Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2507/2020 19.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxsi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Suriyada doğulmuş 20.08.2010-cu il təvəllüdlü Quliyeva x7, Suriyada doğulmuş 07.12.2014-cü il təvəllüdlü x2 və İraqda doğulmuş 06.01.2018-ci il təvəllüdlü Sara Əmirağa qızının doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onun oğlu x13 ilə x10 rəsmi nikaha daxil olaraq ailə qurublar. Sonradan oğlu Suriyaya təhsil almağa getdiyindən həyat yoldaşını da özü ilə aparmışdır. Onların birgə nikahından Quliyeva x14 və x8 adlı övladları dünyaya gəlmişdir. Sonradan gəlini x10 ikinci dəfə ailə qurmuş bu nikahdan onun daha iki övladı 07.12.2014-cü il təvəllüdlü x2 və doğulmuş 06.01.2018-ci il təvəllüdlü Sara Əmirağa qızı dünyaya gəmişdir. Onun oğlu və gəlini ilə əlaqəsi kəsilmişdir. Hal-hazırda onun oğlunun və gəlininin harda olduğundan, onların sağ olması və ya ölməsindən məlumatı yoxdur. O, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 02.03.2020-ci il tarixli 29 saylı Sərəncamı ilə Suriyada doğulmuş 20.08.2010-cu il təvəllüdlü Quliyeva x7, Suriyada doğulmuş 07.12.2014-cü il təvəllüdlü x2 və İraqda doğulmuş 06.01.2018-ci il təvəllüdlü Sara Əmirağa qızının üzərində qəyyum təyin edilmişdir. Uşaqlar Azərbaycan Respublikasına qayıdış Şəhadətnaməsi əsasında gətiriliblər. Lakin uşaqlar ev şəraitində doğulduğundan uşaqlara bu günə qədər doğum haqqında şəhadətnamə alınmamışdır. O, Maraqlı şəxsnə uşaqlar üçün doğum haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir. Lakin o, uşaqların doğum faktını təsdiq edən tibbi sənədi təqdim edə bilmədiyindən Maraqlı şəxs tərəfindən onun müraciətindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Cəbrayıl rayon VVADQ şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, x21 oğlu ilə x3 10.05.2008-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Quliyev”, arvada “Quliyeva” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZE 09964383 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, x10 27.01.1986-cı ildə doğulmuşdur və Cəbrayıl rayonu Mahmudlu kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZE 09247829 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, x13 04.12.1984-cü ildə doğulmuşdur və Cəbrayıl rayonu Mahmudlu kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İraqdakı Səfirliyi tərəfindən verilmiş şəhadətnamənin kserosurətindən görünür ki, x5 07.12.2014-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İraqdakı Səfirliyi tərəfindən verilmiş şəhadətnamənin kserosurətindən görünür ki, Sara Əmirağa qızı 06.01.2018-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İraqdakı Səfirliyi tərəfindən verilmiş şəhadətnamənin kserosurətindən görünür ki, x9 20.08.2010-cu ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 04.05.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; valideynlərin nikah haqqında şəhadətnaməsi;doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd: uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; Həmçinin həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 29 nömrəli 02.03.2020-ci il tarixli Sərəncamının kserosurətindən görünür ki, Ərizəçi x8, Quliyeva x14, x5 və x6 üzərində qəyyum təyin edilmişdir. (azyaşlıların mülkiyyət hüququ saxlanılmaq şərti ilə) Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.1.1-ci maddəsinəəsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin oğlu x13 ilə x10 arasında 10.05.2008-ci il tarixdə nikah bağlanmış və birgə nikahdan iki uşaqları doğulmuşdur. Sonradan x10 başqa şəxslə qeyri-rəsmi nikaha daxil olmuş və faktiki nikahından daha iki övladı doğulmuşdur. Hazırda uşaqlar Azərbaycan Respublikasının İraqdakı səfirliyi tərəfindən Azərbaycan Respublikasına gətirilmişdir. Hal-hazırda uşaqların valideynlərinin harada olması barədə məlumat olmadığından Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 29 nömrəli 02.03.2020-ci il tarixli Sərəncamı ilə Ərizəçi x8, Quliyeva x14, x5 və x6 üzərində azyaşlıların mülkiyyət hüququ saxlanılmaq şərti ilə qəyyum təyin edilmişdir. Azyaşlı uşaqlar Suriya və İraq ərazisində ev şəraitində dünyaya gəldikləri üçün onların doğulması faktını təsdiq edən tibbi sənəd mövcud deyildir. Bu səbəbdən də uşaqlara doğum haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Hazırda ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Suriyada doğulmuş 20.08.2010-cu il təvəllüdlü Quliyeva x7, Suriyada doğulmuş 07.12.2014-cü il təvəllüdlü x2 və İraqda doğulmuş 06.01.2018-ci il təvəllüdlü Sara Əmirağa qızının doğumunun qeyd edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, x4 20.08.2010-cu il tarixdə Suriya Ərəb Respublikasında bir qız uşağı, 07.12.2014-cü il tarixdə Suriya Ərəb Respublikasında bir oğlan uşağı və 06.01.2018-ci il tarixdə İraq Respublikasında bir qız uşağı doğması faktı təqdim olunmuş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. x4 20.08.2010-cu il tarixdə Suriya Ərəb Respublikasında bir qız uşağı, 07.12.2014cü il tarixdə Suriya Ərəb Respublikasında bir oğlan uşağı və 06.01.2018-ci il tarixdə İraq Respublikasında bir qız uşağı doğması faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin uşaqların doğumunun qeydə alınması və müvafiq şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-2507/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2507/2020
19.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver