Məhkəmə qərarları › İş №2(010)-2449/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2449/2023

04.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2449/2023 04.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan nin X*nın vərəsəsi kimi miras qismində onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Tələbin dəlilləri

2. Miras qoyan X7 onun anasıdır. ünvan xüsusi mülkiyyət hüququ ilə X*na məxsus olmuşdur. Həmin bağ sahəsini ailəlikcə istifadə etmiş və onların sahibliyində olmuşdur. X* *0 fevral 2022-ci ildə ölmüş, anası öldükdən sonra onun mülkiyyətində olan həmin bağ sahəsini miras qismində o, faktiki olaraq qəbul etmişdir. Belə ki, anasının vərəsələri o və qardaşı X8r. X2 08 aprel 20*4-cü ildə yəni, anasından əvvəl vəfat etmişdir. Yəni miras qoyan X4 2 vərəsəsi olub, lakin onlardan yalnız o, mirası faktiki qəbul etmiş, qardaşı X*0 isə mirası faktiki qəbul etməmişdir. O, həmin miras əmlakı faktiki qəbul etməsinə baxmayaraq, mirasın adına keçməsi üçün notariusa müraciət etdiyi zaman, 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin notariusu onun müraciətindən imtina edərək, əsas kimi miras əmlakı qəbul etməsi üçün müddəti ötürməsini göstərmişdir. Qeyd edilən bağ sahəsinin miras qismində ona keçməsi faktının müəyyən edilməsi ona həmin yaşayış sahəsinin adına rəsmiləşdirilməsi üçün lazımdır.

Tərəflərin izahatları

3. İş üzrə maraqlı şəxs 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

5. X-ЖГ seriyalı, 335406 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*984-cü il tarixdə anadan olmuşdur. X2, X*dır.

6. Xİ-ЖГ seriyalı, 354624 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 2*.**.*985-ci il tarixdə anadan olmuşdur. X2, X*dır.

7. RX seriyalı, ******* nömrəli, ***6046585 qeydiyyat nömrəli, 20.07.20*6-cı il qeydiyyat tarixli AR ƏMDK yanında DƏDRX-nin Çıxarışının surətindən görünür ki, ünvan X4 mülkiyyətindədir.

8. AZ-İİ seriyalı, 34**4* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 08.04.20*4-cü il tarixdə vəfat etmişdir.

9. AZ-İİ seriyalı, 257882 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 *0.02.2022-ci il tarixdə vəfat etmişdir. *0. *9.02.2023-cü il tarixli, 8İ-4876 reyestr nömrəli ərizənin surətindən görünür ki, X*0 *0.02.2022-ci il tarixdə vəfat etmiş X*ndan miras qalmış əmlakı faktiki qəbul etmədiyini və qəbul etmək niyyətində olmadığını bildirmişdir. **. xx.xx.2023-cü il tarixli, 8İ-5694 reyestr nömrəli ərizənin surətindən görünür ki, Ərizəçi *0.02.2022-ci il tarixdə vəfat etmiş X*ndan miras qalmış ünvan ünvanında yerləşən torpaq sahəsini miras kimi qəbul etdiyini bildirmiş və ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. *2. 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisinin Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 40* nömrəli məktubundan görünür ki, *0.02.2022-ci il tarixdə vəfat etmiş X*nın adına V-*05/2023 saylı vərəsəlik işi açılmışdır. Mirasın qəbul edilməsi ilə bağlı müddətin ötürüldüyü və bu müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir.

İşin faktiki halları

*3. İş materialları ilə müəyyən edilir ki, ünvan 20.07.20*6-cı ildən X4 mülkiyyətindədir. Onun həyat yoldaşı X9 02.06.20*4-cü ildə vəfat etmişdir. X7 *0.02.2022ci il tarixdə vəfat etdikdən sonra X*0 adlı övladı notarial ərizə ilə anasına məxsus miras əmlakdan imtina etdiyini bildirmiş, digər övladı, hazırkı iş üzrə Ərizəçi miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin miras əmlakın qəbul edilməsi ilə bağlı müddət ötürüldüyündən maraqlı şəxs ərizəçiyə şəhadətnamə təqdim edilməsindən imtina etmişdir. Hazırda ərizəçi mərhum anasından miras qalan həmin əmlaka faktiki olaraq yiyələndiyini və bu əsasla mirasın faktiki olaraq qəbul edildiyini bildirir.

Tətbiq edilən hüquq

*4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*5. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə **33. Vərəsəlik anlayışı **33.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə **5*.Miras Əmlak **5*.*. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə *243. Mirasın qəbul edilməsi *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. *243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə *246. Mirasın qəbul edildiyi müddət. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

*6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin *243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair *6 oktyabr 2020-ci il tarixli Qərarı Həmin qərarda qeyd edilir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

Məhkəmənin mövqeyi

*7. İş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *8. Məhkəmə qeyd edir ki, mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 20*4-cü il *8 iyul tarixli Qərarı). Hazırkı işin hallarından göründüyü kimi, Ərizəçi mərhum anasına məxsus əmlaka faktiki sahiblik etmişdir. Eyni zamanda, digər vərəsə X*0 da ərizə ilə notariat ofisinə müraciət edərək həmin miras əmlakı faktiki qəbul etmədiyini və etmək niyyətində də olmadığını bildirmişdir. Beləliklə, müəyyən edilir ki, ərizəçi miras əmlaka faktik sahiblik etmiş, digər vərəsə miras əmlakdan imtina etdiyini bildirmişdir. İşə əlavə edilən notariat işinə nəzər saldıqda mərhumun digər birinci dərəcəli vərəsəsinin olması müəyyən edilmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

Məhkəmə xərcləri

*9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə

20. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ünvan nin X4 vərəsəsi Ərizəçi tərəfindən miras əmlak kimi faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. 2*. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. ünvan nin X4 vərəsəsi Ərizəçi tərəfindən miras əmlak kimi faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar