Məhkəmə qərarları › İş №2(010)-2627/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(010)-2627/2022

12.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2627/2022 12.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X8 Qasımovun sədrliyi, X7 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair ərizəsinə əsasən mülki iş üzrə əlavə qətnamə çıxarılması məsələsinə açıq məhkəmə iclasında baxaraq , MÜƏYYƏN ETDİ: Suraxanı rayon məhkəməsinin 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə Süleymanov Habı̇ l Bəhlul oğlunun İddiaçı Şamı̇ l oğlunun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov küçəsi, 23 saylı evə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Proses iştirakçıları məhkəmə iclası barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin materiallarına əlavə edilmiş iddia ərizəsindən görünür ki, Cavabdeh və himayəsində olan yetkinlik yaşına çatmayan övladları - xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010- cu il təvəllüdlü X3 İddiaçı olaraq xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov, 23 saylı evə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 229.1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək, öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. Sadalanan xüsusatları və qanunvericilik aktı normasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə qeyd olunan Cavabdeh himayəsində olan yetkinlik yaşına çatmayan övladları - xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010- cu il təvəllüdlü X3 İddiaçı Şamı̇ l oğlunun xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov, 23 saylı evə istifadə hüquqlarına xitam verilməsi barədə əlavə qətnamə çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229-cu maddəsini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Cavabdeh himayəsində olan yetkinlik yaşına çatmayan övladları - xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010- cu il təvəllüdlü X3 İddiaçı Şamı̇ l oğlunun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov küçəsi, 23 saylı evə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar