Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-235/2022 20.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dаir ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən naturada istifadə qaydasının müəyyən edilməsi” qarşılıqlı iddia tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı İddiaçı Cavabdeh qarşı “paylara uyğun naturada bölgü aparılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, 50 saylı evin yaşayış sahəsindən ona 1/8 payda və cavabdehə 7/8 payda olmaqla real bögünün aparılmasına dair məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi. Daha sonra, İddiaçı iddia tələbini dəqiqləşdirərək, məhkəmədən hissədə paylara uyğun real bölgünün aparılmasını və çıxarışa əsasən Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, 50 saylı evin yaşayış sahəsində 1/8 payına mütənasib olaraq 0.014160 ha dövlət mülkiyyətində olan torpaq sahəsinə istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi ev 50-yə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən çıxarışa əsasən yaşayış sahəsi 108.5 m2-dən ibarət olmaqla 1/8 hissədə ona və 7/8 hissədə isə cavabdehə məxsusdur. Yaşadığı evin torpaq sahəsi uzun müddətdir ki, onların arasında bölünmüş və hasar çəkilmişdir. Buna baxmayaraq, cavabdeh qardaşı Cavabdeh iki dəfə məhkəməyə, Suraxanı rayon İcra Hakimiyyətinə müraciətlər edərək evin və torpaq sahəsinin ona məxsus olmasını bildirir, öz ərizələrində ona və ailəsinə qarşı böhtan xarakterli məlumatlar yazır və onların şərəf və ləyaqətini alçaltmağa çalışır. Cavabdeh iki dəfə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək onun tərəfindən aparılmış tikilinin sökülməsi və maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi vermişdir. Hər iki ərizəsində göstərir ki, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi 50 saylı ünvanda yerləşən ev onun mülkiyyətindədir və onun öz həyətinə aid olan hissədə hər hansı bir tikilinin aparılmasını qanunsuz hesab edərək sökülməsini tələb edir və ona mənəvi əzab verməyə çalışır. Artıq, o, cavabdehin bu hərəkətlərinə son qoymaq istəyir. Onun ailəsi ilə yaşadığı hissə atadan miras qalmış yaşayış sahəsinə aid deyil. O, miras qalmış mülkün texniki pasportuna əsasən qeyriyaşayış sahəsi sayılan hamam hissəsində yaşayır. Onun payına aid olan yaşayış sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir və mütəmadi olaraq ona qarşı qeyri-qanuni tələblər irəli sürülməkdədir. Cavabdehin ona qarşı qeyri-qanuni tələbləri nəticəsində uzun müddətdir ki, onun səhhətində problemlər yaranmış və müalicəyə külli miqdarda pul sərf etməkdədir. Xəstəliyi səbəbindən iş qabiliyyəti də müəyyən qədər pozulmuşdur. Bunun nəticəsində ona həm mənəvi, həm də maddi ziyan dəyməkdədir. Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi ev 50 ünvanında yerləşən yaşayış sahəsində payların real bölgüsünün aparılmasına zərurət yaranmışdır. Çünki cavabdeh onu ümumi istifadədə olan torpaq sahəsinə buraxmır. Qarşılıqlı iddia tələbi. İddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən naturada istifadə qaydasının müəyyən edilməsi” qarşılıqlı iddia tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsində yerləşən torpaq sahəsinin paylara uyğun olaraq naturada istifadə qaydasının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadıqları evin torpaq sahəsi uzun müddətdir ki, onların arasında bölünmüş və hasar çəkilmişdir. Evin və torpaq sahəsinin ona məxsus olması ilə bağlı Suraxanı Rayon Məhkəməsinə və Suraxanı rayon İcra Hakimiyyətinə bir neçə dəfə müvafiq olaraq müraciət etmişdir. O, Suraxanı Rayon Məhkəməsinə iki dəfə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı tərəfindən aparılmış tikilinin sökülməsi və maneələrin aradan qaldırılması tələbi ilə çıxış etmişdir. Həmin tələbində göstərmişdir ki, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, 50 saylı ünvanda yerləşən ev onun mülkiyyətindədir və orada hər hansı bir tikintinin aparılması qanunsuzdur. Buna görə də göstərilən şəxs tərəfindən istifadə olunan tikinti sökülməlidir. İddiaçı əsassız olaraq qeyd edir ki, onun ailəsi ilə yaşadığı hissə atasından miras qalmış yaşayış sahəsinə aid deyildir və miras qalmış mülkün texniki pasportuna əsasən qeyri-yaşayış sahəsi sayılan hamam hissəsində yaşayır. Adıçəkilən şəxs yaşayış sahəsi 108.5 m2-in 1/8 hissəsi olan 13.5 m2-nə hüququ çatsa da 19 m2-də yaşayır. Belə ki, İddiaçı hətta ona çatacaq olan paydan artıq istifadə edir. Tərəflərin izahatları. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qismən qəbul edərək bildirdi ki, onların istifadəsində olan həyət cavabdehin istifadəsində olan həyətdən kiçikdir. Onların bu iddia ilə məhkəməyə müraciət etmək səbəbi budur ki, evlərinin sənədi cavabdehdədir və cavabdeh bu sənədi onlara verməkdən imtina edir. Bu səbəbdən torpağı özəlləşdirə bilmirlər. Aralarındakı bütün mübahisə bununla bağlıdır. Belə ki, məqsədləri torpağı özəlləşdirməkdir. Hər bir halda hazırda həm torpaq sahəsi, həm də ev aralarında faktiki bölünmüşdür və bu bölgünün olduğu kimi qalmasına etiraz etmir. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili Vəkil2 ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qismən qəbul edərək bildirdi ki, iş üzrə verilmiş ekspert rəyi ilə qismən razıdırlar. Belə ki, rəydə müəyyən edilmiş yaşayış sahələrinin ölçüsü ilə razılaşsalar da torpaq sahəsinə dair rəy verilməmişdir. Çünki sahə özəlləşdirilməmişdir. Buna səbəb isə qarşı tərəfin özəlləşdirməyə imkan verməməsidir. Tərəflər arasındakı mübahisə də əsasən bununla bağlıdır. Əslində isə onların faktiki istifadəsində olan torpaq sahəsi ilə sənəddən görünən torpaq sahəsinin ölçüsü arasında fərq var. Belə ki, faktiki istifadə etdikləri sahə daha böyükdür. Bu səbəbdən hesab edir ki, torpaq sahəsinə yerli baxış keçirilərək, faktiki istifadədə olan sahənin ölçüsü müəyyən edilməli və 1/8 və 7/8 hissənin sərhədləri dəqiqləşdirilməlidir. Hər bir halda qeyd edir ki, tərəflərin faktiki istifadə etdikləri sahədə qalmalarına etiraz etmir. Odur ki, ilk iddianın təmin, qarşılıqlı iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 qarşılıqlı iddianı müdafiə edib, ilk iddianı qismən qəbul edərək bildirdi ki, iş üzrə verilmiş ekspert rəyi ilə tikiliyə münasibətdə razılaşırlar. Lakin torpaq sahəsi ilə bağlı qeyd edir ki, torpaq 5 sotdur. Onun 1/8 hissəsi 62 m2 etsə də rəydə 80 m2 kimi göstərilmişdir. Bununla belə qarşılıqlı iddiaçı mübahisə uzanmasın deyin rəydəki rəqəmlərlə razılaşmışdır. Torpaq sahəsinin faktiki ölçüsü ilə çıxarışda yazılmış ölçüsü arasında fərq olmasına gəldikdə isə onsuz da verilmiş rəydən də bu hal müəyyən edilir. Bu səbəbdən hesab edir ki, torpaq sahəsinə yerli baxış keçirilməsinə zərurət yoxdur. Hər bir halda yerli baxışla bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Yekunda, bildirir ki, həm tikiliyə, həm də torpaq sahəsinə münasibətdə rəylə razılaşırlar. Onların əsas məqsədi hasarın çəkilməsi ilə bağlı olmuşdur ki, bu məsələ hazırkı iş üzrə predmet deyil. Odur ki, məhkəmədən iş üzrə verilmiş ekspert rəyində müəyyən edildiyi kimi bölgü aparılmasını xahiş etdi. İş materialları. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi 50 saylı evdə Nümayəndə, X4, X11, Cavabdeh, İddiaçı, X6, X15, X3, İddiaçı Azər oğlu, X7, X12, X5 qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli çıxarışına əsasən ünvan 1 ünvanındakı fərdi yaşayış evinin bir hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Əməkdaşlar tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, göstərilən ünvanda istifadədə olan torpaq sahəsinin bir hissəsində Cavabdeh qardaşı İddiaçı tərəfindən uzun müddət öncə 60 m2 sahədə ikimərtəbəli fərdi yaşayış evi inşa edilərək hazırda təyinatı üzrə istismar edilir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 108.5 m2 sahəsi olan fərdi yaşayış evinin 7/8 hissəsi Cavabdeh, 1/8 hissəsi isə İddiaçı xüsusi mülkiyyətindədir. Həmin evin yerləşdiyi 0.014160 m2 torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla üzərində istifadə hüququ mövcuddur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-849/2021 saylı qətnaməsdən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “mülkiyyətində olan Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsi, ev 50 ünvanında yerləşən evinin yerləşdiyi torpaq sahəsindən cavabdeh İddiaçı tərəfindən tikilmiş qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsinə dair” iddiası rədd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7289 saylı rəyindən görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki olaraq təcrid formasında bölünmüş vəziyyətdə olduğu və qərardadda qeyd olunan paydan (1/8 hissə) qismən kənara çıxmaqla (5.34 m2) faktiki bölgünün Məhkəmə Tikinti-X2 Metodlarının və İnşaat Norma və Qaydaları 2.08.01.89*-un 1.1, 2.2, 2.4, bəndlərinin tələblərinə uyğun olduğu müəyyən olunur. Torpaq sahəsi üzərində tərəflər arasında pay bölgüsü müəyyən edilmədiyindən həmin topraq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin payçılar arasında olan payları üzrə torpaq sahəsindən paylardan qismən kənara çıxmaqla istifadə edilə bilər. Mübahisə predmeti olan torpaq sahəsindən istifadə qaydasına dair bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir. İşin faktiki halları. ünvan 2 ünvanında yerləşən, 108.5 m2 sahəsi olan fərdi yaşayış evi 7/8 hissədə Cavabdeh, 1/8 hissədə İddiaçı paylı mülkiyyətindədir. Bu fərdi yaşayış sahəsinin yerləşdiyi 0.014160 ha (faktiki olaraq 0.05 ha) torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla tərəflərin istifadəsindədir. Hazırda tərəflər arasında olan mübahisə də paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin naturada bölünməsi və ümumi istifadələrində olan torpaq sahəsi üzərində istifadə qaydalarının müəyyən edilməsi, yəni hər bir tərəfin istifadəsində olan sahənin konkret müəyyən edilməsi ilə bağlıdır. Məhkəmə tərəfindən mübahisənin həlli məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən verilmiş rəydə tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evi üzərində 1/8 və 7/8 hissədə payların naturada ayrılmasının mümkün olduğu, torpaq sahəsi isə tərəflərin xüsusi mülkiyyətində olmadığından həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin payçılar arasında olan payları üzrə torpaq sahəsindən paylardan qismən kənara çıxmaqla istifadə edilməsinin mümkün olduğu bildirilmiş, həm fərdi yaşayış evinin, həm də torpaq sahəsinin faktiki olaraq tərəflər arasında bölündüyü və bu bölgünün tikinti-texniki norma və qaydalarına, eləcə də tərəflərin paylarına uyğun (qismən kənara çıxmaqla) uyğun olduğu müəyyən edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 243. Daşınmaz əmlak mülkiyyətçisinin torpaq sahəsindən istifadə hüququ. 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 52. Torpaq sahəsi üzərində birgə hüquqlar.
1. Torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır.
2. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 155. Qarşılıqlı iddianın verilməsi. 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Maddə 156. Qarşılıqlı iddianın qəbul edilməsi şərtləri. 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
İşin faktiki hallarından göründüyü kimi ilk iddia tələbinin predmetini fərdi yaşayış evi üzərində onların paylarının naturada ayrılması, eyni zamanda torpaq sahəsinə istifadə hüququnun müəyyən edilməsi, qarşılıqlı iddia tələbinin predmetini isə tərəflərin ümumi istifadəsində olan torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi təşkil edir. Məhkəmə tərəfindən tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evindən onların paylarının ayrılmasının mümkünlüyü, eləcə də ümumi istifadələrində olan torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Verilmiş ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində qeyd edilmişdir ki: “...Tədqiq olunan ünvanda baxış keçirilən zaman mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki olaraq təcrid formasında bölünmüş vəziyyətdə olduğu müşahidə olunmuşdur. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş texniki pasport sənədində qeyd olunan “B” literli mətbəx, hamam və “A” literli fərdi yaşayış evinin sahəsi 18.9 m2 olan 3 nömrəli yaşayış otağı iş üzrə iddiaçı şəxs olan İddiaçı istifadəsindədir. Belə olan halda qərardadda qeyd olunan paydan (1/8) qismən kənara çıxmaqla faktiki bölgünün Məhkəmə Tikinti-X2 Metodlarının və İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4-cü bəndlərinin tələblərinə uyğun olduğu müəyyən olunur. Qərardadın üçüncü sualında ünvan 2 ünvanında yerləşən 0.014160 ha torpaq sahəsi üzərində tərəflərin istifadə qaydalarının müəyyən olunması tələb olunmuşdur. Bununla əlaqədar olaraq ekspert tərəfindən qeyd olunur ki, **********02-10301 reyestr nömrəli Çıxarış sənədində mübahisə predmeti olan torpaq sahəsinin 0.014160 ha olduğu qeyd olunduğu halda baxış zamanı aparılan ölçü işləri nəticəsində həmin torpaq sahəsinin 0.05 ha olduğu və həmin torpaq sahəsinin üç hissədən qonşu sahələr, bir hissədən isə yol ilə əhatə olunduğu müəyyən olunmuşdur. Həmçinin, baxış zamanı texniki pasport sənədində “B” ilə işarələnmiş mətbəx və hamam tikilisinin faktiki olaraq iş üzrə iddiaçı tərəf olan İddiaçı istifadəsində olduğu və həmin tikilidə konstruktiv dəyişikliklərin aparıldığı müşahidə olunmuşdur. Belə ki, həmin tikilinin faktiki olaraq ölçüləri 1.06 m x 1.08 m olan sanitar qovşaq kimi istifadə olunduğu və həmin tikilinin sağ hissəsindən yola giriş-çıxış qapısının aşıldığı müşahidə edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş texniki pasport sənədində mübahisə predmeti olan torpaq sahəsinin 0.05 ha olduğu qeyd olunmuşdur. Mübahisə predmeti olan torpaq sahəsi mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********02-10301 reyestr nömrəli çıxarışa əsasən dövlət mülkiyyətindədir. Odur ki, torpaq sahəsi üzərində tərəflər arasında pay bölgüsü müəyyən edilmədiyindən həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin payçılar arasında olan payları üzrə torpaq sahəsindən paylardan qismən kənara çıxmaqla istifadə edilə bilər. Belə olan halda torpaq sahəsinin 7/8 və 1/8 hissəsi aşağıdakı kimi müəyyən olunur: Cavabdeh – 0.044 ha (0.05 x 7/8); İddiaçı – 0.006 ha (0.05 x 1/8). Məhkəmə tikinti-X2 metodlarında göstərilənlərə görə mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Mübahisə predmeti olan torpaq sahəsindən istifadə qaydasında dair bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir. Beləliklə, qərardadda qeyd olunan paydan (1/8) qismən kənara çıxmaqla (5.4 m2) faktiki bölgünün Məhkəmə tikinti-X2 metodlarının və İnşaat Norma və Qaydaları 2.08.01.89*-un 1.1, 2.2, 2.4-cü bəndlərinin tələblərinə uyğun olduğu müəyyən olunur”. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilmişdir ki, tərəflərin paylı mülkiyyətlərində olan fərdi yaşayış evi faktiki olaraq təcrid formasında bölünmüş vəziyyətdədir. Fərdi yaşayış evinin bu cür faktiki bölgüsü ekspert tərəfindən həm tikintitexniki və inşaat qaydalarına uyğun, həm də tərəflərin bu fərdi yaşayış evi üzərindəki paylarına əsasən (qismən (5.34 m2) kənara çıxmaqla) uyğun hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən hər iki tərəf də fərdi yaşayış evi üzərindəki paylarının naturada bölgüsünün onların faktiki istifadə etdikləri şəkildə aparılmasına etirazları olmadıqlarını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ilk İddiaçı məxsus 1/8 hissədə pay qarşılıqlı iddiaçı Cavabdeh məxsus 7/8 hissədə paydan naturada ayrılmalı, payların ayrılması fərdi yaşayış evinin faktiki olaraq təcrid formasında bölündüyü şəkildə həyata keçirilməlidir. Tərəflərin ümumi istifadəsində olan torpaq sahəsinə gəldikdə isə torpaq sahəsinin də fərdi yaşayış evi kimi faktiki olaraq bir-birindən təcrid şəkildə bölünməklə tərəflərin istifadəsində olduğu, bu faktiki bölgünün həm tikinti-X2 metodlarına uyğun olduğu, həm də tərəflərin fərdi yaşayış evindəki paylarına mütənasib (bu paydan qismən (5.4 m2) kənara çıxmaqla) olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı torpaq sahəsinin ekspert rəyində göstərilmiş faktiki bölgüyə uyğun istifadə qaydasının müəyyən edilməsinə etiraz etməsə də ilk iddiaçının vəkili torpaq sahəsinə münasibdə ekspert rəyi ilə razılaşmadıqlarını bildirmişdir. O, bu mövqeyini belə əsaslandırmışdır ki, tərəflərin faktiki istifadəsində olan torpaq sahəsi çıxarışdan görünən sahədən çoxdur. Elə bu səbəbdən hesab etmişdir ki, sahənin faktiki ölçüsünün müəyyən edilməsi və tərəflərin paylarının müəyyən edilməsi üçün torpaq sahəsində məhkəmə tərəfindən yerində müayinə keçirilməldir. Məhkəmə isə ilk iddiaçının vəkilinin yerində müayinə ilə bağlı vəsatətini əsassız hesab etmişdir. İlk növbədə, ona görə ki, ekspert tərəfindən verilmiş rəydə də qeyd edilmişdir ki, çıxarışda mübahisə predmeti olan torpaq sahəsinin 0.014160 ha olduğu qeyd olunduğu halda baxış zamanı aparılan ölçü işləri nəticəsində həmin torpaq sahəsinin 0.05 ha olduğu müəyyən edilmişdir. Yəni, ekspert tərəfindən müvafiq ölçü işləri torpaq sahəsinin faktiki ölçüsünə uyğun aparılmış, yekunda torpaq sahəsinin faktiki təcrid bölgüsünün tikinti norma və qaydalarına və tərəflərin paylarına uyğun olduğu müəyyən edilmişdir. Digər tərəfdən, məhkəmə tərəfindən torpaq sahəsində yerində müayinə keçirilsə belə bu zaman məhkəmənin hansısa ölçü işləri aparması, tərəflərin paylarını müəyyən etməsi istisna edilir. Belə ki, bu kimi tikinti-texniki məsələlərlə bağlı suallara cavab verilməsi bu sahədə xüsusi biliyə malik olan ekspertin səlahiyyətindədir. Məhkəmənin yerində müayinə keçirərək hansısa ölçü işləri aparması, yaxud digər texniki sualları cavablandırması mümkün deyil. Bu baxımdan məhkəmə ilk iddiaçının vəkilinin yerində müayinə ilə bağlı vəsatətini əsassız hesab etmişdir. Belə olan halda məhkəmə torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə dair hissədə də ekspert rəyi ilə razılaraq hesab edir ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində istifadə qaydaları tərəflərin bu torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindəki payları üzrə, torpaq sahəsinin faktiki olaraq təcrid formasında bölündüyü şəkildə həyata keçirilməlidir. Yekunda, məhkəmə ilk iddianın “torpaq sahəsindən istifadə hüququnun müəyyən edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, ilk iddiaçı bu torpaq sahəsinin paylı mülkiyyətçisi olduğundan onun mülkiyyətində olan paya onsuz da istifadə hüququ vardır. Bu hüquq onun torpaq sahəsinə olan mülkiyyət hüququnundan qaynaqlanır və məhkəmə qətnaməsi ilə müəyyən edilmir. Odur ki, ilk iddia bu hissədə təmin edilə bilməz.
Məhkəmə xərcləri.
İş materiallarından görünür ki, ilk iddia ərizəsi üzrə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxt qüvvədə olan variantda) müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmişdir. Lakin qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən heç bir rüsum ödənilməmişdir. Hansı ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun qarşılıqlı iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxt qüvvədə olan variantına əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə ödənilməmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıdan tutulması ilk və qarşılıqlı iddia tələblərinin təmin edilmiş hissələrinə mütənasibdir. Eyni zamanda, iş üzrə verilmiş ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tərəfindən aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, ekspertiza xərcinin yarısı, ilk, yarısı, qarşılıqlı iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ilk İddiaçı məxsus 1/8 hissədə pay qarşılıqlı iddiaçı Cavabdeh məxsus 7/8 hissədə paydan naturada ayrılmalı, payların ayrılması fərdi yaşayış evinin faktiki olaraq təcrid formasında bölündüyü şəkildə həyata keçirilməli, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində istifadə qaydaları onların bu torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindəki payları üzrə, torpaq sahəsinin faktiki olaraq təcrid formasında bölündüyü şəkildə həyata keçirilməli, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilməli, qarşılıqlı iddia üzrə ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməli, ekspertiza xərcinin 25 manatı ilk iddiaçıdan, 25 manatı qarşılıqlı iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İlk iddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ilk İddiaçı məxsus 1/8 hissədə pay qarşılıqlı iddiaçı Cavabdeh məxsus 7/8 hissədə paydan naturada ayrılsın və payların ayrılması fərdi yaşayış evinin faktiki olaraq təcrid formasında bölündüyü şəkildə həyata keçirilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində ilk İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh istifadə qaydaları onların bu torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindəki payları üzrə, torpaq sahəsinin faktiki olaraq təcrid formasında bölündüyü şəkildə həyata keçirilsin. Qarşılıqlı iddia üzrə ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza xərcinin 25 (iyirmi beş) manatı ilk İddiaçı, 25 (iyirmi beş) manatı qarşılıqlı iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva