Məhkəmə qərarları › İş №2(010)-2580/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2580/2020

22.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2580/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlərCavabdeh1, Cavabdeh2 qizina, Cavabdeh3, Cavabdeh4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərCavabdeh1, Cavabdeh2 qizina, Cavabdeh3, Cavabdeh4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mənə məxsus Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 18 saylı evin 61 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3iddia tələbini müdafiə edib, iddia ərizəsindəyazılanlara uyğun izahat verərək bildirdi ki,o, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 18 saylı evin 61 saylı mənzilini xx.xx.2020-ci il tarixdə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh4 2 Saylı Bakı “ASAN” Xidmət Mərkəzinin Notariat şöbəsində təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin mənzili aldıqdan sonra o, mənzili öz adına qeydiyyata aldırmışdır. Cavabdehlər mənzilin pasport qeydiyyatından çıxmamış, həmin mənzildə yaşamamalarına baxmayaraq onun rəsmi qeydiyyatı onun mənzilində qalmışdır. Cavabdehlərin onun şəxsi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları onun mülkiyyət hüququnu pozur, Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul edərək, izahatında göstərdi ki, o, iddiaçıya məxsus mənzilin pasport qeydiyyatından çıxmasına etiraz etmir, lakin özünün pasport qeydiyyatına düşəcək yeri yoxdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xx.xx.2020-ci il tarixdə məhkəməyə poçt vasitəsi ilə ərizəsi daxil olmuş, cavabdehlərin hər biri ərizəsində iddiaçıya məxsus Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 18 saylı evin 61 saylı mənzilindən qeydiyyatdan çıxmalarına etirazlarının olmadığını bildirmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AN-İ seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinin surətindən görünür ki, X1 Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 18 saylı evin 61 saylı mənzili İddiaçı mülkiyyətinə verilir. Həmin müqavilənin 13-cü bəndinə əsasən Cavabdeh2 xx.xx.2020-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 18 saydı evin 61 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Asan 2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadırlar. Beləliklə də, tərəflərin izahatı və iş materialları ilə müəyyən olunur ki, İddiaçıBakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 18 saydı evin 61 saylı mənzilini AN-İ seriyalı ******* saylı xx.xx.2020-ci il tarixlialqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh2 almışdır. Alqı-satqıdan sonra həmin mənzilin əvvəlki sakini olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı məxsus Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 18 saylı evin 61 saylı mənzili boşaldaraq alıcıya təhvil verib getmiş, yəni daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmüş və onlar həmin vaxtdan satdığı mənzildə yaşamırlar. Məhkəmə hesab edir ki, köçüb getdikdən sonra cavabdehlərin yaşamadığı iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, mülkiyyətçinin mənzil üzərindəki hüquqlarını pozur. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən,yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 18 saylı evin 61 saylı mənzilindən yaşayış yeri kimi istifadə etmədiyindən və həmin mənzildə qeydiyyatı formal xarakter daşıdığından – onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 18 saylı evin 61 saylı mənzilindən istifadə hüququna xitam verilsin. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə Qətnaməsi cavabdehlərin Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 18 saylı evin 61 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar