Məhkəmə qərarları › İş №2(010)-2392/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2392/2025

21.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2392/2025 21.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Ərizəçi və vəkili Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə* iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi Ahıl yaşında olan X3na *4 yanvar *997-ci ildən vəfat etdiyi *2 sentyabr 2009-cu ilədək qulluq etməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı X3na *988-ci ildən vəfat etdiyi 2009-cu ilədək etdiyi qulluq müddətinin sığorta stajına daxil edilərək və 65 yaşının tamam olduğu 4 mart 202*-ci ildən ərizəçiyə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən sonra ona ödənməli olan əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə cavabdehin imtina məktubunu aldıqdan sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh 3-*7-*/2-C-*50*87/2024 nömrəli, xx.xx.2024 tarixli imtina məktubunda sığorta stajının 20 il, 2 ay, 2 gün olduğunu qeyd edərək qanunla nəzərdə tutulan ümumi sığorta stajından (25 il) az olduğunu bildirmiş və vəfat etmiş X3na *988-ci ildən 2009-cu ilə qədər olunmuş qulluq müddətinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu halda sığorta stajına daxil edilməsinin mümkün olacağını əsas götürərək imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-*(**2)-**6*3/2024 nömrəli, 02.*0.2024 tarixli qərarına əsasən məhkəmə iddia ərizəsini təmin etməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı əmək stajı faktının müəyyən edilməsi barədə ümumi məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edə bilər. Bakı İnzibati Məhkəməsinə iddia ərizəsində qeyd etdiyi kimi bildirmək istəyir ki, ərizəçi əmək kitabçasına əsasən *8.*2.*974-cü ildən **.05.*975-ci ilədək Serebrovski adına Neftqazçıxarma İdarəsinin təchizat şöbəsində mağaza satıcısı, 03.**.*977-ci ildən 03.02.*983-cü ilədək Orconikidze rayonu Qarışıq Malları İdarəsində mağaza satıcısı, kassir vəzifələrində, *9.04.*983-cü ildən *6.04.*985-ci ilədək X*4 İstismarı İdarəsində 2-ci dərəcəli yol fəhləsi, 29.05.*985-ci ildən 3*.08.*993-cü ilədək Orconikidze rayonu Qarışıq Malları İdarəsində müxtəlif vəzifələrdə 07.09.*993-cü ildən 08.*994-cü ilədək “Xəzərdənizneftçıxarma” İdarəsində müxtəlif vəzifələrdə, 0*,02.*995-ci ildən 0*.06.*996-ci ilədək Xəzər dəniz dalğıc qəza xilasetmə işləri idarəsinin “Qum adası” bölməsində dalğıc vəzifəsində işləmişdir. *5 may *975-ci il tarixdən 3* may *977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 2-ci qrup əlil atası X*5 öldüyü günə kimi (*2.09.2009) ərizəçinin himayəsində olmuşdur. Atasının bütün qulluğu, xərcləri və digər bütün problemləri üzərində olmuşdu. Hal-hazırda onun himayəsində ağır şəkər xəstəsi olan həyat yoldaşı və *5 yaşında övladı var. Ərizəçi yalnız yaşa görə 220 manat müavinət alır və əlavə heç bir yerdən gəliri yoxdur. Atası X*5 *9*8-ci ildə anadan olmuşdur, *988-ci ildən (70 yaşı olduqda) vəfat etdiyi 2009-cu ilə qədər ərizəçinin himayəsində olmuşdur və ona qulluq etmişdir. Bu səbəbdən “Əmək pensiyaları haqqında” Qanunun 2*.2.4-cü maddəsinə əsasən atama *988-2009-cu illərdə etdiyi qulluq müddəti sığorta stajına daxil edilməlidir. Belə ki, ahıllara qulluq edilmə müddətinin sığorta stajına daxil edilməsi qanunvericilikdə müəyyən olunmuşdur. Bu halda ərizəçinin sığorta stajının müddəti artacaq və yaşa görə əmək pensiyası əldə etmək hüququ yaranacaq, nəticə etibarilə, şəxsi hüquqları yaranacaq. Şəxsi hüquqlarının yaranmasının asılı olduğu faktı müəyyən etmək məhkəmənin öhdəliyindədir. Buna görə də atası X*q etdiyi dövr hüquqi əhəmiyyətli fakt olaraq məhkəmə tərəfindən öz təsdiqini tapmalıdır və bu barədə məhkəmə qərarı çıxarılmalıdır. Ərizәyә etirazın dәlillәri Ərizəçi məhkəməyə müraciət edərək, mərhum X3na *988-ci il tarixdən 2009-cu il tarixədək qulluq etdiyi dövrün hüquqi fakt qismində müəyyən edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının *.3-cü bəndinə görə məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Qərarın *.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsəsən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Lakin Ərizəçi qeyd olunan tələbi üzrə Bakı Şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Hovsan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 27 may 2024-cü il tarixli 450 nömrəli arayışı mövcuddur və bu halda qanunvericiliklə məsələyə hüquqi əhəmiyyəti olan fakt qismində baxılması istisna edilir. Qeyd edilən qərarın *.6-cı maddəsinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmçinin qeyd olunan plenum qərarının *3.2-ci maddəsinə görə əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. *3.3-cü maddəyə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Həmin Qərarın *4-cü bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Eyni zamanda 3*0.*-ci maddədə qeyd olunur ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Burada iddiaçı tərəfindən qulluq aktı tərtib olunması imkanı olduğundan sosial sığorta stajının hüquqi əhəmiyyəti olan fakt qaydasında təsdiq edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.**.*992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin *7-ci bəndinə əsasən şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Lakin Ərizəçi mərhum atasına qulluq etdiyi *988-ci il tarixdən 2009-cu il tarixədək (2* il) olan dövr üzrə qulluq etmə faktının təsdiq edilməsini iddia edir. Qeyd etməyi zəruri hesab edirik ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur. Məhkəmə qaydasında təsdiq olunmuş illər yaşa görə əmək pensiyası üçün tələb olunan sığorta stajının yarısından (*2 il 6 aydan) çox ola bilməz. Ərizəçi *988-ci il tarixdən atasına qulluq etdiyini iddia etsə də, onun əmək kitabçasına əsasən *997-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu aşkar edilmişdir. Göründüyü kimi şəxsin işlədiyi dövrdə kiməsə qulluq etməsinin mümkün olmamasına baxmayaraq, ərizəçi eyni dövrlər üzrə həm əmək fəaliyyəti ilə məşğul olmuş həm də, atasına qulluq etdiyini iddia edir. Bundan başqa sözügedən dövrlər təsdiq edilsə belə qanunvericiliyə əsasən sözügedən dövrlərdən yanlız biri sığorta stajı kimi nəzərə alına bilər. Əlavə olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(*02)-977/2025 nömrəli analoji iş üzrə *3.03.2025-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən: iddiaçı anasının 70 yaşından sonra öldüyü tarixədək onun tərəfindən qulluq edilməsi faktının müəyyən edilməsini məhkəmə qaydasında xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ‘Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının *.2-ci bəndinə məhkəmələrə izah olunmuşdur ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qərarın 3 və 3.*-ci bəndlərində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-in 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının falimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Qərarın *4-cü bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Bundan başqa Ali Məhkəmə qəbul etdiyi qərarda həm də, plenum qərarına istinadən xəstəyə qulluq faktının müəyyən edilməsinin mümkün olmamasını qeyd etmişdir. İş materiallarına əsasən ərizəçinin mərhum atası Ərizəçi İsqəndar oğlunun əlliliyi müəyyən edilmişdir. Bu da, vəfat edən şəxsin hər hansı xəstəlikdən oziyot çəkməsini vo bununla bacılı əlilliyinin mövcud olduğunu birbaşa təsdiq edir. Eyni zamanda Ali Məhkəmənin 24.0*.2024-cü il tarixli 2(*02)-396/2024 nömrəli analoji qərarı üzrə də, ərizəçinin qulluq faktının müəyyən edilməsi üzrə kassasiya şikayəti təmin edilməmişdir. Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin baxılmamış saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Tәrәflәrin izahatı Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 2-ci qrup əlil atası X9 *988-ci ildən vəfat etdiyi 2009-cu ilə qədər onun himayəsində olmuşdur və ona qulluq etmişdir. 3 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmiş, lakin imtina edilmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil izahatında göstərdi ki, ərizəni müdafiə edir. Ərizəçi uzun müddət işləyib, təxminən 20 il əmək stajı var. Ərizəçinin atası 2-ci qrup əlil olub. Ərizəçi evin balaca övladıdır və atası X9 *988-ci ildən 2009-cu ilə qədər qulluq edib. Məhkəməyə müraciət edib ki, həmin dövr onun əmək stajına əlavə edilməsini və əmək pensiyasının təyin edilməsi üçün çatışmayan müddətin tamamlanmasını xahiş edir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə* izahatında göstərdi ki, ərizəçi 3 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmişdir. Ərizəçinin müraciəti ətraflı araşdırılmışdır, imtina məktubu göndərilmişdir. 0*.0*.2006-cı il tarixdən etibarən 0*.07.20*8ci ilə qədər ərizəçinin hesabında * manat belə pensiya kapitalı olsa idi, pensiya təyin olunacaqdı. Belə olan halda müraciətə belə ehtiyac olmayacaqdı. 2006-cı il tarixə qədər əmək pensiyasının təyin edilməsi üçün 25 il staj tamam olmalı idi. Şahid ifadәsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində göstərdi ki, Ərizəçi əmisi oğludur. Ərizəçi atası əmisidir. Hövsan qəsəbəsi, Mağazin küçəsində yaşayıb. Ərizəçi evin ən balaca oğlu olduğu üçün atası onun yanında yaşayıb. Ən böyük qardaşı bu yaxınlarda rəhmətə gedib. Həmçinin 4 bacısı var idi, onların üçü ali təhsilli idilər. Sevinc adlı bacısının psixi xəstəliyi var idi və ata evində ərizəçinin yanında yaşayıb. Ərizəçi əvvəl ticarətdə işləyib. Mağazası var idi. Bir müddət isə neft sahəsində işlədi. Atası, bacısı xəstə idilər. Ailə vəziyyəti ilə əlaqədar ərizəçi işləmirdi. Əvvəl ərizəçinin səhhəti yaxşı idi, işləmədiyi dövrdə həyətdə təsərrüfatla məşğul olurdu və dolanırdı. *990-cı ilin sonlarından ərizəçinin atasına qulluq lazım idi. Tez-tez yıxılırdı, zədə alırdı və qayğıya ehtiyacı var idi. Dəfələrlə olub evdən çıxıb gedirdi. Sonra qonşular xəbər verirdilər ki, əmisi məscidin həyətindədir. Sonra gedib gətirirdi. Hal-hazırda ərizəçinin özünün və həyat yoldaşının da səhhətində problemlər var. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X** ifadəsində göstərdi ki, Ərizəçi qardaşıdır. Ərizəçi neft şirkətində uzun müddət işləyib. Özü, *986-cı ildə evlənmiş və ev tikib getmişdir. Adətə görə ata evi ən balaca oğula qalır. Ən balaca qardaşı da Sərvərdir. *986-2009-cu illər ərzində qardaşı atasına qulluq edib. Atası yataq xəstəsi olub, baş gicələnməsi var idi, ayaqları işləmirdi, tez-tez yıxılırdı. O vaxtı atasının qolunda sınıq yeri var idi. Bacısı Sevinc ruhi xəstə idi. Evlənməmişdi və ərizəçi ilə birlikdə ata evində yaşayırdı. Ərizəçi işləmədiyi dövrdə atasının pensiyası ilə dolanıb. Həmçinin həyətdə göyərti əkirdi. Həmin dövrdə mal-qaranın olması ilə bağlı məlumatı yadında deyil. Qardaşının həyat yoldaşının bacısı onlara maddi kömək göstərib. İş materialları İJ №367884 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*956-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası isə X2r. 23 nömrəli şəhər Poliklinikasının xx.xx.2006-cı il tarixli xəstənin ambulator, stasionar kitabçasından çıxarışdan görünür ki, *9*8-ci il təvəllüdlü X*3 2-ci qrup əlildir, stasionar müalicəyə göndərilir. xx.xx.2000-ci il tarixli №29*209 saylı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-də müayinə aktından çıxarışdan görünür ki, *9*8-ci il təvəllüdlü X*3 müddətsiz 2-ci qrup əlildir. Ərizəçinin əmək kitabçasından görünür ki, o, *8.*2.*974-cü il tarixdən **.05.*975-ci il tarixədək Serebrovski adına Neftqazçıxarma İdarəsinin təchizat şöbəsində mağaza satıcısı, 03.**.*977-ci il tarixdən 03.02.*983-cü il tarixədək Orconikidze rayonu Qarışıq Malları idarəsində mağaza satıcısı, kassir vəzifələrində, *9.04.*983-cü il tarixdən *6.04.*985-ci il tarixədək X*4 İstismarı İdarəsində 2-ci dərəcəli yol fəhləsi, 29.05.*985-ci il tarixdən 3*.08.*993-cü il tarixədək Orconikidze rayonu Qarışıq Malları İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. O, 07.09.*993-cü il tarixdən 08.*994-cü il tarixədək “Xəzər dəniz neft qaz çıxarma" İdarəsində müxtəlif vəzifələrdə, 0*.02.*995-ci il tarixdən 0*.06.*996-cı il tarixədək Xəzər dəniz dalğıc qəza xilasetmə işləri idarəsinin “Qum adası” bölməsində dalğıc vəzifəsində işləmişdir. H3 seriyalı, 32372*3 nömrəli hərbi biletin surətindən görünür ki, ərizəçi *5 may *975-ci il tarixdən 3* may *977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. AZ-İ seriyalı, 349302 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X*7 *2 sentyabr 2009-cu ildə ölmüşdür. 29.*2.20*2-ci il tarixli 2V/4-*877 №li qanun üzrə vərəsəlik hüququ haqqıda şəhadətnamənin surətindən görünür ki, *2.09.2009-cu il tarixdə vəfat etmiş X8 vərəsəsi Ərizəçidur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 şəxsinin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-*7-*/2-C-*50*27/2024 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən *5.05.*975-ci il tarixindən 24.05.*977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla sığorta stajı 20 il 2 ay 2 gün təşkil edir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən 0*.0*.2006-cı il tarixindən 0*.07.20*8-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Həmin məktubla ərizəçiyə izah edilmişdir ki, atası vəfat etdiyi üçün ona qulluq etdiyi dövr (dəqiq tarixlər göstərilməklə) məhkəmə qərarı əsasında öz təsdiqini tapdıqdan sonra sığorta stajına daxil edilməsinə qanunverciliyə uyğun olaraq baxılacaqdır. 02.*0.2024-cü il tarixli 2-*(**2)-**6*3/2024 saylı Bakı İnzibati Məhkəməsinin qərarından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 şəxsinin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddiası təmin edilməmişdir. Həmin qərarda iddiaçıya izah edilmişdir ki, əmək stajı faktının müəyyən edilməsi barədə ümumi məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edə bilər. *9.02.2025-ci il tarixli 2-* (*03)-*235/2025 saylı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 02.*0.2024-cü il tarixli, 2-* (**2)-**6*3/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X5 arasında nikah xx.xx.2000-ci il tarixdə bağlanmışdır. TSE-0 seriyalı 943543 saylı arayışdan görünür ki, X7 ümumi xəstəliklərdən birinci qrup əlildir və kənar şəxslərin daimi qulluğuna möhtacdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 *5.04.2006-cı ildə ölmüşdür. Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 24.07.*994-cü ildə ölmüşdür. Tәtbiq edilәn hüquq Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsi *4.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. *4.5 Bu Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir 67-*.* bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. 67-*.2 Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. 77.* Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. *06.* İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 2*7.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.* Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.** Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308 Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 3*0.* Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Əmәk pensiyaları haqqında” Azәrbaycan Respublikası Qanunu 2*.2.4-cü Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 8*-*00 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. “Əmәk pensiyalarının tәyin edilmәsi, hesablanması, yenidәn hesablanması, bir növdәn başqa növә keçirilmәsi vә ödәnilmәsi” Qaydası 4.*. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.*.8. ahıllara qulluqetmə müddəti üzrə: *. patronajın təyin edilməsi barədə qərara əsasən;

2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 8*-*00 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;

3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin *-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən.

Mәhkәmәnin mövqeyi Hazırda ərizəçi, özünün *4.0*.*997-ci il tarixdən *2.09.2009-cu il tarixinədək müddət ərzində ahıl X3na qulluq etməsi faktının müəyyən edilməsini istəyir. Faktın müəyyən olunması ərizəçiyə təsdiq olunmuş müddətin pensiya stajına daxil olması üçün lazımdır. Ərizəçi bildirir ki, onun atası İskəndər Cəfərovun *997-ci ildən ölənə qədər qulluğa ehtiyacı olmuş, bu səbəbdən o, onun yanında qalaraq əmək fəaliyyəti ilə məşğul olmaqdan məhrum olmuşdur. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə müəyyən edir ki, *4 yanvar *997-ci ildən sonuncu iş yerindən azad edilmiş, həmin tarixdən sonra əmək fəaliyyəti ilə məşğul olmamışdır. Məhkəmə iş materiallarına (ərizəçinin izahatı, şahid ifadələri, həkim arayışları) əsasən müəyyən edir ki, ərizəçinin atası İskəndər Cəfərov ərizədə qeyd edilən dövrlərdə qulluğa və xüsusi nəzarətə ehtiyacı olmuşdur. Bundan başqa, iş materiallarından o da müəyyən edilir ki, ərizəçinin digər bacı və qardaşları qulluğa ehtiyacı olan atasından ayrı yaşamış, İskəndər Cəfərovla məhz ərizəçi bir evdə yaşamışdır. İskəndər Cəfərovun onunla bir evdə yaşayan digər övladına gəldikdə isə, həmin övladı Sevinc Cəfərova psixi xəstəlikdən əziyyət çəkmiş, özü kənar şəxslərin daimi qulluğuna möhtac olmuşdur. Məhkəmə həmçinin müəyyən edir ki, ərizəçi atası İskəndər Cəfərova qulluq etməli olduğundan dolanacaq olaraq həyətində xırda təsərrüfatla məşğul olmuşdur. Məhkəmə vurğulayır ki, qulluğa ehtiyacı olan İskəndər Cəfərov, övladı Ərizəçi və ərizəçinin 2000-ci ildə nikaha daxil olduğu arvadı Kəmalə Cəfərova ilə bir evdə yaşamış, onlardan Kəmalə Cəfərova həmin dövrlərdə işləmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçinin qulluğa ehtiyacı olan ahıl atasına qulluq etmək üçün işləmək imkanından məhrum olması ağlabatan və labüd olmuşdur. Məhkəmə xatırladır ki, iş üzrə maraqlı şəxs ərizəyə etirazının dəlillərində bildirmişdir ki, “hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsəsən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Lakin Ərizəçi qeyd olunan tələbi üzrə Bakı Şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Hovsan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 27 may 2024-cü il tarixli 450 nömrəli arayışı mövcuddur və bu halda qanunvericiliklə məsələyə hüquqi əhəmiyyəti olan fakt qismində baxılması istisna edilir.” Maraqlı şəxsin qeyd edilən dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, ərizəçi müvafiq quruma müraciət edərək, atasının 70 yaşının tamam olduğu *988-ci ildən vəfat etdiyi günədək onun himayəsində olduğunu və atasına qulluq etdiyini nəzərə alaraq həmin dövrün sığorta stajına daxil edilməklə ona əmək pensiyası təyin edilməsini istəmiş, müraciətinə yuxarıda adı çəkilən arayışı əlavə etmişdir. Lakin, maraqlı şəxs bundan imtina etmiş, imtina məktubunda ərizəçinin ümumi stajının hərbi xidmətdə olduğu dövr də nəzə alınmaqla 20il 02 ay 02 gün təşkil etdiyini bildirmiş və atasına qulluq dövrünün təsdiqini tapmadığı üçün həmin dövrü sığorta stajına daxil etməkdən imtina etmişdir. Yəni maraqlı şəxs müvafiq arayışı mötəbər sübut kimi qəbul etməmişdir. Daha sonra ərizəçi inzibati məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsində iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X25 şəxsinin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddiası təmin edilməmiş, həmin qərarda iddiaçıya izah edilmişdir ki, əmək stajı faktının müəyyən edilməsi barədə ümumi məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırki icraat çərçivəsində aparılmış tədqiqata əsasən ərizəçinin ahıl X22ə *4 yanvar *997-ci ildən vəfat etdiyi *2 sentyabr 2009-cu ilədək qulluq etməsi faktı müəyyən edildiyindən və eləcə də bunun başqa qaydada müəyyən edilməsi mümkün olmadığından ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin məhkəmə hesab edir ki, Ərizəçi məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin * fevral 200*ci il tarixli 3* nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-*.*-ci və 67-*.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün ** (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Ərizəçi göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 7 (yeddi) iş saatı üçün 77 (yetmiş yeddi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.*956-cı ildə Bakı şəhərində anadan olmuş Ərizəçi *4.0*.*997-ci il tarixdən *2.09.2009-cu il tarixinədək olan müddət ərzində yaşı ahıl X3na qulluq etməsi faktı müəyyən edilsin. Ərizəçi məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 7 (yeddi) iş saatı üçün 77 (yetmiş yeddi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN *90029243*, h/h 400900*94492*23272*4, SWİF GOODE İBAZAZ2X, m/h- 0*370*000203*, kod 805692, VÖEN 990000*88*, AİİBAZ2X, hesab- 330*00*944*300204**3, VÖEN-*6003676** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar