Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2470/2024 19.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı övladları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səbuhi Orucov küçəsi (keçmiş 3-cü Mədən küçəsi), giriş 93 ünvanında yerləşən evə köçürülməsi. İddia tələbinin dəlliləri İddiaçı 07 iyul 1998-ci il tarixində Cavabdeh1 ilə ailə qurmuşdur. Nikahları həmin tarixdə rəsmi qaydada Suraxanı rayon qeydiyyat şöbəsində qeydə alınıb. Əvvəllər mehriban olsalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyini anlamışlar. Davamlı mübahisə ediblər. Aralarındakı nikah qeydi formal xarakter daşıyır. Bildirir ki, aralarında ailə münasibətləri tamamilə pozulub. Hətta o artıq birgə yaşadığı evdən uşaqları ilə bərabər çıxmaq məcburiyyətində qalmışdır. Başqa yaşayacaq yeri də yoxdur. Əri ilə artıq boşanmaq ərəfəsindədir. Bu səbəbdən də o yaşamaq üçün həmin evə köçmək istəyir. Həmin mənzildə yaşayan zaman ailə büdcəsinin hesabına həmin mənzil tikilmiş, təmir edilmiş, yaşayış üçün yaxşı vəziyyətə gətirilmiş, həmin mənzildə əziyyəti çox olmuşdur. Yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, bildirdi ki, 1998-ci ildə Cavabdeh1la evlənmiş və ailə qurduqdan sonra bir müddət əri ilə birlikdə qaynanasına məxsus evdə yaşamış, 2001-ci ildə həmin evin yanında özləri üçün ev tikmiş və orada yaşamağa başlamışlar. Cavabdeh1la faktiki nikahları pozulana kimi həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Bütün uşaqları həmin evdə dünyaya gəlmiş və böyümüşlər. 3 il öndə aralarında mübahisə düşmüş, uşaqlarını ondan almışlar, özünü isə döyə-döyə evdən çıxarmışlar. 2 il uşaqlarını ondan ayırmışlar. Artıq 1 il olar ki, uşaqları onun yanındadırlar. O da məcbur övladları ilə kirayə evdə yaşayır. Amma evin kirayə pulunu ödəməyə imkanı çatmır. Övladlarının və özünün yaşaması üçün həmin evə köçürülməsini istəyir. Övladlarından oğlu Əhmədin 23 yaşı, qızı Yaqutun isə 20 yaşı var və həmin övladı ailəlidir. Məhkəmə iclasında dindirilən Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, o, oğlu Zaurun ailəsi üçün özünün həyətində ev tikmiş və onları həmin evə köçürmüşdür. Zaurun evi 3 yataq otağı və zal otağından ibarətdir. Həmin evi hazırda satır və satışdan alacağı pula nəvələrinə ev alacaq. Evi özü tikib. Gəlni əvvəl onun evində yaşayıb, sonra həmin evin yanında ev tikilib və oğlu arvadı ilə həmin evdə yaşayıblar. İddiaçı o evə girməyə icazə verməyəcək. Oğlu indi o evdə yaşayır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 İddiaçı arasında olan nikah xx.xx.1978-ci il tarixdə 227 sayla qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada "Allahyarova" soyadı verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X2 15 oktyabr 2006-cı ildə doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2009-cu ildə doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2012-ci ildə doğulmuşdur. Bakı 6 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/6-00277 saylı arayışından görünür ki, Cavabdeh1 İddiaçı nikahın pozulmasl, uşaqların ananın yanında saxlanılması, aliment tələbi, mənzilə köçürülmə və məmlak mübahisəsi üzrə xx.xx.2024-cü il tarixə saat 14:30-da keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. İşin faktiki halları İddiaçı 1998-ci ildə Cavabdeh1 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2001-ci il təvəllüdlü X4, xx.xx.2004 təvəllüdlü X3, xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və dövlət qeydiyyatına alınmamışdır. İddiaçı 2001-2021-ci illərdə həmin özbaşına tikilidə əri və övladları ilə birlikdə keçirmişdir. Hazırda həmin evdə Cavabdeh1 yaşayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s.kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kimtərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 135.1.Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İşin hallarından görünür ki, iddia tələbinin obyektini təşkil edən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səbuhi Orucov küçəsi, giriş 93 ünvanında yerləşən torpaq sahəsində inşa edilən fərdi yaşayış evi özbaşına tikilidir və dövlət qeydiyyatına alınmamışdır. İddia tələbinə görə, yuxarıda qeyd edilmiş özbaşına tikili tərəflərin birgə nikah dövründə və birgə vəsaitləri hesabına ərsəyə gəlmişdir. Bu səbəbdən iddiaçı övladları ilə bərabər həmin özbaşına tikiliyə köçürülməlidir. Cavabdeh2 isə iddia tələbini qəbul etmir və iddia tələbinə etirazını onunla əsaslandırır ki, mübahisəli fərdi yaşayış evini özü tikdirmiş və oğlu Cavabdeh1 ailəsi ilə birlikdə oraya köçürmüşdür. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı 1998-ci ildə Cavabdeh1 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2001-ci il təvəllüdlü X4, xx.xx.2004 təvəllüdlü X3, xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. İddiaçı Cavabdeh1 ilə ailə qurduqdan sonra digər Cavabdeh2 məxsus ünvan 1-də yerləşən 2 otaqlı evdə yaşasalar da, 2001-ci ildə mübahisəli evə köçmüş, nikah münasibətində olduğu dövrün böyük hissəsini, yəni 2001-2021-ci illəri həmin evin yerləşdiyi torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evində keçirmişlər. Hazırda həmin evdə Cavabdeh1 yaşayır. Məhkəmə yerli baxış zamanı müəyyən etmişdir ki, mübahisəli tikili 1 qonaq otağı, 3 yataq otağı, mətbəx və sanitar qovşaqdan ibarət olan fərdi yaşayış evidir. Məhkəmə qeyd edir ki, mübahisəli evin iddiaçının əri ilə birgə vəsaiti hesabına tikilibtikilməməsi ilə bağlı tərəflərin izahatları üst-üstə düşməsə də, cavabdehlərdən Cavabdeh1 anası olan digər Cavabdeh2 qəbul edir ki, İddiaçı Cavabdeh1la rəsmi nikaha daxil olduqdan bir neçə il sonra, yəni 2001-ci ildən 2021-ci ilədək həmin evdə əri və uşaqları ilə birlikdə yaşamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçının hazırda övladları ilə birlikdə köçürülmək istədiyi evdə uzun illər yaşaması mübahisəsizdir. İddiaçı iddia edir ki, o, mübahisəli evdən 3 il öncə əri ilə mübahisə zəminində döyülədöyülə çıxarılmış, cavabdeh uzun müddət övladlarını ondan ayırmış, son 1 ildə isə mübahisəli evə buraxılmadığından övladları ilə birlikdə kirayə götürdüyü evdə yaşamalı olmuşdur. Cavabdeh2 isə iddia tələbinin bu dəlilinə etiraz edərək bildirir ki, iddiaçı evi könüllü tərk etmişdir, yəni əlini həmin evdən çəkmişdir. Bununla belə o, izahatında da etiraf edir ki, iddiaçını həmin evə buraxmayacaqlar, yalnız həmin evi satandan sonra nəvələrinə evin satışından pul verəcəklər. Məhkəmə hesab edir ki, cavabdeh dolayısı ilə izahatlarında iddiaçının sözügedən mübahisəli evdən məhrum olunduğunu etiraf edir. Məhkəmə qeyd edir ki, iddiaçının qaynanası, yəni Cavabdeh2 tikilinin oğlunun ailəsinin birgə vəsaiti hesabına deyil, özünün vəsaiti hesabına ərsəyə gəldiyini bildirsə də, bunu məhkəmədə sübuta yetirə bilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflərdən İddiaçı və Cavabdeh1 1998-cii ildə nikaha daxil olması, 2001-ci ildən İddiaçı və Cavabdeh1 arasında mübahisə düşənə qədər (2021-ci ilə qədər) onların övladları ilə birlikdə həmin evdə yaşadığı işin mübahisəsiz halı olduğu halda, həmin evi iddiaçının keçmiş qaynanası olan Cavabdeh2 tikdirməsi halı sübut olunmur və bununla bağlı cavabdeh mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə vurğulayır ki, Cavabdeh1 məhkəmə prosesindən xəbərdar olsa da, iclaslara gəlməmiş, yerli baxışda iştirak etməmişdir. Yəni iş materiallarından Cavabdeh1 İddiaçı və övladları ilə birlikdə 2001-2021-ci illər ərzində yaşadığı mübahisəli tikilinin onların birgə nikahı dövründə və birgə vəsaitləri hesabına ərsəyə gəlməsi faktını mübasələndirməsi müəyyən olunmur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli tikiliyə köçürülməsi tələbinə dair iddiası əsaslıdır. Belə ki, həmin tikili fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Belə olan halda, İddiaçı eynilə Cavabdeh1 kimi həmin obyektdən bütövlükdə istifadə etmək, əmlaka sahiblik etmək kimi hüquqları var. Məhkəmə mübahisəli fərdi yaşayış evinin İddiaçı Cavabdeh1la birgə nikah dövründə və birgə vəsaiti hesabına ərsəyə gəldiyini müəyyən etdiyindən hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə də təmin edilməlidir. Belə ki, məhkəmə həmin cavabdehin izahatlarına əsasən müəyyən edir ki, o, İddiaçı sözügedən evə köçüb yaşamasına mane olur və buna davam etmək niyyətindədir. Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İddia tələbinin iddiaçının övladları ilə birlikdə mübahisəli evə köçürülməsi hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin şəxslərdən Mələk, Əli və İnci yetkinlik yaşına çatmayıblar. Məhz İddiaçı mübahisəli evə köçürülməsi iddiaçının yetikinlik yaşına çatmayan övladlarının da onunla birlilkdə həmin evə köçürülməsinə əsas verən amil olacaqdır. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Lakin, iddiaçının digər övladları Bəkirov Əhməd və Baxışova Yaquta gəldikdə isə, məhkəmə hesab edir ki, iddia tələbi onların da anaları ilə birlikdə evə köçürülməsi hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, həmin şəxslər artıq yetkinlik yaşına çatmış şəxsdir və məhkəmədə müstəqil şəkildə iddia qaldırmaq iqtidarındadırlar. Məhkəmə xərcləri İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bundan başqa iddiaçı mediasiya prosesində də 60 manat vəsait xərcləmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı övladları xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səbuhi Orucov küçəsi (keçmiş 3-cü Mədən küçəsi), giriş 93-də yerləşən 1 qonaq otağı, 3 yataq otağı, mətbəx və sanitar qovşaqdan ibarət olan fərdi yaşayış evinə köçürülməli, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı övladları xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səbuhi Orucov küçəsi (keçmiş 3-cü Mədən küçəsi), giriş 93-də yerləşən 1 qonaq otağı, 3 yataq otağı, mətbəx və sanitar qovşaqdan ibarət olan fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 50 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2470/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2470/2024
19.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver