Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2449/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, İddiaçı Cavabdeh qarşı çıxarışın ləğv edilməsi edilməsi tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı çıxarışın ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin mahiyyətindən göründüyü kimi iddiaçı cavabdehin adına ünvan 1 ünvanındakı fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv olunmasını xahiş edir. Bu baxımdan qeyd edilməlidir ki, hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarından irəli gəlir. Həmin qərarda göstərilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Sözügedən qərardakı hüquqi mövqelərə görə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların mübahisələndirilməsinə dair işlərə o halda mülki məhkəmə icraatı qaydasında baxıla bilər ki, reyestrdə aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış hər hansı mülki hüquqi əqdin (məsələn, alqı-satqı müqaviləsi, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmış olsun. Hazırkı iddiadan isə müəyyən olunan hal ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış hər hansı mülki hüquqi akt əsasında deyil, publik hüququn nizamasalma predmetinə aid məsələdir. Bu isə o deməkdir ki, həmin aktın qanunsuzluğunu və onun nəticəsində verilmiş çıxarışı yalnız Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264-ci maddələrinə əsaslanaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı çıxarışın ləğv edilməsi tələbi barədə iddia ərizəsinin iddiann yolverilməzliyinə görə qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış qeydiyyatın ləğvi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə müraciət etməlidir. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2449/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2449/2022
27.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver