Məhkəmə qərarları › İş №2(010)-266/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-266/2025

16.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-266/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X49 Talıbovanın sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1, Maraqlı şəxs X26 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər 4 saylı Bakı Maraqlı şəxs Notariat Ofisinə, X29, X19, X32, Yıldız (Məmmədova) Xədicə Əyyub qızına, X27, X15 və X10 qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçinin tələbi. 1.Ərizəçi cavabdeh 4 saylı Bakı Maraqlı şəxs Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ərizəçinın mərhum X3nun miras qoyan anası X4 qalmış mirası qəbul etmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin əsaslandırıldığı hallar. 2.Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ərizəçinın müraciəti əsasında xx.xx.2024-cü il tarixində X5 anası xx.xx.1999-cu il tarixində vəfat etmiş X6 adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı ASAN Xidmət Mərkəzinin Notariat Ofisində V-289/2024 saylı vərəsəlik işi açılmışdır. Lakin notariat orqanı ərizəçinın X3nun miras qoyan anası X4 qalmış mirası qəbul etmə faktı müəyyənləşdirilmədiyindən onun əmlakı ilə bağlı notariat hərəkətlərinin aparılmasından imtina etmişdir. Tərəflərin izahatları. 3.Ərizəçi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X20 onun atasıdır və o, 2024-cü ildə vəfat etmişdir. X20 vərəsəlik işinin açılması ilə bağlı notariat orqana müraciət etsə, özü vəfat etdiyindən əmlakı vərəsəlik qaydasında rəsmiləşdirə bilməmişdir. Onun atası ölən günə kimi ünvan 1 ünvanında yerləşən evdə ölən günə kimi yaşamışdır. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. 4.Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1, eyni məzmunlu izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Maraqlı şəxs X36 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X20 onun qohumudur və ünvan 1 ünvanında yerləşən evdə ölən günə kimi yaşamışdır. X20 vərəsəlik işinin açılması ilə bağlı notariat orqana müraciət etsə, özü vəfat etdiyindən əmlakı vərəsəlik qaydasında rəsmiləşdirə bilməmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasına etiraz etməmişdir. 6.Maraqlı şəxslərə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə maraqlı şəxslərin və onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Şahid İfadələri

7.Şahid1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Ərizəçi onun qonşusudur. X20 uzun müddət ərzində ünvan 1 ünvanında yerləşən evdə yaşamış və öz evində də vəfat etmişdir. 8.Şahid2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Ərizəçi ilə uşaqlıqdan qonşu olmuşdur. O, uşaqlıqdan X5 ünvan 1 ünvanında yerləşən evdə yaşadığını görmüşdür.

İş materialları.

9. Ərizəçi tərəfindən verilmiş ərizənin surətindən müəyyən olunur ki, X4 miras qalan fərdi yaşayış evindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.

10. X16 tərəfindən verilmiş ərizənin surətindən müəyyən olunur ki, xx.xx.1999-cu ildə vəfat etmiş X4 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair mirası qəbul etməmiş, etmir və gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir.

11. X21 tərəfindən verilmiş ərizənin surətindən müəyyən olunur ki, xx.xx.1999-cu ildə vəfat etmiş X4 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair mirası qəbul etməmiş, etmir və gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir.

12. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, X22 xx.xx.1999-cu il tarixdə ölmüşdür.

13. X9 reyestri xidməti tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, X33 və X22 barəsində X9 reyestri xidmətində nikahın pozulması haqqında akt qeydi aşkar olunmamışdır.

14. Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 01 iyul 1950-ci il tarixdə doğulmuşdur. Atası X33 və anası X11r.

15. Evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X30 və X12 ilə xx.xx.1969-cu il tarixdə evlənmiş, bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 28 avqust 1969-cu il tarixdə qeyd edilmişdir.

16. Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X54 xx.xx.1933-cü il tarixdə doğulmuşdur. Atası X33, anası Məsmə İbrahim qızıdır.

17. Evlənmə haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 və X54 ilə xx.xx.1953-cu il tarixdə evlənmiş, bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 17 aprel 1953-cu il tarixdə qeyd edilmişdir.

18. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 755167 saylı Ölüm haqqında şəhadətnamənin surətindən müəyən olunur ki, X17 27 aprel 2004-cü il tarixdə ölmüşdür.

19. İş materialına əlavə edilmiş Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, X24 17 noyabr 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası X33, anası Məsmə Məmmədovadır. X24 xx.xx.2008-ci ildə vəfat etmişdir.

20. Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 xx.xx.1946-cı il tarixdə doğulmuşdur. Atası X33, anası X11r.

21. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 402667 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2024-cu il tarixdə ölmüşdür.

22. Doğum haqqnda şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx 1973-cı il tarixdə doğulmuşdur. X3, anası X13r.

23. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 və X23 arasında nikah ləğv edilmişdir. Nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə, 300 nömrə ilə qeyd edilmişdir.

24. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, M/15 saylı arayışın surətindən müəyyən olunur ki, X1 qəsəbəsi, Qasımbəy Zakir küçəsi, ev 4 ünvanında qeydiyyatdadır.

25. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Əmircan Qəsəbə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 163 saylı Arayışın surətindən müəyyən olunur ki, X2 həqiqətən 1951-ci ildən vəfatına kimi (xx.xx.1999-cu il) Əmircan qəsəbəsi, Qasımbəy Zakir küçəsi, ev 4 ünvanında qeydiyyatda olmuşdur. Onunla birgə bu ünvanda həyat yoldaşı X33 vəfatına kimi (xx.xx.1956-cı il) qeydiyyatda olmuş və birgə nikahlarından qızı Xanım Əbdüləli qızı, X17, oğlu X28, oğlu X20, qızı X12 olmuşdur və onların başqa övladlarının olub-olmaması barədə qəsəbə nümayəndəliyində məlumat yoxdur.

26. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verlmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən müəyyən olunur ki, Ərizəçi ünvan 4 ünvanında qeydiyyatdadır.

27. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, Ə-71 saylı X14 ünvanlanmış məktubun surətindən müəyyən olunur ki, Bakı 4 saylı Maraqlı şəxsndən daxil olan 26 noyabr 2015-ci il tarixli ərizəyə cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1932-ci ilə dair Bakı şəhəri Suraxanı rayonu üzrə nikah haqqında qeydiyyat kitablarında X33 ilə X6 nikahı haqqında heç bir məlumat yoxdur. Eyni zamanda, yuxarıda göstərilən arxiv fondunun 1932-ci ilə dair Bakı şəhəri Əmircan kəndi üzrə nikah haqqında qeydiyyat kitabları arxivə qəbul olunmamışdır.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Maraqlı şəxsndə Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış 07 iyul 2024-cü il tarixli məktubun surətindən müəyyən olunur ki, vəfat etmiş X3nun miras qoyan anası X4 qalmış mirası qəbul etmə faktı müəyyənləşdirilmədiyindən nənəsi X6 miras əmlakı ilə bağlı notariat hərəkətinin aparılması mümkün deyildir.

İşin faktiki halları.

29. X2 1951-ci ildən vəfatına kimi (xx.xx.1999-cu il) Əmircan qəsəbəsi, Qasımbəy Zakir küçəsi, ev 4 ünvanında qeydiyyatda olmuşdur. Onunla birgə bu ünvanda həyat yoldaşı X33 vəfatına kimi (xx.xx.1956-cı il) qeydiyyatda olmuş və birgə nikahlarından qızı Xanım Əbdüləli qızı, X17, oğlu X28, oğlu X20, qızı X12 olmuşdur və onların başqa övladlarının olub-olmaması barədə qəsəbə nümayəndəliyində məlumat olmamışdır. X20 Ərizəçi atasıdır və o, xx.xx.2024-cu il tarixdə ölmüşdür. X20 ünvan 1 ünvanında yerləşən evdə qeydiyyatda olmuş və ölən günə kimi orada yaşayaraq miras əmlakı qəbul etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

31. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı Mülki prosessual qanunvericilikdə xüsusi icraat üçün müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, xüsusi icraat işlərinə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsi). Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi hüquqi faktlardan asılıdır. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi də hüquqi əhəmiyyəti olan fakt olduğundan belə işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsi). Əgər notariat orqanı miras əmlakın qəbul edilməsi faktının və ya vərəsəliyin açılma yerinin müəyyən olunması ilə bağlı şəhadətnamə verməkdən imtina edərsə, o halda ərizəçi xüsusi icraat qaydasında bu faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizə ilə müraciət edə bilər. Yuxarıda göstərildiyi kimi, müracətdə mirasın qəbul edilməsi faktının müəyyən edilməsinin Mülki Prosessual Məcəllənin 307-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan işlər sırasına aid edildiyinə istinad edilərək, miras əmlakın vərəsələr tərəfindən qeyri-formal üsulla qəbulu halında maraqlı şəxslərin həmin əmlak hesabına mənafelərinin təmin edilməsi ilə bağlı iddialarına baxılmasının prosessual qaydasının qanunvericilikdə nəzərdə tutulmadığı göstərilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; - hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyrimümkün olması; - hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı.

10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.

Məhkəmənin mövqeyi.

33. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər.

34. İşin faktiki hallarından müəyyən olunur ki, X2 1951-ci ildən vəfatına kimi (xx.xx.1999-cu il) Əmircan qəsəbəsi, Qasımbəy Zakir küçəsi, ev 4 ünvanında qeydiyyatda olmuşdur. Onunla birgə bu ünvanda həyat yoldaşı X33 vəfatına kimi (xx.xx.1956-cı il) qeydiyyatda olmuş və birgə nikahlarından qızı Xanım Əbdüləli qızı, X17, oğlu X28, oğlu X20, qızı X12 olmuşdur və onların başqa övladlarının olub-olmaması barədə qəsəbə nümayəndəliyində məlumat olmamışdır. X20 Ərizəçi atasıdır və o, xx.xx.2024-cu il tarixdə ölmüşdür. X20 ünvan 1 ünvanında yerləşən evdə qeydiyyatda olmuş və ölən günə kimi orada yaşayaraq miras əmlakı qəbul etmişdir. Notariat ofisi tərəfindən X5 miras qoyan anası X4 qalmış mirası qəbul etmə faktı müəyyənləşdirilmədiyindən ərizəçinin nənəsi X6 miras əmlakı ilə bağlı notariat hərəkətinin aparılmasından imtina olunmuşdur.

Məhkəmə xərcləri.

35. İş materiallarından görünür ki, hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Məhkəmənin gəldiyi nəticə.

36. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, ərizə təmin edilməli və X5 miras qoyan anası X4 qalmış mirası qəbul etmə faktı müəyyən edilsin.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1946-cı il təvəllüdlü X5 miras qoyan anası X4 qalmış mirası qəbul etmə faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar