Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2473/2025 23.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 X11 yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası əvvəlki Promorskaya, 8 saylı (indiki Bakı şəhər, Suraxanı rayon, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, ev 8) evi 1962-ci ildə əldə etmişdir. Atası 1970-ci ildə vəfat etmişdir. Onlar ailədə 5 uşaq olmuşlar və atalarının qanun üzrə vərəsələridirlər. Qanun üzrə vərəsələrdən 2 qardaşı - X12 və X13 vəfat etmişdir. Digər vərəsələr olan 2 bacısı - X9 və X14 öz paylarından imtina edərək, miras payın bağışlanması müqaviləsinə əsasən, öz paylarını ona vermişlər. Vəfat etmiş iki qardaşının payı açıq saxlanılmışdır. Beləliklə, ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışa əsasən, mərhum atası X2 payı 2/5 hissədə müəyyən edilmiş, onun payı isə 3/5 hissədə qeyd olunmuşdur. Mərhum qardaşları öldükdən sonra onların həyat yoldaşları olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin əmlakdan istifadə etməyinə, orada yaşamağına maneçilik törədir və mülkiyyət hüquqlarını pozurlar. Bu ahıl yaşında kirayədə qalmağa məcbur olmuşdur. Halbuki sözügedən əmlakın 3/5 hissəsi ona məxsus olmaqla, ən çox pay hüququna sahibdir. Buna baxmayaraq, cavabdehlər mülkiyyətində olan ünvan 1 X11 yaşayış evində yaşamağına imkan verməyərək, onu mülkiyyətindən məhrum etmişlər. Odur ki, mülkiyyətində olan ünvan 1 X11 yaşayış evinə köçürülmə tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir
Tərəflərin izahatları.
3. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, İddiaçı mərhum atası əvvəlki ünvan 1 X11 yaşayış evini 1962-ci ildə əldə etmişdir. Sözügedən ev iddiaçının ata yurdu olmuş, belə ki, orada doğulub və böyümüşdür. Sonradan bir müddət Türkiyədə yaşamış və Azərbaycana qayıtdıqdan sonra hal-hazırda həmin fərdi yaşayış evində yaşayan mərhum qardaşlarının arvadları, onun evdə yaşamasına etiraz etmişlər. X2 5 uşağı olmuşdur. İddiaçının 2 bacısı 2021-ci il tarixdə öz paylarından imtina edərək, miras payın bağışlanması müqaviləsinə əsasən, öz paylarını ona vermişlər. Vəfat etmiş 2 qardaşının payı açıq saxlanılmışdır. ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışa əsasən, mərhum atası X2 payı 2/5 hissədə müəyyən edilmiş, onun payı isə 3/5 hissədə qeyd olunmuşdur. Lakin hal-hazırda həmin evdə faktiki olaraq onun iki qardaşının arvadları yaşayır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, Cavabdeh1 ünvan 2 ünvanda qeydiyyatdadır.
6. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, Cavabdeh2 ünvan 3 ünvanda qeydiyyatdadır.
7. Bakı şəhər Suraxanı rayon VVAQ tərəfindən verilmiş İİ-ИЕ seriyalı 383110 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1970-ci il tarixdə ölmüşdür.
8. Bakı şəhər 2 saylı “Asan xidmət” tərəfindən verilmiş AZ-İİ seriyalı 046238 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2017-ci il tarixdə ölmüşdür.
9. xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş, xx.xx.1970 tarixdə ölmüş X10 vərəsəsi: qızı X22: qızı miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Sovet Sosialist Respublikası Bakı Şəhər X1 İcraiyyə Komitəsi Bakı Şəhər Planlaşdırma İdarəsi Yanında Şəhər Uçot - Müxəlləfat Bürosu tərəfindən xx/xx/1967 tarixdə X4 verilmiş qeydəalma nömrəsi ilə 2 nömrəli kitabın 208-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı Rayonu, Zığ Qəsəbəsi, R.Göyüşov (Keçmiş Sahil) Küçəsi, 8 X11 yaşayış evi ünvanında yerləşən ümumi sahəsi 47.58 kv/m olan daşınmaz əmlak (toqraq sahələrindən başqa) ibarətdir. Mərhum qardaşları X5 1/5 hissə payı və X6 1/5 hissə payı açıq qalır.
10. xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş, xx.xx.1970-ci il tarixdə ölmüş X10 vərəsəsi: qızı X16: qızı və o miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Sovet Sosialist Respublikası Bakı Şəhər X1 İcraiyyə Komitəsi Bakı Şəhər Planlaşdırma İdarəsi Yanında Şəhər Uçot - Müxəlləfat Bürosu tərəfindən xx/xx/1967 tarixdə X4 verilmiş qeydəalma nömrəsi ilə 2 nömrəli kitabın 208-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı Rayonu, Zığ Qəsəbəsi, R.Göyüşov (Keçmiş Sahil) Küçəsi, 8 X11 yaşayış evi ünvanında yerləşən ümumi sahəsi 47.58 kv/m olan daşınmaz əmlak (toqraq sahələrindən başqa) ibarətdir. Mərhum qardaşları X5 1/5 hissə payı və X6 1/5 hissə payı açıq qalır.
11. xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş, xx.xx.1970 tarixdə ölmüş X10 vərəsəsi: qızı İddiaçı: qızı və o miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Sovet Sosialist Respublikası Bakı Şəhər X1 İcraiyyə Komitəsi Bakı Şəhər Planlaşdırma İdarəsi Yanında Şəhər Uçot - Müxəlləfat Bürosu tərəfindən xx/xx/1967 tarixdə X4 verilmiş qeydəalma nömrəsi ilə 2 nömrəli kitabın 208-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı Şəhəri, Suraxanı Rayonu, Zığ Qəsəbəsi, R.Göyüşov (Keçmiş Sahil) Küçəsi, 8 X11 yaşayış evi ünvanında yerləşən ümumi sahəsi 47.58 kv/m olan daşınmaz əmlak (toqraq sahələrindən başqa) ibarətdir. Mərhum qardaşları X5 1/5 hissə payı və X6 1/5 hissə payı açıq qalır.
12. xx.xx.2009-cu il tarixli X18 Müqaviləsindən müəyyən olunur ki, birinci tərəf X7, X14 və ikinci tərəf İddiaçıdır. X7, X14, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən 10 dekabr 2019-cu il tarixdə 2V-263 və 2V-264 saylı reyestrə verilmiş Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Mərhum ataları X4 Azərbaycan Sovet Sosialist Respublikası Bakı Şəhər X1 İcraiyyə Komitəsi Bakı Şəhər Planlaşdırma İdarəsi Yanında Şəhər Uçot - Müxəlləfat Bürosu tərəfindən xx/xx/1967 tarixdə qeydiyyat vəsiqəsinə əsasən Bakı Şəhəri, Suraxanı Rayonu, Zığ Qəsəbəsi, R.Göyüşov (Keçmiş Sahil) Küçəsi, 8 X11 yaşayış evindən onlara düşən 1/5 hissə paylarını bacıları İddiaçı bağışlamışlar.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, ünvan 1 X11 yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı 3/5 hissə payı, X4 2/5 hissə payı məxsusdur.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun surətindən müəyyən edilir ki, ünvan 7 X11 yaşayış evinin hüquq subyekti İddiaçı və başqalarıdır.
İşin faktiki halları.
15. İşin faktiki hallarından müəyyən olunur ki, X10 xx.xx.1970-ci il tarixdə ölmüşdür. xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrə əsasən, qızları - X22: qızı, X16: qızı və İddiaçı hər biri miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Sovet Sosialist Respublikası Bakı Şəhər X1 İcraiyyə Komitəsi Bakı Şəhər Planlaşdırma İdarəsi Yanında Şəhər Uçot - Müxəlləfat Bürosu tərəfindən xx/xx/1967 tarixdə X4 verilmiş qeydəalma nömrəsi ilə 2 nömrəli kitabın 208-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı Şəhəri, Suraxanı Rayonu, Zığ Qəsəbəsi, R.Göyüşov (Keçmiş Sahil) Küçəsi, 8 X11 yaşayış evi ünvanında yerləşən ümumi sahəsi 47.58 kv/m olan daşınmaz əmlakdan (toqraq sahələrindən başqa) ibarətdir. Mərhum qardaşları X5 1/5 hissə payı və X6 1/5 hissə payı açıq qalır. xx.xx.2009cu il tarixli X18 Müqaviləsindən müəyyən olunur ki, birinci tərəf X7, X14 və ikinci tərəf İddiaçıdır. X7, X14, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən 10 dekabr 2019-cu il tarixdə 2V-263 və 2V-264 saylı reyestrə verilmiş Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Mərhum ataları X4 Azərbaycan Sovet Sosialist Respublikası Bakı Şəhər X1 İcraiyyə Komitəsi Bakı Şəhər Planlaşdırma İdarəsi Yanında Şəhər Uçot - Müxəlləfat Bürosu tərəfindən xx/xx/1967 tarixdə qeydiyyat vəsiqəsinə əsasən Bakı Şəhəri, Suraxanı Rayonu, Zığ Qəsəbəsi, R.Göyüşov (Keçmiş Sahil) Küçəsi, 8 X11 Yaşayış evindən onlara düşən 1/5 hissə paylarını bacıları İddiaçı bağışlamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, ünvan 7 X11 yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı 3/5 hissə payı, X4 2/5 hissə payı məxsusdur.
Tətbiq edilən hüquq.
16. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 76. Sübutlar. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
20. İşin hallarından göründüyü kimi X10 xx.xx.1970-ci il tarixdə ölmüşdür. xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrə əsasən onun qızları- X22: qızı, X16: qızı və İddiaçı hər biri miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Sovet Sosialist Respublikası Bakı Şəhər X1 İcraiyyə Komitəsi Bakı Şəhər Planlaşdırma İdarəsi Yanında Şəhər Uçot - Müxəlləfat Bürosu tərəfindən xx/xx/1967 tarixdə X4 verilmiş qeydəalma nömrəsi ilə 2 nömrəli kitabın 208-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı Şəhəri, Suraxanı Rayonu, Zığ Qəsəbəsi, R.Göyüşov (Keçmiş Sahil) Küçəsi, 8 X11 yaşayış evi ünvanında yerləşən ümumi sahəsi 47.58 kv/m olan daşınmaz əmlakdan (toqraq sahələrindən başqa) ibarətdir. Mərhum qardaşları X5 1/5 hissə payı və X6 1/5 hissə payı açıq qalır. xx.xx.2009-cu il tarixli X18 Müqaviləsindən müəyyən olunur ki, birinci tərəf X7, X14 və ikinci tərəf İddiaçıdır. X7, X14, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən 10 dekabr 2019-cu il tarixdə 2V-263 və 2V-264 saylı reyestrə verilmiş Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Mərhum ataları X4 Azərbaycan Sovet Sosialist Respublikası Bakı Şəhər X1 İcraiyyə Komitəsi Bakı Şəhər Planlaşdırma İdarəsi Yanında Şəhər Uçot - Müxəlləfat Bürosu tərəfindən xx/xx/1967 tarixdə qeydiyyat vəsiqəsinə əsasən Bakı Şəhəri, Suraxanı Rayonu, Zığ Qəsəbəsi, R.Göyüşov (Keçmiş Sahil) Küçəsi, 8 X11 Yaşayış evindən onlara düşən 1/5 hissə paylarını bacıları İddiaçı bağışlamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, ünvan 7 X11 yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı 3/5 hissə payı, X4 2/5 hissə payı məxsusdur.
21. Bundan əlavə nəzərə alınmalıdır ki, cavabdehlərin gələcəkdə həmin ev üzərində mülkiyyət hüququnu rəsmiləşdirəcəyi də istisna edilməməlidir. Çünki, onların buna dair “qanuni gözlənti”si mövcuddur. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)
22. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
23. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər.
24. Məhkəmə qeyd edir ki, iddiaçı ünvan 1 X11 yaşayış evi üzərində mülkiyyət hüquqlarına malik olsa da, həmin ünvanda yaşaya bilmədiyini, evə köçmək niyyətində olduğunu və onun bu hüququna cavabdehlər tərəfindən maneə yaradıldığını iddia edir.
25. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı həmin daşınmaz əmlak üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış, həmin fərdi yaşayış evinin bir hissəsi üzərində bir sıra hüquq və vəzifələrə malikdir, həmçinin fərdi yaşayış evinin özünə məxsus olan hissəsinin naturada bölünməsini və özünə məxsus hissədə payının ayrılması barədə qanuni gözləntiyə malikdir.
26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, iddiaçının öz mülkiyyətində olan mənzilə köçürülməsi məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələr aradan qaldırılmaqla iddiaçı öz mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməlidir.
Məhkəmə xərcləri.
27. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qiymətləndirilməyən iddialarla məhkəməyə müraciət etmək üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
28. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə.
29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 X11 yaşayış evinə köçürülməlidir. 30.Ödənilmiş - 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir.
31. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı ünvan 1 X11 yaşayış evinə köçürülsün. Ödənilmiş - 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova