Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2615/2021 25.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bank Olmayan Kredit təşkilati ASC-nin qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair ilkin iddia ərizəsi üzrə və qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bank Olmayan Kredit təşkilati ASC-yə qarşı kredit müqaviləsinin restrukturizasiya edilməsi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bank Olmayan Kredit təşkilati ASC-nin qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 21.08.2015-ci il tarixli, 033/15/PBN saylı kredit müqaviləsinə əsasən 6228.52 ABŞ dolları əsas borc, 13539.22 ABŞ dolları hesablanmış faiz, 11360.82 ABŞ dolları hesablanmış dəbbə, cəmi 31128.56 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını, 21.08.2015-ci il tarixli, 033/15/PBN saylı kredit müqaviləsi üzrə tələbin Cavabdeh məxsus olan 63.32 kv. m yaşayış sahəsindən ibarət 4 otaqlı, 12 saylı evin 40 nömrəli mənzilə yönəldilməsimi və girov əmlakların dəyərinin 56000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bank Olmayan Kredit təşkilati ASC-yə qarşı kredit müqaviləsinin restrukturizasiya edilməsi barədə məhkəməyə müraciət edərək,Bakı Apellyasiya Məhkəməsinin 10.12.2019-cu il tarixli qərardadını və Prezidentin 28 fevral 2019-cu ildə imzaladığı 551-nömrəli fərmanının İddiaçı BOKT üçün məcburi xarakter daşıdığını nəzərə alaraq iddia ərizəsinin qəbul edilməsini və İddiaçı BOKT-a Azərbaycan Resoublikasının Prezidentinin Fərmanına uyğun olaraq restrukturizasiya edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bank Olmayan Kredit təşkilati ASC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh isə məhkəmə iclasında iştirak etmiş, lakin ilkin iddianın mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh məhkəməyı yazılı ərizə təqdim edərək, qarşılıqlı iddia ərizəsinin hələki baxılmamış saxlanılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bank Olmayan Kredit təşkilati ASC məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq göstərilən tarixdə məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.11, 260, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bank Olmayan Kredit təşkilati ASC-nin qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair ilkin iddia ərizəsi baxılmamış saxlanılsın və işdəki sənədlər ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehə geri qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bank Olmayan Kredit təşkilati ASC-yə qarşı kredit müqaviləsinin restrukturizasiya edilməsi barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın və işdəki sənədlər qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh geri qaytarılsın. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bank Olmayan Kredit təşkilati ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı Bank Olmayan Kredit təşkilati ASC-yə qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2615/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2615/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver