Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2345/2022 06.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X* qızının katibliyi ilə, Ərizəçi “vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 06 iyun 2022-ci il tarixə, saat *2:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi bildiriş vasitəsi ilə xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Ərizəçi 06.06.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş materiallarına əlavə edilmiş sənədlərin əsillərinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *70.*-ci maddəsinə bu Məcəllənin 254, 255, 26*.0.*-26*.0.3 və 26*.0.6-26*.0.8-cı maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *70-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair iddia ərizəsi baxılmadan sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(010)-2345/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2345/2022
06.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver