Məhkəmə qərarları › İş №2(010)-2467/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2467/2021

20.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2467/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı və onun etibarnamə ürzə nümayəndəsi və vəkili X8, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair mülki işə 20 may 2021-ci il tarixdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E TD İ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında inşa olunmuş 3 otaqlı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 12.05.2005-ci il tarixdə İddiaçı və Cavabdeh arasında Bakı şəhəri, Suraxanı rayonu VVADQ şöbəsində nikah bağlanmışdır. Suraxanı Rayon Məhkəməsinin qəbul etdiyi 19.12.2016 tarixli, № 2(010)-8552/2016 Qətnamə ilə qeyd olunan nikah ləğv olunmuşdur. Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş № 2(010)-10565/2016, 25.11.2016 qanuni qüvvəyə minmiş qətnaməyə əsasən, cavabdeh birgə nikahdan anadan olmuş azyaşlı uşaqları 27.07.2005-ci il təvəllüdlü X10 və 06.03.2007 təvəllüdlü X11 ilə birlikdə ünvan 1 üvanında inşa olunmuş iddiaçının faktiki mülkiyyətində olan 3 otaqlı özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülmüşdür. Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş № 2(010)-224/2019, 13.02.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnamə ilə yuxarıda adlarını çəkdiyi iki övladı onun yanında qalması və keçmiş həyat yoldaşı olan cavabdehin xeyrinə uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ödədiyi aliment ödənişindən azad olunması qət edilmişdir. Cavabdeh vaxtaşırı olaraq ona, iki övladına və anasına qarşı hücum çəkir, nalayiq ifadələr, söyüşlər işlədir, övladlarına qarşı hədə-qorxu gəlir. Dəfələrlə ona və anasına qarşı etdiyi nalayiq hərəkətlərlə onu döyməyə təhrik etmişdir. Övladlarına qarşı, həmçinin uşaqların yanında iddiaçıya və anasına qarşı etdiyi nalayiq hərəkətlərdən görünür ki, cavabdeh psixi pozuntulara sahibdir. Çünki normal, sağlam iradəyə, psixoloji duruma və ağıla malik heç bir insan bu hərəkətlərə heç kimin, xüsusən də azyaşlı uşaqların qarşısında yol verməz. Cavabdehin hərəkətləri nəticəsində evində vaxtaşırı münaqişələr yaşanır. Münaqişələr nəticəsində dəfələrlə polis orqanlarına müraciətlər ünvanlanmışdır. Nümunə üçün bu hallardan ikisini qeyd edir: edilmiş şikayət nəticəsində Suraxanı RPİ 32-ci Polis Bölməsi tərəfindən 15.05.2019 tarixli qərar qəbul edilmişdir. Digər bir şikayət üzrə adı çəkilən bölmə tərəfindən 24.12.2019 tarixli qərar qəbul edilmişdir. Həmin bu münaqişələr - cavabdehin dəfələrlə söyüşlərdən istifadə etməsi, müxtəlif əşyaları evin digər üzvlərinin üzərinə atması, uşaqları təhqir edib döyməsi ucbatından anası və övladları artıq cavabdehin ona məxsus mənzildə yaşamasını istəmirlər. Cavabdeh isə öz təhrikedici hərəkətlərini davam edir ki, iddiaçının onu vurmağına və bunun nəticəsində həbsinə nail olsun. Mənzildəki münaqişələr nəticəsində övladlarının mənəvi sarsıntı keçirir, psixi pozuntuya məruz qalır, təzyiqlərlə üzləşməli olurlar. Cavabdehlə olan nikahı məhkəmə tərəfindən ləğv olunduqdan sonra övladları anaları ilə qalmışdı. Bu səbəblə cavabdehin müraciəti əsasında məhkəmə cavabdehin və övladlarının onun mənzilinə köçürülməsi istiqamətində qətnamə qəbul etmişdi. Lakin tərəfindən qaldırılmış iddia əsasında Suraxanı Rayon Məhkəməsi övladlarının iddiaçının yanında qalmaları yönündə qərar vermişdir. Belə ki, cavabdehin ona məxsus mənzildən istifadəsi üçün artıq heç bir səbəb mövcud deyildir. Digər tərəfdən cavabdehin vaxtaşırı törətdiyi münaqişələr artıq mənzildə birgəyaşayışı qeyri-mümkün vəziyyətə gətirib çıxarmışdır. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə ürzə nümayəndəsi və vəkili X15 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq, iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli qəsəbəsi 36 A ünvanındakı 3 otaqlı fərdi yaşayış evindən kompensasiya müqabilində istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı öz izahatında bildirmişdir ki, 2018-ci ildən 27.07.2005-ci il təvəllüdlü X10 və 06.03.2007 təvəllüdlü X11 öz yanında qalır. Cavabdeh uşaqlarla maraqlanmır, onlara qarşı nalayiq ifadələrdən istifadə edir. Polisə etdiyi şikayətlərin heç bir xeyri olmamışdır. Onun tərəfindən 3000 manat kompensasiya təklif edilir, lakin cavabdeh bununla razılaşmır. Həyəti bölmək mümkün deyildir, çünki həyət 70 kv.m-dir. Bu səbəbdən evin bölünməsinə razı deyildir. Cavabdehin mübahisəli evdən çıxarılmasını tələb edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X14 iddia ərizəsinə etiraz edərək iddianın əsassız olduğunu bildirmişdir. Belə ki, birgə nikahdan doğulmuş ildən 27.07.2005-ci il təvəllüdlü X10 və 06.03.2007 təvəllüdlü X11 onun yanında olan vaxtlarda orta məktəbdə qiymətləri yaxşı olmuşdur və cavabdeh uşaqların qayğısına qalmışdır. İddiaçının iddia tələbində və uşaqlarla bağlı bildirdiyi faktlar tamamilə əsassızdır. İddiaçının bu tələbi irəli sürməsinə subyektiv hüququ çatmır. İddiaçının təklif etdiyi 3000 manat kompensasiya məbləği ilə razılaşmır, yalnız bu məbləğin 15000 manat olması təqdirdə iddiaçı ilə razılaşacağını bildirmiş və sonda məhkəmədən iddanın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 fevral 2017-ci il tarixli, AZ-İ seriyalı 263395 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh 25 fevral 2017-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 25 fevral 2017-ci il tarixdə 74 nömrə ilə qeyd edilmişdir. Kişiyə Məmmədov soyadı, qadına Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Suraxanı rayon VVADQ şöbəsi tərəfindən AZ-İ seriyalı 926476 nömrəli, 12.04.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, X12 06.03.2007-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 12 aprel 2007-ci il tarixdə 780 sayla qeyd edilmişdir. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayon VVADQ şöbəsi tərəfindən AZ-İ seriyalı 658731 nömrəli, 30.08.2005-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, X13 27.07.2005-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 30 avqust 2005-ci il tarixdə 1678 sayla qeyd edilmişdir. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 noyabr 2016-cı il tarixli 2(010)-10565/2016 saylı qətnaməyə əsasən, iddiaçı Cavabdehlər X1, İddiaçı və X3 qarşı evə köçürülmə tələbinə dair iddia təmin edilmiş, iddiaçı Cavabdeh özünün azyaşlı uşaqları-27 iyul 2005-ci il təvəllüdlü X10 və 06 mart 2007-ci il təvəllüdlü X11 ilə birlikdə ünvan 3 ünvanında inşa olunan özbaşına tikilmiş 3 otaq fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 fevral 2019-cu il tarixli 2(010)-224/2019 saylı qətnaməyə əsasən, İddiaçı Cavabdeh qarşı uşaqların ata himayəsində saxlanılması və alimentdən azad olunma tələbinə dair iddia təmin edilmiş, 27.05.2005-ci ildə anadan olmuş X4 və 06.03.2007-ci ildə anadan olmuş X5 ataları İddiaçı Ziyaddın oğlunun yanında qalmaları müəyyən edilməsi və Cavabdeh xeyrinə uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının 1/3 hissəsi və sabit pul məbləğində hər uşağa 95 manat miqdarında alimentin ödənilməsindən azad olunması qət edilmişdir. İş materiallarında olan Suraxanı RPİ-nin 32-ci Polis Bölməsi tərəfindən X6 verilmiş 15.05.2019-cu il tarixli məktuba əsasən, X2 20.04.2019-cu il tarixli müraciəti Suraxanı RPİnin 32-ci PB-də araşdırıldı, araşdırma zamanı müəyyən oldu ki, onun mülki xarakterlidir, bununla bağlı məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunur. İş materiallarında olan Suraxanı RPİ-nin 32-ci Polis Bölməsi tərəfindən X6 verilmiş 24.12.2019-cu il tarixli məktuba əsasən, X2 22.11.2019-cu il tarixli müraciət etdiyi şikayət ərizəsinə Suraxanı RPİ-nin 32-ci PB-də baxıldı. Araşdırılaraq hüquqi qiymət verildi. Belə ki, araşıdrma zamanı müəyyən olundu ki, bu məsələ mülki mübahisə predmeti xarakteri daşıdığından daşınmaz əmlakla bağlkı mübahisələri AR DİN-nin müvafiq əmrinə əsasən polisin səlahiyyətində deyil. Buna görə də mülki qaydada Suraxanı rayon məhkəməsinə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Suraxanı RPİ-nin 32-ci Polis Bölməsi tərəfindən X6 verilmiş 16.03.2021-ci il tarixli məktuba əsasən, X2 10.03.2021-ci il tarixli müraciəti Suraxanı RPİnin 32-ci PB-də araşdırıldı, araşdırma zamanı müəyyən oldu ki, onun mülki xarakterlidir, bununla bağlı məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunur. İş materiallarında olan Suraxanı RPİ-nin 32-ci PB tərəfindən qəbul edilmiş 27.04.2021-ci il tarixli cinayətin işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsi ev 36A-da yaşayan İddiaçı müraciəti Suraxanı RPİ-nin 32-ci PB-nə məlumat daxil olmuş və «Cinayətlər haqqında ərizələr və məlumatların uçotu» kitabında 323 sayı ilə qeydiyyata alınaraq araşdırılması üçün 21.04.2021-ci il tarixdən icraatına qəbul edilmişdir. Ərizə və alınmış izahatında vət.İddiaçı göstərmişdir ki, 21.04.2021-ci il tarixdə saat 20:00 radələrində evə gəlmiş, bu zaman 2 il əvvəl 200 manata aldığı «Ovçarka» cinsli itinin həyətdə yerdə uzandığını, öldüyünü aşkar etmişdir. Daha sonra vətəndaş, itin zəhərlənib ölməsində bir həyətdə, lakin ayrı evlərdə yaşadıqları keçmiş arvadı Xəyalə Səmədova şübhələndiyini göstərmişdir. İzahatı alınmış vət.X9 bildirmişdir ki, 2016-cı ildə Eldənizdən rəsmi olaraq boşanışdır, eyni həyətdə ayrı evlərdə yaşayırlar, Eldəniz it alıb gətirib həyətdə saxlamış, it hər gün hürmüş, o, evdən çıxa bilməmişdir. Təxminən 1 ay əvvəl o, itin ona hürməməsi, iti özünə öyrəşdirməsi üçün marketdə satılan «Pedigree Pal» it yeməyi almış, həmin yeməyi itə vermişdir. Daha sonra vətəndaş, itə yeməkdən başqa heç nə vermədiyini, Eldənizin onun barəsinə verdiyi məlumatın şər və böhtan olduğunu, bu yolla onu evdən çıxarmaq istədiyini, təxminən 10 gündür anasının evində qaldığını, evdən çıxanda it sağ olduğunu göstərmişdir. Faktla bağlı hadisə yerinə baxış keçirilmiş, bu barədə tərtib edilmiş protokol və çəkilmiş fotoşəkillər materiala əlavə edilmişdir. Beləliklə arahdırma zamanı itin ölməsi faktında vət.X.R.Səmədovanın təqsirini sübuta yetirmək mümkün olmadığını, bununla da materialda tərkibi yaranmadığını nəzərə alaraq, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsiinni qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il Qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyət hüququna dair eyni mövqe Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada da müəyyən olunmuşdur. Belə ki, Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işi üzrə qərarında göstərilmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İddiaçı Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli qəsəbəsi 36 A ünvanındakı 3 otaqlı fərdi yaşayış evindən kompensasiya müqabilində istifadə hüququna xitam verilməsini və onun həmin evdən çıxarılmasını tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində olduğunu iddia etdiyi evin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən evin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 noyabr 2016-cı il tarixli 2(010)-10565/2016 saylı qətnaməyə əsasən, iddiaçı Cavabdehlər X1, İddiaçı və X3 qarşı evə köçürülmə tələbinə dair iddia təmin edilmiş, iddiaçı Cavabdeh özünün azyaşlı uşaqları-27 iyul 2005-ci il təvəllüdlü X10 və 06 mart 2007-ci il təvəllüdlü X11 ilə birlikdə ünvan 3 ünvanında inşa olunan özbaşına tikilmiş 3 otaq fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 noyabr 2016-cı il tarixli 2(010)-10565/2016 saylı qətnaməsindən görünür ki, mülki iş üzrə müəyyən edilmiş faktiki hallarına əssən Cavabdeh məhkəmə qətnaməsilə köçürüldüyü ev özbaşına tikilidir, həmin özbaşına tikilmiş evdə ünvan 4 ünvanda yerləşir. İşi faktiki hallarına əsasən həmçinin müəyyən edilmişdir ki, Cavabdeh həmin evə gəlin köçüb, 12 il İddiaçı ilə yaşamış, ora cehiz əşyalarına gətirmiş, iki azyaşlı uşağı dünyaya gətirmiş və İddiaçıla birgə təsərrüfat aparmışdır. Özü həmin ünvanda pasport qeydiyyatındadır. Mübahisəli ev hər iki tərəfin izahatına əsasən özbaşına tikili olmaqla, ona dair mülkiyyət hüquqları hər hansı tərəfin adına rəsmiləşdirilməmişdir. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli ünvanda yerləşən özbaşına tikili olan ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, evə dair mülkiyyət hüququnu rəsmiləşdirməmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı”, “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarlarında qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddələrinə əsasən qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh ünvan 5 ünvanında inşa olunmuş 3 otaqlı fərdi yaşayış evindən kompensasiya müqabilində istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması haqqında iddia təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı Cavabdeh ünvan 1 ünvanında inşa olunmuş 3 otaqlı fərdi yaşayış evindən kompensasiya verilməsi müqabilində istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması haqqında iddia rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddia rədd edildiyindən iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar