Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2570/2021 03.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2 Əziz qızının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və Əkpərova X17 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzilə istifadə hüququnun tanınması, həmin mənzilə köçürülmə və həmin evdən istifadə edilməsinə cavabdehlər və digər şəxslər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi ünvan 1 ünvanında yerləşən mənzilə iddiaçının istifadə hüququnun tanınması, həmin mənzilə köçürülmə və həmin evdən istifadə edilməsinə cavabdehlər və digər şəxslər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması. İddia tələbinin dəlliləri Cavabdeh1 ilə Müzəffərova (Əkpərova) Zəminə Hüseyn qızının birgə nikahından İddiaçı1 və İddiaçı2 anadan olmuşdur. Valideynləri arasında nikah pozulmuş və iddiaçı Cavabdeh2 və qardaşı F.Əkbərov yetkinlik yaşına çatanadək anası Müzəffərova (Əkpərova) Zəminə Hüseyn qızının yanında saxlanmaları müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətində olmuş və həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da mövcuddur. Lakin valideynlər arasında nikah pozulduqdan sonra, Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası Müzəffərova (Əkpərova) Zəminə Hüseyn qızını ünvan 3 ünvanında yerləşən evdən çıxarmış və daha sonra 2 saylı Bakı inzibati iqtisad Məhkəməsinin 21.11.2014-cü il tarixli qərarı ilə Müzəffərova (Əkpərova) Zəminə Hüseyn qızının ünvan 3 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Lakin 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 21.11.2014-cü il tarixli qərarı qəbul edilərkən iddiaçı və qardaşı yetkinlik yaşına çatmadığından, yalnız anasının qeydiyyatdan çıxarılması öhdəliyi Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Hal-hazırkı vaxtadək, ünvan 3 ünvanında yerləşən evdə qeydiyyatdadır. Lakin valideynləri arasında nikah pozulduqdan sonra, anası ilə birgə həmin evdən çıxarıldığından, hal-hazırkı vaxtadək kirayə tutduğu evlərdə yaşamaq məcburiyyətindədir. Onun və qardaşının qeydiyyata düşməyə və yaşamağa hər hansı bir yaşayış sahəsi yoxdur. Cavabdeh iddiaçının atası olsa da, uşaqlarının yaşayış sahəsinin olmaması ilə maraqlanmır və iddiaçının və qardaşının qeydiyyatda olduğu evə köçüb orada yaşamasına imkan yaratmır. Tərəflərin izahatları İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı1 və qardaşı İddiaçı2 Cavabdeh1 uşaqlarıdır. Ə.X2 arasında nikah Suraxanı rayon məhkəməsinin 22.08.2013-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Nikah pozularkən birgə nikahdan doğulmuş uşaqların anaları Z.Əkpərovanın yanında qalmaları müəyyən olunmuşdur. Həmin vaxtdan İddiaçı1 və qardaşı İddiaçı2 anaları Z.Əkpərova ilə birlikdə ana nənələrinin mənzilinə köçmüş və orada yaşamışlar. İddiaçı və qardaşı İddiaçı2 həmin vaxtdan sonra bir gün də olsun mübahisəli mənzildə yaşamamış və onlarla hər hansı bir münasibətləri olmamışdır. İddiaçı1 və onun qardaşı İddiaçı2 mübahisəli mənzilin mülkiyyətçisi X5 nəvələridir. İddiaçı1 mülkiyyətçinin ailə üzvü sayılmır, Cavabdeh1 ailə üzvləridir. Cavabdeh1 İddiaçı1 mənzilə köçürülməsini tələb edə bilər, lakin cavabdeh belə bir tələblə məhkəməyə müraciət etməmişdir. İddiaçı ilə mübahisəli mənzilin mülkiyyətçisi arasında həmin mənzildən istifadə hüquqlarının yaranması barədə notarial qaydada təsdiqlənmiş müqavilə bağlanmamışdır. Mənzilin mülkiyyətçisi İddiaçı1 həmin mənzilə köçürülməsinə və onun istifadə hüququnun tanınmasına razı deyil. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon VVADQ şöbəsi tərəfindən 09.02.1999-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı1 xx.xx.1999-cu ildə doğulmuş, valideynləri Cavabdeh1 və X4r. Suraxanı rayon məhkəməsinin 19.08.2013-cü il tarixli 2(010)-2283/2013 saylı qətnaməsindən müəyyən olunur ki, X6 Cavabdeh2, Cavabdeh1, X9 və X7rşı “mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbinə” dair ilkin iddiası rədd edilmiş, Cavabdeh2 cavabdeh X10 qarşı “qeydiyyatdan və yaşayış sahəsindən çıxarılması və qanuni əsası olmayan istifadə hüququn xitam verilməsi tələbinə” dair qarşılıqlı iddiası qismən təmin edilmiş, X1 verilmədən Bakı şəhəri, Əmircan qəsəbəsi, A,Rzayev küçəsi 243 saylı evin 10 saylı mənzilindən çıxarılması, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. 102825 saylı 16 sentyabr 2000-ci il tarixli müqavilənin surətindən görünür ki, X11 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 4-cü Mədən küçəsi ev 243, 10 saylı 4 otaqlı mənzilin 2 otağını Əkbərova X3. RX seriyalı ******* saylı 30.11.2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 243 mənzil 10 paylı mülkiyyət huququ ilə Cavabdeh2 (2 otaq) və X8 (2 otaq) adına daşınmaz əmlakın dövlət reyestrində 1733 nömrəli reyestr kitabının 59264 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bölgü Sxemindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 243 mənzil 10-un bölgü sxemi (Cavabdeh2 – 2 otaq, ümumi sahə - 69.9 kvm, X14 2 otaq, ümumi sahə - 92.4 kvm) müəyyən olunmuşdur. 08.05.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 3041 nömrəli reyestr kitabının 283924 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmənin mövqeyi Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 243, 10B saylı mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehin mülkiyyətində olan mübahisəli mənzilə 2000-ci ilin oktyabr ayında köçmüş, iddiaçının anası 2013-cü ildə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə mülkiyyətçinin mənzilindən çıxarılmış, iddiaçı da anasının himayəsində olduğundan anası ilə birgə başqa yaşayış yerində yaşamışdır. Göründüyü kimi, tərəflərin arasında mübahisəli mənzillə bağlı münasibət 2000-ci il sentyabrın 1-dən sonra yarandığından Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına uyğun olaraq hazırki mübahisə üzrə iddiaçının istifadə hüququna malik olubolmaması məsələsi Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin Məcəllənin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qəbul edir ki, cavabdeh mübahisəli yaşayış sahəsinə istifadə hüququ əldə etmişdir. Lakin məhkəmə həmçinin hesab edir ki, 2013-cü ildən anasının himayəsində olması səbəbindən onunla birlikdə mübahisəli mənzili tərk etmiş iddiaçının mənzilə istifadə hüququnun saxlanılmış və ya itirilmiş olmasının araşdırılması zəruridir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyindən aydın olur ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə bir daha vurğulayır ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının anası cavabdeh Əkpərova X22 məxsus evdən 2013-cü ildə məhkəmə qərarı əsasında çıxarılmış, iddiaçı da həmin vaxt yetkinlik yaşına çatmadığından onun yaşayış yeri himayəsində saxlanıldığı anasının yaşadığı yer olmuşdur. Həmin tarixdən sonra iddiaçı cavabdehə məxsus evdə yaşamamış, həmin evdən istifadə etməmişdir. İddiaçı bu müddət ərzində başqa yaşayış evində yaşamaqla Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş mənzil hüququnu 2013-cü ildən yaşadığı digər yaşayış sahəsində gerçəkləşdirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, 1999-cu il təvəllüdlü iddiaçı məhkəməyə müraciət etmək hüququ yaranandan sonra evə köçürülmə tələbi barədə iddia qaldıraraq, məhkəmə müdafiəsindən istifadə edə bilərdi. Lakin o, bu hüququndan istifadə etməməklə əslində yaşayış sahəsinə ehtiyacının olmamasını və mövcud vəziyyətlə qane olduğunu nümayiş etdirmişdir. Məhkəmə vurğulayır ki, iddiaçı tərəf izahatında iddia tələbinin dəlili olaraq yaşamağa heç bir yerinin olmamasını göstərsə də, bu hal, iş materialları ilə öz təsdiqini tapmır. İddiaçının yaşayış sahəsinə ehtiyacının aradan qalxdığının əksini təsdiq edən hər hansı bir mötəbər sübut iş materillarında müəyyən edilməmişdir. Məhkəmə vurğulayır ki, məhkəmə formal mülahizələr əsasında deyil, yalnız tərəflərin istinad etmiş olduğu sübutların qarşılıqlı qiymətləndirilməsi yolu ilə müvafiq nəticəyə gələ bilər. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair istifadə hüququ itirilmiş olduğundan iddia tələbi “mübahisəli mənzilə istifadə hüququnun tanınması” hissəsində əsassızdır və təmin edilməməlidir. Göründüyü kimi, iddiaçının cavabdehin Əkpərova X17 mülkiyyətində olan mənzilə qanunla müəyyən edilmiş qaydada istifadə hüququ itirildiyindən mənzilə köçürülməsinin təmin edilməsi barədə tələbi də təmin edilə bilməz. İddiaçının mübahisəli mənzilə köçürülməsi cavabdehin öz əmlakından sərbəst surətdə istifadə etmək, əmlaka sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmış və bununla da onun mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli etmiş olardı. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı Protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı “iddiaçının mübahisəli mənzilə köçürülməsi və həmin evdən istifadə etməsinə cavabdehlər və digər şəxslər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” tələbini irəli sürməkdə də haqsızdır və iddiası həmin hissədə də rədd edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh1 qarşı hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə də iddia tələbi təmin edilə bilməz. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi mənzil cavabdeh Əkpərova X17 xüsusi mülkiyyətindədir və Cavabdeh1 həmin mənzillə bağlı mülkiyyət hüququ yoxdur. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, ailə üzvləri və digər qohumların mülkiyyətçiyə məxsus mənzildən istifadə etmək hüquqları yarana bilər. Lakin hazırda cavabdehin mübahisəli mənzilə dair mülkiyyət hüququ yoxdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə nəzərə alır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması, həmin mənzilə köçürülmə və həmin evdən istifadə edilməsinə cavabdehlər və digər şəxslər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması" tələbinə dair iddia əsassız olduğu üçün rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması, həmin mənzilə köçürülmə və həmin evdən istifadə edilməsinə cavabdehlər və digər şəxslər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması" tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2570/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2570/2021
03.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver