Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2336/2023 18.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi, Ərizəçinin vəkili X3 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasında 1991-ci ildən daimi yaşamağım və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağım hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1967-ci il tarixdə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuşdur. 06 aprel 1985-ci ildə Mahmud Məmmədov ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin vaxtdan onun soyadı Məmmədovaya dəyişdirilmişdir. Birgə nikahdan 24 avqust 1985-ci il təvəllüdlü X9, xx.xx.1987-ci il təvəllüdlü X15 və xx.xx.1989-cu il təvəllüdlü X10 adlı övladları dünyaya gəlmişdir. 1991-ci ildə Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxtdan etibarən Gürcüstan Respublikasına qayıtmamışdır. Uşaqları və əri Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Onun uşaqları Azərbaycan Respublikası ərazisində orta təhsillərini başa vurmuşlar və övladları burada ailə qurublar. 04 mart 2020-ci ildə Dövlət Miqrasiya Xidmətinə müraciətinə cavab olaraq verilən məsubiyyət arayışı almışdır ki, Azərbaycan Respublikasının vətəndaşı deyildir. Daha sonra 10 aprel 2023-cü ildə Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən vətəndaşlığın olmaması ilə bağlı arayış almışdır. Bəlli oldu ki, faktiki heç bir dövlətin vətəndaşı deyil. O, Azəbaycan Respublikasında 1991-ci ildən daimi fasiləsiz olaraq yaşayır. Bunu şahid ifadələri, yaşayış yerlərindən olan arayışlar və fotolar vasitələri ilə sübüta yetirmək mümkündür. Mövcud qanunvericiliyin tələbinə əsasən o, 2006-cı ilin yanvar ayının 1-dək və hal-hazırda da Azərbaycan Respublikasında daimi yaşadığından və hər hansı başqa dövlətin vətəndaşı olmadığından bu fakt məhkəmə qaydasında təsdiq olunarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul oluna bilər. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsinin məzmununa uyğun çıxış edərək ərizənin təmin edilməsini xahiş etdi. xx.xx.2023-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X21 izahatında göstərmişdir ki, Ərizəçi ölkəyə giriş-çıxışı sərhəd keçmə sistemi ilə müəyyən olunmamışdır. Əgər məhkəmə tərəfindən ərizəçinin ərizəsi təmin olunarsa, ərizəçinin ərizəsinin təmin edilməsinə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən etiraz edilmir. Bununla əlaqədar olaraq təyin ediləcək məhkəmə iclaslarının DMX-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X16 xx.xx.2023-cü il tarixdə AZMİS vasitəsi ilə məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1- ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Eyni zamanda, bildirmək lazımdır ki, (“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemi (İAMAS) vasitəsilə yoxlanış zamanı şəxsin ölkə ərazisindən kənara çıxışı qeydə alınmamışdır. Lakin, bununla belə AR DSX-yə sorğunun göndərilməsi məqsədəuyğun olardı. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə uyğun olaraq doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd (faktiki hala görə Gürcüstan) təqdim edilməsini; Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə şəxsin ölkə ərazisindən giriş-çıxışının qeydə alınıb-alınmaması barədə sorğunun göndərilməsini; 3. 1-ci və 2-ci bənd üzrə müvafiq sənədlərin elektron məhkəmə sisteminə əlavə edilməsini; 4. 1-ci bənddə göstərilən sənəddə vətəndaşlığının olmaması və 2-ci bənddən giriş-çıxışının olmaması təsdiqlənəcəyi halda şəxs ərizəsinin təmin olunmasına onun tərəfindən etiraz olunmadığı nəzərə almaqla müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Ərizəçi təxminən 15 ilə yaxındır ki, tanıyır, qonşudurlar və həm özü, həm də ərizəçi S.Əliyev küçəsində yaşayır. Ərizəçi həyat yoldaşı Mahmud vəfat edib, onların 3 uşağı var. Ərizəçi nə vaxtsa xaricə gedib-getməməsi barədə heç bir məlumatı yoxdur. Ərizəçi ilə rəfiqəlik edirlər, münasibətləri yaxşıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, o, Ərizəçi 2011-ci ildən tanıyır, yaşadıqları S.Əliyev küçəsində qonşudurlar. Özü Neftçala rayonunda pasport qeydiyyatında olsa da, S.Əliyev küçəsi, ev 418 B-də yaşayır və həmin ünvana 2011-ci ildə gəlin gəlmişdir. Ərizəçi həyat yoldaşı Mahmud rəhmətə gedlib, onların 3 uşaqları var. Ərizəçi mütəmadi olaraq yaşadığı ünvanda yaşayıb. O, Ərizəçi gəlini ilə rəfiqədir və bir-birilərinin evinə gediş gəlişləri var. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 08135 saylı «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair» ******* saylı arayışından görünür ki, xx xxxxx 1967-ci il təvəllüdlü X8 373885/m nömrəli, 17 iyul 2019-cu il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Gürcüstan Səfirliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1967-ci ildə Gürcüstanda anadan olmuş Ərizəçi “Gürcüstan vətəndaşlığı haqqında” Gürcüstanın orqan qanununun 30-cu maddəsinin “a” bəndinə müvafiq olaraq, agentliyə təqdim olunmuş, eləcə də əldə edilmiş sənədlərə əsasən, Gürcüstan vətəndaşı hesab edilmir. Dmanisi rayon VVAQ bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.1967-ci il tarixdə Dmanisi rayonunun doğulmuşdur, valideynləri X19 və X12r. 26 №-li MKİS-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Məmmədova X1, 28 saylı evin 114 saylı mənzilində yaşayır. 18.Xİ.1991-ci il tarixdən 23.Vİİİ.2011-ci ilə qədər yuxarıda göstərilən mənzildə qeydiyyatsız yaşayır. X17, X5 və X6 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, həqiqətən də Ərizəçi 2011-ci ildən bugünə qədər Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəs Samir ç,A yaşayış sahəsi,ev 430F ünvanında qeydiyyatsız yaşayır. Dmanisi rayon VVAQ şöbəsi tərəfindən 06.04,1985-ci il tarixdə verilmiş nikaın bağlanması haqqında şəhadətnamədən görünür ki, X13 ilə X18 arasında nikah xx.xx.1985-ci il tarixdə bağlanmışdır. Dmanisi rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1985-ci ildə Dmanisi rayonunda doğulmuş və valideynləri X13 ilə Ərizəçidır. Dmanisi rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1987-ci ildə Dmanisi rayonunda doğulmuş və valideynləri X13 ilə Ərizəçidır. Dmanisi rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1989-cu li tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1989-cu ildə doğulmuş və valideynləri X13 ilə Ərizəçidır. Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının XV-Tİ № 501418 saylı pasportunun tərcüməsindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə Gürcüstan SSR Dmanisi rayonu, Dmanisi kəndində doğulmuşdur. Ailə vəziyyəti xx.xx.1985-ci ildə X14 ilə nikahı qeydə alınmış, xx.xx.1990-cı ildə nikah pozulmuşdur. Uşaqları 3-cü X10 xx.xx.1989-cu il. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkəti barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi 1991- 2001-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatın təqdim edilməsi texniki cəhətdən imkanı xaricindədir. Bununla yanaşı, xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi xx.xx.2002-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Əmək kitabçasından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X2 adına xx.xx.1977-ci ildə əmək kitabçası tərtib edilmişdir. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx xxxxx 1967-ci il tarixdə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuşdur. Ərizəçi 06 aprel 1985-ci ildə Mahmud Məmmədov ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin vaxtdan onun soyadı Məmmədovaya dəyişdirilmişdir. Birgə nikahdan 24 avqust 1985-ci il təvəllüdlü X9, xx.xx.1987-ci il təvəllüdlü X15 və xx.xx.1989-cu il təvəllüdlü X10 adlı övladları dünyaya gəlmişdir. O, 1991-ci ildə Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxtdan etibarən Gürcüstan Respublikasına qayıtmamışdır. Uşaqları və əri Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin ərizəçiyə məsələnin həlli ilə bağlı rayon məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda məhkəmə müəyyən edir ki, ərizəçi nə Azərbaycan Respublikasının, nə də Gürcüstan Respublikasının vətəndaşı deyil. Hazırda ərizəçinin vətəndaşlıqla bağlı müraciət etməsi üçün onun Azərbaycan Respublikası ərazisində 1991-ci ildən bu günədək daimi yaşama faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi milliyyətcə azərbaycanlıdır və azərbaycan dilində səlis danışır. Beləliklə də məhkəmədə müəyyən edilmişdir ki, ərizəçi faktiki olaraq 1991-ci ildən hazırki vaxta kimi fasiləsiz olaraq 32 ildir ki, ailəsi ilə birgə Azərbaycan Respublikasının Bakı şəhərində yaşayır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi 1991-ci il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşı olmaması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217, 307-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi 1991-ci il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2336/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2336/2023
18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver