Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2529/2021 25.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, Ərizəçi vəkili X5 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı Əliəkbər Ağaəliəsgər oğlunun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinin miras qismində onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Əliəkbər Ağaəliəsgər oğlu onun qardaşı olmuş və sonuncu mülkiyyətində olmuş və onun hal-hazırda yaşadığı ünvan 1 ünvanda yaşamışdır. Əliəkbər Ağaəliəsgər oğlunun ailəsi və övladı olmamış və o, 02 avqust 2004-cü ildə ölmüşdür. Həmin dövrdən ərizəçi həmin evdə yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Qardaşını da özü dəfn etmiş, onun bütün dəfn xərclərini də özü çəkmişdir. O, həmin miras əmlakı faktiki qəbul edib yaşamağına baxmayaraq, mirasın onun adına keçməsi üçün notariusa müraciət etdiyi zaman, Bakı şəhəri 10 saylı Dövlət Notariat Kontoru mənim müraciətindən imtina edərək, əsas kimi miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. O, mərhum qardaşı Əliəkbər Ağaəliəsgər oğlunun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinin miras qismində onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin vəkili X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Bakı şəhəri 10 saylı Dövlət Notariat Kontoruna məlumat verilməsinə baxmayaraq sonuncunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 maddəsinə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Suraxanı rayonu, İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 886 №li, 16.05.2021-ci il tarixli arayşından və ona əlavə olunmuş 15.05.2021-ci il tarixli AKTdan görünür ki, Ərizəçi qonşularının şahidlik aktina əsasən ünvan 1 ünvanında qardaşı qardaş Əliəkbər Ağaəliəsgər oğlu ilə birlikdə yaşamış və qardaşının məclis xərclərini çəkmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 106665 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin qardaş Əliəkbər Ağaəliəsgər oğlu 02 avqust 2004-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 784 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş RX seriyalı ******* №-li Çıxarışın sürətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi Əliəkbər Ağaəliəsgər oğlunun xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 10 saylı Dövlət Notariat Kontorunun 30 sentyabr 2017-ci il tarixli 561№-li Qərarından görünür ki, qanunla müəyyən edilmiş müddət buraxıldığına görə notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qardaşı qardaş Əliəkbər Ağaəliəsgər oğlu ilə birlikdə yaşamış, sonuncunun ölümündən sonar özü dəfn və yas xərclərini çəkmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 eyni məzmunlu ifadəsində ərizəçinin hazıra kimi mərhum qardaşına məxsus olan ünvan 1 ünvanında yerləşən evdə yaşadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci bəndinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək belə, nəticəyə gəlir ki, Ərizəçi qardaşı Əliəkbər Ağaəliəsgər oğlu ikinci növbəli vərəsəsidir. Əliəkbər Ağaəliəsgər oğlu 02 avqust 2004-cü il tarixdə vəfat etmişdir. Ərizəçi miras əmlakı faktiki qəbul edib istifadə etdiyinə görə məhkəmə hesab edir ki, Ərizəçi X1 mirasın qəbul etməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Əliəkbər Ağaəliəsgər oğlunun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinin miras qismində Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Müəyyən edilmiş müddətin başlanması qətnamə qanuni qüvvəyə mindikdən sonra hesablansın. Qətnamədən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2529/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2529/2021
25.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver