Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2655/2021 15.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və TuranBank ASC-yə təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və TuranBank ASC-yə təhvil verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 TuranBank ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5V nömrəli evin 76 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər tərəfindən həmin mənzilin boşaldılması və həmin mənzilin TuranBank ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarlmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13.10.2016-cı il tarixli 2(010)-8586/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X1 cəmi 36589.11 manat (ondan 26885.35 manat əsas kredit borcu, 9703.76 manat faiz borcu olmaqla) məbləğində pul vəsaitinin alınması və TuranBank ASC-nə verilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5V saylı evin 76 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılaraq kredit borcu həmin ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün 31 manat məbləğində pul vəsaitinin cavabdeh X1 alınması və TuranBank ASC-nə verilməsi qət edilmişdir. Cavabdeh X4 qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3024/2017 saylı, 31.05.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5V nömrəli evin 76 nömrəli mənzilinin açıq hərracdan satılması hissəsində dəyişdirilərək mənzilin ilkin satış qiymətinin 62000 manat müəyyən edilməsi müəyyən edilməsi, qalan hissədə qətnamənin X3 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Əmlak Suraxanı rayon İcra Şöbəsinin 199239/17-18-18 nömrəli, 11.09.2017-ci il tarixli sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə Banka təklif olunmuşdur. TuranBank ASC tərəfindən təklif qəbul edilmiş və buna uyğun olaraq DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 28.02.2018-ci il tarixli Çıxarışa (Seriya RX 1246724, Reyestr nömrəsi-**********38-05101-093031, Qeydiyyat nömrəsi **********) əsasən yuxarıda göstərilən mənzil mülkiyyət hüququ əsasında TuranBank Açıq Səhmdar Cəmiyyətinin adma rəsmiləşdirilmişdir. İddiaçı ASC tərəfindən məhkəməyə onun nümayəndəsinin iştirakı olmadan keçirilməsi barədə ərizə daxil olmuşdur. Cavabdeh1, Cavabdeh2,və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13.10.2016-cı il tarixli 2(010)- 8586/2016 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdeh X1 cəmi 36589.11 manat (ondan 26885.35 manat əsas kredit borcu, 9703.76 manat faiz borcu olmaqla) məbləğində pul vəsaitinin alınması və TuranBank ASC-nə verilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5V saylı evin 76 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılaraq kredit borcu həmin ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün 31 manat məbləğində pul vəsaitinin cavabdeh X1 alınması və İddiaçı ASC-nə verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3024/2017 saylı, 31.05.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5V nömrəli evin 76 nömrəli mənzilinin açıq hərracdan satılması hissəsində dəyişdirilərək mənzilin ilkin satış qiymətinin 62000 manat müəyyən edilməsi müəyyən edilməsi, qalan hissədə qətnamənin X3 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin hərrac yekunlarına dair Y-41 saylı 18 yanvar 2018-ci il tarixli protokol və həmin tarixli alqı-satqı barədə müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5V saylı evin 76 saylı mənzilinin satılmasına dair hərrac keçirilmiş və hərracın qalibi İddiaçı ASC olmuşdur İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5V nömrəli evin 76 nömrəli mənzil tam mülkiyyət hüququ ilə İddiaçı ASC-nin adına xüsusi mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində 1839 nömrəli reyestr kitabının 169312 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdehlərin mübahisəli mənzilə hüquqlarını təsdiq edən sübutlar məhkəməyə daxil olmamışdır. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5V nömrəli evin 76 nömrəli mənzil mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsusdur. Lakin həmin evdə cavabdehlər heç bir hüquqi əsas olmadan yaşayırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə də, məhkəmə iclasında müəyyən edildi ki, Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli qətnaməsi əsasında İddiaçı ASC ilə X4 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olmuş və tutma yönəldilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5V nömrəli evin 76 nömrəlimənzili hərrac yolu ilə keçirilmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı ASC satılmış və hazırda onun mülkiyyətindədir. Cavabdehlər həmin evdə qeydiyatda olmaqla yaşayırlar. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, cavabdehlərin mübahisəli mənzildə yaşamaları mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan əmlakdan istifadə etmək, sahiblik etmək və ona dair sərəncam vermək hüquqlarını pozduğundan cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5V nömrəli evin 76 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər tərəfindən həmin mənzilin boşaldılması və həmin mənzilin TuranBank ASC-yə təhvil verilməsi dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 216-220-ci maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 TuranBank ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 5V nömrəli evin 76 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilsin, cavabdehlər tərəfindən həmin mənzilin boşaldılsın və həmin mənzili İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Qətnamədən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2655/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2655/2021
15.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver