Məhkəmə qərarları › İş №2(010)-2510/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2510/2021

03.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2510/2021 03.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı Adı̇ l qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Adı̇ l qızının Cavabdeh qarşı uşaqla birlikdə mənzilə köçürmə tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu yetkinlik yaşına çatmamış övladları - 07.11 2007-ci il təvəllüdlü X1 və 28.04.2009-cu il təvəlüdlü X2 ilə birlikdə - ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o Cavabdeh ilə ailə həyatı quraraq evlənmiş, nikahlarını 2007-ci ildə Füzuli rayon qeydiyyat şöbəsində 266 saylı akt qeydi ilə rəsmiləşdirilmişlər. Birgə nikahlarından 07.11.2007-ci il təvəllüdlü X1 və 28.04.2009-cu il təvəlüdlü X2 dünyaya gəlmişdir. Sonradan ailə münasibətləri pisləşmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5556/2020 saylı, 14.10.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, 07.11.2007-ci il təvəllüdlü X1 və 28.04.2009-cu il təvəlüdlü X2 onun yanında saxlanılmışlar. O, yetkinlik yaşına çatamamış övladları ilə birlikdə 2020-ci ilin sentyabr ayında tarixində məcburi şəkildə özbaşına tikili olan evdən çıxarılmış və bu günədək cavabdeh onu evə buraxmır. ünvan 1 ünvanında yerləşən evdə uşaqları və cavabdelərlə birlikdə yaşamış və birgə təsərrüfat aparmışlar. Lakin cavabdeh onu və yetkinlik yaşına çatmamış övladlarını yaşadıqları evə buraxmır. Halbuki, o həmin evdə birgə təsərrüfat aparmaqla etibarlı ailə münasibətlərində olmuşdur. İndi isə, getməyə başqa yeri yoxdur. Buna görə də, müvəqqəti olaraq başqa evə məskunlaşmağa məcbur olmuşdur. Bu səbəbdən də, cavabdehin bu cür qanunsuz hərəkətlərə son qoymalı olduğunu bildirmiş. Odur ki, o yetkinlik yaşına çatmamış övladları —07.11 2007-ci il təvəllüdlü X1 və 28.04.2009-cu il təvəlüdlü X2 ilə birlikdə - ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı evdə yaşadığı zaman daimi onunla mübahisə edir, qeyr-etik ifadələr işlədir. Beləliklə də, onların bir evdə yaşamaları qeyri-mümkündür. Belə olan halda o, cavabdehin mübahisəli mənzilə köçürülməsinə etiraz edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah pozulmuşdur. İşin materialları ilə müəyyən olunur ki, tərəflərin birgə nikahdan 28 aprel 2009-cu il təvəllüdlü X3 və 07 noyabr 2007-ci il təvəllüdlü X1 adında övladları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer - onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və tərəflərin birgə nikah dövründə tikilərək yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının cavabdehlə arasında olan nikahın pozulmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Odur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmamış övladları- 07.11.2007-ci il təvəllüdlü X1 və 28.04.2009-cu təvəlüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar