Məhkəmə qərarları › İş №2(010)-2630/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2630/2020

31.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2630/2020 31.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.1992-ci il tarixində qızının doğumunun qeyd edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində qız uşağı dünyaya gətirmişdir. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığından bu günə qədər doğum haqqında şəhadətnamə almamışdır. Maraqlı şəxsnə bu barədə müraciət etsə də doğum faktını təsdiq edən tibbi sənədi təqdim edə bilmədiyindən doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, bu barədə imtina məktubunda müvafiq məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə verərək məhkəmədən xx.xx.1992-ci il tarixdə qızının doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qızı 1992-ci ildə doğulmuş, həyat yoldaşı X5 isə 1996-cı ildə vərəmdən vəfat etmişdir. Qızı doğulan vaxt şəxsiyyət vəsiqəsi olsa da evi satdıqdan sonra bütün sənədləri itmişdir. Bu səbəbdən də qızına doğum haqqında şəhadətnamə ala bilməmişdir. O, yeni şəxsiyyət vəsiqəsini isə 2020-ci ildə məhkəməyə müraciət edərək almışdır. Qızı xəstəxanada doğulmuş, bu barədə xəstəxanadan verilmiş çıxarışı məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edildi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, tədqiq olunmuş iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 134-05/76 saylı məktubdan görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixində doğulmuş qızına doğum haqqında şəhadətnamənin verilməsindən doğum faktını təsdiq edən sənəd olmadığından imtina edilmiş, ona hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi üçün qeydiyyatda olduğu rayon üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. M.Ə.Əfəndiyev adına 2 nömrəli şəhər klinik xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Ərizəçi xəstəxanaya xx.xx.1992-ci il tarixdə 39-40 həftəlik hamilə olmaqla stasionar üzrə daxil olmuş, xx.xx.1992-ci il tarixdə stasionar üzrə xəstəxanadan çıxmış, boyu 50 sm, çəkisi 2900 qr olan qız uşağı dünyaya gətirmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2- 1(82)-793/2019 saylı qətnamədən görünür ki, iddia təmin edilmiş, x xxxxx 1966-cı il tarixli, 492 nömrəli akt qeydi ilə doğumu qeydə alınmış Ərizəçi doğumu haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Maraqlı şəxs üzərinə qoyulması qət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, Ərizəçi onun xalası qızıdır. Onun xx.xx.1992-ci il tarixdə Elmira adlı qızı doğulmuşdur. Uşağın atası X5 vərəmdən vəfat etmişdir. İradə isə şəxsiyyət vəsiqəsini itirdiyinə görə qızına bu vaxta qədər doğum haqqında şəhadətnamə ala bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Ərizəçi onun bacısıdır. Onun xx.xx.1992-ci il tarixdə Elmira adlı qızı doğulmuşdur. Uşağın atası X5 vərəm xəstəliyindən vəfat etmişdir. Bacısı şəxsiyyət vəsiqəsini itirdiyindən və Elmira məktəbə getmədiyindən uzun müddət uşağa doğum haqqında şəhadətnamə almamışlar. Yalnız 2000-ci illərin əvvəlində uşağın doğulduğu xəstəxanaya gedib doğum haqqında sənəd almaq istəsələr də sənədləri verə bilməyəcəklərini deyib məhkəməyə müraciət etməli olduqlarını bildirmişlər. Məhkəmə iclasında şəxsiyyətini təsdiq edən sənəd olmadığından şahid qismində dindirilə bilməsə də bilavasitə doğum faktı müəyyən edilən şəxs olduğundan izahatı alınan Ərizəçi Elmira adlı qızı bildirdi ki, o, xx.xx.1992-ci tarixdə doğulmuşdur. Anası Ərizəçi, atası isə X2r. Atası o, kiçik yaşda olanda vəfat etmiş, anası isə şəxsiyyət vəsiqəsini sonradan itirdiyindən ona doğum haqqında şəhadətnamə alınmamışdır. O, məktəbə də getməmiş, şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Hazırda 10 yaşında oğlu var və onun da doğum haqqında şəhadətnaməsi yoxdur. Onun məktəbə gedə bilməsi üçün şəxsiyyətini təsdiq edən sənəd alması vacibdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi qızı xx.xx.1992-ci il tarixdə qız uşağı dünyaya gətirmişdir. Vaxtında uşağa doğum haqqında şəhadətnamə alınmamış, ərizəçi özü də şəxsiyyət vəsiqəsini itirmiş, yeni vəsiqəni xx.xx.2020-ci il tarixdə almışdır. O, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək xx.xx.1992-ci ildə qızının doğulması faktının təsdiq edilməsini xahiş etmişdir. Məhkəməyə xx.xx.1992-ci il tarixdə qız uşağı dünyaya gətirməsi barədə xəstəxanadan verilmiş xəstənin tibbi kartasından çıxarışı təqdim etmişdir. Həmçinin, məhkəmə iclasında dindirilən şahidlərin hər biri ərizədə qeyd edilənləri təsdiq etmişlər. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. Həmin Məcəllənin 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. İşdən görünür ki, Ərizəçi məhkəmədən xx.xx.1992-ci ildə qızının doğulması faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, ərizəçinin qızının doğulmasıfaktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Bu Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi - xx.xx.1992-ci il tarixdə Bakı şəhərində qızının doğulması faktı iş materialları və şahidlərin ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1992-ci il tarixdə qızının doğulması faktı müəyyən edilsin. Ödənilməmiş 10 (on) manat məbləğində dövlət rüsumu Ərizəçi alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar