Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2654/2024 13.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin bağlanılması barədə bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin bağlanılması barədə bildirişin etibarsız hesab edilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin Əmək və Məşğulluq altsistemində Cavabdeh MMC ilə onun arasında əmək müqaviləsinin bağlanılmasına dair bildirişin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını və bu qərarın “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsinin X5 Xidmətinə həvalə edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət etmiş, iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh MMC ilə onun arasında əmək müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını və əmək bildirişinin ləğv edilməsinin X5 Xidmətinə həvalə edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" QSC ilə əmək müqaviləsi bağlayarkən onunla bağlanılmış əmək müqaviləsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin "Əmək və Məşğulluq" alt sistemində qeydiyyatdan keçirmək mümkün olmamışdır. Etdiyi şikayətlə bağlı X5 Xidməti tərəfindən aparılan araşdırma zamanı Cavabdeh MMC tərəfindən onunla əmək müqaviləsinin bağlanılmasına dair bildirişin xx.xx.2023-cü ildə qeydiyyata alındığı məlum olmuşdur. O, belə bir MMC tanımır və onunla əmək müqaviləsi bağlamamışdır. Məsələyə aydınlıq gətirmək istərkən Cavabdeh MMC-nin hüquqi ünvanında belə bir təşkilatın olmadığını öyrənmişdir. Göründüyü kimi, burada ya texniki yanlışlıq var, ya da saxtakarlıq. Ona görə də o, Suraxanı rayon prokurorluğuna müraciət etmişdir. Lakin prokurorluq həmin MMC-ni tapa bilməmiş və ona məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Onunla Cavabdeh MMC arasında müqavilə bağlanılmadığından əmək müqaviləsinin "Əmək və Məşğulluq" altsistemində qeydiyyatdan keçirməsinə dair bildiriş əsassızdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək bildirmişdir ki, adına əmək müqaviləsi var. İndi işə düzələ bilmir. Lakin, həmin şirkəti heç tanımır, orada işləməmişdir. Göstərilən ünvana da getmişdir, yaşayış sahəsidir. İddiasının təmin olunmasını xahiş edir. İş üzrə Cavabdeh MMC məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Mediasiya Şurası Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “X3 iştirak edilməməsi barədə” MŞB/8/2024-00759 nömrəli arayışdan görünür ki, tərəflər arasında mediasiya işi açılmış, xx.xx.2024-cü il tarixə təyin edilmiş X3 İddiaçı iştirak etmiş, Cavabdeh MMC isə X3 iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xxxxxxx000200 nömrəli X2 ilə X6 bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında aylıq əmək haqqı 350 manat olmaqla, xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-175/2-14-4909/2024 nömrəli cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli müraciətinə baxılmış və bildirilmişdir ki, müraciətlə əlaqədar ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi məqsədilə Cavabdeh MMC-nin ünvanına (ünvan 2akin, tələb olunan sənədlərin təqdim olunması Cavabdeh MMC tərəfindən təmin edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli, 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Eyni zamanda tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin "Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Cavabdeh MMC tərəfindən ona aid X2na dair bildirişin xx.xx.2023-cü il tarixində qeydiyyata alındığı və həmin bildirişin hazırda qüvvədə olduğu müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən müvafiq sənədlər X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılacağı bildirilmişdir. Azərbaycan Respublikasının Prokurorluğu Bakı şəhəri Suraxanı rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli, 94-ş-23 nömrəli cavab məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış və bildirilmişdir ki, Cavabdeh MMC tərəfindən ona aid X2na dair bildiriş xx.xx.2023-cü il tarixində qeydiyyata alınmış və həmin bildiriş hazırda qüvvədədir. Müraciətdə qeyd edilən məsələ Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mülki qaydada məhkəmə vasitəsi ilə həll edilməlidir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. V. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri
1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar
5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X1 sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə X2 elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi
2. ...əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; o) elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək. Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla); Maddə 42. Əmək müqaviləsinin tərəfləri
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 44. Əmək müqaviləsinin forması
1. Əmək müqaviləsi yazılı formada bağlanır.
3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi
1. ...əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri ...8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat… Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı:
1. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Əmək Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar, 6 iyun 2014-cü ildə Nazirlər Kabinetinin 183 nömrəli Qərarı: “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilmişdir. Həmin qaydaların 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2023-cü tarixli əmək müqaviləsi mövcuddur. İddiaçı işə qəbul olunmaq üçün başqa müəssisəyə müraciət etdiyi zaman, onunla bağlanılmış əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin "Əmək və Məşğulluq" alt sistemində qeydiyyatdan keçirilməsi mümkün olmamışdır. İddiaçı bununla bağlı müvafiq orqana müraciət etmiş və ona cavabdeh şirkətlə əmək müqaviləsinin bağlanılmasına dair bildirişin sistemdə qeydiyyata alındığı və həmin bildirişin hazırda qüvvədə olduğu barədə məlumat verilmişdir. İddiaçı cavabdehlə əlaqə yaratmağa çalışsa da, heç bir nəticə əldə edə bilməmişdir. Cavabdehnə iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ilkin mediasiya sessiyasına və məhkəmə iclasına gəlməmiş, müdafiəsini əsaslandıran heç bir dəlil və yaxud etiraz məhkəməyə təqdim etməmişdir. Cavabdeh iddiaçı ilə olan əmək müqaviləsini könüllü olaraq ləğv etmir və buna dair bildirişi sistemdə yerləşdirmir. Məhkəmə qeyd edir ki, tərəflər arasında əmək münasibətləri mövcud olmadığı halda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin "Əmək və Məşğulluq" alt sistemində iddaçının əmək müqaviləsinə dair bildirişin mövcudluğu onun əmək hüquqlarının pozulmasına səbəb olur və bununla bağlı, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbi tam əsaslıdır. Belə olan halda, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilməli və müvafiq məlumatlar "X1” sistemində əks olunmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli və iddiaçının "X1” sistemində qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X5 Xidmətinə həvalə edilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan qiymətləndirməyən iddia üzrə 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233-cü, 357-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilsin. İddiaçı "X1” sistemində qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X5 Xidmətinə həvalə edilsin. Ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva