir. Cavabdehlər 1992-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Q Y/S, ev 27, 5 saylı mənzildə məskunlaşmışlar. Hazırda iddiaçı cavabdehlərin övladları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Q Y/S, ev 27, 5 saylı mənzildən çıxarılmalarını istəyir. Məhkəmə iclasında dindirilən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iddianı qəbul etməmişlər. İş üzrə digər cavabdehlər məhkəmə iclasında iştirak etmədiyindən onların iddiaya münasibəti öyrənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydası:
4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarı:
2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi İşin faktiki hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Q Y/S, ev 27, 5 saylı (Yeni qaydalarla AZ 1131, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mixail Həmidov küçəsi, giriş 53, M3, m1) mənzilin mülkiyyətçisidir. Cavabdehlər 1992-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Q Y/S, ev 27, 5 saylı mənzildə məskunlaşmışlar. Hazırda iddiaçı cavabdehlərin övladları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Q Y/S, ev 27, 5 saylı mənzildən çıxarılmalarını istəyir. Məhkəmə iclasında dindirilən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iddianı qəbul etməmişlər və etirazlarını onunla əsaslandırmışlar ki, onlar məcburi köçkündürlər. İş üzrə digər cavabdehlər məhkəmə iclasında iştirak etmədiyindən onların iddiaya münasibəti öyrənilməmişdir. Məhkəmə, ilk növbədə qeyd edir ki, məcburi köçkünlər və mənzil mülkiyyətçiləri arasında olan bu tipli mübahisələr üzrə Avropa Məhkəməsinin konkret məhkəmə təcrübəsi və həmin təcrübə əsasında formalaşmış hüquqi mövqe mövcuddur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli, “Cəfərov Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli, “Gülməmmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli və digər buna bənzər işlər üzrə qərarlarında formalaşdırılmış hüquqi mövqe ondan ibarətdir ki, mənzil mülkiyyətçisinin razılığı olmadan məcburi köçkünlərin ona məxsus mənzildə yaşamağa davam etməsi, mənzil mülkiyyətçisinin “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüququnun pozulması deməkdir. Yuxarıda da qeyd edildiyi kimi, həmin maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin qərarlarda məcburi köçkünlük amili ilə bağlı Azərbaycan Respublikasının daxili qanunvericiliyinə istinad edilərək (hansı ki, hazırkı qətnamənin də tətbiq edilən hüquq hissəsində istinad olunmuşdur) qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Ən əsası nəzərə alınmalıdır ki, xüsusi mülkiyyət hüququ və onun toxunulmazlığı Azərbaycan Respublikasının Konstitusiyası ilə tanınır və qorunur. Mülkiyyətçinin razılığı olmadan başqalarının ona məxsus mənzildən istifadə etməsi mülkiyyət hüququnun pozulması deməkdir. O da qeyd edilməlidir ki, mülkiyyət hüququnu pozmuş şəxslərin məcburi köçkün statusu daşıması mülkiyyət hüququ pozuntusunu qanuniləşdirmir və ona haqq qazandırmır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh4, Lalə Xəlilzadə, Şəhanə Xəlilzadə, Cavabdeh5, Cavabdeh8, Şərqiyyə Vəliyevaya münasibətdə əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin vurğulayır ki, Cavabdeh6 xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayandır və o, iş üzrə Cavabdeh5 və Cavabdeh8 övladıdır. Məhz Cavabdeh5 və Cavabdeh8 iddiaçının evindən çıxarılması onlar yetikinlik yaşına çatmayan övladının da iddiaçının mülkiyyətində olan mənzilindən çıxarılmasına əsas verən amil olacaqdır.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh5, Cavabdeh8 (övladı xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh6 ilə birlikdə), X2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, X6 Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Q Y/S, ev 27, 5 saylı (Yeni qaydalarla AZ 1131, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mixail Həmidov küçəsi, giriş 53, M3, m1) mənzildən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh8 (övladı xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh6 ilə birlikdə), X2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, X6 Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, Q Y/S, ev 27, 5 saylı (Yeni qaydalarla AZ 1131, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mixail Həmidov küçəsi, giriş 53, M3, m1) mənzildən çıxarılsınlar. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova