Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2539/2023 04.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin borclu olduğu 11.000 (on bir min) manat pulun, məhkəmə xərclərinə aid iddiaçı tərəfindən vəkilin iştirakı üçün öddənilən 200 manat və dövlət rüsumu üçün 130 manat olmaqla cəmi 11330 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Qeyd edir ki, Abşeron rayonun Quşçuluq sovxozu ərazisində yerləşən 00,02 ha (2 sot) torpaq sahəsində, ümumi yaşayış sahəsi 67 kv.m fərdi evin tam təmirli tikintisi sifarişi ilə, xx.xx.2020-ci ildə cavabdehlə “Günəşli İnşaat” adı ilə möhürlənən Podrat müqaviləsini bağlamış və sifariş olaraq cavabdehə 13.600 manat ödəmişdir. Lakin sonra həmin müqavilənin şərtlərinə (5.3-cü bəndinə) uyğun həmin sifarişdən imtina edərək ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmişdir. Buna cavab olaraq aralarında bağlanan razılaşmaya əsasən evin satışından sonra 12.000 manatın hər ay 1000 manat verilməklə pulun qaytarılması cavabdeh tərəfindən vəd edilmişdir. Lakin həmin natamam tikilmiş ev demək olar dərhal digər müştəriyə (“Nigar” adlı qadına) satılmasına baxmayaraq, cavabdeh pulu qaytarmaqdan əsassız imtina etmişdir. Mübahisənin məhkəməyədək həll edilməsi məqsədilə cavabdehə təklif edilmişdir ki, 12.000 manatı hər ay 500 manat hissəhissə ödəsin və sonuncu həmin təkliflə razılaşaraq bu barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli Razılaşma Sazişini imzalayıb möhürü ilə təsdiqləmişdir. Lakin, cavabdeh iki ay (2023-cü ilin yanvar və fevral) ödəməsini yerinə yetirdikdən sonra Razılaşma Sazişin şərtlərini birtərəfli pozaraq, öhdəsinə götürdüyü və faktiki borcundan qalan 11.000 (on bir min) manat məbləği ödəməkdən növbəti dəfə əsassız imtina etmişdir.
Tərəflərin izahatları.
3. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər arasında həmin pul vəsaitinin qaytarılması barədə razılaşma imzalansa da, lakin cavabdeh həmin razılaşma şərtlərinə əməl etməmişdir. Həmin razılaşma üzrə cavabdeh tərəfindən yalnız 1400 manat məbləğində ödəniş edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən iclasında İddiaçı izahatında bildirmişdir ki, cavabdeh Firutan Məmmədov aralarında bağlanmış razılaşma əsasında borc üzrə ona, bir dəfə 400 manat, iki dəfə isə hər birində 500 manat olmaqla, cəmi 3 dəfə ödəniş etmişdir.
İş materialları.
5. xx.xx.2020-ci il tarixli “Podrat Müqaviləsi”ndən görünür ki, X1 ilə Sifarişçi İddiaçı qeyd olunan şərtlərlə müqavilə bağlamışdırlar: 1.2 Sifarişçi Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində 00.02 ha torpaq sahəsində ümumi sahəsi 67 kv.m müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin tam təmirli tikintisini sifariş edir. 1.3 Sifarişçi İddiaçı Abşeron rayonu Quşçuluq sovxozu ərazisində aldığı 2 sot torpağın 1 sotu 2700 AZN məbləğində dəyərləndirilir və ödədiyi ilkin ödənişdən 5400 AZN torpağ hesabına köçürülür. 1.4 Üzərində tikinti aparılan torpaq sahəsi etibarnamə üzrə X3 təşkilindədir. Sifarişçi ödəniş cədvəlində göstərilən məbləği tam ödəyəndən sonra 2 sot torpaq sahəsi sifarişçinin adına keçiriləcək. Podratçı Sifarişçinin sifariş etdiyi layihəyə uyğun evin tikintisini öz üzərinə götürür.
6. xx.xx.2020-ci il tarixli Ödəniş Cədvəlindən görünür ki, müqavilə üzrə Sifarişçi İddiaçı ilkin ödəniş olaraq 10.000 manat, daha sonra isə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində 3600 manat X1na ödəniş etmişdir.
7. X1 tərəfindən Sifarişçi İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, "Podratçı" X5 və "Sifarişçi" İddiaçı arasında xx.xx.2020-ci ildə "Podrat müqaviləsi" bağlanmışdır. Bağlanmış podrat müqaviləsinə əlavə olunan ödəniş cədvəlində Sifarişçi 13.600 ( on üç min altı yüz) AZN ödəniş etmişdir. Ödənişin ona podrat müqaviləsində əks olunan 7.3 bəndinə əsasən ev satıldıqdan sonra 10 ay müdətinə Podratçı tərəfindən geri qaytarılacağı bildirilmişdir (Podratçının büdcəsində hazırda həmin məbləğ yoxdur). Sifarişçi yazılı şəkildə qeyd olunan təklifə öz razılığını ifadə etmişdir. 8.xx.xx.2023-cü il tarixli Razılaşma Sazişindən görünür ki, X5 birinci tərəf olaraq və İddiaçı ikinci tərəf olaraq, hazırki sazişlə razılaşmışlar ki, Abşeron rayonun Quşçuluq sovxozu ərazisində yerləşən 00,02 ha (2 sot) torpaq sahəsində, ümumi yaşayış sahəsi 67 kv.m fərdi evin tam təmirli tikintisi sifarişi ilə, tərəflər arası bağlanmış xx.xx.2020-ci il tarixli Podrat müqaviləsinə (5.3-cü bəndinə) əsasən, həmin sifarişdən imtina edildiyinə görə, ikinci tərəfin ödədiyi 13.600 manat məbləğindən birinci tərəf 12.000 manat pulunu, hazırki gündən başlayaraq, hər ay 500 manat hissə-hissə ödəməklə ikinci tərəfə qaytarmalıdır. Sazişin şərtlərinin dəyişdirilməsinə, üzürsüz səbəbdən birtərəfli pozulmasına və sairə qanunsuz hallara yol verilmir. Belə ki, bütün mübahisələr və təkliflər qarşılıqlı və könüllü razılaşma yolu ilə həll edilməlidir. Bu Sazişin şərtlərinin üzürsüz səbəblərlə pozulmasına görə tərəflər biri digərinin qarşısında məsuliyyət daşıyaraq razılaşırlar ki, bu kimi hallarda ödənilən məbləğ artırıla bilər.
9. Təqdim edilmiş ödəniş cədvəlindən görünür ki, Məmmədov Firutan borclu olduğu 12.000 manat borc məbləği üzrə xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 500 manat və xx.xx.2023-cü il tarixdə 500 manat olmaqla cəmi 1400 manat ödəniş etmişdir.
İşin faktiki halları.
10. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında qeyd olunan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə bağlı podrat müqaviləsi imzalanmış, lakin daha sonra həmin müqavilə icra edilmədiyindən ödənilmiş pul vəsaitindən 12.000 (on iki min) manat hissənin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması barədə razılaşma sazişi bağlamışdır. Hazırda iddiaçı cavabdehin aralarında bağlanmış sazişə əməl etmədiyini bildirərək qalıq qalmış pul vəsaitinin ona geri qaytarılmasını tələb edir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi
13. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.
14. Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından aydın olur ki, tərəflər arasında qeyd olunan torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisi barədə podrat müqaviləsi imzalanmışdır. Lakin daha sonra aralarında həmin müqavilə münasibəti baş tutmamış və iddiaçı tərəfindən ödənilən 13.600 manat pul vəsaitindən 12.000 manat hissəsinin cavabdeh tərəfindən hissəvi şəkildə iddiaçıya qaytarılması barədə saziş bağlanmışdır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh öz üzərinə düşən öhdəliyi qismən icra edərək 1400 manat məbləğində ödəniş etsə də, lakin daha sonra ödənişləri dayandırmışdır. Bunun əksini göstərəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə iddaçıya məxsus 10.600 manat (cavabdeh tərəfindən edilmiş 1400 manat ödəniş çıxılmaqla) pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin vəkilin iştirakı üçün ödənilmiş 200 manat pulun cavabdehdən tutulması hissəsini məhkəmə qismən əsaslı sayır. Belə ki, işə əlavə edilmiş sənəddən görünür ki, iddiaçı tərəfindən hazırkı məhkəmə mübahisəsində iştirak üçün vəkilə 110 manat pul ödənilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, tələbin bu hissəsi 110 manat həddində əsaslıdır.
Məhkəmə xərcləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iş üzrə ödənilmiş 130 manat dövlət rüsumunun 122.13 manat hissəsi cavabdeh X2 tutularaq iddiaçı İbrahı̇ mov Elşən Elxan oğluna ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
17. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 10.600 (on min altı yüz) manat pul vəsaiti alınaraq iddiaçı İbrahı̇ mov Elşən Elxan oğluna ödənilməli və iddiaçı İbrahı̇ mov Elşən Elxan oğlu tərəfindən göstərilən hüquqi yardıma görə ödənilən 110 manat və iş üzrə ödənilmiş 130 manat dövlət rüsumunun 122.13 manat hissəsi cavabdeh X2 tutularaq iddiaçı İbrahı̇ mov Elşən Elxan oğluna ödənilməlidir.
18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh X2 10.600 (on min altı yüz) manat pul vəsaiti alınaraq iddiaçı İbrahı̇ mov Elşən Elxan oğluna ödənilsin. İddiaçı İbrahı̇ mov Elşən Elxan oğlu tərəfindən göstərilən hüquqi yardıma görə ödənilən 110 manat və iş üzrə ödənilmiş 130 manat dövlət rüsumunun 122.13 manat hissəsi cavabdeh X2 tutularaq iddiaçı İbrahı̇ mov Elşən Elxan oğluna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.