Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-246/2022 01.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borc" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı ASC Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28.11.2014-ci il tarixli 1166086-CNS-13751/1 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı 16.05.2018-ci il tarixli Razılaşmaya əsasən 02.06.2021-ci il tarixə Banka borclu olduğu 10033,97 manat məbləğində əsas borc, 361,66 manat məbləğində faiz borcu, 149,01 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 10544,64 manat məbləğində pulun, məhkəməyə müraciət üçün 30,40 manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat, cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun Cavabdeh ‘Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; ipoteka predmetinin ilkin satış qiymətini 50.000 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 48,46 kv.m ümumi, 29,11 kv.m yaşayış, 19,35 kv.m yardımçı, sahədən ibarət 2 otaqlı mənzilnə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin mənzildən məcburi qaydada çıxarılmalarına və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə «iddia tələbinin həcminin azaldılması barədə» ərizə təqdim edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28.11.2014-ci il tarixli 1166086-CNS-13751/1 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı 16.05.2018-ci il tarixli Razılaşmaya əsasən 02.06.2021ci il tarixə Banka borclu olduğu 7933,97 manat məbləğində əsas borc, 361,66 manat məbləğində faiz borcu, 149,01 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 8444,64 manat məbləğində pulun, məhkəməyə müraciət üçün 30,40 manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat, cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; İpoteka predmetinin ilkin satış qiymətini 50.000 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 48,46 kv.m ümumi, 29,11 kv.m yaşayış, 19,35 kv.m yardımçı, sahədən ibarət 2 otaqlı mənzilnə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonda iddiaçının nümayəndəsi «iddia tələbinin həcminin azaldılması» barədə ərizə ilə müraciət edərək, Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28.11.2014-ci il tarixli 116086-CNS-13751/1 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı 16.05.2018-ci il tarixli Razılaşmaya əsasən 28.02.2022-ci il tarixinə Banka borclu olduğu 5895,63 manat məbləğində əsas borc, 149,01 manat məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 6044,64 manat məbləğində pulun, məhkəməyə müraciət üçün 30,40 manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat, cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına, ipoteka predmetinin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 48,46 kv.m ümumi, 29,11 kv.m yaşayış, 19,35 kv.m yardımçı, sahədən ibarət 2 otaqlı mənzilinə yönəldilməsinə, mənzilin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin mənzildən məcburi qaydada çıxarılmalarına və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1166086-CNS-13751 saylı, 28.11.2014-ci il tarixli «Girovlu istehlak krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 25 faiz hesablanması şərti ilə 60 ay müddətinə 19 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış 28.11.2014-ci il tarixli 1166086-CNS-13751 saylı «Girovlu İstehlak krediti müqaviləsi»nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşmaya əsasən Cavabdeh 16.05.2018-ci il tarixinə mövcud olan borcu Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 22975.42 manat məbləğində olan borcu illik 18 faiz hesablanması şərti ilə 48 ay müddətinə uzadılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh Yambayeva Cavabdeh məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 48,46 kv.m ümumi, 29,11 kv.m yaşayış, 19,35 kv.m yardımçı, sahədən ibarət 2 otaqlı mənzilini 28.11,2014-ci il tarixli 116086-NEDVİJ-3370 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. “Kredit Müqaviləsi’nə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında 28.11.2014-ci il tarixli 116086-NEDVİJ-3370 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi’nə dəyişiklik edilməsi barədə 01 saylı 16.05.2018-ci il tarixli Razılaşma bağlanmışdır. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmişdir. Cavabdeh tərəfindən qismən ödəniş aparıldığı üçün iddia tələbimizin həcmini azaldırıq. Lakin, cavabdeh tərəfindən müqavilə şərtləri mütəmadi olaraq pozulduğu üçün Cavabdeh olan etimad qalmamışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış 1166086-CNS- 13751 saylı, 28.11.2014-ci il tarixli «Girovlu istehlak krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 25 faiz hesablanması şərti ilə 60 ay müddətinə 19 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış 28.11.2014-ci il tarixli 1166086-CNS-13751 saylı «Girovlu İstehlak krediti müqaviləsi»nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşmaya əsasən Cavabdeh 16.05.2018-ci il tarixinə mövcud olan borcu Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 22975.42 manat məbləğində olan borcu illik 18 faiz hesablanması şərti ilə 48 ay müddətinə uzadılmışdır. 116086-NEDVİJ-3370 saylı 28.11.2014-cü il tarixli «Daşınmaz əmlak ipoteka müqaviləsi»ndən müəyyən olunur ki, Cavabdeh öhdəliklərinin təminatı olaraq mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 48,46 kv.m ümumi, 29,11 kv.m yaşayış, 19,35 kv.m yardımçı, sahədən ibarət 2 otaqlı mənzilini İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti 50.000 manat məbləğində qiymətləndirilmişdir. 16.05.2018-ci il tarixli “28.11.2014-cü il tarixli 116086-NEDVİJ-3370 saylı ipoteka müqaviləsinə 01 saylı əlavə razılaşma”dan müəyyən olunur ki, ipoteka predmetinin bazar dəyəri 50.000 manat məbləğində qiymətləndirilmişdir. RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 1 Cavabdeh adına xüsusi mülkiyyət kimi daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2245 nömrəli reyestr kitabının 208857 nörəli vərəqində qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı 22.05.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, “AB” yaşayış sahəsi, ev 137, mənzil 95 İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Girovların qiymətləndirilməsi və monitorinqi şöbəsinin ekspert rəyindən görünür ki, Girov qismində Bakı şəhərinin, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi ərazisində yerləşən, 1986-cı ildə inşa edilmiş 9 mərtəbəli panel binanın 9-cü mərtəbəsində yerləşən, hüquqi sənədlər üzrə ümumi sahəsi 48.46 kv.m, 29.1 kv.m yaşayış sahəsi və 19.35 kv.m. sahədən ibarət 2 otaqlı mənzil çıxış edir. Əmlakın mövcudluğunun və salamatlılığının yoxlanılması məqsədilə PMİŞ-nin əməkdaşı tərəfindən müştəriyə əmlaka baxış keçirilməsi üçün dəfələrlə müraciət edilmiş, lakin 14.12.2020-ci il tarixində imtina cavabı alınmışdır. Bununla əlaqədar GQMŞ-nin əməkdaşı əmlakın qiymətləndirilməsini hüquqi sənədlər və əmlakın daxili vəziyyətini «MBA» qiymətləndirmə şirkəti tərəfindən 15.11.2014-ci ildə çəkilmiş və təqdim olunmuş fotomateriallar əsasında aparmışdır. Qiymətləndirmə prosesi indekativ xarakter daşıyır. Təqdim olunmuş 15.11.2014-ci ildə çəkilmiş fotoşəkillərdən görünür ki, həmin tarixə mənzil təyinatı üzrə istifadə olunsada evdə təmir işləri aparılırdı. Hüququ rəsmiləşdirilən şəxs - Cavabdeh. Hüquqi sənədləri və 15.11.2014-ci ildə çəkilmiş fotomaterialları əsas tutaraq, girovun dəyəri fotomateriallarda olan vəziyyətə görə 50 000 AZN təşkil edə bilər. «Bank VTB (Azərbaycan)” ASC-nin 12.02.2021-ci il tarixli Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ASC-yə ünvanladığı məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, “AB” yaşayış sahəsi, ev 137, mənzil 95-ə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh 02.06.2021-ci il tarixə İddiaçı ASC-yə 10033,97 manat məbləğində əsas borc, 361,66 manat məbləğində faiz borcu, 149,01 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 10544,64 manat məbləğində borcu vardır. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Maliyyə arayışından görünür ki, Cavabdeh 18.11.2021 -ci il tarixə İddiaçı ASC-yə 7.933,97 manat məbləğində əsas borc, 361,66 manat məbləğində faiz borcu, 149,01 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə 8.444,64 manat məbləğində borcu vardır. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Maliyyə arayışından görünür ki, Cavabdeh 28.02.2022 -ci il tarixə İddiaçı ASC-yə 5,895,63 manat məbləğində əsas borc, 0.00 manat məbləğində faiz borcu, 149,01 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə 6.044,64 manat məbləğində borcu vardır. Məhkəmənin 19.11.2021-c il tarixli qərardadı ilə ipoteka predmetini təşkil edən mənzilin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici təyin edilərək qiymətləndirilmənin aparılması "xxxx" MMC-nə tapşırılmışdır. "xxxx" MMC-nin 05.01.2022-ci il tarixli 355/E saylı mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, ünvan 1-in bazar qiymətinin dəyəri 53.000 manat, likvid qiymətinin dəyəri 48.000 manat müəyyən edilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
423. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının tə`min edilməsi üsuludur. 269.4 İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1 Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 33 Borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1 Əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. 36.1 İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 41.1 İpotekasaxlayanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq hərracda satıla bilər.
Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1166086- CNS-13751 saylı, 28.11.2014-ci il tarixli «Girovlu istehlak krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 25 faiz hesablanması şərti ilə 60 ay müddətinə 19 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış 28.11.2014-ci il tarixli 1166086-CNS-13751 saylı «Girovlu İstehlak krediti müqaviləsi»nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşmaya əsasən Cavabdeh 16.05.2018-ci il tarixinə mövcud olan borcu Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 22975.42 manat məbləğində olan borcu illik 18 faiz hesablanması şərti ilə 48 ay müddətinə uzadılmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında 116086-NEDVİJ-3370 saylı 28.11.2014-cü il tarixli «Daşınmaz əmlakın ipoteka müqaviləsi» bağlanmış və Cavabdeh öhdəliklərinin təminatı olaraq mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 48,46 kv.m ümumi, 29,11 kv.m yaşayış, 19,35 kv.m yardımçı, sahədən ibarət 2 otaqlı mənzilini İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti 50.000,00 manat məbləğində qiymətləndirilmişdir. 16.05.2018-ci il tarixli “28.11.2014-cü il tarixli 116086-NEDVİJ-3370 saylı ipoteka müqaviləsinə 01 saylı əlavə razılaşma”dan müəyyən olunur ki, ipoteka predmetinin bazar dəyəri 50.000 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.01.2022-ci il tarixli 355/E saylı mütəxəssis rəyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 137, 95 saylı mənzilin bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 48.000 manat müəyyən edilmişdir. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləğini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da o, müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borcu müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, iddiaçının 5895,63 manat məbləğində əsas borc, 149,01 manat məbləğində cərimə borcu vardır. Tələb olunan cərimə borcu ilə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı 149,01 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözügedən normanı rəhbər tutaraq cərimə borcunun 10 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmə “ipoteka predmetinin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 48,46 kv.m ümumi, 29,11 kv.m yaşayış, 19,35 kv.m yardımçı, sahədən ibarət 2 otaqlı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” ilə bağlı da iddianı qismən əsaslı sayıb qeyd edir ki, ipoteka predmetinin satışından əldə olunacaq vəsaitin yalnız qətnamə ilə təmin olunan hissəsi iddiaçının xeyrinə ödənilə bilər, qalan məbləğ isə digər xərclər çıxıldıqdan sonra ipoteka qoyana qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmçinin həmin Məcəllənin 319.6-cı maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Bundan başqa, məkhəmə tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ipoteka haqqında Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alan məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi keçirilmiş və ipoteka predmeti olan mənzilin likvid dəyəri 48000 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 48000 manat məbləğində müəyyən edilməlidir. İddianın “mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması” hissəsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «İpoteka haqqında» Qanunun 59.3.2-ci maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar «İpoteka haqqında» Qanunun 59.4-cü maddəsinin tələbinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, burada söhbət yalnız tutma üzərinə yönəldilmiş ipoteka predmeti satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində boşaltmalarından gedir. Ona görə də məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində Cavabdeh, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər həmin evi tərk etməlidirlər. «Evi tərk etməlidirlər» dedikdə isə Cavabdeh, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin həmin evdən çıxarılması başa düşüldüyündən, məhkəmə hesab edir ki, onlar, həmin evdən çıxarılaraq, ev boşaldılmadır. Belə nəticəyə gələn məhkəmə hesab edir ki, əks yanaşma gələcəkdə ipoteka predmeti olan yaşayış evi açıq hərracdan satılacağı təqdirdə cavabdehin həmin evdən çıxarılması ilə bağlı yeni məhkəmə mübahisələrinin əmələ gəlməsinə şərait yarada bilər.
Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumu və bank xərclərinə görə 30,40 (otuz manat qırx qəpik) manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiçının xeyrinə ödənilməlidir. Məhkəmə zamanı müəyyən olunmuşdur ki, məhkəmənin təyin etdiyi ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xərci 150 (bir yüz əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspert tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh D.Yambayevnadan alınaraq "xxxx" MMC-nin («Kapital Bank» hesab № A284AİİB**********0********) hesabına ödənilməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki: İddia qismən təmin olunmalı; Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış 28.11.2014-ci il tarixli 116086- CNS-13751/1 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı 16.05.2018-ci il tarixli Razılaşma üzrə əsas borca görə 5895,63 (beş min səkkiz yüz doxsan beş manat altmış üç qəpik) manat, cərimə borcuna görə 10 (on) manat olmaqla, ümumilikdə 5905,63 (beş min doqquz yüz beş manat altmış üç qəpik) manat, ödənilmiş məhkəməyə xərcləri üzrə 30,40 (otuz manat qırx qəpik) manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir; İpoteka predmetinin ilkin satış qiyməti 48.000 (şırx səkkiz min) manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan məbləğ Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 48,46 kv.m ümumi, 29,11 kv.m yaşayış, 19,35 kv.m yardımçı, sahədən ibarət 2 otaqlı mənzilə yönəldilməli; Mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunacaq vəsaitin qətnamə ilə təmin olunan hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli; Mənzilə tutma yönəldildikdən və o, satıldıqdan sonra ipoteka qoyan yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri mənzildən məcburi qaydada çıxarılmalı və mənzil boşaldılmaldır. İddia qalan hissədə təmin olunmamalıdır. İş üzrə keçirilmiş ekspert tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh D.Yambayevnadan alınaraq "xxxx" MMC-nin («Kapital Bank» hesab № A284AİİB**********0********) hesabına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış 28.11.2014-ci il tarixli 116086- CNS-13751/1 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı 16.05.2018-ci il tarixli Razılaşma üzrə əsas borca görə 5895,63 (beş min səkkiz yüz doxsan beş manat altmış üç qəpik) manat, cərimə borcuna görə 10 (on) manat olmaqla, ümumilikdə 5905,63 (beş min doqquz yüz beş manat altmış üç qəpik) manat, məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumu və bank xərclərinə görə 30,40 (otuz manat qırx qəpik) manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin; İpoteka predmetinin ilkin satış qiyməti 48.000 (şırx səkkiz min) manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan məbləğ Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 48,46 kv.m ümumi, 29,11 kv.m yaşayış, 19,35 kv.m yardımçı, sahədən ibarət 2 otaqlı mənzilə yönəldilsin; Mənzil açıq hərracdan satılsın və satışdan əldə olunacaq vəsaitin qətnamə ilə təmin olunan hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin; Mənzilə tutma yönəldildikdən və o, satıldıqdan sonra ipoteka qoyan yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda cavabdeh, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər mənzildən məcburi qaydada çıxarılsın və mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspert tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh D.Yambayevnadan alınaraq "xxxx" MMC-nin («Kapital Bank» hesab № A284AİİB**********0********) hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova