Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2348/2022 20.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X* Qasımov, Ərizəçi “iş stajının müəyyən edilməsi” tələbinə dair ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi “iş stajının müəyyən edilməsi”na dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, ərizədən görünür ki, ərizəçi maraqlı şəxs olan təşkilat tərəfindən mövcüd sənədlərə əsasən iş stajının müəyyən edilməsinin imtinasını mübahisələndirir. Belə olduğu halda iddiaçının ərizəsinə Mülki Prosessual Məcələsinin iddia icraatda müəyyən edilmiş qaydada deyil, yuxarıda qeyd olunan inzibati orqanın qəbul etdiyi qərarından verilmiş şikayət qaydasında baxılmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *5*.*-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *53.2, *53.2.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi “iş stajının müəyyən edilməsi” nə dair ərizə və ona əlavə olunmuş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Ərizəçiyə inzibati məhkəmə icraatı qaydasında müraciət etmək hüququ izah edilsin. Qərardaddan *0 gün müddətində Suraxanırayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2348/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2348/2022
20.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver