Məhkəmə qərarları › İş №2(010)-2596/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2596/2021

17.08.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2596/2021 17.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakları ilə, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 “şəxsin ölməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 “şəxsin ölməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 12 il əvvəl yoxa çıxmış, axtarışda olmuş, axtarışla əlaqədar olaraq, müsbət nəticələr əldə olmadığından baş vermiş ailə problemlərinin həll olunması-naminə oğullarının ölmüş elan olunması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçilər Ərizəçi2 və Ərizəçi1 dəqiqləşmə barədə ərizə təqdim edərək, 24 aprel 1985-ci il təvəllüdlü oğulları X3 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, onlar Rusiya Federasiyasının Krasnodar şəhərində yaşamışlar və orada oğulları X5 24.04.1985-ci il tarixdə anadan olmuşdur. Oğlu X5 27 oktyabr 2009-cu il tarixdən müəmmalı surətdə yoxa çıxmışdır. Qohum-əqrabalardan, tanışlardan qonşulardan xəbərləşmələr aparmış, lakin Vüsalı görən olmamışdır. Sonradan müəyyənləşdirildi ki, yüngül xasiyyətli, əxlaqsızlıqla məşğul olan bir qız ilə Bakı şəhəri Sabunçu rayonu ərazisində onun yaşadığı ünvanda görüşürmüşlər və ondan xeyli zaman keçmiş, Vüsal ona məlum olmayan şəraitdə yoxa çıxmışdır. 2009-cu ildən bugünədək 12 il ərzində oğlunu görən olmamışdır. Bu məsələ ilə bağlı cənab perizdentdən başlamış respublikanın bütün səlahiyyətli orqanlarına çoxlu sayda ərizə ilə şikayətlərlə müraciətlər etmişlər. Övladının onu sarsıtması ilə yanaşı ailənin digər problemlərinin həllində də əsaslı maneçiliklər törədir. Belə ki, hər dəfə oğlunun 12 ildir ki, yoxa çıxdığını və harada olduğunu bilmədiyini izah etsə də, yenə də bununla bağlı sənəd tələb edilir. Məhkəmə, istintaq və hüquq mühafizə orqanlarının apardığı işlər heç bir nəticə verməmişdir. Oğullarının yoxluğu ailə və digər problemlərin həllində onlara böyük maneçiliklər törədir, hətta evlərini də sata bilmirlər. Bunun üçün Dövlət Notariusu tərəfindən möhürlə təsdiqlənmiş rəsmi razılıq tələb olunur və digər hallar meydana çıxır. Bu səbəbdən qeyd edilənlərə əsasən ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, sonuncu dəfə oğlu işləyirdi və işdən çıxdıqdan sonra evə gəlməmişdir. Həmin vaxtdan sonra ondan heç bir xəbər yoxdur. Oğlu artıq 12 ildir ki, itkin düşüb. Ərizədə qeyd etdikləri kimi bununla bağlı bir çox orqanlara müraciət etmişlər və onlar tərəfindən rəsmi cavablar verilmişdir. Oğullarının yoxluğu ailə və digər problemlərin həllində onlara böyük maneçiliklər törədir ki, buna görə də qeyd edilənlərə əsasən ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçilərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Suraxanı RPİ tərəfindən 04.12.2007-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 24.04.1985-ci il tarixdə Rusiya Federasiyası, Krasnodar vilayətində doğulmuşdur. İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən 26.04.2011-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, Ərizəçi2 ilə X1 arasında nikah bağlanmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Feruz və Elmira Bədəlovlara ünvanlanmış 10.12.2009-cu il tarixli, 05/9429-09 №-li məktubdan görünür ki, itkin düşmüş oğlunuz Vüsal Bədəlovun tapılması üçün lazımi tədbirlər görülməməsi barədə 08.12.2009cu il tarixdə Respublika Baş Prokurorluğuna daxil olmuş müraciətinizə baxılmışdır. Müəyyən edilmişdir ki, faktla bağlı Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılaraq toplanmış material üzrə 02 noyabr 2009-cu il tarixli qərarla cinayət işi başlanması rədd edilmiş, oğlunuzun axtarılıb tapılması məqsədi ilə əməliyyat-axtarış işi açılmışdır. Material Respublika Baş Prokurorluğunda öyrənilərək cinayət işi başlanmasının rədd edilməsi barədə qərar ləğv olunmaqla fakta görə 09.12.2009-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 144.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması Bakı şəhəri, Sabunçu rayon polis idarəsinin istintaq şöbəsinə tapşırılmışdır. Bakı şəhəri Sabunçu Rayon Prokurorluğu tərəfindən Ərizəçi1 ünvanlanmış 10.12.2009-cu il tarixli, 05/9429-09 №-li məktubdan görünür ki, Ərizəçi1 oğlu X2 itkin düşməsi ilə bağlı X2 itkin düşməsi ilə bağlı materiallar Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən tələb edilib öyrənilmiş və material üzrə qərar ləğv edilərək 08 dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikası CM-rlin 144.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Həmin cinayət işi Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi Vüqar Əliyev tərəfindən icraata qəbul edilmiş və ibtidai istintaq aparılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən Ərizəçi2 Teymurxan oğluna ünvanlanmış 09.11.2009-cu il tarixli məktubdan görünür ki, oğlunuz Bədəlov Vüsalın xəbərsiz itkin düşməsi ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə ünvanladığınız ərizəyə baxılmışdır. V.Bədəlovun yerinin qısa müddətdə müəyyən edilməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına müvafiq göstərişlər verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş 14.05.2021-ci il tarixli 073/17368-1221 №-li məktubdan görünür ki, 24 aprel 1985-ci il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan X3 itkin düşmə faktı ilə bağlı Sabunçu RPİ-də 02.11.2009-cu il tarixdə 4520 saylı axtarış işi açılmış və 26.12.2009-cu il tarixdə də xitam olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş 19.05.2021-ci il tarixli 004/28-4760-1271 №-li məktubdan görünür ki, 24 aprel 1985-ci il təvəllüdlü X5 Sabunçu Rayon Polis İdarəsi tərəfindən 02.11.2009-cu il tarixdə 4520 saylı axtarış işi açılmış və 26.12.2009-cu il tarixdə xitam olunmuşdur Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş 19.05.2021-ci il tarixli 33/1684 №-li məktubdan görünür ki, X3 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş 09.08.2021-ci il tarixli 096-20868-1221 №-li məktubdan görünür ki, 24 aprel 1985-ci il təvəllüdlü X3 itkin düşmə faktı ilə bağlı Sabunçu RPİ-də 02.11.2009-cu il tarixdə 4520 saylı axtarış işi açılmış və 26.12.2009-cu il tarixdə 2420 nömrəli axtarış işi xitam olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 24 aprel 1985-ci il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan X3 itkin düşmə faktı ilə bağlı Sabunçu RPİ-də 02.11.2009cu il tarixdə 4520 saylı axtarış işi açılmış və 26.12.2009-cu il tarixdə də xitam olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən,şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, X3 ölmüş elan edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır və ona görə də X5 məhkəmə qaydasında ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24 aprel 1985-ci il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olmuş X5 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X3 ölüm günü sayılsın. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar