Məhkəmə qərarları › İş №2(010)-262/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-262/2022

04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-262/2022 04.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi ilə, iddiaçı Ləğv prosessində olan "AmrahBank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdeh X2 oğluna qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Ləğv prosessində olan "AmrahBank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdeh X2 oğluna qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə 04 fevral 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasına tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməmişlər. Lakin iddiaçı tərəfindən 29 noyabr 2021-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə müraciət edərək Ləğv prosessində olan "AmrahBank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X1 qarşı “borcun tutulması” barədə iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosessində olan "AmrahBank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia ərizəsinin qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilərək, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Ləğv prosessində olan "AmrahBank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilsin İddiaçı Ləğv prosessində olan "AmrahBank" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X1 qarşı qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar