Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2520/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnür Firdovsi qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “Azərbaycan Respublikası ərazisində fasiləsiz olaraq daimi yaşama faktının təsdiq edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi "Azərbaycan Respublikası ərazisində fasiləsiz olaraq daimi yaşama faktının təsdiq edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1995-ci il tarixdən hal-hazırki tarixədək Azərbaycan Respublikası ərazisində daimi yaşama faktı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, o, xx xxxx 1969-cu ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuşdur. O, ailə qurduqdan sonra 1995-ci ildən Azərbaycan Respublikasına köçmüş və həmin vaxtdan burada yaşayır. Bakı şəhəri, Suraxanı rayonu Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən 12 saylı evin 137 saylı mənzili mülkiyyət hüququ ilə ona məxsus, lakin adına şəxsiyyət vəsiqəsi ala bilmədiyinə görə əmlakı barədə sərəncam verə bilmir. Göründüyü kimi o nə Azərbaycan Respublikasının nə də Gürcüstan dövlətinin vətəndaşı deyil. O, Azərbaycan Respublikasının vətəndaşı olmadığı üçün ümumvətəndaş paportu da yoxdur. Belə ki, o, həmin dövrdə SSSR pasportu ilə Azərbaycana gəlmiş və həmin vaxtdan ölkə ərazisini tərk etməmişdir. Ona görə də vətəndaşlıqla bağlı müraciət etməyi üçün Azərbaycan Respublikası ərazisində 1995-ci ildən bu günədək daimi yaşama faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Onun yeganə məqsədi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməkdir. Buna görə də, onun 1995-ci il tarixdən hal-hazırki tarixədək Azərbaycan Respublikası ərazisində daimi yaşama və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 bildirdi ki, o, Ərizəçi 1995-ci il tarixdən hal-hazırki tarixədək Azərbaycan Respublikası ərazisində daimi yaşama faktının təsdiq edilməsi barədə ərizəsinin təmin edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İ-QT seriyalı 216102 №-li doğum haqqında şəhadətnamənin tərcümə olunaraq təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 1969-cu il təvəllüdlü Ərizəçi xx xxxx 1969-cu il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində doğulmuşdur. X2 Şaxsoyunoviç- azərbaycanlı, anası X3 – azərbaycanlı. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 25 sentyabr 2020-ci il tarixli ******* saylı arayışından görünür ki, xx xxxx 1969-cu il təvəllüdlü Ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” 30 sentyabr 1998ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasında Gürcüstan Respublikasının Səfirliyi tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli 05/00003668/2021/02 saylı Arayışla müəyyən edilir ki, xx xxxx 1969-cu il təvəllüdlü Ərizəçi Gürcüstan Respublikasının vətəndaşı deyildir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Suraxanı rayonu Mənzil-Kommunal Təsərrüfatə Birliyinin 62 saylı Mənzil Kommunal İstismar Sahəsinin 17 mart 2021-ci il tarixli 270 saylı arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən 12 saylı evin 137 saylı mənzildə 1995-ci ildən yaşayır. İş materiallarında olan və notarial qaydada təsdiq edilmiş Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 031342 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən 12 saylı evin 137 saylı mənzil Ərizəçi adına xüsusi mülkiyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 106 saylı reyestr kitabının 16007-ci səhifəsində 30/1925 qeydə alma nömrəsi ilə 28 yanvar 2000-ci il tarixdə qeydiyyat aparlımşdır Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.10-1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə əsasən, tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, xx xxxx 1969-cu ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində doğulmuş Ərizəçi 1995ci ildən Azərbaycan Respublikası ərazisində daimi yaşama faktı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx xxxx 1969-cu ildə Gürcüstan Respublikası, Orconikidze rayonu, Tbilisi şəhərində doğulmuş Ərizəçi 1995-ci ildən Azərbaycan Respublikası ərazisində daimi yaşama faktı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2520/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2520/2021
21.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver