Məhkəmə qərarları › İş №2(010)-2626/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2626/2022

19.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2626/2022 19.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisi) “buraxılmış müddətin üzrlü hesab edilərək, bərpa edilməsi və müddətin uzadılması“ tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Ərizəçi (maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisi) “buraxılmış müddətin üzrlü hesab edilərək, bərpa edilməsi və müddətin uzadılması“ tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 miras qalmış ünvan 1 ünvanda yerləşən sahəsi 0.0730 ha olan torpaq sahəsinə dair mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi, müddətin bərpa edilməsi və uzadılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin Ərizəçi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 miras qalmış ünvan 2 ünvanda yerləşən, sahəsi 0,0730 ha olan torpaq sahəsinə dair mirasın Ərizəçi tərəfindən qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi, müddətin bərpa edilməsi və uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri ünvan 1 ünvanda yerləşən sahəsi 0. 0730 ha olan torpaq sahəsi ərizəçinin atası X4 adınadır. 07.0*.20*3-cü il tarixində atası X7 vəfat etmişdir. Ondan, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi miras qalmışdır. Atası vəfat etdiyi üçün o vərəsəlik işinin açılması və əmlakın özəlləşdirilməsinə görə notariat ofisinə müraciət etmişdir. Notariat ofisi ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən xx.xx.2022-ci il tarixli qərarı ilə imtina etmişdir. Bir qardaşı isə Qarabağın Tapqaraqoyunlu istiqamətində gedən döyüşdə *998-ci ildə Şəhid olmuşdur. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun, onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər payı alırlar. Tərəflərin izahatları Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, ərizəçi uzun illərdir ki, mərhum atasından miras qalmış torpaq sahəsi üzərində yerləşən evdə, yəni Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şəfəq küçəsi, ev 6-da qeydiyyatda olmaqla yaşayır və həmin evin təssərrüfatını aparır. Atasının yeganə övladı ərizəçidir. Ərizəçinin qardaşı rəhmətə getmişdir. Ərizəçi sözegedən evdə uzun illər maneəsiz yaşayaraq təssərrüfat apardığından və hüquqi savadı olmadığından vərəsəlik üçün müraciət etməli olduğunu bilməmişdir. Maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə iclasa gəlməyən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 23.0*.20*3-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 07.0*.20*3-cü ildə ölmüşdür. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şəfəq küçəsi, 6 ünvanda yerləşən, sahəsi 0,0730 ha olan torpaq sahəsi X5 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən 23.04.*967-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi xx.xx.*967-ci ildə doğulmuş və valideynləri X7 və X2r. Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən 25.09.*977-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 *0.09.*977-ci ildə doğulmuşdur. Suraxanı rayon İHB-nın Əmircan qəsəbə nümayəndəliyi tərəfindən **.08.*998-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X9 3*.*2.*997-ci il tarixdə ölmüşdür. Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən **.05.20*9-cu il tarixdə verilmiş arayışdan müəyyən olunur ki, X7 ilə X* nikahı 25.*0.*962-ci il tarixdə 563 № -li akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsinin qəbzlərindən müəyyən olunmuşdur ki, 20.08.20*3-cü il tarixli 20**-ci il üzrə *2 manat, xx.xx.2020-ci ildə *2 manat, *6.08.20*0-cu ildə 20*0-cu il üzrə *0 manat, 02.02.20*0-cu il tarixdə 06 manat, *2.**.2009cu il tarixdə 06 manat, 20.08.20*3-cü il tarixdə *2 manat, *0.08.20*0-cu ildə 2 manat, 24.0*.2003-cü ildə *2 manat, 05.**.200*-ci ildə *2 manat, *8.04.2007-ci ildə 6 manat, oktyabr 200*-ci il tarixdə 200*-ci il üzrə *0.000 manat, **.*2.2006-cı il tarixdə*998-*999-cu il üzrə 4 manat, *8.05.2007-ci il tarixdə 2008-ci il üzrə 2 manat, **.*0.20*2-ci ildə 30 manat, xx.xx.2008-ci ildə 2 manat 20 qəpik və 20.02.20*4-cü il tarixli 20*4-cü il üzrə *2 manat məbləğində ödəniş etmişdir. Bakı şəhəri 9 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli “notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə” qərarından müəyyən olunur ki, Ərizəçi miras qoyan atası X3 miras qalmış ünvan 3 ünvanında yerləşən 0.0730 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsinə dair müraciətinə baxaraq, notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X7 ilə X* birgə nikahından xx.xx.*967-ci ildə Ərizəçi doğulmuşdur. X7 07.0*.20*3-cü il tarixində vəfat etmişdir. ünvan 1 ünvanda yerləşən sahəsi 0. 0730 ha olan torpaq sahəsi üzərində mülkyyət hüququ ərizəçinin atasının adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **59.*-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin *248.*.-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək belə, nəticəyə gəlir ki, Ərizəçi mərhum atası X4 birinci növbəli vərəsəsi olmaqla miras açıldığı vaxtdan mərhum atasından miras qalmış torpaq sahəsi üzərində yerləşən evdə, yəni Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şəfəq küçəsi, ev 6-da qeydiyyatda olmaqla maneəsiz şəkildə yaşayır və həmin evin təssərrüfatını aparır. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən mərhum X3 miras qalmış torpaq sahəsinin qəbul edilməsi üçün müəyyən edilmiş müddət üzrlü səbəbdən ötürüldüyündən həmin müddət uzadılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın *4.2 və 77.*-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07.0*.20*3-cü il tarixində vəfat etmiş X3 miras qalmış ünvan 2 ünvanda yerləşən, sahəsi 0.0730 ha olan torpaq sahəsinə dair mirasın qəbul edilməsi üçün müəyyəndləşdirilmiş müddətin Ərizəçi tərəfindən ötürülməsi üzrlü hesab edilsin və müddət bərpa edilərək uzadılsın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar