Məhkəmə qərarları › İş №2(010)-2483/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2483/2023

02.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2483/2023 02.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evin boşaldılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “evin boşaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evi və həyətyanı torpağını zəbt etmiş Cavabdeh Binə qəsəbəsi, Hövsan südçülük sovxozu, sahə 2 1929B-də yerləşən ona məxsus ev və torpaqdan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, General Mehmandarov küçəsi, ev 74, mən 50-də qeydiyyatda olsa da, Abşeron rayonu İHB-nin xx.xx.2000-ci il tarixli, 171 saylı sərəncamı əsasında Hövsan Südçülük savxozunun həmkarlar komitəsinin xx.xx.2000-ci il tarixli protokoluna əsasən, 0.04 hektar torpaq sahəsində bir mərtəbəli ev tikmişdir, ev tikdiyi sahə Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu sahə 2, № 1929 B adlanır. Bir neçə ildir ki, həyat yoldaşı işi ilə əlaqədar Rusiya Federasiyasında yaşamaq məcburiyyətində olmuşdur. Evlərinə nəzarət etməyi Vidadi adlı qohumuna həvalə etmişdir. Bir gün Vidadi görüb ki, həyətdən 200 kv.m torpaq sahəsində tikinti işləri gedir. Maraqlananda görüb ki, həyətdəki evi və əlavə torpaq sahəsini qonşu küçədə yaşayan Cavabdeh zəbt edib. Ondan evi və torpağı boşaltmaq tələb olunanda deyib ki, evi və torpağı X17 adlı şəxsdən almışdır. Başa düşə bilmir ki, onun evinin içərisində əşyalar olaola evini, həyətini kim zəbt edə bilər. Bununla əlaqədar 2022-ci il may ayında Suraxanı rayon Polis İdrəsinə müraciət etmişdir. 30-cu bölmənin təhqiqatçısı materialları xx.xx.2022ci ildə müstəntiqə göndərib. Bu günkü günə kimi, oğurluq hadisəsinə görə, evinin torpağının zəbt olunmağına görə heç bir istintaq hərəkəti aparılmayıb, cinayət işi belə qaldırılmayıb. Müstəntiqdən tələb etmişdir ki, evini boşaldırsın. Ona deyilib ki, buna ixtiyarı yoxdur. Evdən cıxarmanı yalnız məhkəmə qərarı əsasında etmək olar. Məcbur olub məhkəməyə müraciət etməli olub. xx.xx.2023-cü il tarixdə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz vərərək, İddiaçı Cavabdeh qarşı “evin boşaldılması” tələbinə dair iddiasının tam rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində ona məxsus olduğunu iddia etdiyi evin və həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunduğunu, bununla bağlı polisə müraciət etdiyini və polis tərəfindən heç bir tədbir görülmədiyini bildirirsə də, iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi və ev cavabdeh tərəfindən zəbt olunmayıb. Cavabdeh həmin torpaq sahəsinə və üzərindəki tikiliyə tam qanuni əsaslarla sahiblik edir. Belə ki, Abşeron rayon Hövsan südçülük sovxozu üzrə 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmrdən çıxarışdan görünür ki, Maraqlı şəxs 28 yanvar 1998-ci il tarixli 40 nömrəli məktubu və islahat komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 nömrəli protokoluna əsasən sovxozda yaşayan, işləyən, mənzil sahəsinə ehtiyacı olan X3 0,04 ha, X8 isə 0,12 ha torpaq sahəsi ayrılmışdır. Həmin şəxslər notarial qaydada etibarnamə verərək, mübahisə predmeti olan torpaq sahəsi və üzərindəki tikiliyə sahiblik, ondan istifadə və sərəncam hüquqlarının həyata keçirilməsini Cavabdeh etibar ediblər. Mübahisəli torpaq sahəsinə görə vergilər və kommunal ödənişlər də həmin şəxslərin adından Cavabdeh tərəfindən aparılır. Etiraza əlavə olunan sənədlərdən də görünür ki, cavabdehin mübahisəli torpaq sahəsinə münasibətdə sahiblik və istifadə hüquqları tam qanunidir, iddiaçının iddia tələbinin heç bir əsası yoxdur və bu səbəbdən də təmin oluna bilməz. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, Bakı ətrafında sənədsiz evlərin çox olduğunu, iddiaçının biri bir müddət evdən getsə də başqası gəlib oranı zəbt edə bilməyəcəyini və istifadə etdiyinə görə üstünlük təşkil edə bilməyəcəyini bildirmişdir. Qeyd etdi ki, iş materiallarında kifayət qədər sübut var, etibarnamə ilə torpaq sahəsini satan adamın sahənin onların olması ilə bağlı heç kimin onlara yaxınlaşmamışdır. Cavabdeh özünün evi ona qanunsuz satıldığını bilmişdir. Əlavə olaraq cavabdeh tərəfin həmin evin ona satılması dair şahid gətirə biləcəyini, ancaq gətirmədiyini qeyd etmişdir. Cavabdeh özünün paltaryuyan maşının üzərində iddiaçının adına zəmanət talonu olduğunu bildirdiyini qeyd etmişdir. Bu da ev iddiaçıya məxsus olduğunu, iş materiallarında istintaq sənədləri, vergi ödəyicisi qəbzləri olduğunu qeyd edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiklərini, iddiaçının subyektiv hüququnun olmadığını və bunla bağlı Konstitusiya Məhkəməsinin Plenumunun qərarı olduğunu bildirmişdir. Qeyd etdi ki, mülki iş üzrə qərarın qəbul edilməsi üçün məhkəmə iddia qaldıran tərəfin subyektiv hüququnun olubolmamasını müəyyənləşdirməlidir. İş materiallarından da görünür ki, cavabdeh həmin sahəni zəbt etməyib, etibarnamə əsasında idarə etməktədir. Verilmiş əmrlərin eyni hüquqi qüvvəyə malik olduğu və faktiki olaraq Cavabdeh həmin torpaq sahəsinə sahiblik etdiyini və ondan istifadə etdiyini bildirdi. Əlavə olaraq iddiaçının iddiasının əsasını təşkil edən halların sübut olunmadığını, eyni zamanda iddiaçının subyektiv hüququnu təsdiq edən sübutlar mövcud olmadığını bildirdi. Şahid ifadələri ilə torpaq sahəsinin və onun üzərindəki evin kimə məxsus olduğunu təsdiq etmək mümkün olmadığını bildirirərək, sübutların mümkünlüyü prinsipinə zidd olduğunu qeyd edərək, iddia tələbi rədd olunmasını xahiş etmişdir. Şahidlərin izahatları. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X9 bildirdi ki, iddiaçının yoldaşı Ramiz müəllimin onun dayısı oğludur, Binədə və Rusiyada qonşudurlar. Ev tikilən vaxtı ailə qurub, Rusiyaya köçdüyünü və 2-3 ildən sonra Ramiz müəllimin Rusiyaya gəldiyini və köçəndə artıq evin tikildiyini bildirmişdir. Şəhərdəki evlərini kirayə verib, ordakı əşyaları mübahisəli evə köçürdüklərini, evin açarı və səndələrini onlara verdiklərini demişdir. Evə özü nəzarət edib, lakin 2 ay anası xəstə olduğuna görə evə gedə bilmirdi. Bir gün evə gedən zaman, orada ev təmirini, darvaza düzəliyini görmüşdür. İşçilərdən soruşduqda, evin yiyəsinin Nəriman olduğu bildirilmişdir. Ramiz müəllimə və polisə xəbər vermişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X10 bildirdi ki, iddiaçının tanışıdır. İddiaçının Günəşlidə evləri mövcuddur və Bina da evi aldıqlarını bildirmişdir. Həmin ev üçün qazanxanı o düzəltmişdir. Ramiz müəllimi 2006-cı ildən tanıyıb, 10 il qabaq Rusiyaya köçüblər. İş materialları. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Maraqlı şəxs Abşeron Rayon Dövlət Arxividən verilən 11 noyabr 2022-ci il tarixli, F1372 saylı çıxarışdan görünür ki, Hövsan südçülük savxozunun direktorluğu, həmin ərazidə yaşayan, özünə məxsus evi və torpağı olmayan, başqasının evində kirayəçi yaşayan ailələrə fərdi yaşayış evi tikintisi üçün həyatyanı torpaq sahəsi ayrılması barədə Maraqlı şəxs Başçısı qarşısında məsələ qaldırılması və yuxarıdakılar nəzərə alınaraq 1.Hövsan südçülük sovxozunda yaşayan, özünə məxsus evi və torpaq sahəsi olmayan, mənzil sahəsinə ciddi ehtiyacı olan, hər ailəyə 0.10 hektar hesabı ilə 20 ailəyə vermək üçün qəsəbə daxilindən, evlərarası boş sahələrdən, kənd təsərrüfatına yararsız yerlərdən Hövsan südçülük sovxozuna 2.0 hektar həyatyanı torpaq fonduna ayrılması, 2. Həmin torpaqların növbəlik əsasında, torpaq qanuvericiliyi əldə əsas götürməklə X16 əmri ilə paylanmasına icazə verilməsi qərara alınmışdır. Abşeron Rayon Hövsan Südçülük Sovxozu üzrə 09 dekabr 2000-ci il tarixli 16 saylı əmrin çıxarışdan, Maraqlı şəxs 22 avqust 2000-ci il tarixli 171 saylı sərəncamına , X16 Həmkarlar Komitəsinin 08 dekabr 2000-cı il tarixli 21 saylı protokoluna əsasən, Sovxozda işləyən, özünə məxsus evi və torpaq sahəsi olmayan, fərdi ev tikmək üçün ərizə ilə müraciət edən İddiaçı 0,04 hektar torpaq sahəsi ayrılması qərarı verilmişdir. xx.xx.2012-ci il tarixli, 230360 saylı mədaxil qəbzinin surətindən görünür ki, ödəyici İddiaçı sahə 2 № 1929B görə bələdiyyəyə torpaq və əmlak vergisi üçün 54.40 manat məbləğində ödəniş etmişdir. xx.xx.2022-ci il tarixli, 189631 saylı mədaxil qəbzinin surətindən görünür ki, ödəyici İddiaçı sahə 2-yə görə bələdiyyəyə torpaq vergisi üçün 19.20 manat məbləğində ödəniş etmişdir. xx.xx.2012-ci il tarixli, 228559 saylı mədaxil qəbzinin surətindən görünür ki, ödəyici İddiaçı sahə 2-yə görə bələdiyyə əmlak vergisi üçün 22.60 manat məbləğində ödəniş etmişdir. xx.xx.2011-ci il tarixli, 433199 saylı mədaxil qəbzinin surətindən görünür ki, ödəyici İddiaçı sahə 2-yə görə bələdiyyə əmlak vergisi üçün 30 manat məbləğində ödəniş etmişdir. xx.xx.2022-ci il tarixində Rayon Polis İdarəsinə İddiaçı tərəfindən verilən ərizənin surətindən görünü ki, onun evinin əşyalarını oğurlayıb, torpağını və evini satmış şəxsın tapılmasını və onun məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası "xxxx" MMC fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən tikinti sahibinin İddiaçı olduğu, ünvan olaraq Bakı şəhər, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu, sahə-2 olduğu və obyektin dəyəri 27648 manat olaraq göstərilmişdir. İş materiallarına əlavə edilən tikinti planına əsasən evin ümumi sahəsi 108 m2 və 4 otaq 1 dəhlizdən ibarət olduğu görünür. xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis mayoru Rəhman İsmayılov tərəfindən qəbul edilmiş qərarına əsasən, qərarın təsviri hissəsində göstərilən İddiaçı müraciəti əsasında toplanmış material üzrə əmələ hüquqi qiymət verilməsi zərurəti yarandığından material, araşdırmanın davam etdirilməsi məqsədilə Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon Prokuroruna və ərizəçiyə göndərilməsi qərarı alınmışdır. xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin istintaq şöbəsinin müstəntiqi polis polkovnikleytenantı Nuriyev Canəli tərəfindən qəbul edilmiş qərarına əsasən, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanılması rədd edilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna və İddiaçı nümayəndəsi Nümayəndə göndərilməsi, materialın saxlanılması üçün Suraxanı rayon polis idarəsinin arxivinə təhvil verilməsi qərarı alınmışdır. Abşeron rayon Hövsan Südçülük sovxozu üzrə 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmrin çıxarışdan görünür ki, Maraqlı şəxs 28 yanvar 1998-ci il tarixli 40 nömrəli məktubu və islahat komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 nömrəli protokoluna əsasən, Sovxozda yaşayan, işləyən mənzil sahəsinə ehtiyacı olan işçilərindən ərizə ilə müraciət edən X4 0,04 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon Hövsan Südçülük sovxozu üzrə 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmrin çıxarışdan görünür ki, Maraqlı şəxs 28 yanvar 1998-ci il tarixli 40 nömrəli məktubu və islahat komissiyasının 01 dekabr 1997-ci il tarixli 03 nömrəli protokoluna əsasən Sovxozda yaşayan, işləyən mənzil sahəsinə ehtiyacı olan işçilərindən ərizə ilə müraciət edən X8 0,04 ha torpaq sahəsi ayrılmışdır. +8İ-1625 reyestr nömrəli, xx.xx.2022-ci il tarixində Bakı şəhəri 31 saylı notariat ofisində X14 tərəfindən verilən ərizə və etibarnamədən görünür ki, Abşeron rayon Hövsan südçülük Sovxozu yerləşən istifadə olan 0,12 ha torpaq sahəsindən 0,02 ha torpaq sahəsini müvafiq qanunvericiliyə uyğun olaraq təyinatı üzrə istifadə edilməsi ilə Cavabdeh istifadəsinə verdiyi, həmin torpaq sahəsinə və gələcəkdə tikiləcək tikiliyə dair heç bir iddiası və tələbi olmayacaq. Adından müxtəlif orqanlarda onu təmsil etmək məqsədi ilə verdiyi baş etibarnaməni onu xəbərdar etmədən ləğv etməyəcəyini öhdəsinə götürüb. Eyni zamanda da o, həmin etibarnamə ilə yalnız ona verdiyi bu torpaq sahəsini özəlləşdirib, öz adına keçirə bilər, başqa bir əmlaka iddia və tələbi olmayacaqdır. Hər-hansı bir mübahisə yaranarsa şəxsən özü cavabdehlik daşıyacaq. Ərizə onun sözləri ilə yazılıb, ona ucadan oxundu, düzdür, ona görə də imzası ilə təsdiq edir. 8-İ-1857 reyestr nömrəli, xx.xx.2022-ci il tarixində Bakı şəhəri 31 saylı notariat ofisində X17 tərəfindən verilən ərizə və etibarnamədən görünür ki, Abşeron rayon Hövsan südçülük Sovxozu yerləşən ona etibar edilmiş 0,04 ha torpaq sahəsini müvafiq qanunvericiliyə uyğun olaraq təyinatı üzrə istifadə edilməsi ilə Cavabdeh istifdəsinə verdiyi, həmin torpaq sahəsinə və gələcəkdə tikiləcək tikiliyə dair heç bir iddiası və tələbi olmayacaq. Adından müxtəlif orqanlarda onu təmsil etmək məqsədi ilə verdiyi baş etibarnaməni onu xəbərdar etmədən ləğv etməyəcəyini öhdəsinə götürür. Eyni zamanda da o, həmin etibarnamə ilə yalnız ona verdiyi bu torpaq sahəsini özəlləşdirib öz adına keçirə bilər, başqa bir əmlaka iddia və tələbi olmayacaqdır. Hər-hansı bir mübahisə yaranarsa şəxsən özü cavabdehlik daşıyacağ. Ərizə onun sözlərilə yazılıb, ona ucadan oxundu, düzdür, ona görə də imzası ilə təsdiq edir. xx.xx.2022-xx.xx.2022 "xxxx" ASC tərəfindən verilmiş xəbərdarlıq bildirişlərindən görünür ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh elektrikdən istifadə üçün 21.28 və 8.40 manat borcu vardır. Binə bələdiyyəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tədiyə bildirişindən görünür ki, vergi ödəyicisi Cavabdeh (X11 etibarnamə əsasən) 52.34 əmlak və torpaq vergisi ödəməlidir. Binə bələdiyyəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tədiyə bildirişindən görünür ki, vergi Cavabdeh (X11 etibarnamə əsasən) 2,40 manat vergi ödəməlidir. Binə bələdiyyəsinə xx.xx.2022-ci il ödəniş qəbzindən görünür ki, Cavabdeh (X11 etibarnamə əsasən) 2,40 manat vergi ödəmişdir. Binə bələdiyyəsinə xx.xx.2022-ci il ödəniş qəbzindən görünür ki, Cavabdeh( X11 etibarnamə əsas) 49,94 manat vergi ödəmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndiliyindın verilən arayışda Hövsan qəsəbəsi Südçülük sovxozu adlandırılan yaşayış sahəsi Suraxanı rayonu Hövsan qəsəbəsinin inzibati ərazisinə aid olduğu bildirilir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Maraqlı şəxs Abşeron Rayon Dövlət Arxivindən sorğuya cavabdan görünür ki, X16 28 saylı xx.xx.1998-cı il tarixli əmrindən görünür ki, vətəndaşlar X15 və X2 adları aşkar edilməmişdir. X16 2000-ci ilə dair sənədləri saxlanması və mühafizə edilməsi üçün Abşeron Rayon Dövlət Arxivinə təhfil verilmədiyindən İddiaçı adının araşdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron Rayon Dövlət Arxivi xx.xx.2023cü il tarixli, T/475 nömrəli sorğuya cavabından görünür ki, X16 28 saylı xx.xx.1998-ci il tarixli əmrindən vətəndaşlar X15 və X2 adları aşkar edilməmişdir. Hövsan südçülük savxozunun 2000-ci ilə dair sənədləri saxlanması və mühafizə edilməsi üçün Abşeron Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı adının araşdırılması mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikaı İdtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ********** nömrəli Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində ayrılmış torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınması dair İddiaçı müraciətə baxılaraq bildirilmişdir ki, torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi təqdim edilmədiyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmənin təsəbüsü ilə yerli müayinə təyin edilərək, sözügedən evə baxış zamanı cavabdehin hazırda mübahisəli evdə ailəsi ilə birgə yaşadığı, həmin ev təmirli olduğu, evə bitişik torpaq sahəsi olduğu, həmin torpaq sahəsində tikinti işləri aparıldığı və sonradan dayandırıldığı müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 120 saylı Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsinin sorğuya cavabdan görünür ki, Binə qəsəbəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı istifadəsində olan 0, 04 ha torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə və ünvanını təsdiq edən sənədin olmadığına görə həmin ərazi şərti olaraq Hövsan südçülük sovxozu “sahə-2” ünvanı kimi qeyd olunmuşdur. Eyni zamanda bildirilir ki, X1 rayon X16 xx.xx.1998-ci il tarixli 28 nömrəli əmri ilə fərdi ev tikmək üçün Hövsan südcülük sovxozu “sahə -2” ünvanında ayrılmış 0,04 ha torpaq sahəsi etibarnaməyə əsasən nümayənsədi Cavabdeh xx.xx.2022-ci il tarixdə müraciətinə əsasən bələdiyyədə yerli vergi ödəyicisi kimi qeydə alınmış, X5 isə Binə qəsəbəsinin inzibati ərazisində istifadəsindəvə ya mülkiyyərində torpaq sahəsinin olub-olmamsı barədə Binə bələdiyyəsində heç bir məlumat olmadığı bildirilmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 5-29/1-2518/2023-cü il tarixli sorğuya cavabdan görünür ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu üzrə xx.xx.1998-ci il tarixli, 28 nömrəli Əmrdən çıxarış üzrə Maraqlı şəxs 28 yanvar 1998-ci il tarixli 40 nömrəli məktub və onların təsdiq olunmuş surətlərinin təqdim edilməsi xahiş olunur. Bildirirlər ki, qeyd etdiyiniz o dövrə aid ənədlər Rayon Dövlət rxivinə verildiyindən aidiyyatı üzrə müraciət etmək tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.... Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.... 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Maddə 154. Fiziki və hüquqi şəxslərin mülkiyyət hüququ 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqe. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasındakı əsas mübahisə hazırda cavabdehin sahibliyində olan Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, sahə 2-də yerləşən və özbaşına tikili olan fərdi yaşayış evidir. Hər iki tərəfin Binə qəsəbəsi, Südçülülük sovxozunda torpaq sahəsi ayrılması barədə sənəd var: iddiaçının adına – Abşeron Rayon Hövsan Südçülük Sovxozu üzrə 09 dekabr 2000-ci il tarixli 16 saylı əmrin çıxarışı, cavabdehin adına – sonradan notariat ərizələri verməklə cavabdehə verilmiş Abşeron rayon Hövsan Südçülük sovxozu üzrə 25 dekabr 1998-ci il tarixli 28 nömrəli əmrin çıxarışına əsasən, X13 və X6 adına. Hər iki tərəf məhkəməyə öz mövqelərini dəstəkləmək üçün müxtəlif sübutlar təqdim etsə də, nəzərə alınmalıdır ki, cavabdehi həmin torpaq sahəsindən çıxarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı olduğundan ilk növbədə o sübut etməlidir ki, həmin torpaq sahəsində tikilən ev onun mülkiyyətindədir. İddiaçının bunu sübut etməsi ən əsası ona görə vacibdir ki, ev özbaşına tikili olduğundan iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması, evin kimin vəsaiti hesabına tikilməsinin müəyyən edilməsindən birbaşa asılıdır. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Odur ki, iddiaçının subyektiv hüququnun olması müəyyən edilmədən (iddiaçı bunu sübut etmədən) cavabdehdən həmin torpaq sahəsindən çıxarılmasını tələb etmə hüququ yoxdur. Hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarda torpaq sahəsinin dəqiq ünvanı yoxdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər sübutlar evə kommunal xidmətlərin göstərilməsinə dair sənədlərdə istehlakçı kimi iddiaçının adının qeyd edilməsi ilə bağlıdır. Lakin, yalnız bu sənədlər əsasında məhkəmə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olduğu nəticəsinə gələ bilməz. İlk növbədə ona görə ki, başqa mötəbər sübutların yoxluğunda bu sənədlərin heç biri evin məhz iddiaçı tərəfindən tikildiyini təsdiq etmək üçün kifayət deyil. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “evin boşaldılmasına” dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Evi və həyatyanı torpağı zəbt etmiş Cavabdeh Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, sahə 2, 1929 B-də yerləşən İddiaçı məxsus ev və torpaqdan çıxarılmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar