Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2663/2021 29.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payların naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı payların naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair payların naturada ayrılmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə ona və Cavabdeh məxsusdur. Mənzil paylı mülkiyyət olduğundan və həmçinin cavabdeh həmin ünvanda qeydiyyatda olduğundan iddiaçı həmin mənzili sata bilmir. İddiaçı isə ona məxsus olan payı satmaq niyyətindədir. Bunun üçün cavabdehin həm paylı mülkiyyətçi, ən əsası qeydiyyatda olan şəxs kimi razılığı lazımdır. Bununla belə cavabdeh iddiaçıya məxsus olan payı almaq istədiyini bildirsə də 1 il müddətdir ki, onu gözləyir. Bu müddət ərzində isə cavabdeh ona məxsus olan payı almaq üçün heç bir tədbir görməmiş və bu məsələ ilə bağlı nə niyyətdə olduğunu soruşduqda isə almaq istədiyini, lakin pulunun olmadığını bildimişdir. İddiaçı özünə məxsus olan payı satıb, yeni ev almaq niyyətindədir. Ailəsi 4 nəfərdən ibarətdir ki, 1 otaqda yaşamaq iddiaçı üçün çətinlik yaradır. Cavabdeh razılıq vermədiyi üçün isə iddiaçı məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Həmin mənzil paylı mülkiyyət hüquq əsasında iddiaçı və cavabdehin atası X2 məxsus olmuşdur, təxminən 5-6 ildir ki, o vəfat etmişdir, onun vəfatından sonra ona məxsus olan payı onun oğlu olan cavabdeh qəbul etmiş və öz adına çıxarış almışdır. Bununla belə evin bütün kommunalları ayrıdır. Mübahisəli fərdi yaşayış evi vahid konstruktiv quruluşa malik olsa da, giriş-çıxış qapıları, habelə həyətyanı sahələri də ayrıayrıdır. İddiaçıya məxsus olan ev paylı mülkiyyət kimi qeydiyyatdan keçdiyindən və cavabdeh özü də həmin ünvanda qeydiyyatda olduğundan bu iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. İddiaçı özünə aid olan payı satmaq istəsə də, həmin ünvanda digər payçı da qeydiyyatda olduğundan onun razılığı olmadan heç bir sey edə bilmir. Buna görə də payların naturada ayrılması üçün müraciət etmək məcburiyyətində qalmışdır. Fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Bununla əlaqədar İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair payların naturada ayrılmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ekspert rəyi ilə razılaşaraq, iddianın təmin edilməsini və fərdi yaşayış evinin ekspert rəyinə uyğun olaraq naturada bölünməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ekspert rəyi ilə razı olduğunu, iddianın qəbul etdiyini və mübahisəli fərdi yaşayış evinin naturada bölünməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, ekpsert rəyini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki tərəfin iddia tələbi ilə bağlı mövqeləri eyni olduğundan aşağıdakılara əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində istifadədə olan 0,16825 ha torpaq sahəsində yerləşən 210 nömrəli, 1 mərtəbəli binada 21,5 kv m yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı 1 otaq, X1 1 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrində 281 nömrəli reyestr kitabının 269265 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Mülki Məcəllənin 220.1-ci, 220.2-ci və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində istifadədə olan 0,16825 ha torpaq sahəsində yerləşən 210 nömrəli, 1 mərtəbəli binada 21,5 kv m yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı 1 otaq, X1 1 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrində 281 nömrəli reyestr kitabının 269265 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırda İddiaçı paylı mülkiyyət hüququ ilə ona və cavabdeh Cavabdeh məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küç, ev 210, 8 saylı mənzilin naturada bölünməsini xahiş edir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və əldə edilmiş 12.11.2021-ci il tarixli 10/4726 saylı ekspert rəyi ilə bölgünün texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Belə ki, məhkəmə Ekspertiza Mərkəzinin 12.11.2021-ci il tarixli 10/4726 saylı rəyi məhkəmədə tədqiq edilərkən müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən 2 otaqdan ibarət mənzilin ayrı-ayrılıqda giriş-çıxış qapısının olduğunu, sahəsi 21.5 kv.m bir yaşayış otağı və sahəsi 12.3 kv.m olan bir mətbəxin bir payçının istifadəsində; sahəsi 21.5 kv.m bir yaşayış otağı və sahəsi 12.3 kv.m olan bir mətbəxin isə digər payçının istifadəsində olduğunu, eləcə də hər birinin həyətində texniki pasportda olmayan lakin sonradan inşa edilən hamam və ayaqyolunun olduğunu nəzərə aldıqda İnşaat Norma və Qaydalarının 2.08.01.89* və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq təcrid mənzillər şəkilində bölgünün texniki cəhətdən mümkün olduğu müəyyən edilir və rəyə əlavə olunmuş bölgü sxemində göstərilmişdir. Belə olan halda məhkəmə ekspert rəyinə,həmçinin rəylə razılaşan tərəflərin ünvan 2 ünvanında yerləşən 2 otaqdan ibarət mənzilin ayrı-ayrılıqda giriş-çıxış qapısının olduğunu, sahəsi 21.5 kv.m bir yaşayış otağı və sahəsi 12.3 kv.m olan bir mətbəxin bir payçının istifadəsində; sahəsi 21.5 kv.m bir yaşayış otağı və sahəsi 12.3 kv.m olan bir mətbəxin isə digər payçının istifadəsində olduğunu, eləcə də hər birinin həyətində texniki pasportda olmayan lakin sonradan inşa edilən hamam və ayaqyolunun olduğunu nəzərə aldıqda İnşaat Norma və Qaydalarının 2.08.01.89* və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq təcrid mənzillər şəkilində bölgünün texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia ekspert rəyinə uyğun olaraq təmin edilməlidir. Bundan başqa, iddia tələbi tam təmin edildiyinə görə, aparılmış ekspertiza xərci 50 manat İddiaçı və Cavabdeh müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Beləliklə məhkəmə təqdim edilmiş və məhkəmə zamanı əldə edilmiş bütün sübutların mötəbərliyini əsas götürərək iddianın tam təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 2 otaqdan ibarət mənzilin ayrı-ayrılıqda giriş-çıxış qapısının olduğunu, sahəsi 21.5 kv.m bir yaşayış otağı və sahəsi 12.3 kv.m olan bir mətbəxin bir payçının istifadəsində; sahəsi 21.5 kv.m bir yaşayış otağı və sahəsi 12.3 kv.m olan bir mətbəxin isə digər payçının istifadəsində olduğunu, eləcə də hər birinin həyətində texniki pasportda olmayan lakin sonradan inşa edilən hamam və ayaqyolunun olduğunu nəzərə aldıqda İnşaat Norma və Qaydalarının 2.08.01.89* və Məhkəmə Tikinti- X3 Metodlarının tələblərinə müvafiq olaraq təcrid mənzillər şəkilində bölgünün təcrid şəklində bölünsün. Aparılmış ekspertiza tədqiqatının dəyəri-50 (əlli) manat İddiaçı və Cavabdeh müştərək qaydada dövlət xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2663/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2663/2021
29.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver